Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə115/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   111   112   113   114   115   116   117   118   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
210 
vaxtında keçməsindən sərbəst yaşayan və simbiotik azotfiksatorların azotla qidalanması asılıdır. Deməli, 
həm də torpağın azot balansı və paxlalıların məhsuldarlığı da bu fermentlərin münasibətindən asılıdır. Bu 
iki mühüm ferment arasında müxtəlif metabolitlər və mineral maddələr üçün mübarizə müşahidə edilir. 
Nitratreduktaza və nitrogenaza molibden tərkibli fermentlərdir. Əksər tip torpaqlarda mənimsənilə bilən 
molibden  ehtiyatları  azdır  və  ona  görə  də  göstərilən  fermentlər  arasında  molibden  uğrunda  rəqabət 
izlənilir.  Əksər  tədqiqatlar  təsərrüfat  əhəmiyyətli  bitkilər  kimi  dənli  və  dənli  paxlalı  bitkilərdə  aparılır. 
Paxlalı  bitkilərdə  azotun  assimilyasiyası  sualı  ekoloji  yanaşmadan  və  ehtiyatlardan  səmərəli  istifadə 
baxımından böyük maraq  kəsb edir. 
Ona görə də paxlalı bitkilərin ilkin azot metabolizmi fermentləri öyrənilir. Tədqiqatın obyekti kimi soya 
(Glycine  max  (L)  Merr),  tərəvəz  noxudu  (Pisum  Sativum)  və  inək  noxudundan  (Vigna  unguiculata  (L) 
Walp)  istifadə edilir. Noxud bitkisinin cücərtiləri Knop və Rinkis qidalı mühitində, adi və duzlu şəraitdə 
(0,7% NaCl) yetişdirilib. Təcrübələr 3 və 6 həftəlik bitkilərdə aparılır.  
Stress  şəraitlərdə  paxlalı  bitkilərin  bioloji  azotfoksasiyasını  yaxşılaşdırmaqla  yanaşı  mineral 
kübrələrdən  səmərəli  istifadə  əhalinin  artmaqda  olan  qida  problemini  həll  etməkdə  və  ətraf  mühitin 
çirklənməsinin qarşısını qismən də olsa almaqda bir vasitə ola bilər.  
 
 
 
 
PAXLALI YEM BĠTKĠLƏRĠNĠN TƏSƏRRÜFAT ƏHƏMĠYYƏTĠ 
 
Dadaşzadə G.Ş. 
Sumqayıt Dövlət Universiteti 
 
Xaşa  qiymətli  yem  bitkisi  olub,dünya  əkinçiliyində  böyük  yer  tutur.Yem  bitkiləri 
zülalla,yağla,müxtəlif    vitaminlər  və  mineral  maddələrlə  zəngindir.Paxlalılar  fəsiləsinə  aid  olan  yem 
bitkiləri  torpagın  strukturunu  yaxşılaşdırmaq,  münbitliyini  artırmaq  və  humusla  zənginləşdirmək 
qabiliyyətinə  malikdirlər.Xaşa  becərildiyi  torpağın  fiziki-kimyəvi  xüsusiyyətlərini  yaxşılaşdırmaqla 
bərabər,eroziya prosesinin və şoranlaşmanın qarşısını alır.Xaşa kök ifrazı vasitəsi ilə torpaqda çətin həll 
olan  maddələri  asan  həll  olunan  və  bitkilərin  tez  mənimsəyə  bildiyi  formaya  salır.  Başqa  bitkilərə 
nisbətən  xaşa  tez  çiçək  açır,çiçəklərində  çoxlu  nektar  olduğu  üçün  arılardan  ötrü  əsas  bal  verən  bitki 
hesab olunur. 
Xaşanın  yaşayış  məntəqələrinin  yaşıllaşdırılmasında  da  rolu  böyükdür.  Məsələn,  Qınlı  xaşa- 
(Onobrychis  vaginalis)  qiymətli  bəzək  bitkisidir.  Bu  bitkidən  bağların,  parkların,  həyətlərin,  istirahət 
meydançalarının,  kənd  və  şəhərlərin  yaşıllaşdırılması  işində  geniş  istifadə  olunur.  Bu  xaşanın  gözəl 
botaniki quruluşu, yaşıl rəngi, xoş ətri və çiçəklərinin xoşagələn rəngi vardır. 
Xaşa  nisbətən  məhdud  miqyasda  yayılmışdır.Ölkəmizdə  xaşa  əkini  sahəsi  təxminən  80  min 
hektardır.Xaşanın yayıldığı qurşaq  əsasən yoncanın yayıldığı qurşağa müvafiq gəlir.Yem cəhətdən xaşa 
çox qiymətli bitkidir.Xaşanın quru otunda 15%-dən  artıq  zülal vardır və bu quru ot yaxşı həzm olunur. 
Xaşanı təmiz halda payızlıq və yazlıq taxıllardan sonra səpirlər.O respublikanın dağlıq zonasında 
payızlıq  buğda,  qarğıdalı  və  kartofdan  ötrü  yaxşı  sələfdir.  Xaşa  çoxlu  miqdarda  əhəngi  olan  və  yonca 
əkini  mümkün olmayan torpaqlarda da yaxşı əmələ gəlir. Üçyarpaq yoncadan fərqli olaraq xaşa torpağın 
fosfor turşusunu mənimsəyə bildiyi üçün fosfor gübrələrinə tələbkar deyildir. Buna görə də xaşa əkilən 
növbəli  əkinlərdə  fosfor  gübrələri  sonrakı  bitkiyə  verilir.Xaşanın  kök  sistemi  torpağın  dərinliklərinə 
işlədiyi üçün onun strukturunu yaxşılaşdırır. Torpağın şum təbəqəsində qalmış bu bitkilərin kök qalıqları 
isə onu humus və azotla zənginləşdirir. 
   Xaşanın əsasən səpildiyi ildə gübrəyə ehtiyac olur. Bu bitkilər mineral gübrələrə nisbətən üzvi gübrələrə 
daha həssasdır. İnkişafın sonrakı illərində bitkilərin yerüstü və yeraltı hissələrinin güclü inkişafı və azot 
bakteriyalarının fəaliyyəti nəticəsində torpaq azotla və digər maddələrlə zənginləşir. Ədəbiyyat 
məlumatlarına görə hündür xaşanın tərkibində yem keyfiyyətinə malik maddələr çox olduğundan 
heyvanlar tərəfindən həvəslə yeyilir. 
 
 
 
 
NĠTROGENAZA FERMENTĠNĠN KATALĠTĠK FUNKSĠYASI 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
211 
 
Əhmədova R.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Molekulyar azotun ammoniuma qədər reduksiyasını nitrogenaza fermenti yerinə yetirir. Nitrogenaza 
fermenti iki komponentdən təşkil olunub: dinitrogenaza (MoFe-zülalı) və dinitrogenazanın reduktazası (Fe-
zülalı).  Birinci  komponent  MoFe-zülal  tetramerdir  və  iki  müxtəlif  subvahid  (2α2ß)  cütlərindən  təşkil 
olunmuşdur.    α,  ß  və  γ  subvahidləri  uyğun  olaraq  nifD,  nifK  və  nifH  genləri  ilə  kodlaşırlar.  Subvahid  α 
molekulyar  azotun  reduksiyasının  katalitik  saytına  və  FeMo
7
S
9
  –dəmirmolibden  klasterinə  malikdir.  Bu 
zülalin tərkibində P-klasterləri və M-klasterləri müşahidə edilir. Birinci qrupun tərkibinə [4F-4S] tipli dörd 
dəmir-kükürd  klasteri, ikincinə  isə  iki  Fe-Mo  kofaktoru    daxildir.  Fe-Mo  kofaktoru  özü  də  metal  atomları 
homositrar  və  turşulabil  kükürdlə  koordinasiya  olunan  iki  [4Fe-3S]  və  [Mo-3Fe-3S]  subvahidlərindən 
ibarətdir  .Dinirtogenazanın  molekul  kütləsi  təxminən  245  kD  –dur  (kD-kilodalton;  dalton-  hidrogenin  1 
atomunun kütləsinə (1,67) bərabər molekul kütləsidir). Dinitrogenazanın subvahidləri tetraerdik komplekslər 
formalaşdırırlar, burada Fe-Mo kofaktorun molekulları zülalın α subvahidlərində lokalizasiya olunmuşdur. 
Bu kofaktorların daxili sərhədləri arasındakı məsafə 7 A
0
 bərabər olduğundan imkan verir ki, bu hissə azot 
molekullarının birləşmə yeri sayılsın. Böyük elektron tutumuna malik olduğuna görə Fe-Mo zülalının klaster 
strukturu nitrogenazanın aktiv mərkəzində azot molekulunun çox elektronlu reduksiyası üçün elektronların 
toplanmasını yerinə yetirmək qabiliyyətinə malikdir. 
Dinitrogenaza reduktaza (Fe-zülal, nitrogenaza kompleksinin ikinci komponenti) molekul kütləsi 64 
kD    olan,  [4Fe-4S]  tipli  dəmirkükürd  klasterlərinə  malik  subvahiddən  ibarət  homodimerdir.  Fe-zülalında 
MgATP -in birləşmə mərkəzi lokalizasiya olub. Zülal bu molekulu birləşdirdikdən sonra Mo-Fe zülalı üçün 
elektronların donoru olmaq qabiliyyətini qazanır . 
Belə  hesab  edilir  ki,  Mo-Fe  zülalı  və  Fe-zülalı  2:1  nisbətində  birləşərək  nitrogenaza  kompleksini 
əmələ gətirirlər. Bir molekul azotu ammoniuma reduksiya etmək üçün bu fermentativ kompleks 16 molekul 
ATP  hidroliz  edir  .Əksər  azotfiksatorlarda  nitrogenaza  üçün  elektronların  fizioloji  donoru  ferredoksin  və 
flavodoksindir. 
 
ZANBAQ (LĠLĠUM) CĠNSĠNĠN BOTANĠKĠ XÜSUSĠYYƏTLƏRĠ 
 
Hümbətova A.E. 
Sumqayıt Dövlət Universiteti 
 
Zanbaq  cinsi  latın  dilində  Lilium  adlanır.  Bu  söz  Qərbi  Avropada  yaşamış  qədim  Kelt  dilindən 
götürülmüşdür.  Lüğəti  mənası  ―li‖  –  ağ  deməkdir.  Qədim  İranın  paytaxtı  Suza,  yəni  zanbaqlar  şəhəri 
olmuşdur  (Suzan  və  ya  Şuşun  qədim  İran  dilində  zanbaq  çiçəkləri  adlanır).  Fransada  inqilaba  qədər 
zanbaqlar  şah  hökmdarlığının  simvolu  olmuşlar.  Zanbağın  çiçəyi  müxtəlif  ölkələrdə  bir  çox  tanınmış 
nəsillərin  gerblərində  vardır.  Ağ  zanbaq  –  xaçpərəstlərdə  Madonna  zanbağı  təmizlik  və  qüsursuzluq 
simvolu  olaraq  Müqəddəs  Mariyanın  çiçəyi  hesab  edilir.  Ağ  zanbaqlar  dəstəsi  gözəllik,  fikirlərin 
təmizliyi,  vəfa  və  doğruluğu  təmsil  edir.  Eramızdan  1000  il  qabaq  zanbağın  qiymətli  növləri  ilə  kilsə, 
məbəd və sarayların bəzədilməsində istifadə olunurdu. Qədim Misirdə bu bitki azadlıq rəmzi sayılmaqla 
ən  çox  rəsmlərdə,  mərmər  və  divar  naxışlarında  əks  edilirdi.  Qədim  Romada  Diana,  Venera  və  Yunan 
ilahələrinin  təntənəli  şənliklərində,  mərasimlərində  geniş  istifadə  olunurdu.  Fransada  bitki  daha  çox 
sevilmiş və onu ―Kral zanbağı‖ adlandırmışlar. IX-cu Lüdovikin vaxtında zanbaq dövlət gerbi kimi, xeyli 
sonralar isə ―Ağ zanbaq‖ ordeni təsis edilmişdir. Çində və Yaponiyada bitkinin soğanaqlarından tərəvəz 
kimi  istifadə  etmək  məqsədi  ilə  XIII  əsrdə  əkilib  becərilmişdir.  Bir  çox  həvəskar  bağçılar  hələ  də  sort 
zanbaqlarını becərmək üçün çətin hesab edirlər. Ola bilər ki, nə vaxtsa bu həqiqət olmuşdur. Ancaq XX 
əsrdə zanbaqların seleksiyasında çevriliş baş vermişdir. Bu seleksiyaçılara çoxsaylı dekorativ, soyuqlara 
və  xəstəliklərə  davamlı  hibridlər  almağa  imkan  vermişdir.  Müxtəlif  vaxtlarda  xalqlar  zanbaq  haqqında 
əfsanələr yazmışlar, zanbağın çiçəyini gözəllik və nəciblik simvolu kimi tərənnüm etmişlər. 
Zanbaqların  Qafqazda  6,  Azərbaycanda  isə  4  növü  bitir.  Çiçəklərinin    məstedici  iyi  ilə  başqa 
soğanaqlı  bitkilərdən  fərqlənir.  Zanbaq  çoxillik  soğanaqlı  ot  bitkisidir.  Soğanaqları  təbiətdə  20-40  sm 
dərinlikdə yerləşir. Yarpaq qoltuğunda hava soğancıqları  əmələ gətirmək qabiliyyətinə malikdir. Yabanı 
növlərini Abşeronda 5-7 il torpaqdan çıxarılmadan becərmək mümkündür. Soyuğa davamlıdır. Toxumları 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə