Abş təhsilli Azərbaycan Məzunlar Cəmiyyəti



Yüklə 28,48 Kb.
tarix04.11.2017
ölçüsü28,48 Kb.
#8303




ABŞ təhsilli Azərbaycan Məzunlar Cəmiyyəti

TƏKLİFLƏR PAKETİ # 1

Bakıda tıxaclar:



problemin həlli yolları”

AMC üzvləri tərəfindən hazırlanmışdır


2006, Yay

Mündəricat


  1. Giriş....................................................................................3

A1 Problemin qoyuluşu......................................................3

A2 Hesabatın məqsədi......................................................3





  1. Bakıda tıxacların yaranma səbəbləri..................................4



  1. Bakıda tıxacların mənfi nəticələri......................................4



  1. Bakıda tıxacların həlli yolları.............................................5

  1. Giriş


A1. Problemin qoyuluşu
Son illər Bakıda tıxacların vəziyyəti dözülməz dərəcədə artmışdır. Artıq həqiqətdir ki, daimi tıxaclar təkcə Bakının mərkəzində və pik saatlarda deyil, həmçinin kənar ərazilərdə də günün hər vaxtı yaranır. Baxmayaraq ki, media və insanlar bu problemi uzun müddətdir ki, həm müzakirə, həm də tənqid edir, problemin həllində çox az irəliləyiş edilmişdir.
Həmçinin qeyd edilməlidir ki, tıxac problemi hökümətin diqqətində olmuşdur. Prezident İlham Əliyev şəxsən hökümət nümayəndələriylə görüş keçirmiş, problemin həlli yollarını müzakirə etmişdir. Tıxac problemi ilə bağlı tədbirlər planı qəbul edilmiş və Bakıda doqquz körpünün və bir neçə yer altı keçidin tikilişi başlanılmışdır. Polis qanunsuz dayandırılmış maşınlarla mübarizədə daha aktiv işlər görür, belə ki, nəzarəti artıraraq qanunsuz saxlanılmış maşınları dayanacaqlardan yedəklə cərimələyir.
Lakin problem hələ tam olaraq həll edilməmişdir. Körpülər Bakı şəhərinin mərkəzinin kənarında tikilir və şəhər mərkəsindəki tıxaclara fayda vermir. Bu küçələr isə daha dardır və tıxaclar burada tez-tez baş verir. İctimaiyyəti məlumatlandırma kampaniyası, iqtisadi ölçülər və problem həllinə kompleks yanaşma bütöv şəklin təsvirində çatışmır.
A2. Hesabatın məqsədi
Bu təkliflər paketinın məqsədi Bakıda tıxac problemi məsələsini qaldırmaqdır və bu problemi həll etmək üçün digər ölkələrin təcrübəsindən istifadəsinə əsaslanaraq, bəzi təkliflər irəli sürməkdir. Bu qısa hesabat yalnız təkliflər xarakteri daşıyır və müəyyən hökümət rəsmilərini tənqid etmək üçün hazırlanmamışdır.
Bu təkliflər paketi kompleks halında nazirlər-arası əməkdaşlıq zəruri hesab edir. AMC təklif edir ki, Nəqliyyat Nazirliyi şəhərdə tıxacların həllində əlaqələndirici mərkəz olmalıdır.


  1. Bakıda tıxacların yaranma səbəbləri.

AMC debatları şəhərdə tıxacların artmasına təsir edən müxtəlif səbəbləri müəyyənləşdirmişdir. Inkişaf edən tikinti-təmir işləri, Bakı sakinləri tərəfindən maşın alışının artması, şəhərə miqrantların axını, mini-avtobusların qeyri-planlı və özbaşına işi tıxacların yaranmasında vacib və müntəzəm səbəblər kimi göstərilə bilər.


Problemin yaranmasında əsas səbəblərini anlamaq, onların müzakirəsi və uyğun çıxış yolu tıxacların ümumi həllinə kömək edəcəkdir.
Səbəblərin qısa təsviri:


  • Bakıda iqtisadi inkişaf və tikinti-təmir işləri

  • Ümumilə Azərbaycanda, özəlliklə də Bakı şəhərində maşınların sayının artması,

  • Dar yollar və yolların planlaşdırılmasının aparılmaması.

  • Mini-avtobusların sayının artması

  • Troleybus və tramvayların ləğvi

  • Sürücülər tərəfindən qeyri-qanuni maşın dayandırılmaları və dayanacaqların (qarajların) azlığı

  • Əhalinin şəhər mərkəzində yaşamaq istəyi.




  1. Bakıda tıxacların mənfi nəticələri

Bakıda tıxac vəziyyətinin yaranması təkcə şəhər sakinlərinin sağlamlığı və səhiyyəsinə deyil, həmçinin ətraf mühit və iqtisadiyyata da çox mənfi təsirini göstərir. Vaxt itkisindən irəli gələn daimi gərginlik, stress, havanın getdikcə daha çox çirklənməsi və küçələrdə qəza təhlükəsinin artması yaşayış normalarını aşağı salır.


Mənfi Nəticələrin qısa təsfiri:


  • Havanın çirklənməsi (tıxac müddəti maşınlardan çıxan tüstü daha çox olur)

  • İqtisadi effektliyin aşağı düşməsi (tıxaclar zamanı benzinin israfı səbəbindən)

  • Vaxtın hədər sərfi

  • Gərginliyin artması və sağlamlığa dəyən ziyan

  • Maşın qəzalarının sayının artması

  • Şəhər həyatınının artması və insanların mərkəzdə yaşamağa can atması

D. Bakıda tıxac probleminin həlli yolları


Bu təkliflər problemin həlli yolunda kompleks yanaşma kimi AMC üzvləri tərəfindən hazırlanmışdır. AMC inanır ki, körpülərin və keçidlərin tikilişi müsbət addımdır, lakin problemi kökündən həll etmir. İctimaiyyətin maarifləndirilməsi və təhsili, dar yolların genişləndirilməsi, iqtisadi stimulasiya, şəhərin müvafiq planlaşdırılması və dövlət nəqliyyat sisteminin yenidən təşkili tıxacların aradan qaldırılmasına müsbət təsir edəcəkdir. Lakin çox vacibdir ki, bütün bu ölçüləri birgə hazırlayıb həyata keçirilsin. Problemin bir həllinə az diqqətin ayrılması tıxac probleminə qarşı natamam mübarizə formasını alacaqdır.
Təkliflərin qısa təsviri:
Nəqliyyat Nazirliyi üçün:


  • Tramvay sisteminin Bakıda bərpasını nəzərdən keçirmək. Bu subsidiya və vergi güzəştləri tələb edəcəkdir, belə ki, tramvay və troleybus sistemləri metro kimi, elə də gəlirli deyil. Bu dünyanın bir çox yerində sınaqdan keçirilmiş bir təcrübədir.

  • Bakının avtobus sistemini yenidən qurmaq. Demək olar ki, dünyada bütün böyük şəhərlər metro kimi ictimai avtobus xidməti işlədir və onu maliyyələşdirir. Bakıda mini-avtobus sistemi xüsusilə yenidən baxılıb işlənilməlidir ki, reyslərin təkrarlanmasın, eyni zamanda dayanacaqda çoxlu sayda mini-avtobusların yığılmasın və s. Həmçinin çox vacibdir ki, İctimai Nəqliyyata istifadə üçün xüsusi cərgələr təqdim edilsin.

  • Yol işarələri və istiqamətləri sistemini sürücülərə kömək olsun deyə düzəldib yaxşılaşdırmaq lazımdır.

  • Xüsusilə şəhər mərkəzində yolları ödənişli etmək (Sinqapur təcrübəsi)

  • “Saxla və get” sistemini təqdim etmək, belə ki, şəhər kənarından gələn sürücülər maşınlarını metrolara yaxın saxlamalı və şəhər mərkəzində işə getmək üçün metro və ya avtobuslardan istifadə etməlidirlər.

  • Sürücüləri şəhər kənarı dairəvi şoselərdən istifadəyə həvəsləndirmək.

  • Gündəlik biletlər və tələbə biletləri dövlət nəqliyyatı üçün istifadəyə başlanılsın.

Bakı İcra Hakimiyyəti üçün:


  • Tələb edilsin ki, təmir-tikinti şirkətləri köhnə binaları söküb dağıdan zaman küçələrin genişliyini artırılsın və eyni zamanda maşınların saxlanması üçün qarajlar tikilsin (ABŞ-da yeni tikilən binalarda hər mənzil üçün tikinti şirkətindən 2 maşın yerinin tikilməsi tələb olunur).

  • Geniş qaraj saxlama məkanlarının tikilməsinə başlamaq-həm yeraltı, həm də yerüstü (özəl şirkətlər qaraj tikintisində marağında deyillər. Bu səbəbdən, dövlətin müdaxiləri işin əvvəlindən çox vacibdir). Azadlıq meydanı bu layihə üçün uyğun ilk nümunə ola bilər.

  • Çaşqınlığı önləmək məqsədi ilə sakinlər və sürücülər üçün şəhər yol xəritələri buraxmaq.

  • Şəhər mərkəzində maşın (İçəri şəhər) sürməyə qadağa qoymaq (Budapeşt təcrübəsi) və ya maşınların saxlanması üçün sayğaclar quraşdırmaq.


Vergilər və İqtisadi İnkişaf Nazirliyi üçün:


  • Öz işçilərini avtobusla aparıb-gətirən təşkilat və şirkətlərə təzminatlar vermək (misal üçün vergini azaltmaq)

  • Işə piyada gələn işçilərə yüksək əmək haqqı təklif edən təşkilat və şirkətlərə təzminat vermək ( Yapon təcrübəsi)

  • Şəhər mərkəzi ərazilərində əhalinin axınının qarşısını almaq üçün sahə və mülkiyyətin qiymətlərini qaldırmaq (müxtəlif vergilər)


Dövlət gömrük komitəsi:


  • Ölkəyə köhnə və iri maşınların gətirilməsi üçün vergiləri artırmaq


Dövlət Yol Polisi üçün:


  • Polislərə tıxacları qısa müddətə həll etmək və yoluna qoymağa dair təlimlər keçmək.

  • Pik saatlar zamanı yolların istiqamətini müvəqqəti dəyişmək.

  • Maşınları qanunsuz saxlayanlara qarşı ciddi və aktiv mübarizə aparmaq. Lakin yenədə bu işlər şəhər rəhbərliyinin qaraj tikintisi ilə birgə eyni vaxtda həyata keçirilməlidir. Qanuni maşın dayanacaqların azlığı gələcəkdə qeyri-qanuni saxlamalara səbəb olacaqdır.

  • Şəhər mərkəzinə tikinti yük maşınların girişinin qarşısını almaq və bunu qanun halına salmaq.

  • Mini-avtobusların hər küçədə saxlamasının qaşısını almaq və onları yalnız dayanacaqlarda saxlamağa vadar etmək.

  • Sürücülərə düzgün sürmə (xüsusilə küçələrin kəsişmə nöqtələrini düzgün keçmə yolları barədə) və piyadaları dövlət nəqliyyatından istifadəyə həvəsləndirmək üçün Sosial Telviziya Reklam yaratmaq.

  • Sürücülər və piyadalar üçün internet səhifə yaratmaq.


Təhsil nazirliyi üçün:

  • Məktəblərdə şagirdlərə ümumi yol qaydalarını və şərtlərini öyrətmək



Geniş ictimaiyyət üçün:

  • Evlərinə yaxın işlərə üstünlük verilsin

  • Çadır quraraq dar yolları bağlamaqdansa, yas mərasimləri üçün yaxınlıqdakı xeyir-şər saraylardan istifadə olunsun.

Yüklə 28,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə