Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   59   60   61   62   63   64   65   66   ...   176

 
128 
Konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yermolayeva tərəfindən açılan 
ilk musiqi məktəbinə daxil olur. Həmin dövrdə məktəbə dahi Azərbaycan bəstəkarı 
Ü.Hacıbəyov  rəhbərlik  edirdi.  N.Kazımov  qeyd  edir  ki,  böyük  bəstəkarla  Asəfin 
ilk  görüşü  təsirli  və  unudulmaz  olur.  Asəfin  istedadını  yüksək  qiymətləndirən 
Ü.Hacıbəyov fəhmində yanılmamışdı. Asəf hələ I kursda oxuyarkən – 1923-cü ildə 
«Truba üçün marş» yazır, elə həmin il «Azərbaycan musiqi məktəbi şagirdlərinin 
ilk baxış-konsertində» uğurla çıxış edir. İstedadlı tədqiqatçı Nazim Kazımov Asəf 
Zeynallının təhsil və musiqi sahəsindəki fəaliyyətini və ilk uğurlarını qeyd edərkən 
maraqlı üsul seçir. O, nadir istedadı ilə hamını heyran edən Asəf Zeynallı haqqında 
böyük  məhəbbətlə  söz  açan  Xalq  artistləri  Əfrasiyab  Bədəlbəylinin,  Səid 
Rüstəmovun,  Bülbülün,  Tofiq  Quliyevin  böyük  təəssürat  oyadan  xatirələrinə 
müraciət  edir.  Bununla,  N.Kazımov  bir  tərəfdən  öz  mülahizələrini  sənədlərlə 
əsaslandırırsa,  digər  tərəfdən  də  sənətkarlıq  baxımından  əsərin  daha  oxunaqlı, 
maraqlı  olmasına  çalışır  və  istəyinə  nail  olur.  1926-cı  ildə  Musiqi  Texnikumu 
Konservatoriya ilə birləşdiriləndə Asəf Zeynallı Konservatoriyanın orkestr sinfinə 
daxil  olur,  lakin  çox  çəkmir  ki,  A.Zeynallının  təbiri  ilə  desək,  «bizim  mənəvi 
atamız» Ü.Hacıbəyovun məsləhəti ilə təhsilini bəstəkarlıq şöbəsində davam etdirir 
(1926-1931).  Yeri  gəlmişkən  qeyd  edək  ki,  bu  addımı  ilə  də  Asəf  Zeynallı  ilk 
professional ali musiqi təhsili olan Azərbaycan bəstəkarı kimi tarixə düşür. 
Asəf  Zeynallının  ömür  yolunu  izləyən  müəllif  N.Kazımov  onun 
konsertlərdə,  müxtəlif  mədəni-kütləvi  tədbirlərdə  fəal  iştirakını  işıqlandırmaqla 
yanaşı,  gənc  bəstəkarın  yetişdiyi  mühitin  xarakteristikasını  da  verməyi  unutmur. 
Konservatoriyanın  müəllimləri  B.V.Karaqıçev,  L.E.Ab,  L.P.Yablonko  Asəf 
Zeynallıya  dirijor  və  bəstəkar  kimi  yetişməsində,  dahi  Ü.Hacıbəyov  onun  xalq 
musiqisinin  əsaslarını  dərindən  mənimsəməsində,  Leopold  Rastropoviç  (Mstislav 
Rastropoviçin  atası)  isə  violonçeldə  mahir  ifaçı  kimi  formalaşmasında  böyük  rol 
oynamışlar. 
Nazim  Kazımov  qeyd  edir  ki,  A.Zeynallı  hələ  tələbə  ikən  Azərbaycan 
bəstəkarlıq  məktəbinin  inkişafı  və  formalaşmasına  təsir  göstərən  əsərlər  yazır, 
özünəməxsus  üslubu,  fərdi  yaradıcılıq  manerası  ilə  milli  və  klassik  incəsənətin 
klassiklərindən birinə çevrilir. Maraqlıdır ki, tədqiqatçı A.Zeynallının professional 
məşğuliyyətindən  kənar  fəaliyyətini  də  araşdırmağı,  işıqlandırmağı  unutmur.  O, 
Azərbaycan aşıqlarının 1928-ci ildə keçirilən I qurultayının işində yaxından iştirak 
edir,  Türk  İşçi  Teatrı  ilə  sıx  əməkdaşlıq  edir,  Proletar  Musiqiçiləri 
Assosiasiyasının,  Sovet  İncəsənət  İşçiləri  İttifaqının  tədbirlərinə  qatılır,  musiqi 
sahəsində  zərərli  cərəyan,  təmayül  və  axınlara  qarşı  kəskin  tənqidi  mövqe  tutur, 
musiqiyə  sinfi,  partiyalı  münasibətin  əleyhinə  çıxır,  muğamın,  xalq  çalğı 
alətlərinin, o cümlədən tarın qızğın müdafiəsi kimi edirdi. 
Səriştəli  tədqiqatçı  N.Kazımov  fikirlərini  tarixi  sənədlərə,  ciddi,  mötəbər 
mənbələrə  istinadən  əsaslandırır,  Asəf  Zeynallının  «Tarın  müdafiəsinə»  adlı 
cəsarətli məqaləsinə müraciət edir. Məqalədə artıq fərdi yaradıcılıq üslubu və dəst-
xətti ilə böyük nüfuz qazanmış A.Zeynallı milli musiqiyə, xüsusilə muğama qarşı 
inkarçı mövqe tutan Xalq Maarif Komissarını çox kəskin tənqid edir və heç nədən 
çəkinmədən öz qəti, prinsipial sözünü deyir: «Bizim təbiətən xalqın özünəməxsus 
olanı  müsadirə  etmək  hüququmuz  yoxdur».  Təsadüfi  deyil  ki,  dahi  Ü.Hacıbəyov 


 
129 
Asəf  Zeynallı  haqqında  danışanda  deyirdi  ki,  o, diletantizm  xarakteri  daşıyan  hər 
cür  çıxışa  nifrət  edir,  istər  Konservatoriyada,  istərsə  də  başqa  yerlərdə  lazımi 
musiqi  hazırlığına  ciddi  yanaşılmamasına  amansız  münasibət  bəsləyirdi. 
N.Kazımov Asəf Zeynallının xalq musiqisinin, xalq çalğı alətlərinin keşiyində necə 
cəsarətlə durduğunu bütün gücü ilə göstərmək üçün Xalq artisti Səid Rüstəmovun 
xatirələrinə  üz  tutur.  Professor  S.Rüstəmov  tələbə  dostu  haqqında  söhbət  açanda 
xatırlayır  ki,  Asəf  Zeynallı  Azərbaycan  musiqisinin  tezliklə    dünya  şöhrəti 
qazanacağını  deyir  və  əlavə  edirdi  ki,  bizim  yeni  musiqi  alətinə  deyil,  yeni 
inkişafa, yeni zirvələrə ehtiyacımız var. 
Təqdirəlayiqdir  ki,  əsərdə  tədqiqatçı-alim  Nazim  Kazımov  A.Zeynallının 
vəfatından  sonrakı  illərdə  dahi  bəstəkar  haqqında  mətbuatda  dərc  olunan 
materialların,  unudulmaz  bəstəkarın  xatirəsi  ilə  əlaqədar  keçirilən  tədbirlərdəki 
çıxışların  təhlil  edilməsinə  də  kifayət  qədər  yer  ayırmışdır.  Bu  baxımdan 
A.Zeynallının vəfatının birinci ildönümü münasibəti ilə 1933-cü il noyabrın 11-də 
Azərbaycan  Dövlət  Konservatoriyasında  keçirilən  gecədə  Ü.Hacıbəyovun  öz 
tələbəsi  haqqında  etdiyi  məruzə,  görkəmli  ədəbiyyatşünas-alim  prof.  Mikayıl 
Rəfilinin  1933-cü  il  dekabrın  18-də  «Bakinskiy  raboçiy»  qəzetində  dərc  etdirdiyi 
«Asəf  Zeynallının  xatirəsinə»  adlı  məqaləsi  təsirlidir  və  böyük  əhəmiyyət  kəsb 
edir. 
Musiqişünas-alim  Xanlar  Məlikovun  «Asəf  Zeynallı»  adlı  rus  dilində 
broşurası (Bakı, Azərnəşr, 1956), bəstəkarın anadan olmasının 50 illiyi münasibəti 
ilə Xalq artisti Süleyman Ələsgərovun «İstedadlı bəstəkar» («Bakı» qəzeti, 4 aprel, 
1959, № 80), Xalq artisti Əfrasiyab Bədəlbəylinin «Kommunist» qəzetinin 1959-
cu  il  5  aprel  tarixli  nömrəsində  dərc  etdirdiyi  «Asəf  Zeynallının  xatirəsi»,  Xalq 
artisti Səid Rüstəmovun «Biz dost idik» («Ədəbiyyat və incəsənət» qəzeti, 19 aprel 
1969),  Xalq  artisti  Tofiq  Quliyevin  «Mənim  ilk  müəllimim»,  Cəfər  Zeynallının 
«Asəf yada düşür», Elmira Zeynallının «O, mənim bacılarıma musiqi əsərləri həsr 
etmişdi»  adlı  məqalələri,  jurnalist  Qvami  Məhəbbətoğlu  ilə  Məmmədrza 
Bakıxanovun «Qısa ömrün uzun akkordları» adlı müsahibəsi («Zaman» qəzeti, 24 
oktyabr  2002),  eləcə  də  Azərbaycan  televiziyasının  Asəf  Zeynallının  həyat  və 
yaradıcılığından  bəhs  edən  sənədli  filmi  də  Azərbaycan  romansının,  simfonik 
musiqisinin banisi Asəf Zeynallının həyatı və irsi barədə maraqlı mənbələrdir. 
1923-cü  ildə  Asəf  Zeynallı  14  yaşında  ikən  Azərbaycan  musiqi  məktəbi 
şagirdlərinin  Ü.Hacıbəyov  tərəfindən  keçirilən  ilk  baxış-konsertini  Əfrasiyab 
Bədəlbəyli  yuxarıda  adı  çəkilən  məqalədə  belə  xatırlayır:  «O  vaxta  kimi  trubanı 
əsas  etibarı  ilə  hərbi  marş  aləti  kimi  tanıyan  bir  çox  dinləyici  Asəfin  «Rast» 
muğamı  əsasında  bəstələdiyi  musiqi  pyesinin  gözəl  təranəsindən  vəcdə  gəldilər. 
Asəf  öz  çalğısını  bitirincə,  bütün  salon  onu  sürəkli  alqışlarla  qarşıladı,  əsərin  bir 
daha  təkrar  çalınmasında  israr  etdi.  3-4  dəfə  səhnəyə  gəlib  utana-utana 
salondakılara baş əyən Asəf öz əsərini bir daha ifa etdi». 
Xalq artisti, bəstəkar Tofiq Quliyev özünün, eləcə də Qara Qarayev, Cövdət 
Hacıyev və Zakir Bağırovun da müəllimi olmuş Asəf Zeynallını bir müəllim və bir 
insan kimi güclü cazibə qüvvəsi olan adam kimi xarakterizə edir. Səid Rüstəmov 
Asəf  Zeynallının  ömrünü  bitməmiş,  yarımçıq,  lakin  gözəl  bir  musiqi  əsərinə, 
mahnıya,  romansa  bənzədir.  Süleyman  Ələsgərov  A.Zeynallının  əsərlərinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə