Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   51   52   53   54   55   56   57   58   ...   176

 
112 
Gətirilən  qəzetlərdən  məqalələrimi  bir-bir  oxutdu,  hər  məqalədə  nə  demək 
istədiyimi soruşdu. Bütün bu yazıların ictimai tənqidlər olduğunu, cəmiyyətimizin 
yaxşı  və  qüsurlu  tərəflərini  işıqlandırdığını  izah  etdim.  O  zaman  Atatürk    …na 
işarət  edərək  «Bəy  əfəndi,  bir  nəfər  həm  Universitetdə  müəllimlik  edər,  həm  də 
iqtidarı  tənqid  edərsə,  bunun  nəticələri  yaxşı  olarmı?»  -  deyə  soruşdu.  Müraciət 
etdiyi  şəxs,  «Əlbəttə,  doğru  deyil»  –  cavabını  verdi.  Paşa  sualı  digərlərinə  də 
ünvanladı. Bir nəfər istisna olmaqla, hamısı eyni cavabı təkrarladı. O bir nəfər … 
bəy, «əgər rejim və iqtidar qüvvətli isə, bir kimsənin həm Universitetdə müəllimlik 
etməsi, həm də müxalifətdə olması heç bir zərər verməz. Əgər rejim və iqtidar zəif 
isə,  bunun  təhlükələri  var»-  dedi.  Atatürk  mənə  dönərək  soruşdu:  «Bax,  nə 
deyirlər?». «Paşam, hər kəs fərqli düşünə bilər. Mən nə edim?» - cavabını verdim. 
Atatürk  birdən-birə  «aydın  olur»  -  deyə  qışqırdı:  «Onlara  cavab  verməyi  özünə 
sığışdırmırsan, lap yaxşı, bax mən deyirəm, həm Universitetdə müəllimlik, həm də 
müxalifətlik olmaz». Sonra əlavə etdi: «Söylə, biz də bilək, sən bu qəzeti çıxarmaq 
üçün pulu haradan tapdın?» Bu zaman nə qədər qorxunc bir intriqanın yarandığını 
anladım.  «Paşam,  -  dedim,  -  «Akın»ı  bağlamağı  qərara  almışdım.  Lakin,  madam 
ki,  belə  şübhə  var,  müfəttişlərinizi  göndərərək  pulu  haradan,  necə  tapdığımı 
araşdırıb elan etməyincə qəzeti bağlamayacağam». Bunu eşidəndə Qazi «Deməli, 
söz güləşdirirsən» - deyə qışqırdı: - Sən həm də unudursan ki, sığıntısan!» 
Anam  atamın  əlindən  tutdu  –  Atatürk  bunu  sənə  söylədimi?  «Hə,  Sitarə, 
söylədi və bir andaca həyatımın ən dərin kədəri içimi doldurdu. Paşam, – dedim, – 
on  səkkiz  yaşımdan  bəri  türk  millətinin  xidmətindəyəm.  Mənə  bu  yolda  dəfələrlə 
bir  çoxları  bu  sözü  söylədi.  Hamısına  güldüm.  Amma  indi  sizin  ağzınızdan  eyni 
sözü eşitmək məni ruhumun ən dərin nöqtəsinə qədər sarsıtdı. Sizə qədər bu sözü 
mənə  deyənlər  kiçik  adamlardı.  Siz  isə  bu  məmləkəti  xilas  etmiş  insansınız.  Bir 
tərəfdən  bütün  dünyanın  türk  irqindən,  türk  millətindən  yarandığı  tezisini  ortaya 
qoyursunuz,  digər  tərəfdən  sərhədin  o  tayındakı,  təəssüf  ki,  əsarət  altındakı  xalis 
türk  bir  yurddan,  türkün  hürriyyətini  mühafizə    etməyə  müvəffəq  olmuş  qisminə 
gələn, yenə xalis bir türkə «sığıntı» deyə bilirsiniz. Bu nə qorxunc bir təzaddır və 
nə üçün Allah mənə sizi belə bir təzad uçurumu içində göstərmək fəlakətini nəsib 
etdi». Bu  sözləri  söylər-söyləməz  ayağa  qalxdım.  Bu  an  gözləmədiyim  bir  hadisə 
baş verdi. Atatürk də ayağa qalxaraq boynuma sarıldı: «Sən məni yanlış anladın, 
elə demək istəmədim» - deyərək, üz-gözümü öpməyə başladı. Lakin orada duracaq 
halda deyildim. Bir söz demədən çıxdım. 
Anam  atamın  əllərini  dodaqlarına  apardı:  «Üzülmə,  Əhməd,  yaxşı  cavab 
vermisən.  Qazi  böyük  adamdır,  səni  sevir,  ətrafında  olan  bir  neçə  nəfər  aranı 
qarışdırıb». 
Bir neçə həftə sonra «Akın» qəzeti bağlandı. Bir müddət də keçəndən sonra 
Universitetdə  islahat  aparılarkən  atamın  kürsüsünü  də  əlindən  aldılar.  O  zaman 
atamın Atatürkə çox yaxın olan bir dostu atamın ortaqlarından birinin qəzetlə bağlı 
bütün xəbərləri, danışıqları bir jurnala qeyd etdiyini xəbər verdi. Anam yenə haqlı 
çıxmışdı… 
Bu  hadisədən  sonra  anam  onu  uzun  illərdən  bəri  müayinə  və  müalicə  edən 
mərhum  dr.Akil  Muxtara  «ölümüm  yaxınlaşdı,  doktor,  fəqət  Əhmədi  düşdüyü 
maddi  və  mənəvi  sıxıntılar  içində  tək-tənha  buraxmaq  çox  çətindir.  O,  özünü 


 
113 
toplayana  qədər  yaşaya    bilsəydim»  -  demişdi.  Bu  sözləri  atamdan  başqa  ailənin 
bütün üzvlərinə də demişdi. Fəqət, heyhat, daha həyatını bir az da olsa, uzatmaq 
mümkün  deyildi.  Tək  bir  təsəllisi  vardı:  həmişə  ərindən  əvvəl  ölməyi  Allahdan 
diləmişdi.  Bax,  bu  istəyi  yerinə  yetirdi.  Ölüm  hazırlığını  özü  görmüşdü:  -  kəfəni, 
tabuta  örtüləcək  şalı,  gül  sularını,  yandırılacaq  öd  ağaclarını  (tropik  meşələrdə 
bitən, yanarkən ətrafa xoş qoxu yayılan ağac – T.A.) atamın və xalamın bildiyi bir 
yerə çoxdan toplamışdı. 
1933-cü  ilin  oktyabr  ayının  16-sı  gecəsi  süfrə  başında  idik.  Yalnız  bacım 
Tezər  anamın  yanında  idi.  Birdən  onun  «Anama  bir  şey  olur»  -  deyə  hayqırtısını 
eşitdik.  Otağına  girdiyimiz  zaman  anamın  gözləri  qapanmışdı.  İndi  olduğu  kimi 
xatırlayıram,  babam  birdən  özünü  itirdi.  Sitarənin  öləcəyini  çox  düşünmüşdü. 
Fəqət  bu  anı  əsla  təsəvvür  etmirdi.  Hər  birimizin  üzünə  ayrı-ayrı  baxdı,  sonra 
anamın dizlərinə qapanaraq hıçqıra-hıçqıra ağlamağa başladı… 
 
 
 
“525-ci qəzet”,14  , 21 iyul 2007 
 
Ġdrak və irĢad iĢığı 
 
(Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pyesdən təəssürat) 
 
Ədəbi-mədəni  mühitin,  xüsusilə  teatr  ictimaiyyətinin  yaxşı  tanıdığı  Arif 
Mədətovun bir sıra pyeslərinin səhnədə uğurla oynanıldığını bilsəm də, etiraf edim 
ki,    dramaturqun  yaradıcılığına  dərindən  bələdliyim  yox  idi.  Bu  yaxınlarda  onun, 
nəşrləri  ilə  respublikada,  eləcə  də  ölkəmizdən  kənarda  yaxşı  tanınan  «Çinar-çap» 
nəşriyyatında işıq üzü görən «Şeytan» adlı kitabı diqqətimi çəkdi. 
Burada  müəllifin  4  pyesi  toplanmışdır:  «Aylı  gecə»  (psixoloji  dram), 
«Şeytan»  (tragikomediya)  «Sezarın  taleyi»  (bədi-tarixi  faciə)  və  «İdrak  işığında» 
(tarixi dram).  Tanınmış şair - publisist Dilsuzun redaktor, Qoşqar İsmayıloğlunun 
naşir  olduğu  kitaba  sənətşünaslıq  doktoru,  professor  İlham  Rəhimli  «Psixoloji 
insan  münasibətləri»  adlı  ön  söz  yazmışdır.  İstedadlı  teatrşünas  İ.Rəhimli  Arif 
Mədətovun  pyeslərinin  janr  xüsusiyyətlərinə,  hadisələrin  dram  prinsiplərində 
bədii-estetik  təsvirinə,  xarakterlərin  əlvanlığına,  tarixi  reallıqlara  çağdaş  fəlsəfi 
baxışlarına görə diqqət çəkdiyini xüsusi vurğulayır,  hər bir əsərin ideya-məzmunu 
barədə  çox  yığcam  məlumat  verir  və  əmin  olduğunu  bildirir  ki,  teatrlarımızın 
orijinal  pyeslər  baxımından  korluq  çəkdiyi  bir  mərhələdə  «Şeytan»  kitabındakı  4 
yeni və maraqlı pyes bu sahədəki boşluğu müəyyən mənada doldurmuş olacaqdır.  
Ön  sözdən  məlum  olur  ki,  A.Mədətovun  «İdrak  işığında»  adlı  pyesi 
Azərbaycanın  böyük  mütəfəkkir  yazıçısı,  dramaturgiyamızın  banisi  Mirzə  Fətəli 
Axundzadənin  həyatından  bəhs  edir.  Professor  İlham  Rəhimliyə  görə,  M.F. 
Axundzadənin  həyatından  bir  neçə  dram  əsəri  yazılsa  da,  Arif  Mədətovun  pyesi 
müəllifin  tarixi  həqiqətlərə  yeni  estetik  prizmadan  yanaşması  və  Mirzə  Fətəlinin 
həyatının son dərəcə maraqlı epizodlarını dramaturji konfliktin mərkəzinə çəkməsi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə