Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə107/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   103   104   105   106   107   108   109   110   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
194 
Emala  gedən  xammal  axınlarının  təmizlənmə  dərinliyi,sistemli  modelləşdirmənin  adekvat 
üsullarının işlənməsi və sənayedə işləyən texnoloji proseslərin optimal hesablanmaları ilə əlaqədar olan 
bu problemlərin həllinin əsas istiqamətləri müəyyənləşmişdir. 
Piroliz  qazlarının  kükürdlü  birləşmələrdən  təmizlənməsi  proseslərinin  daim  təkmilləşməsinə 
baxmayaraq,  bir  çox  fundamental  xarakterli  məsələlər  həll  olunmamışdır.  Onların  içərisində  əsas  yeri 
qazn arzu olunmayan qarışıqlardan təmizlənməsi, texnoloji proseslərin yüksək səmərəliliyi və qənaətliliyi 
ilə  yanaşı,  əlverişli  ekoloji  vəziyyətin  təmin  olunması  ilə  praktiki  olaraq  tamamilə  təmizlənməsi 
üsullarının işlənib hazırlanması problemi tutur. Qaz axınının kükürdlü birləşmələrdən təmizlənməsinin və 
qurudulmasının  mövcud  üsullarının  nəzəri  və  praktiki  təhlil  edilərək,  onların  böyük  maddi  və  enerji 
məsrəflərinin  olması,  texnoloji  sxemin  mürəkkəbliyi  və  ekeloji  etibarlılığın  olmaması  ilə  əlaqədar 
problemlər aşkar edilmişdir. 
Tədqiqat  göstərdiki,  az  kükürdlü  təbii  qazların  kükürdlü  birləşmərdən  təmizlənməsinin 
perspektivliyi üsullarından biri, eyni zamanda qurutma prosesini də yerinə yetirən adsorbsiya üsuludur.  
Bu  vəziyyət  bir  adsorbsiya  kalonunda  eyni  zamanda  iki  funksiyanı  –  təmizlənmə  və  qurutmanı 
birləşdirmək  kimi  imkanı  yaradır  ki,  bu  da  texnologiyanın  sadələşməsinə  və  ekoloji  təmizliyə  gətirib 
çıxarır. 
Qazların kükürdlü birləşmələrdən və nəmlikdən adsorbsiya üsulu ilə təmizlənməsi aktual məsələdir. 
Bu məqsədlə təbii seolitlərdən istifadə edilməsi iqtisadi cəhətdən səmərəlidir. 
Əsas  məsələlərdən  biri  piroliz  qazlarında  olan  az  miqdarda  hidrogen-sulfid  və  nəmliyin 
modifikasiya  edilmiş  mordenit  və  klinoptilolitin  vasitəsilə  çıxarılmasının  mümkünlüyü  və  kinetik 
qanunauyğunluqlarını aşkara çıxarmaqdan ibarətdir. 
Sənaye  qazlarının  sülfidli  birləşmələrdən  qələvi  üsulu  ilə  təmizlənməsi  istehsalatda  geniş 
yayılmışdır.  Lakin  prioliz  qazlarında  qatılığı  kiçik  olduqda  təmizləmənin  adsorbsiya  üsulu    ilə  real 
istehsalat  şəraitində  daha  perspektivlidir.  Prinsipcə,  adsorbsiya  üsulu  ilə  böyük  kükürd  qatılıqlı  qaz 
axınlarını da təmizləmək olar. Son halda bu və digər üsulun seçilməsi iqtisadi meyarlarla müəyyən edilir. 
Adsorbsiya üsulu o halda iqtisadi cəhətdən səmərəli olur ki, qazda sulfidli birləşmələrin qatılığı 2,0’3,0 
kq/ m
3
 həddini aşmasın. 
Qeyd  etmək  lazımdır  ki,  istehsalatda  mövcud  olan  sənaye  qazlarının  kükürdlü  birləmələrdən 
təmizlənməsinin qələvi səmərəliliyə gətirib çıxaracaqdır. Üstünlüyün səbəblərindən biri də odur ki, eyni 
adsorberə eyni vaxtda həm hidrogen-sulfid, həm də su qalıqları adsorbsiyaya uğrayır. 
Təqdim edilən işdə piroliz qazlarından H
2
S-in ayrılması və elementar kükürd çevrilməsi prosesinin 
riyazi modelinin qurulması, optimal parametrlərinin hesablanması məsələsi həll edilmişdir. 
 
QEYRĠ – ÜZVĠ  VƏ ÜZVĠ  DOLDURUCULARLA DOLDURULMUġ  KOMPOZĠTLƏR 
 
Musazadə Z.M. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
İnsanların  həyat  səviyyəsini  yaxşılaşdırmaq  üçün  təbii  sərvətlərdən  düzgün  istifadə  günün  aktual 
problemlərindəndir.  İnsanların  təbiətlə  bağlılığı,  təbii  sərvətlərdən  düzgün  istifadəsi,  onların  mühafizəsi 
və s. problemlər mürəkkəb və çox sahəlidir. Bu problemlərin elmi cəhətdən həlli tədqiqatçılar qarşısında 
mühüm vəzifələr qoyur. 
Təbiət və cəmiyyət üçün səmərəli, canlı aləmə, suya, torpaq sahələrinə təhlükə törədən səbəblərdən 
biri  də  sənaye  və  yeyinti  müəssisələrinin  tullantılarıdır.  Bu  tullantıların  əmələgəlməsi  səbəblərini, 
tərkibini,  həcmini  öyrənməklə  onun  miqdarını  azaltmaq  və  zərərsizləşdirmək  məqsədi  ilə  tədqiqatların 
aparılması məqsədəuyğundur. 
Respublikamızda  alüminium  xammalı  ilə  zəngin  olan  Zəylik  alunit  mədənlərindən  çıxarılan 
xammalın Gəncə gil-torpaq zavodunda emalı zamanı sənaye əhəmiyyətli olan bir çox kimyəvi maddələr – 
alüminium  sulfat,  titan  oksidi,  çini  və  saxsı  qablar  üçün  xammal  və  s.  alınır.  Göstərilən  müəssisə  tam 
gücü ilə işləyən halda ildə təxmini 450 min tondan çox tullantı – boksit şlamı alınır. Bu isə əsas etibarı ilə 
tünd  –  qırmızı  rəngli,  sıxlığı  3700  kq/m
3
  olan  dispers  maddədir.  Boksit  şlamının  tərkibi  aşağıdakı 
oksidlərdən ibarətdir (% - lə) : 
4,98 – SiO
2
;  25,56 – Al
2
O
3
;  48,75 – Fe
2
O
3
;  1,32 – CaO;   5,0 – MgO; 1,26 – Na
2
O + K
2
O qarışığı; 
1,616 – SO

; və 11,72 – uçucu maddələr. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
195 
Tədqiqat    işində  sənaye  tullantısı  olan  boksit  şlamından  kompozisiya  hazırlanmasında  doldurucu 
kimi  istifadə  olunmuşdur.  Həmçinin  yeyinti  sənayesində  istifadə  olunan  qoz  və  fındığın  qabıqlarından 
(tullantılarından) da doldurucu kimi istifadə olunmuşdur. 
Tədqiqatın aparılmasında məqsəd göstərilən üzvi və qeyri – üzvi doldurucuların iştirakı ilə nisbətən 
ekoloji təmiz, yüksək fiziki – mexaniki və istismar göstəricilərə malik kompozitlər almaqdır. 
Üzvi doldurucular kimi istifadə olunan qoz və fındıq qabığı (tozu) kompozitin maya dəyərini aşağı 
salmaqla, onun ekoloji təmiz olmasına və yüksək istismar göstəricilərinə malik olmasına səbəb olur. 
Qoz və fındıq qabığının tərkibinin əsas hissəsini uyğun olaraq liqnin (52,45% və 45,5%), sellüloza 
(39,2% və 34,5%),  yağlar və qatranlar (3,2 % və 1,5%), suda həll olan maddələr (6,5% və 10,0%), küllü 
maddələr (0,8% və 1,3%) təşkil edir. 
Qoz  və fındıq qabıqlarının element tərkibi  də müəyyən olunmuşdur. Məlum olmuşdur ki, qoz  və 
fındıq qabığının tərkibində uyğun olaraq (52,0 və 51,5 % ) karbon (C) və (7,3 və 5,2 % ) hidrogen (H) 
var.  Həmçinin  müəyyən  olunmuşdur  ki,  onların  tərkibində  1,5  %  azot  və  0,1%  kükürd  var.  Biopolimer 
olan  bu  birləşmələr  suda  və  bir  çox  həlledicilərdə  həll  olmur,  lakin  dimetilformamiddə,  spirtdə  və 
tetrahidrofuranda nəzər çarpacaq dərəcədə şişir və çox az miqdarda tərkibində olan qarışıqların hesabına 
həll olur və ya bulantı əmələ gəlir.  
Göstərilən  doldurucuların  iştirakı    ilə  kompozit  hazırlayarkən  əlaqələndirici  kimi  modifikasiya 
olunmuş rezol tipli fenol – formaldehid oliqomerindən istifadə olunmuşdur. Modifikasiya olunmuş fenol 
– formaldehid oliqomerinin təkibində 0,15% sərbəst fenolun olması ekoloji təmiz kompozitin alınmasına 
səbəb olmuşdur. 
Kompoziti  hazırlayarkən  əvvəlcə  modifikasiya  olunmuş  fenol  –  formaldehid  oliqomeri  asetonda 
həll  edilir,  sonra  ələnmiş  uyğun  doldurucu  (üzvi  və  qeyri  -  üzvi)    əlavə  edilir  və  30  –  40  dəqiqə 
müddətində bircinsli məhlul alınana qədər qarışdırılır və örtük kompozisiyası kimi istifadə olunur. 
Örtük  kompozisiyası  həm  kimyəvi,  həm  də  termiki  üsulla  bərkidilmişdir.  Bərkidilmiş  örtük 
kompozisiyasının  əsas  göstəriciləri  tədqiq  olunmuşdur.  Məlum  olmuşdur  ki,  doldurucuların  oliqomerlə 
adsorbsiya  əlaqəsi  örtük  kompozisiyasının  korroziyaya  davamlılığının artmasına  səbəb  olub.  Hazırlanan 
örtük  kompozisiyalarından  müxtəlif  şəraitdə  istismar  olunan  avadanlıq  və  qurğuların  korroziyadan 
qorunmasında istifadə olunması nəzərdə tutulmuşdur. 
 
EPOKSĠFENOL BLOKSOPOLĠMERLƏRĠNĠN ALINMASI 
 
İsayeva X.A. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Epoksifenol kompozisiyaları sənayenin müxtəlif sahələrində geniş tətbiq edilir. Bu xammalın ucuz 
və asan başa gəlməsi kompozisiyaların yüksək qoruyucu xassələrinə (müxtəlif xarakterli mühitlərdə yaxşı 
kimyəvi  davamlılığa,  yüksək  adgeziya  davamlılığına  və  s.)  həmçinin  yüksək  fiziki-mexaniki  xassələrə 
malik olmaları ilə izah edilir. 
Məlumdur  ki,  yüksəkmolekullu  birləşmələrdən  alınan  texniki  məmulatlara  qarşı  müxtəlif  tələblər 
qoyulur.  Belə  ki,  bu  materiallar  yüksək  istiliyə,  kimyəvi  davamlılığa,  yüksək  mexaniki  və  dielektrik 
göstəricilərə,  suya  davamlılığa  və  s.  xassələrə  malik  olmalıdırlar.  Mövcud  polimerlərdən  heç  biri  qeyd 
olunan  kompleks  xassələri  özündə  birləşdirmir.  Kompleks  xassələri  özündə  birləşdirən  polimer 
materialların  alınma  yollarından  biri  polimerlərin  müxtəlif  reaksiya  qabiliyyətli  birləşmələrlə 
modifikasiya edilməsidir. 
Bu  zaman  alınan  xlorhidrinqlikolda  hidroksil  qrupu  xlor  atomuna  nisbətən 

 vəziyyətdə  olur  və 
ona görə də mütəhərrik olduğundan molekuldan HCl ayrılır, epoksid qrupu əmələ gəlir. 
İkinci mərhələdə hidrogen-xlorid ayrılır və epoksid efiri əmələ gəlir: 
 
                                                          CH
3
 
 
Cl – CH
2
 – CH – CH
2
 – O –           – C  –           – O – CH
2
 – CH – CH
2
 – Cl  
2NaOH
 
 
 
OH                                  CH
3
                                OH 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə