Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə127/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   123   124   125   126   127   128   129   130   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
232 
Ölkəmizdə nəzərdə tutulan təhsil və qiymətləndirmə siyasəti milli maraqları əks etdirməklə yanaşı, 
bu  sahədə  əsaslı  islahatyönümlü  tədbirlərin  həyata  keçirilməsi  zərurətini  yaradır.  Yeni  qiymətləndirmə 
sisteminin  hazırlanması  Təhsil  Sektorunun  İnkişafı  Layihəsində  başlıca  istiqamətlərdən  biri  kimi  müəy-
yən  olunmuşdur.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2009-cu  il  13  yanvar  tarixli,  9  nömrəli 
qərarı  ilə  ―Azərbaycan  Respublikasının  Ümumi  Təhsil  Sistemində  Qiymətləndirmə  Konsepsiyası‖  və  
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.05.2011-ci il tarixli, 736 nömrəli qərarı ilə təsdiq edilmiş 
―Ümumi  Təhsil  Məktəblərində  və  İlk-  Peşə  İxtisas  Təhsili  Müəsisələrində  Təhsilalanların 
Qiymətləndirilməsi və Yekun Dövlət Attestasiyasının Aparılması Qaydaları‖ təsdiq edilmişdir. 
Təhsilin  keyfiyyətinin  müəyyənləşdirilməsində  əsas  göstərici  şagirdin  təlim  nəticələri  olduğundan 
həmin nəticələrin obyektiv qiymətləndirilməsi də keyfiyyəti üzə çıxaran ən etibarlı mənbə hesab olunur. 
Müasir dövrümüzdə  bir  çox  ölkələrin  təhsil  sistemlərində  yeni  qiymətləndirmə  modellərinin  qurulması, 
şagirdlərin təhsil nailiyyətlərinin uçotunun aparılması, təhsil pillələri üzrə buraxılış imtahanlarının təşkili 
ilə bağlı geniş miqyaslı islahatlar aparılır. 
Qiymətləndirmə  sistemindəki  islahatlar  təhsildə  müsbət  dəyişikliklərin  aparılması  üçün  mühüm 
vasitə  olduğundan  yeni  qiymətləndirmə  sisteminin  yaradılması    prosesinin  kurrikulum  və  müəllim 
hazırlığı  sahəsində  aparılan  islahatlarla  sıx  əlaqəli  şəkildə  həyata  keçirilməsi,  təlim  və  dərslik 
materiallarının yaradılmasına yeni yanaşmaların formalaşdırılması ciddi vəzifələrdən hesab olunur. 
Bütün  qeyd  olunanlar  Qiymətləndirmə  Konsepsiyasının  yaradılmasını  zəruri  edən  aşağıdakı 
səbəbləri üzə çıxarır.  
İdarəetmənin daha demokratik üsullara keçilməsi. 
Ölkədə açıq vətəndaş cəmiyyətinin qurulması. 
Inkişaf etmiş ölkələrlə səmərəli əməkdaşlığın təmin edilməsi. 
Beynəlxalq bazar münasibətlərinin və iqtisadi rəqabət şəraitinin yaradılması. 
Milli özünəqayıdış hisslərinin aşılanması . 
Hazırda  şagird  fəaliyyətinin  qiymətləndirilməsi  tədris-təlim  proseslərini  inkişaf  etdirmək  və 
təkmilləşdirmək  üçün  böyük  əhəmiyyət  daşıyır.  Müasir,  effektiv  təhsil  sisteminin  tələblərinə  görə 
ümumtəhsil məktəbində tədris və təlim işi elə təşkil olunmalıdır ki, şagirdlər həm idrakı təlimə, həm də 
sosial  xarakterli  problemləri  müstəqil  olaraq  həll  etməyə  yönəldilsin,  onlar  bunun  üçün  müxtəlif 
informasiya  mənbələrindən  istifadə  etməyi  bacarsın,  sistematik  şəkildə  öz  bilik  ehtiyatlarını 
genişləndirsin  və  zənginləşdirsin.  Müasir  məktəblərdə  təlim  praktikasının  araşdırılması  və  aparılan 
pedaqoji eksperimentlər göstərir ki, ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmənin müntə-
zəm və obyektiv təşkili, keçilməsi az bir müddətdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə nəticələnir. 
Təhsildə qiymətləndirmə obyektiv, etibarlı və vahid vasitələrdən istifadə etməklə təhsilin məqsəd-
ləri ilə bağlı monitorinqin həyata keçirilməsi, təhsilin keyfiyyətini və nəticələrini müəyyənləşdirmək üçün 
şagirdlərin  mövcud  biliklərinə,  bu  biliklərə  yiyələnmə  tərzinə,  onlardan  istifadə  etmə  bacarığına  aid 
məlumatların  toplanması prosesidir.  
Qiymətləndirmə  müvafiqliyin  kəmiyyət  və  keyfiyyət  göstəricisi  əsasında  təlimdə  əks-əlaqənin 
mümkünlüyünü şərtləndirir. 
Bütün növ qiymətləndirmələrin aparılmasında aşağıdakı prinsiplərə riayət olunur. 
Məqsədəuyğunluq. 
Toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin və etibarlılığının təmin olunması. 
Qqiymətləndirmədə şəffaflıq, ədalətlilik, qarşılıqlı razılaşma və əməkdaşlıq. 
Nailiyyətlərin və təhsil imkanlarının qarşılıqlı dəyərləndirilməsi. 
Təlim fəaliyyətində qiymətləndirmə nəticələrinininkişafetdirici rolunun əmin olunması. 
 
 
ZOOLOGĠYA DƏRSLĠKLƏRĠNDƏ ÇƏTĠN TƏDRĠS OLUNAN MÖVZULAR 
 
Aslanova S.Y. 
Sumqayıt Dövlət Universiteti 
 
Şagirdlər  Azərbaycanın  fauna  və  florasını  dərindən  öyrəndikcə  onun  özünəməxsus 
gözəlliyinə heyran olur, ondan zövq alırlar. Zoologiyanın tədrisi zamanı da doğma diyarın təbiətini 
təsvir  etməklə  də  təbiətə  hədsiz  məhəbbət  hissləri  aşılamaq  mümkündür.  Bu  zaman  şagirdlər  həm 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
233 
təbiəti  sevir,  həm  də  onu  qorumağa  çalışırlar.  Bütün  bunlar  son  nəticədə  şagirdlərin  elmi 
dünyagörüşünün formalaşmasına zəmin yaradır. 
Müasir  dərslikdə  müəllimlər  tərəfindən  çətin  tədris  olunan  və  şagirdlər  tərəfindən 
mənimsənilməsi çətinlik törədən mövzular hələ də qalmaqdadır. Odur ki, dərsliklər təkcə məzmun 
yox,  tərtibat  baxımından  da  şagirdlər  üçün  maraqlı  və  cəlbedici  olmalıdır.  Bu  baxımdan,  inkişaf 
etmiş ölkələrin məktəblərində tətbiq olunan dərsliklərin xüsusiyyətləri nəzərə alınmalı, dərsliklərin 
yeni  nəşrində  onları  və  zoologiyanın  digər  aktual  məsələləri  şagirdlərin  anlam  səviyyəsinə  uyğun 
təkmilləşdirilməlidir.  
Dərsliklərdə  ―Kirpikli  qurdlar  sinfi‖  bəhsində  infuzor-tərliyin  çoxalmasının  qaranlıq  şəkildə 
verilməsi  nəzərə  çarpır.  Burada  infuzor  tərliyin  qeyri-cinsi  yolla  çoxalmadan  başqa  konyuqasiya 
yolu  ilə  də  çoxalması  qeyd  olunmasına  baxmayaraq  konyuqativ  çoxalma  haqqında  de mək  olar  ki, 
heç  bir  açıqlama  verilməmişdir.  Bu  isə  şagirdlərin  bu  tip  çoxalma  haqqında  təsəvvürlərinin  zəif 
olmasına  səbəb  olur.  ―Şirin  su  hidrası  və  onun  quruluşu‖  bəhsində  verilən  çoxalma  və  inkişaf 
formaları əvvəlkilərdən fərqli olaraq geniş işlənməlidir ki, bu da sözsüz şagirdlərin mövzunu daha 
yaxşı qavramasına kömək edir. 
―Yastı qurdlar tipi‖ bəhsində çoxalma və inkişaf formaları geniş və şagirdlərin başa düşəcəyi 
səviyyədə  verilsə  də  burada  hermofroditizm  anlayışı  açıqlanmayıb,  bu  da  şagirdl ərin  qavrama 
səviyyəsini  aşağı  salır.  Burada  qaraciyər  sorucusu,  öküz  soliteri,  dənəvər  exinokokk,  liqula  kimi 
parazit  qurd  nümayəndələrinin  çoxalma  və  inkişaf  tsiklinin  sxem  şəklində  verilməsi 
məqsədəuyğundur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  sxemlər  sayəsində  çoxalma  və  inkişaf 
anlayışı şagirdlər tərəfindən olduqca yüksək səviyyədə qavranılır.    
H.M.  Hacıyevanın ―Ümumtəhsil  məktəblərində biologiya fənninin tədrisində tibbi biliklərin 
öyrədilməsi  üzrə  işin  sistemi‖  adlı  elmi-metodik  vəsaitində  də  göstərildiyi  kimi  zoologiya 
kursunun  tədrisində  problemin  həlli  üçün  geniş  imkanlar  vardır.  Kursun  tədrisində  heyvanların 
quruluşu,  həyat  tərzi,  yayılması  barədə  biliklər  onların  törətdiyi  və  yaydığı  zoonoz  infeksiyalar 
haqqında  məlumatlarla  əlaqələndirilə  bilər.  Müəllimlərin  də  həmin  xəstəliklərlə  bağlı  müəyyən 
bilikləri olmalıdır ki, şagirdləri maarifləndirə bilsinlər.  
Dərsliyin  ―Zarqanadlılar  dəstəsi‖  bəhsində  bal  arısının  çoxalması  yalnız  beçəvermənin 
göstərilməsi  ilə  kifayətlənmiş,  bal  arısı  üçün  xarakterik  olan  partenogenez  çoxalma  prosesi 
haqqında  heç  bir  məlumat  verilməmişdir.  Bu  isə  şagirdlərin  təbiətdə,  insan  həyatında  çox  faydalı 
bir heyvanı yaxından tanımasına, onu qorumasına mane olur. 
Dərsliyin  əsl  mahiyyəti  onun  metodik  aparaturası  ilə  açılır,  onunla  da  tamamlanır.  Metodik 
aparatura  dedikdə,  materialın  dərslikdə  yerləşdirilməsi,  xüsusilə  tapşırıqların,  sualların  qoyuluşu 
nəzərdə  tutulur.  Sual  və  tapşırıqlar  təkcə  mətnin  məzmununun  müəyyən  ardıcıllıqla  soruşmaq 
məqsədini  daşımamalıdır.  Bu  vasitələrin  köməyi  ilə  şagirdlər  düşünməli,  hadisələrə  daxil  olmalı, 
ümumiləşmələr  aparmalı,  müstəqil  şəkildə  konkret  nəticələrə  gəlməli,  məzmunu  şüurlu  dərk 
etməlidirlər. 
Ümumtəhsil  orta  məktəblərində  zoologiya  kursu  təlim  materialları  əsas  bioloji  anlayışların 
formalaşdırılması  zərurəti  nəzərə  alınmaqla  yerləşdirilmişdir.  Bununla  yanaşı  olaraq  zoologiya 
dərslərində  yüksək  nailiyyətlər  əldə  etmək  üçün  laboratoriya  işlərinin  aparılması  da  vacib  şərtlərdən 
biridir.   
 
MÜXTƏLĠF BĠOTOPLARDA YAYILAN MĠKROMĠSETLƏRĠN EKOBĠOLOGĠYASI 
 
Mustafayeva Ü.C. 
Sumqayıt Dövlət Universiteti 
 
Çağdaş  dövrümüzdə  bütün  dünyada  iqtisadiyyatın  və  kənd  təsərrüfatının  inkişafı,  habelə 
demoqrafik  problemlər  fonunda  ətraf  mühitə  gündən  –  günə  artan  birbaşa  və  dolayı  təzyiqlər  planetin, 
eləcə də bölgənin milyon illər boyu formalaşmış bioloji kütəlisinə dağıdıcı təsirlə yanaşı, təbii təkamülün 
pozulmasına  və  ümumilikdə  ekosistem  deqredasiyasına  gətirib  çıxarmaqdadır.Belə  bir  şəraitdə  canlı 
həyatımızın vacib elementini təşkil edən və ayrılmaz hissəsi olan ətraf mühitin və ekosistemin qorunması, 
bioloji müxtəlifliyin mühafizəsi və təbii bərpasının təşkili vacib şərtlərdəndir. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə