Abş indiki iqtisadi böhrandan təklikdə çıxa bilməz



Yüklə 106,45 Kb.
Pdf görüntüsü
tarix29.09.2018
ölçüsü106,45 Kb.
#71026


«Vergi xəbərləri».-2009.-№3.-S.60-61.

"ABŞ indiki iqtisadi böhrandan təklikdə çıxa bilməz"

Kolumbiya Universitetinin professoru, Nobel mükafatı laureatı Cozef Stiqlis 2009-cu il fevralın 24-də

Nyu-Yorkda qlobal iqtisadi böhran barədə çıxış etmişdir. O, çıxışının əvvəlində demişdir:

"İndiki  qlobal  böhran  ABŞ-da  başlanmışdır  və  bütün  dünyaya  yayılmaqdadır;  biz  iqtisadiyyatın

dövlət  tənzimlənməsinin  məhdudlaş dırdması  fəlsəfəsini  ixrac  edirdik,  biz  "zəhərli"  ipoteka  kağızlarımızı

ixrac edirdik, indi isə iqtisadi tənəzzülümüzü ixrac edirik".

Amerikalı iqtisadçının fikrincə, ABŞ-ın maliyyə sistemi "əmanətləri" səfərbər etmək, kapitalı yerləşdirmək və

risklərdən  mümkün  qədər  uzaq  olmaq  kimi  mühüm  vəzifələrin  öhdəsindən  gələ  bilməmişdir;  birinci  vəzifəni  ona

görə  yerinə  yetirməmişdir  ki,  onun  əslində  heç  bir  əmanəti  qalmayıb;  kapital  düzgün  yerləşdirilməyib  və  lazım

olmayan sahələrə xərclənib; risklərdən isə nəinki uzaqlaşmışıq, əksinə həmin riskləri özümüz yaratmışıq".

C. Stiqlis hesab edir ki, qüsurlu maliyyə sistemi ABŞ-ın bütün  iqtisadi  sistemini  deformasiyaya  uğratmışdır

və burada dərin islahatlar aparılmalıdır. O demişdir: "Bizim maliyyə sistemimizin çətinlikləri kapitalımızın müasir

variantının mürəkkəb problemlərinin əlamətləri ilə əlaqədardır". İqtisadçı alim istisna etmir ki, yaxın iki, üç, yaxud

dörd  ilə  ölkənin  maliyyə  sistemini  qaydaya  salmaq  olar;  lakin  bu  dövrdə  dayanıqlı  iqtisadi  inkişafa  nail  olmaq

mümkün  deyil.  O,  konqresdə  Federal  ehtiyat  sisteminin  başçısı  Ben  Bernankenin  2011-ci  ildə  dayanıqlı  iqtisadi

inkişaf  barədə  proqnozunu  "həddindən  artıq  nikbin"  adlandırmış,  tənəzzüldən  çıxmaq  üçün  daha  ciddi  islahatlar

tələb olunduğunu göstərmişdir.

C. Stiqlis  dünya  böhranının  əsas  səbəblərindən  biri  kimi  qlobal  uyğunsuzluq  nəticəsində  yaranmış  ümumi

tələb çatışmazlığını görür. "Bu isə öz növbəsində ona görə əmələ gəlmişdir ki, keçid iqtisadiyyatına malik və inkişaf

etməkdə  olan  ölkələrin  çox  hissəsi  valyuta  ehtiyatlarını  artırmağa  çalışırlar".  Alimin  sözlərinə  görə  "ehtiyatların

artırılması son 8-9 il ərzində Asiyada və xüsusilə də Yaxın Şərqdə çox böyük miqyas almışdır və trilyon dollarlarla

ölçülür.

Cozef  Stiqlis  bunun  səbəbini  onda  görür  ki,  1997-98-ci  illərdə  baş  vermiş  sonuncu  maliyyə  böhranı

ölkələrdən  bir  çoxunu  ehtiyat  tədbirləri  görməyə  məcbur  etdi;  onlar  iqtisadi  müstəqilliklərini  təhlükə  qarşısında

qoymamaq  üçün,  Beynəlxalq  Maliyyə  fondunun  dövrilik  siyasətinin  təsirinə  məruz  qalmamaq  üçün  meqaehtiyat

fondları  yaratmalı  oldular;  məlumdur  ki,  bu  dövrilik  siyasəti  iqtisadi  ləngiməni  azaltmağa,  sonra  isə  iqtisadi

tənəzzülə çevirən bir siyasətdir. Bundan əlavə, beynəlxalq aləmdə qlobal sığorta sistemi yoxdur və hər bir ölkə özü

özünü  müdafiə  etməlidir.  Doğrudan  da  indi  görünür  ki,  ehtiyat  yaradan  ölkələr  digər  ölkələrə  nisbətən  iqtisadi

böhran dövründə daha əlverişli vəziyyətdədir.

Nobel  mükafatı laureatının dediyinə  görə,  qlobal  iqtisadi  sistem  indiki  dövrdə  ümumi  tələb  çatışmazlığının

yaranmasını onda  görür  ki,  bir  ölkə  sonuncu  mərhələ  istehlakçısıdır.  "Bu  ölkə  isə  ABŞ-dır  və  burada  dövlət  elə

hesab  edir  ki,  ümumi  tələbin  təminatçısı olduğuna  görə  bütün  dünya  ona  minnətdar  olmalıdır".  Alim  dünyada  ən

varlı ölkənin,  yəni  ABŞ-ın öz  və-saitlərinə  uyğun olmayan  tərzdə  istehlakçı ki-mi çıxış etməsini  düzgün  olmayan

mövqe adlandırmışdır.

Prezident  Barak  Obamanın  böhranın  aradan  qaldırılması üçün  təkliflərini  müsbət  qiymətləndirən  C. Stiqlis

son  günlərdə  federal  hökumətin  iqtisadiyyatı  dirçəltmək  cəhdlərini  və  ştatları  idarə  edənlərin  isə  tamamilə  əks

tədbirlər həyata keçirdiklərini təəssüflə diqqətə çatdırmışdır. Məsələn, Kaliforniyada büdcə çatışmazlığı 40 milyard

dollar olduğu halda, yerli hökumət vergiləri artırır  və büdcə məsrəflərini azaldır, bu isə vəziyyəti  qaydaya salmaq

əvəzinə, daha da çətinləşdirəcək.

İqtisadçı alim indiki vəziyyətlə prezident Bill Klintonun dövründəki vəziyyəti müqayisə etmiş və göstərmişdir

ki, 1993-cü ildə iqtisadiyyatın stimullaşdırılması və maliyyə məsuliyyətinin artırılması sahəsində görülən tədbirlər

çox  səmərəli  nəticələr  verdi;  lakin  indi  qarşıya  çıxan  problemlər  tamamilə  fərqlidir,  iqtisadi  tənəzzül  o  qədər

təhlükəlidir ki, vəziyyətin düzəlməsinə uzun müddət tələb olunacaq.

C. Stiqlis yaxın bir neçə ildə vergi dərəcələrinin artırılmasının tamamilə əks nəticələr verəcəyini söyləmiş və

ABŞ-ın  digər  ölkələrlə  qlobal  asılılığım  nəzərə  alaraq,  böhranın  nəticələrinin  təklikdə  deyil,  bütün  dünya



miqyasında aradan qaldırılacağına ümid etdiyini bildirmişdir.

Yüklə 106,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə