Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə130/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   126   127   128   129   130   131   132   133   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
238 
Funksional  məqsədli  məhsullar  üçün  dənli  bitkilərlə  yanaşı,  bitki  mənşəli  məhsullardan  alınan 
ekstraktlar da xüsusi əhəmiyyət kəsb edir. Onlardan biri də yaĢıl çay ekstraktıdır. Onun tərkibində xeyli 
miqdarda antioksidant, antikansorogen və antimikrob fəallığa malik polifenollar vardır. Yaşıl çayda olan 
bütün katexinlərdən daha güclü antioksidant fəallığa malik olan epiqallokatexindir. Bişirmə zamanı 240
0

temperaturda qabıqda 20 dəqiqə müddətində epiqallokatexinin miqdarı xeyli azalsa da, 200
0
S-də təcrübi 
olaraq  dəyişməz  qalır.  Epiqallokatexinin  çörəyin  daxilində  miqdarına  əsaslı  dərəcədə  təsir  göstərən 
temperatur deyil, bişirmə müddətidir.  
Tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  yaşil  çay  ekstraktının  çörək-kökə  məmulatına  əlavə 
olunması ilə çörəyin daxili xəmir hissəsinin bərkliyi artmış, lakin  məsaməliyi demək olar ki, dəyişilməz 
qalmışdır. 
 
BĠTKĠ YAĞLARI ĠSTEHSALI VƏ ONLARIN FUNKSĠONAL MƏHSUL KĠMĠ 
QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Yalıyev R.M., Əkbərov H.R. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Son  dövrlərə  aid  məlumatlara  görə  dünya  üzrə  tam  keyfiyyətli  ərzaqla  təmin  olunan  əhali  35%; 
kifayət  qədər  istehlak  edə  bilməyənlər  15-20%;  müəyyən  maddələrin  çatışmazlığı  olan  ərzağı  istehlak 
edənlər  təxminən  20%;  qalan  30%  əhalinin  istehlak  etdiyi  ərzağın  isə  tam  aşağı  keyfiyyətdə  olması 
müşahidə edilir.  
FAO-nun məlumatına görə gündəlik istehlak 1700-1800 kkalori səviyyəsinə endikdə insanları hər 
cür təhlükə gözləyə bilər. Belə vəziyyətdə insanlar lazimi mikroelementlər, vitamin istehlak edə bilmirlər. 
Məsələn  hazırda,  təqribən  656  mln.  nəfər  insanda  A  vitamini  çatışmır.  Bütün  bunlar  isə  bir  çox 
xəstəliklərin, eləcə də əqli inkişafın zəif olmasının əsas mənbəyi hesab edilir. Hazırda 6 mln nəfərdən çox 
insan açıq-aşkar ―kretinizm‖ (ağıldankəm) xəstəliyinə məruz qalmışdır. 
Inkişaf  etməkdə  olan  ölkələrin  bir  çoxu  aclıq  içində  yaşayır.  Belə  ki,  Braziliya  əhalisinin  25%-ə 
qədərinin,  Nigeriya  əhalisinin  30-33%-nin,  Hindistan  əhalisinin  50%-nin  istehlak  etdiyi  əmtəə  və 
xidmətlərin gündəlik həcmi 1 dollardan azdır (belə ölkələrin sayı çoxdur). 
Belə bir vəziyyətdə dünya ölkələrində əhalinin yeyinti yağlarına, xüsusilə də  bitki yağlarına illik 
tələbatı  yüksəlməkdədir.  Belə  ki,    ABŞ-da  adambaşına  orta  hesabla  istehlak  (2009)  –  35  kq,  Böyük 
Britaniyada – 26 kq, Almaniya, Fransa, İtaliya – 28 kq, Hollandiya, İsveç – 22 kq, Kanada 15-16 kq təşkil 
edir. MDB ölkələri bir qədər geri qalmaqla, Rusiyada bu miqdar 14-15  kq, Ukranyada isə 12 kq təşkil 
edir.  
Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, dünyada ərzaq məhsulu kimi 150-160 mln ton soya; 30 
mln ton günəbaxan yağı; 2-5 mln ton kətan yağı və palma ləpəsi, 13-14 mln ton zeytun yağı; 30-35 mln, 
ton  yer  fıstığı  və  çiyid  yağı  istehsal  edilərək  (2003-cü  il)  istehlaka  verilmişdir.  Qeyd  olunanlar  belə 
qənaətə  gəlməyə  imkan  verir  ki,  yeyinti  yağları,  xüsusilə  də  son  zamanlar  populyarlıq  qazanmış  bitki 
yağları istehlakda əsaslı yer tutur və ümumi istehlakda onun payı durmadan artmaqdadır. Belə bir şəraitdə 
bu sahənin tədqiqi xüsusi aktuallığa malikdir. 
Bitki  yağları  presləmə  və  üzvi  yağ  həllediciləri  ilə  ekstarksiya  edilməklə  alınır.  Preslemə  - 
hazırlanmış  yağ  materialından  yağı  mexaniki  yolla  birqat  və  ikiqat  sıxmaqla  ayırmağa  xidmət  edir. 
Ekstraksiya isə benzin, heksan və s. ekstragentlərdən istifadə edilməklə yağın çıxarılmasıdır. Sonunci ilk 
məhsulun yenidən təmizlənməsi aparılır. 
Yağdan  onunla  birgə  olan  lazımsız  və  kanar  qarışıqların  –  fosfatidlər,  piqmentlər,  sərbəst  yağ 
turşuları,  iyli  maddələr,  toxuma  qalıqlarının  kənarlaşdırılması  rafinasiya  yolu  ilə  aparılır.  Rafinasiya 
metodlarına  –  fiziki  (sakit  saxlama,  sentrifuqadan  keçirmə,  filtrləmə)  kimyəvi  (netrallaşdırma);  fiziki-
kimyəvi (hidratlaşdırma, dezodorasiya, ağartma, mumların dondurulması) aiddir. 
Bitki  yağları  təmizləmə  üsullarından  asılı  olaraq–  rafinadlaşdırılmamış,  yalnız  mexaniki  təsirə 
məruz qoyulmuş; hidratlaşdırılmaya məruz qoyulmuş və rafinasiya dezodorasiya edilmiş olmaqla növlərə 
bölünür. 
Araşdırmalar  zamanı  məlum  olmuşdur  ki,  yeyinti  yağları,  xüsusilə  də  bitki  mənşəlilər  yüksək 
funksionl  xüsusiyyətlərə  malik  məhsullardır.  Bunu  onların  yüksək  enerji  dəyəri  (100  q  məhsulda  -  90 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
239 
kkal-dək  )  və  tərkibində  doymuş  və  polidoymamış  yağ  turşularının,  vitaminlərin,  fostolipidlərin, 
sterinlərin, rəngləyici maddələrin və qeyri spesifik əlavə maddələrin olması müəyyən edir. 
 
QARAÇÖHRƏ  TOXUMUNUN  QURULUġU 
 
Allahverdiyev F.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Qaracöhrə (Taxus L)  cinsinə daxil olan  növlər üçüncü  dövürdən qalmış relikt növlərdən ibarətdir. 
Cinsin    hazırda  dünya  üzrə  9  nüvü  yayılmışdır.  Azərbaycandan  bu  cinsin  iki  növü  Taxus  baccata  və 
Taxus  talushensis    növü    yüksək  dağlıqlarda  meşə  altında  nadir  hallarda  sərbəst  kiçik    meşəlik  
formasında  yayılmışdır.  Qaraçöhrə      qədim  relikt  bitki  olduğu  üçün  onun  toxumu  da  maraqlı  və 
təkrarolunmaz  quruluş  xüsusiyyətlərinə    malikdir.  Toxumun  quruluşunda  həm  çılpaqtoxumlara  həmdə 
örtülütoxumlulara  xas  olan  xüsusiyyətlər  müşahidə  edilir.  Toxum  qəhvəyi  rəngdə,  yumuru-uzunsov, 
trixomasız,  səthi  sığallı  və  yağlı-parltılı  olur.  Toxumun  qəhvəyi  rəngi  ekzotestin  epidermal  
hüceyrələrində    melaninin  piqmenti  və  flabofenollar  toplanması  səbəbindəndir.  İnkişaf  mərhələlərindən 
asılı olaraq toxum ilk dövürlərdə yaşıl, yaşıl-qırmızımtıl sonra isə tam qəhvəyi rəng alır. 
Qaracöhrənin  toxumu  çox  qüvvətli  inkişaf  etmiş  mezotest  qatına  (sklerotestə)  malikdir  ki,  bu  da 
onun  toxum  örtüyünün  möhkəmliyini  təşkil  edir.  Qalın  kutikul  qatının  və    xarici  epidermin  qüvvətli 
inkişaf etmiş qılafa malik olması toxumun daha da möhkəmliyini təmin edir. Endospermdə bol nişasta və 
yağ  danələri  müşahidə  edilir.  İkiləpəli  zəyif  inkişaf  etmiş    kiçik  rüşeyim,  hipokatil  və  örtüyə  malikdir. 
Rüşeyim asqısı atom bombasının  partlayışı zamanı yaratdığı əyri tüstü tozu  formasındadır. Ona görədə 
buna nüvə  Toxumun ötürücü topası nisbətən reduksiyaya uğrayaraq şaxələnmişdir. Ötürücü toxumanın 
tərkibinə traxeyidlər,  ksilem və floem kompleksi daxildir. 
Yumurtacıq  (meqosporangi)  iri,  düzduran  olub  çoxhüceyrəli  nutselusu  qüvvətli  inkişaf  etmiş 
intiqumentlə  örtülmüşdü.  Yumurtacıq  qısalmış  zoğda,  yalançıtəpə  vəziyytində  olaraq  veqetativ  zoğun 
qoltuğunda törəyir. Yumurtacıqdan aşağıda zoğun oxunda bir neçə cüt pulcuqlu yarpaqlar yerləşir. Zoğun 
hər hansı bir təpə pulcuğunun qoltuğunda yumurtacığın əsası qoyulur. Sonra zoğun apeksi yanlara doğru 
inkişaf etdiyindən yumurtacıq təpədə yerləşmiş vəziyyət alır. Bəzən iki təpə pulcuğunun qoltuqunda iki 
yan  yumuracıq  əmələ  gəlir.  Belə  halda    aralıqda  ilkin  zoğun  təpəpəsi  nəzərə  çarpır.  Yumurtacığın 
əsasında  mayalanmadan  sonra  qüvvətli  inkişaf  edən  piyaləvari  yumurcuq-arillus  (örtük)  əmələ  gəlir. 
Morfoloji  cəhətdən  arillus  digər  çılpaqtoxumluların  toxum  pulcuğuna  və  ya  podakarpuskimilərin 
epimantiyasına  uyğun  gəlir.  İntuqumentin  şişcikləri  plasentada    yumurucuq  formasında  nutselusun 
şişcikləri ilə bir dövürdə əmələ gəlir. Sonra inkişaf edərək  nutselusu əhatə edir.   
Arillus (örtük) ilkin dövürdə yaşıl rəngli toxum yetişəndə isə ətli şirəli və  al qırmızı rəngdə olur. 
Arillus inkişafda sərbəst qalır o intuqumentə sıxılır, ancaq bitişmir. Arillus öz al qırmızı rəngi ilə quşları 
cəlb  edir  və  toxumun  yayılmasına  səbəb  olur.  Arillus  yeyilməli  olmaqla  dərman  əhəmiyyətlidir.  Ancaq 
bitkinin digər hissələri əsasən də cavan yarpaqlar və zöğlar zəhərli olur.  
Qaracöhrə    toxumunun  qabığı  güclü  inkişaf  etmiş  tək  intiqument  ilə  formalaşır.  Əvvəlcə  o, 
homogen  struktura,  sonra  isə  differensiasiya  prosessin  nəticəsində    intiqumentin  çoxcərgəli  toxumasına  
transformasiya olunur və 3 əsas zonalar: ekzotest, mezotest və endotest əmələ gəlir. 
Xarici zona  – ekzotest- epidermın iri və qalın qılaflı hüceyrələrdən əmələ gəlir. O,  subepidermal 
parenxim  qatlarına  və  çox  qalın  kutikula  qatına  malik  olur.  Yuxarıda  yerləşən  hüceyrələr  iri  ölçülü 
olmaqla  tərkibində flabofenlər və melaninlər (fitimelaninlər) toplanır. Bu tünd qonur polimer piqmentlər 
həllolunmayan  amorf  piqmentlərdi.  Onlar  fenol  birləşmələrin  müxtəlif  qruplardan  əmələ  gəlirlər  və 
həllolunan  tanninlərin  oksidləşmənin  məhsulurlar.  Toxum  yetişən  zamana  yaxın,  ekzotestin  qalan 
parenxim hüceyrələri sıxılaraq büzüşüb möhtəviyatını itirir və onlara tünd qonur rəng  və əlavə kimyəvi 
müqavimət verən tünd piqmentlər hopur.  
Orta  zona  –  mezotest;    intiqumentin  parenxim  hüceyrələrindən  ibarət  olaraq  toxum  inkişaf  edən 
zamanı  mexaniki  qatlara  (sklerotestə)  transformasiya  olunurlar.  İnkişafın  müəyyən  mərhələsində 
intiqumentin  parenxim  hüceyrələri  çoxlu  miqdarda  nişasta  və  xlorofillə  zəngin  olurlar.    Nişasta 
dənələrinin tədricən azalaması prossesi, daşllaşmış hüceyrələrin əmələ gəlməsi zamanında baş verir və bu 
nişasta
 
ehtiyatlarının   hüceyrələrin qılaflarının qalınlaşmasına istifadəsini göstərir. Fizioloji planda isə, 
bu prosses bərk toxum örtüyünün əmələ gəlməsinə səbəb olur. Mezotest yuxarı qatdakı iri və sıx yerləşən


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə