Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə116/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   112   113   114   115   116   117   118   119   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
212 
iyul-avqust  aylarında  yetişir.  Qafqazda,  xüsusən  Azərbaycanda  soğanaqları  qızardılaraq  yeyilir,  ondan 
alınan efir yağlarından üzdə əmələ gələn ləkəyə və qulaq ağrılarına qarşı istifadə olunur. Əsasən vegetativ 
orqanları  (soğanaq,  soğancıq  və  pulcuqları)  və  toxumları  ilə  çoxalır.  Soğanaqların  bölünməsi  yolu  ilə 
çoxaltdıqda 4-7 ildən sonra gül açır. 
             
DUZLULUQ ġƏRAĠTĠNDƏ BĠTKĠ TOXUMALARINDA FERMENTATĠV  
AKTĠVLĠYĠN DĠNAMĠKASI 
 
Kərimova X.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Tədqiqatlar  göstərdi  ki,  toxumların  cücərməsi  duzlu  şəraitdə  getdikdə,onların  kök  sisteminin 
böyüməsi  kəskin  zəifləyir.Duzların  təsiri  altında  bitkilərin  kök  sisteminin  böyümə  prosesinin  gövdəyə 
nisbətən daha çox azalması cücərmənin ilk dövrlərində kök sisteminin funksional fəallığının daha yüksək 
olması  ilə  bağlıdır.Ədəbiyyatdan  da  məlumdur  ki,funksional  fəallığı  yüksək  olan  hüceyrələrdə  enerji 
ehtiyatı tez tükənir və həmin hüceyrələr xarici amillərin təsirinə daha da davamsız olurlar. 
Bitki  toxumalarında  toplanan  hidrogen  peroksid  hüceyrə  metobolizmi  üçün  çox  böyük  təhlükə 
yaradır.Odur ki,bu məhsulun hüceyrə üçün zərərsiz məhsullara çevrilməsində çox fəal ferment sistemləri: 
katalaza  və  peroksidaza  mühüm  rol  oynayır.Duzların  təsiri  altında  cücərtilərin  kök  sistemlərində 
katalazanın aktivliyinin dəyişməsi adekvat xarakterdə deyildir.Belə ki,nəzarət variantından fərqli olaraq 
təcrübə variantlarında duz məhlullarının qatılığı artdıqca,katalazanın da aktivliyinin dəyişilməsi təsir edən 
anionların  spesifikliyindən  asılıdır.Müəyyən  edilmişdir  ki,  NaCl-un    0,2  M  qatılığınadək  fermentin 
aktivliyi  bir  qədər  aşağı  olmuşdur.Bundan  sonra  NaCl-un  qatılığının  artması  katalazanın  da  aktivliyini 
xeyli yüksəltmişdir. 
Beləliklə,hər  iki  fermentin  aktivliyinin  müqayisəli  tədqiqi  göstərdi  ki,  xloridli  duzlaşmanın  aşağı 
qatılıqlarında katalazanın aktivliyi azalır,ancaq bu halda peroksidazanın  aktivliyi yüksək olur. 
Fermentativ  aktivliyə  təsirinə  görə  ionlar  arasında  meydana  çıxan  fərq  bir  sıra  səbəblərlə 
yanaşı,həm  də  duz  məhlullarının  ion  qüvvəsi  ilə  də  əlaqədar  ola  bilər.Tədqiqat işimizdə  istifadə  edilən 
qatılıqlarının ion qüvvəsi hesablanmışdır.Onu da nəzərə almaq lazımdır ki, məhlulun ion qüvvəsi artdıqca 
onun aktivlik əmsalı azalır.Aktivlik əmsalının dəyişməsi ion qüvvəsinin yeganə və bilavasitə təsiridir və 
bu təsir fermentativ reaksiyaları kəskin dəyişdirə bilər. 
Güclü elektrolitlərin  real  məhlullarını  öyrənərkən  ionların aktivliyindən istifadə edilməsi tövsiyə 
olunur. 
 
FOTOSĠNTETĠK APARATIN PĠQMENT SĠSTEMĠ 
 
Məhərrəmova A.N. 
Sumqayıt Dövlət Universiteti 
 
Piqment  sistemləri  ilkin  fotoreseptorlar  funksiyasını  yerinə  yetirirlər.  Fotosintezin  fotoreseptor 
sistemi  kimyəvi  birləşmələrin  iki  mühüm  növü  əsasında  qurulur.  1.Tetrapirolların.  Xlorofillərin  tsiklik 
strukturunu  (maqniporfirinləri),  fikobilin  piqmentlərinin  isə  açıq  strukturunu  əmələ  gətirirlər;  2. 
Poliizoprenoidlərin.  Karotinoid  piqmentinin  böyük  və  müxtəlif  sinifini  əmələ  gətirirlər.  Əsas  quruluşun 
modifikasiyası  yolu  ilə  bu  qrup  piqmentlərin  hər  birindən  elektromaqnit  spektirinin  görünən  sahəsinin 
müxtəlif  hissələrində  udma  maksimumuna  malik  bir  neçə  müxtəlif    kimyəvi  quruluşlar  əmələ  gəlir. 
Xlorofillərin 10 müxtəlif quruluşlu formaları məlumdur; xlorofillər a, b, c, d, e; bakteriaxlorofillər a, b, c, 
d və protoxlorofil, fikobilinlərin bir neçə forması və karatinoidlərin 100 -dən artıq modifikasiyası. Bundan 
başqa,  eyni  kimyəvi  quruluş  canlı  yarpaqda  zülal  və  lipidlərlə  kompleksdə  çoxlu  miqdarda  «nativ» 
formalar əmələ gətirirlər. Məsələn, xlorofil a üçün 10 belə spektral cəhətdən müxtəlif forma  məlumdur, 
bunların  4  forması  spektrin  qırmızı  zolağında  maksimum  udma  qabiliyyətinə  malikdirlər  və 
universaldırlar- 661, 670, 678, 683 nm. Karotinoidlər üçün eyni quruluşun bir neçə vəziyyəti məlumdur; 
məsələn, monomer β-karotinin udma maksimumu-450 nm, zülallarla kompleksdə 455-460 nm, kristallik 
karotinin  ki,  isə  540  nm.  Nəticədə  müxtəlif  sektral  formalara  malik  güclü  fotoreskeptor  sistemi  əmələ 
gəlir. Bu spektrin görünən sahəsinin böyük hissəsinin (400 -dən 800-ə dək) udulmasını müəyyənləşdirir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
213 
Çoxlu sayda müxtəlif quruluşlu piqmentlərdən yalnız ikisi xlorofil a və bakterioxlorofil a enerjinin 
çevrilməsini  yerinə  yetirə  bilir,  qalan  piqmentlər    isə  yalnız  enerjinin  udulmasında  və  miqrasiyasında 
iştirak  edir.  Xlorofil  a  molekulunun  kimyəvi  quruluşunun  analizi  göstərir  ki,  bu  quruluş  fotosintez 
prosesində  3  əsas  funksiyanı    yerinə  yerimək  üçün  ixtisaslaşıb-  enerjinin  udulması,  ehtiyat  halında 
toplanması  və  çevrilməsi.Mg-porfirindən  qurulmuş  xlorofilin  əsas  funksiyaları  molekulun  qurulmasının 
kimyəvi  spesifikasından,  onun  fiziki-kimyəvi  xüsusiyyətlərindən  və  elektron-kolebatel  spektrlərinin 
təbiətindən asılıdır. Mg-porfirinlərin funksiyası təkamül prosesində fotoreseptor quruluşlarının təkamülü 
ilə  sıx  əlaqədə  formalaşıb.  Mg-porfirin  molekulunun  əsasını  metin  körpücükləri  ilə  birləşən  4  pirol 
həlqəsindən  ibarət  tetrapirol  quruluşlu  porfin  təşkil  edir.  Pirol  həlqəsi  4  karbon  atomundan  və  azot 
atomundan  ibarət  olub  xromofordur  və  spektrin  infraqırmızı  hissəsini  udmaq  qabiliyyətinə  malikdir. 
Təkamül  prosesində  əmələ  gələn  porfirinlər  4  pirol  həlqəsini  bir  tsiklə  birləşdirən  ümumi 
?  -elektron 
səviyyəli mürəkkəb sistemdir. 
Piqmentlərin təkamülü nəticəsində onların polyarlığının xüsusiyyətləri dəyişilir. COOH- qrupunun 
sayına  görə  fərqlənən  porfirinlər  formalaşır  -  uroporfirindən  (8  COOH),  koproporfirinə  (4  COOH)  və 
protoporfirinə  kimi  (2    COOH).  Həmçinin,  hidrofob  radikal  fitol  əmələ  gəlir.  Nisbətən  zəif  polyar  və 
güclü hidrofob porfirinlərin yaranması onların membran strukturlarına qoşulmasına və daha uzundalğalı 
udma  maksimumuna  malik  piqment-zülal  komplekslərinin  əmələ  gəlməsini  təmin  edir.  Bu  zaman 
piqmentlər  müəyyən  orientasiyalı  olurlar  bu  isə  enerjinin  udulması  və  miqrasiyası  proseslərini  daha  da 
aktivləşdirir. 
 
BOZQIRLARDA YAYILAN TƏBĠĠ YEM BĠTKĠLƏRĠNĠN ƏSAS QRUPLARI 
VƏ ONLARIN BĠOEKOLOJĠ XÜSUSĠYYƏTLƏRĠ 
 
Quliyeva A.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Azərbaycan ərazisində 4500-dən çox ali çiçəkli bitkiyə rast gəlinir ki, onlar da 5 şöbədə, 78 sırada 
və 162 fəsilədə toplanır. Onun da 48 fəsilə və 135 cins üzrə 435 növünü ağac və kol bitkiləri təşkil edir ki, 
bu  da respublika  florasının  11%-nə    bərabərdir.  Yerdə  qalan  89  %-i  isə  ot  gövdəli  bitkilərdən  ibarətdir. 
Azərbaycan  florasında  daha  çox  növü  olan  fəsilələr  mürəkkəbçiçəklilər  (548  növ),  taxıllar  (452  növ  və 
120 cins) və paxlalılar (400 növ). 
Təbii yem sahələrinin bitki örtüyü növ tərkibinə görə olduqca müxtəlifdir. Belə ki, hər hansı bitki 
qruplaşmasında müxtəlif fəsilələrə daxil olan ən azı 30-40 və daha çox növ bitkiyə rast gəlinir. Təbiidir 
ki,  təbii  yem  sahələrinin  botaniki  tərkibində  ot  gövdəli  bitkilər  özləridə  bir-birindən  daxil  olduğu 
fəsilələrə, bioloji xüsusiyyətlərinə, yem əhəmiyyətinə və s. xüsusiyyətlərinə görə fərqlənir.  
Ümumiyyətlə, təbii yem  sahələrində hər hansı bir bitki növü digər bitkilərlə təcrid olunmuş halda 
deyil,  ayrı-ayrı  növlərlə  müxtəlif  bitki  qruplaşmaları  əmələ  gətirir.  Eyni  bir  növ  həmçinin  yayıldığı 
ərazidən asılı olaraq müxtəlif biokimyəvi tərkibə və yem keyfiyyətinə malik olur. Otluğun yem keyfiyyəti 
orada  yayılmış  dominant  bitki  növünün  biokimyəvi  tərkibindən  xeyli  dərəcədə  asılıdır.  Təbii  yem 
sahələrində rast gəlinən bitkilər bioloji xüsusiyyətlərinə görə 4 əsas qrupa bölünür: 
1.
 
Taxıllar 
2.
 
Paxlalılar 
3.
 
Cillər 
4.
 
Müxtəlifotlar 
Hər  bir  qrup  özlüyündə  bioloji,  ekoloji  və  təsərrüfat  xüsusiyyətlərinə  görə  oxşar  olan  bitkiləri 
birləşdirir. Bu yem qruplarına daxil olan hər bir növ bitkinin özünəməxsus bioloji xüsusiyyəti ilə yanaşı, 
ən ümumi xüsusiyyətləri də vardır . 
Taxıllar ciçəkli bitkilərin ən böyük fəsilələrindən biri olub bütün yer kürəsinin hər bir zonasında 
geniş  yayılmışdır.    Azərbaycanda  452-yə  qədər  növü  yayılmışdır.  Taxıllara  respublikamızın  düzənlik 
zonasından  tutmuş  yüksək  dağ  çəmənlərinə  qədər  hər  bir  bitkilik  tipində  (səhra,  yarımsəhra,  bozqır, 
subalp və alp çəmən, su-bataqlıq, meşə)  rast gəlmək olur. 
Azərbaycanın  otlaq,  örüş  və  biçənək  kimi  istifadə  olunan  təbii  yem  sahələrində  taxıllar  həlledici 
əhəmiyyəti malikdir. Ən yaxşı təbii yem sahələrinin 70-90 %-ni taxıllardan ibarət otlar təşkil edir. Səhra 
və  yarımsəhra  tipli  bitkilərdə  bunlara  misal  olaraq  soğanaqlı  qırtıc  (Poa  bulbosa),  şərq  boğazı 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə