Abş prezidentiNİN İrana dair etdiYİ ÇixişI



Yüklə 148,65 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü148,65 Kb.
#78982


AĞ EV

 

Mətbuat Katibliyi

 

          ________________________________________________________________



 

              

Dərhal dərc üçün                                 

 

 



 

 

 



14 iyul, 2015

 

 



 

ABŞ PREZİDENTİNİN İRANA DAİR ETDİYİ ÇIXIŞI

 

Prezident: Bu gün iki il davam edən danışıqlardan sonra, Birləşmiş Ştatlar öz beynəlxalq 

tərəfdaşları ilə birgə işləyərək, onilliklərlə davam edən zorakılığın əldə edə bilmədiyi bir 

nailiyyəti -- İranın nüvə silahını əldə etməsinin qarşısını alan geniş və uzun müddətli razılığı əldə 

edə bilmişdir.

 

Sözü gedən razılıq Amerika diplomatiyasının həqiqi və məna kəsb edən bir dəyişikliyi əldə 



etmək bacarığını nümayiş etdirir – həmin o dəyişikliyi ki, bizim dövlətimizin, və bütün dünyanın 

təhlükəsizliyini təmin edir. Əlli il öncə, Prezident Kennedi üzünü Amerika xalqına tutaraq 

demişdir: “Gəlin heç zaman qorxuya görə danışıqlara başlamayaq və heç bir vaxt danışıqlardan 

qorxmayaq. “ Prezident o zaman Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında olan danışıqlar 

barədə bu sözləri demişdir, və bu danışıqlar nüvə silahının yayılmasının məhdudlanması ilə 

nəticələnmişdir.   

 

O zaman iki super dövlət arasında dəhşətli nüvə müharibəsinin riski mövcud idi. İndiki zamanda 



isə nüvə silahının xüsusilə dünyanın ən qeyri-sabit bölgələrindən olan Yaxın Şərq bölgəsi də 

daxil olmaqla daha çox dövlətlərə yayılması riski var. 

 

Bu gün, Amerika danışıqlarda göstərdiyi güc və prinsiplər mövqeyinə görə, biz sözügedən 



bölgədə nüvə silahlarının yayılmasının qarşısını ala bildik. Əldə olunan sazişin sayəsində 

beynəlxalq ictimaiyyət İran İslam Respublikasının nüvə silahını əldə edə bilməyəcəyinə əmin 

oldu. 

 

Bu saziş bu yaz əldə etdiyimiz danışıqlar çərçivəsinə daxil olan bütün tələblərə uyğundur və 



nüvə silahının əldə edilməsinin bütün yollarının qarşısını alır. Həmçinin əldə olunası məqsədin 

təminatı üçün təftiş və şəffaflıq üçün şərait yaradılacaq. Sözügedən sazişin sayəsində İran nüvə 

silahlarının istehsalı üçün xammal olan zənginləşdirilmiş uranı və plutoniumu istehsal 

etməyəcək. 

 

Sözügedən sazişə əsasən İran zənginləşdirilmiş uranın istehsalı üçün istifadə olunan 



sentrifuqaların üçdə ikisini qeyri-işlək vəziyyətə gətirəcək və onlar daimi beynəlxalq 

ictimaiyyətin nəzarəti altında olacaqlar. İran gələcək on il ərzində özünün sentrifuqalarını uranın 




zənginləşdirilməsi üçün istifadə etməyəcək. İran həmçinin öz zənginləşdirilmiş uran 

ehtiyyatlarının 98 faizini ləğv edəcək.

 

Sadəcə təsəvvür yaratmaq üçün deyim ki, İranın hazırki ehtiyyatları sayəsində 10 nüvə silahı 



yaratmaq olar, halbuki, sazişin şərtlərinə görə İranın ehtiyyatları bir silahın yaradılması 

səviyyəsinə qədər azaldılacaq. Ehtiyyatların üzərinə qoyulan məhdudiyyət 15 il davam edəcək.

 

Sazişin şərtlərinə görə İran Arakda yerləşən reaktorunda müvafiq dəyişikliklər tətbiq edəcək ki, 



reaktorda nüvə silahı üçün istifadə olunan plutonium istehsal olunmasın. Həmçinin razılıq əldə 

olunmuşdur ki, reaktorda istifadə olunan yanacaq İrandan kənara çıxarılacaq və İran gələcək 15 

il ərzində heç bir ağır su reaktoru inşa etməyəcək.

 

Məhz bu sazişə görə biz ilk dəfə olaraq bütün məsələyə aidiyyəti olan öhdəlikləri təmin edə və 



nəzarət altında saxlaya biləcəyik. Bu o deməkdir ki, bizim sazişimiz etimad deyil, nəzarət 

zəminində qərarlaşır, nəzarətçilər isə İranın istənilən əsas nüvə obyektinə istənilən zaman baş 

çəkə biləcəklər.

 

Sazişin şərtlərinə görə müfəttişlər istənilən şübhə yaradan obyekti nəzərdən keçirə biləcəklər. 



Sadə dildə desək, nəzarətçi təşkilat – Beynəlxalq Atom Enerji Agentliyi – lazım olan vaxt, lazım 

ola yerə getmək imkanına malik olacaqdır. Beynəlxalq Atom Enerji Agentliyi həmçinin İranın 

keçmiş nüvə fəaliyyətinə dair araşdırmasının bitməsi üçün İranla razılıq əldə etmişdir.

 

Son olaraq, İran Nüvə Silahlarının Yayılmamasına dair Razılığa əsasən, daimi olaraq nüvə 



silahını əldə etmək hüququndan məhrum edilmişdir.

 

İran sazişdə göstərilən şərtləri yerinə yetirərkən, ona qarşı həm ABŞ, həm də BMT-in 



Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunan sanksiyalar tədricən götürüləcək. Sanksiyaların 

aradan qaldırılması mərhələli şəkildə həyata keçiriləcək, yəni İran müəyyən şərtləri yerinə 

yetirməlidir ki, növbəti sanksiyalar üzərindən götürülsün.  Növbəti on il ərzində İran sazişdə 

göstərilən bütün şərtlərə əməl etməlidir ki, ona qarşı olan əlavə sanksiyalar da aradan qaldırılsın. 

Buraya isə silahlara dair beş illik məhdudiyyətlər və ballistik silahlara dair səkkiz illik 

məhdudiyyətlər də daxildir. 

 

Bütün bunlar BMT-in Təhlükəsizlik Şurasının yeni qətnaməsində öz əksini tapacaq və İran 



sazişin şərtlərini pozduğu halda sanksiyalar yenidən qüvvəyə minəcək. Gördüyümüz kimi, 

sazişin şərtlərinə əməl etməsi İran üçün yaxşı stimul olmaqla bərabər, şərtlərin pozulduğdu 

təqdirdə real fəsadların olması da mövcuddur.

 

Bu əldə olunmuş və beynəlxalq ictimaiyyətin tam dəstəyini almış sazişdir. Konqres sazişin 



detallarını nəzərdən keçirmək imkanı alacaq. Eyni zamanda mənim administrasiyam sazişin 

icrası barədə ətraflı məlumat verməyə hazırdır.  

Amerika xalqı və Konqres sazişi nəzərdən keçirdiyi bir vaxtda vacib olardı ki, digər bir alternativ 

ssenarini göz önünə gətirək. Təsəvvür edin ki, belə bir saziş yoxdur. Bu saziş olmasa idi, dünya 

ictimaiyyəti bizə qoşulub İrana qarşı sanksiyalar yeritməzdi və İran bu təzyiq qarşısında 



kapitulasiya etməzdi. Biz sanksiyaları məhz diplomatik həllin əldə olunması üçün tətbiq etdik və 

nəticəni əldə edə bildik.

 

Sözügedən saziş olmasa idi, İranın nüvə proqramına dair heç bir məhdudiyyət olmazdı və İran 



daha çox sentrifuqaları istehsal edərək sınaqdan çıxarardı. İran nüvə silahı üçün yararlı 

plutoniumu istehsal edən reaktoru işlədə bilərdi və heç bir nəzarətçi missiyası onun gizli nüvə 

proqramını müəyyən edə bilməzdi. Başqa sözlə, sazişin olmaması İranın nüvə proqramının 

məhdudiyyətinin olmaması deməkdir.

 

Bu isə o vəziyyətə gətirə bilərdi ki, qeyri sabit bölgədə yerləşən digər dövlətlər nüvə silahı 



yarışmasına başlayaraq öz silahlarının yaratmaq cəhdləri göstərərdirlər və bu halda, ABŞ İranın 

nüvə silahı proqramının qarşısının alınmasında daha çox çətinliklər yaşayardı.

 

Mən altı ildən artıqdır ki, Prezident və Ali Baş Komandan olmuşam. Dəfələrlə hərbi gücün 



istifadə edib etməməsinə dair seçim qarşısında qalmışam. Bu kimi seçim istənilən Prezidentin 

etdiyi seçimlərdən ən çətinidir. Çox vaxt müxtəlif dövlətlərdə hərbi gücün istifadəsi qərarını 

vermişəm və milli təhlükəsizliyimizin risk altında olduğu halda belə qərar qəbul etməkdən 

çəkinməyəcəm. Mən inanıram ki, bizim təhlükəsizliyimiz məhz İranın nüvə silahını əldə 

etməsinin qarşısını almaqdan asılıdır. Bu istiqamətdə diplomatik bir razılıq olmasaydı, mən və ya 

ABŞ-ın gələcək Prezidenti ya İrana nüvə silahı əldə etməsinə mane olmayacaq və ya bunun 

qarşısını almaq üçün gücdən istifadə etmək qərarını seçməli olacaqdır.

 

İrana dair saziş olmasaydı Yaxın Şərqdə müharibə etimalı daha yüksək olardı. Biz bu problemin 



dinc yolla həll edilməsinin mümkünlüyünü yoxlayaraq heç bir şey itirmirik. Ən pis halda İran 

sazişin şərtlərini pozsa, mənim sərəncamımda olan imkanlar gələcək ABŞ Prezidentinin əli 

altında olacaq və şübhəsiz ki, on və ya on beş ildən sonra ABŞ Prezidenti olan şəxs İrana dair 

daha güclü mövqeyə malik olacaq. O vaxt üçün İran nüvə silahının yaradılmasından daha uzaq 

olacaq və bizim nəzarətçilər İranın nüvə proqramı barədə ətraflı məlumat toplayacaq.  

 

Bu səbəbdən düşünürəm ki, sözügedən sazişdən uzaqlaşmaq məsuliyyətsizlik olardı. Məsələnin 



çox önəmli olduğunu anlayaraq Amerikalılara və onların Konqresdəki nümayəndələrinə sazişi 

tam nəzərdən keçirmək imkanı vermək lazımdır. Bilirik ki, detallar əhəmiyyət kəsb edir. Bizim 

tərəfdən dünyanın nüvə sahəsində olan ən yaxşı mütəxəssisləri sazişin detallarını nəzərdən 

keçirirlər. Başa düşürük ki, Amerikanın 35 il ərzində rəqibi olan İranla iş görürük və məhz buna 

görə sözügedən məsələyə dair Konqresdəki müzakirələri, həmdə bütün detalların sıx şəkildə 

nəzarətdən keçirilməsini alqışlayıram.

 

Lakin mən Konqresə onu da xatırladacam ki, bu kimi sazişlər dostlarla bağlanmır. Biz Sovet 



İttifaqı ilə silahların nəzarətinə dair sazişi müzakirə edəndə onlar bizim dövləti dağıtmaq 

istəyirdilər. O vaxt bağladığımız saziş bizim təhlükəsizliyimizi təmin etmişdir.

 

 

 



Mən əminəm ki, sözügedən saziş Birləşmiş Ştatların və bizim tərəfdaşlarımızın təhlükəsizlik 

maraqlarını təmin edəcək. Sazişin uğurlu icrasına mane olan istənilən qanuvericilik aktının 

qarşısını alacam. Düşünürəm ki, biz münaqişəli bir vəziyyətə cəlb olunmağı qəbul etməliyik və 



Vaşinqtondan olan sərt sözlər problemi həll edə bilməz. Real tərzdə göstərilən diplomatiya və 

dünyanın əsas qüvvələrini cəmləşdirə bilən rəhbərlik İranın nüvə silahının əldə edə bilməməsini 

təmin etmişdir.

 

 



 

Lakin nəzərə alaq ki, bu saziş bizim İranla olan bütün məsələlərimizi həll etmir. İsrail və Fars 

Körfəzi dövlətləri də daxil olmaqla, Yaxın Şərqdəki dostlarımız İranın terrorizmə göstərdiyi 

dəstək və bölgədə qeyri-sabitlik yaratmaq cəhdlərinə dair narahatlıqlarını bildirmişlər. Biz 

onların narahatlığını anlayırıq. Məhz elə buna görə biz nüvə sazişinə belə önəm veririk. Nüvə 

silahına malik olan İran bizim dostlarımız və dünya üçün daha təhlükəli, daha çox qeyri sabitliyə 

səbəb ola bilərdi.

 

Biz eyni zamanda İrana qarşı terrorizmi dəstəklədiyinə, onun ballistik raket proqramına, 



həmçinin insan haqlarını pozduğuna görə tətbiq olunan sanksiyaları qüvvədə saxlayacayıq. Biz 

İsrailin təhlükəsizliyinin təminatı istiqamətində göstərdiyimiz  səyləri davam etdirəcəyik və bu 

səylər istənilən ABŞ Administrasiyasının göstərdiyi səylərdən çox olacaq. Həmçinin Kemp 

Deviddə Körfəz dövlətlərinin İrandan və İŞİD-dən gələn təhlükələrlə mübarizə aparmaq üçün 

bağladığımız tərəfdaşlığı da gücləndirəcəyik.

 

 



 

Lakin, onu da deyim ki, bu qədər əziyyət və qan görmüş bu regionun digər bir istiqamətdə də 

irəliləyə bilməsini müəyyən etməliyik. Dəfələrlə mən İran xalqına bizim qarşılıqlı hörmət və 

maraqlar zəminində işləyə biləcəyimizi demişəm. Dövlətlərimiz arasında olan müxtəlifliklər və 

ziddiyyətli tarix unudula bilməz, lakin biz onları dəyişə bilərik. Qonşu dövlətlərə, xüsusilə İsrailə 

qarşı hücumlara əsaslanan zorakılıq və sərt idealogiya yolu uğursuzdur. Digər bir yol – 

tolerantlıq və münaqişələrin sülh yolu ilə həll olunması yolu – İran xalqına qlobal iqtisadiyyata 

və beynəlxalq icmaya daha yaxşı cəlb olunmağa, daha firavan yaşamağına imkan verəcək. Bizim 

sazişimiz yeni bir istiqamətdə irəliləməyə imkan yaradır və biz bu imkandan istifadə etməliyik. 

Uzun illər boyu bu imkana doğru gedirdik – illərlə davam edən İranın nüvə proqramı, tətbiq 

olunan davamlı sanksiyalar və aylarla davam edən intensiv danışıqları xatırlayırıq. Bu gün mən 

hər iki partiyanı təmsil edən Konqres üzvlərinə və digər dövlətlərə bizə səmərəli olan 

sanksiyaların tətbiqində yardım göstərdikləri üçün təşəkkür edirəm.

 

 



 

Bizimlə danışıqlarda iştirak edən dövlətlərə -- Birləşmiş Krallığa, Fransaya, Almaniyaya, 

Rusiyaya, Çinə, və həmçinin Avropa Birliyinə təşəkkür edirəm. Bizim göstərdiyimiz həmrəylik 

onu göstərdi ki, münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində işlədiyimiz zaman 

mühüm nailiyyətlər əldə edə bilərik.

 

 



 

Son olaraq, Amerikanın danışıqlarda iştirak edən heyətinə təşəkkür edirəm. Dövlət 

Departamentinin Enerji məsələləri üzrə Katibi Erni Moniz də daxil olmaqla bizim expertlər 



komandasına təşəkkür edirəm. Xüsusilə bizim Dövlət Katibimiz Con Kerriyə minnətdarlıq 

bildirirəm. O, qırx il bundan öncə hərbi forma geyinib müharibəyə yollanandan bəri Amerika 

dövlətinə xidmətlər göstərmişdir. İndi isə o, Amerika diplomatiyası sahəsində iradə göstərərək 

bizim dövlətimizin təhlükəsizliyinin təminatı uğrunda çalışmaqda davam edir. Tarix də onu 

göstərirki ki, Amerika yalnız öz gücü sayəsində deyil, həmçinin özünün prinsipləri zəminində 

aparıcı rol oynamaqdadır. Biz görürük ki, dünya ictimaiyyətini bir araya gətirəndə daha güclü 

oluruq və mənim bugünki çıxışım dünyanının daha təhlükəsiz olmasının təminatı istiqamətində 

atılan daha bir addımdır.

 

 

 



Çox sağ olun. Tanrı sizi qorusun. Tanrı Amerikanı qorusun.    

 

 



 

 

Yüklə 148,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə