Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə166/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   162   163   164   165   166   167   168   169   ...   176

 
346 
mənzil  aldıq.  Nə  sənin  bundan  xəbərin  oldu,  nə  mənim.  Təsadüfən  görüşdük  və 
xəbər tutduq. İkimiz də sevindik bu tale qismətinə. 
Sən  də  altı  saylı  binaya  tez  köçənlərdən  oldun,  mən  də.  Övladlarımız  bir-
birini  tanıdı.  Heç  geniş  təmirə  ehtiyac  qalmadı.  Çünki  Bakıda  evsizlik  bizi 
bezikdirmişdi, kirəkeş yaşadığımız məhəllələrin sayı-hesabı yox idi. Xoşbəxtlikdən 
bəxtimiz gətirmişdi. Binamızda xeyli tanınmış ziyalı mənzil almışdı; görkəmli şair 
Famil  Mehdi  (mənzili  oğluna  verdi),  publisist  Məhəmməd  Baharlı,  şairlərdən 
Zəlimxan  Yaqub,  Məmməd  Kazım,  professor  Nizaməddin  Şəmsizadə,  filologiya 
elmləri  doktoru  Zaman  Əsgərli,  mərhum  iqtisadçı  Cavanşir  Hüseynov,  tarixçi 
Mübariz Əmirov, tibb elmləri doktoru Şakir Musayev və s. 
Atalar sözüdü: «Uzaq qohumdan yaxın qonşu yaxşıdır». Mən deyərdim, lap 
ən  yaxın  qohumun  özündən  də,  həmişə,  hər  gün  ünsiyyət  saxladığın,  könül 
bağladığın insan qiymətlidi. Sən bunu sonra əməllərinlə sübuta yetirdin, yaxşı od 
qonşusu  oldun.  Halal  bir  ocaqdan  çıxdığını  qabiliyyətinlə,  səxavətinlə, 
mədəniyyətinlə  təsdiqlədin.  İndi  hamı  başına  and  içir.  Həyətin  «sakinlərindən 
eşidəndə «Abid qızıl oğlandı, yaxşı insandı», - ürəyim dağa dönür. 
…Şəlalə  və  Günay  kimi  gözəl-göyçək  qızlar  böyütdün,  onların  hər  cür 
qayğısına qaldın. Sonbeşik Həmid Xanı ərköyünlüyə öyrətmədin. Bir ayağın işdə, 
bir  ayağın  kitabxanada,  bir  ayağın  da  müəllimlik  etdiyin  tədris  ocağında  oldu. 
Hərdən  mənə  gileylənirdin  də:  «Vaxt  tapmaq  müşkül  məsələyə  dönüb,  bilmirəm, 
necə çatdırım. Hökumət işi, yazı-pozu, ailə-məişət qayğısı, digər adsız problemlər. 
Başımı qaşımağa vaxtım olmur». 
Vallah, Abid, əzizim, indi hər kişinin hövsələsi çatmır kitabxanaya getsin, ya 
toz  basmış  arxiv  eşələsin.  «Əldən  düşmüş»  köhnə  kitabları  vərəqləsin,  müxtəlif 
əlyazmalara «dirilik» versin, onları ziyalı qayğısıyla oxusun, tədqiqatçı sayğısıyla 
araşdırsın.  Ömrünü  həm  məsul  dövlət  qulluğuna  sərf  eləsin,  həm  də  tələbə 
auditoriyasında  keçirsin.  Mətbuat  tariximizin  keşməkeşli,  sanballı,  möhtəşəm  bir 
dövrünün mənzərəsini yaratsın, bu haqda məqalələr yazsın, kitab nəşr etdirsin. 
Dalbadal beş kitabın nəşr olundu. Elə bildin daha beş övladın dünyaya gəldi. 
Filologiya  elmləri  doktoru,  professor  Xeyrulla  Məmmədov  əməyini 
«fədakarlıq»,  folklorşünas-alim  Məhərrəm  Qasımlı  «elm  aləminə  müraciət, 
səyahət»  adlandırdı.
 
«Sözlə  yarananlar,  sözü  yaşadanlar»  (Əbilov,  Zeynalov  və 
oğulları,  Bakı,  2001),  «Azərbaycan  mühacirəti»  (Bakı  –  «Tural-Ə»  Nəşriyyat-
Poliqrafiya  Mərkəzi  –  2001),  «Azərbaycan  mühacirət  mətbuatı»  («QAPP-
Poliqraf», Bakı – 2002), «Deyilən söz yadigardır» (Bakı, «Azərbaycan» nəşriyyatı, 
2003), «Azərbaycan mühacirət mətbuatı» (II hissə, Bakı, «Ozan», 2003). Sən sözlə 
ovundun, sözə tapındın, sözlə nəfəs dərdin və ilk kitabına yazdığın müqəddimədə 
yaratdığını  böyük  Allahın  adına  bağladın:  «Müsəlmanların  müqəddəs  kitabı 
Qurani-Kərimin  Əl-Bəqərə  surəsinin  (İnək)  117-ci  ayəsində  deyilir  ki,  göyləri  və 
yeri icad edən, yoxdan yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona – O 
işə yalnız: «Ol» - deyər, o da fövrən olar. Deməli, bəşər övladı da daxil olmaqla, 
onun  gördükləri  və  görmədikləri,  duyduqları  və  duymadıqları,  dərk  etdikləri  və 
etmədikləri,  toxunduqları  və  toxunmadıqları,  eşitdikləri  və  eşitdirmədikləri  nə 
varsa, hamısı «ol» sözü ilə yaranmışdır». Doğrudur, qardaş, qələm işi – Tanrı işidi, 
insan yalnız müqəddəs icraçıdı! 


 
347 
Bu  da  Məhərrəm  Qasımlının  sənin  kitablarının  birində  yazdığı  «Mən  eldən 
ayrılmazdım»  ön  sözündən  parça:  Fakt  və  hadisəni  məharətli  mənalandırmaq, 
informasiyanın  orijinal  cizgilər,  qeyri-adi  maneralar,  özünəməxsus  publisist 
gedişlərlə  təqdim  etmək,  yazılarının  təsirli  alınmasında  və  oxucu  qəlbinə  yol 
tapmasında  sirli  bir  açarıydı.  Sonralar  o,  mühacirəti  təkcə  jurnalist  marağı 
səviyyəsində  deyil,  həm  də  sırf  elmi  əsaslarla  öyrənməyə  başladı.  Azərbaycan 
mühacirətinin  nəhəng  simalarından  olan  Ceyhun  Hacıbəylinin  irsini  araşdıraraq 
namizədlik dissertasiyası da müdafiə etdi». Bilirik ki, doktorluq işin də hazırdı, bu 
gün-sabahlıqdı, çap növbəsi gözləyən yeni əsərlərin də var. 
Abid  Tahirli  həm  də  özünün  əsl  bəndəlik  missiyasını  şərəflə  yerinə  yetirir: 
xeyirxah  insandır,  hər  kəsə  kömək  əlini  uzadandı,  məclis  adamı,  dərd  adamıdır, 
sözü havadan tutmağı bacarandı. Ancaq mən nə qədər gəlişi gözəl kəlmələr Abidin 
ünvanına işlətsəm də, onun özünün elmdə, ədəbiyyatda ayrıca «mühacir ömrünü» 
fərqləndirsəm də, yenə şəxsiyyət kimi portretini tamamlaya bilmədim. 
 
 
 
 
 
 
 
 
 
Ağacəfər HƏSƏNLĠ 
 
 
 
 
 
 
 
 
«Humanitar» qəzeti, 
 
 
 
 
 
 
 
 
            20 aprel 2005 
 
 
ABĠD TAHĠRLĠ – 50  
 
Hörmətli Abid müəllim! 
Sizi  –  tanınmış  ədəbiyyatşünasımızı,  yazıçı  və  publisistimizi  anadan 
olmanızın  50  illiyi  münasibətilə  ürəkdən  təbrik  edirik.  Hələ  orta  məktəbdə 
oxuduğunuz illərdən sizin imzanız mətbuat aləmində tanınıb. IX sinifdə oxuyarkən 
«Sinoptiklər»  hekayənizlə  «Azərbaycan  pioneri»  jurnalının  keçirdiyi  Respublika 
yaradıcılıq  müsabiqəsinin  qalibi  olmusunuz.  Bu  yol  sizi  Azərbaycan  Dövlət 
Universitetinə gətirib. Jurnalistika fakültəsini bitirmisiniz. 
Vaxtilə  tanınmış  qəzetlərdən  biri  olan  «Odlar  yurdu»  qəzetindəki 
fəaliyyətiniz  indi  də  oxucuların  yaddaşındadır.  Siz  həmin  qəzetdə  müxbir,  məsul 
katib, redaktor müavini vəzifələrində çalışarkən böyük təcrübə məktəbi keçmisiniz. 
Mühacir mətbuatı mövzusuna ciddi marağınız da həmin illərdən başlayıb. «Ceyhun 
Hacıbəylinin həyat və yaradıcılığı» mövzusunda namizədlik dissertasiyanız da bu 
marağın  təzahürüdür.  Sizin  tərtibinizlə  C.Hacıbəylinin  «Hacı  Kərim»  povesti, 
«Dədə  Qorqud»,  «Dədə  Qorqud  aliliyi»  kitabları,  Tofiq  Vəndamlının  «Qandal 
qolda  nə  yazım»,  görkəmli  sənətkarımız  İlyas  Əfəndiyev  haqqında  «Sən  həmişə 
bizimləsən»  adlı  xatirələr  topluları  və  s.  kimi  kitablar  nəşrə  hazırlanmışdır. 
Azərbaycan  mətbuat  tarixi  ilə  bağlı  araşdırmalarınız  böyük  maraq  doğurur.  Bu 
günlər  həmin  silsilədən  «Azərbaycan  mühacirət  mətbuatında  publisistika  (1921-
1991)» fundamental tədqiqat əsəriniz işıq üzü görmüşdür. Bu mövzuda yazdığınız 
doktorluq  işi  müdafiəyə  buraxılmışdır.  Bundan  əvvəl  isə  sizin  «Azərbaycan 
mühacirəti», «Sözlə yarananlar, sözü yaşadanlar», «Deyilən söz yadigardır», «İlyas 
Əfəndiyevin  publisistikası»  və  iki  hissədən  ibarət  «Azərbaycan  mühacirət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə