Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə133/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   129   130   131   132   133   134   135   136   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
244 
Qafqazdan (Qoşqardağdan) götürülmüşdür [1,2,8] . 
Gövdə eninə kəsikdə künclü quruluşludur. Kunclərdə bıçaqlı kollenxim inkişaf etmişdir. Xaricdən 
bir  qat  dəriciklə  əhatə  olunmuşdur.  Dəriciyin  üzəri  nazik  kutikulla  örtülmüşdür.  Dəricik  hüceyrələrinin 
xarici  qılafı  qalınlaşmışdır.  Dəricikdən  daxilə  2-3  qat  xlorenxim  əmələ  gəlmişdir.  Xlorenxim  üzvi  qida 
çatışmamazlığına bir uyğunlaşma olaraq əmələ gəlmişdır. Künclər arasında dəricikdən daxilə aerenxtim 
inkışaf  etmişdir.  Yüksək  dağlıq  zonada  hələ  dar  örtüyünün  altında  ikən  inkişafa  başlamış  bitkinin 
gövdəsində aerenxim, hava çatışmamazlığına bir uyğunlaşma olaraq əmələ gəlmişdir. Qabıq parenximi 5-
6  qatlıdır,  bu  hüceyrələr  dairəvi  formalıdır.  Gövdə  topa  quruluşludur,  topalar  açıq  kollateral  tiplidirlər. 
Gövdədə 6-10 ədəd əsas topa sonraki inkişaf fazasında həmin sayda da kiçik həcmli əlavə topalar əmələ 
gəlir.  
Əsas topaların üzərində efir yağı yerlikləri vardır. Yerliklər xüsusi hüceyrələrlə əhatə olunmuşdur. 
Bitkinin  gövdəsində  efır  yağlarının  toplanması  ilk  dəfə  qeydə  alınmışdır.  Ötürücü  topalarda  floem  və 
ksilem güclü inkişaf etmişdir. Topa içi kambi 3-4 qat hüceyrədən təşkil olunmuşdur. Gövdənini mərkəzini 
özək tutmuşdur. Bu hüceyrələr iri həcmli olmaqla nisbətən seyrək yerləşirlər, onlarda ehtiyyat şəklində 
maddələr toplanır.  
Dəricik  hüceyrələri  arasında  ağızcıqlar  və  iri  həcmli  ifrazat  hüceyrələri  (künclərdə)  inkişaf 
etmişdir.  Müqayisəli  morfoioji  -  anatomik  tədqiqatiar  göstərdi  ki,  gövdədə  (künclərdə)  bucaqlı 
kollenximin, xlorenximin, aerenximin, efir yağı yerliklərinin və s. əmələ gəlməsi yalnız həmin növ üçün 
xarakterikdir və taksonomik əhəmiyyət kəsb edir [3,4]. 
Rozet tipli bitkilərdə kök boğazından çox saylı yarpaq saplaqiarı və çiçək oxları başlanğıc götürür. 
Bu  isə  mövcud  nəzəriyyəiərdən  kənara  çıxır.  Bu  məsələləri  anatomik  tədqiqatlar  aparmadan  öyrənmək 
mümkün deyildir. Bununla əlaqədar olaraq qeyd olunan növün kökünündən kök boğazından və saplaqdan 
ardıcıl kəsiklər edilərək anatomik quruluşu öyrənilmişdir [5,6]. 
Anatomik tədqiqatlar göstərdi ki, uzlaşma nöqtəsi 6 lakunludur. Yəni kök boğazında eyni nöqtədən 
6  ədəd  yarpaq  saplağı  və  2-3  ədəd  isə  çiçək  oxu  başlanğıc  götürür.  Burada  çiçək  saplağı  yarımaypara 
formasında  olur.  Mərkəzdə  bir  ədəd  əsas  topa  (2)  kənarlarda  isə  2  ədəd  nisbətən  kiçik  həcmli  əlavə 
topalar əmələ gəlir. Daxildə yerləşmiş iri həcmli topalar (4) çiçək oxuna başlanğıc verir.  Ondan daxildə 
yerləşmiş və sonrakı inkişaf fazasında əmələ gəlmiş kiçik həcmli topalardan isə yenə də yarpaq saplaqları 
başlanğıc  götürür.  Yarpaq  saplağında  Bazipesol  zonada  2  ədəd  də  əlavə  topalar  əmələ  gəlir.  Epipesiol 
zonada  3  ədəd  ötürücü  topa  biriəşərək  bir  ədəd  iri  həcmli  topa  əmələ  gətirir,  künclərdə  isə  2  ədəd  topa 
yerləşir. Peripesiol zonada künclərdə topaların sayı artaraq 4 ədədə çatır.  
Saplaq  xaricdən  bir  qat  dəriciklə  əhatə  olunmuşdur.  Dəricikdən  daxilə  2-3  qat  xiorenxim  inkişaf 
etmişdir.  Qabıq  parenximi  6-8  qat  hüceyrədən  təşkil  olunmuşdur,  dairəvi  formalıdırlar,  sıx  yeriəşirlər, 
qlafiarı  nisbətən  qalınlaşmışdır.  Ötürücü  topalar  kollateral  tiplidir  ksiiem  daha  güclü  inkişaf  etmişdir. 
Saplaqda  ötürücü  topaların  quruluşu,  forması,  yerləşməsi  və  əmələ  gəlməsi  yalnız  həmin  növ  üçün 
xarakterikdir və diaqnostik əhəmiyyət kəsb edir [7,9]. 
Müqayisəli morfoloji-anatomik tədqiqatlar nəticəsində ilk dəfə aşkar olunmuş diaqnostik nişanələr 
Kərəvüzçiçəklərin  (Çətirçiçəklilər)  (Apiaceae  və  ya  Umbelliferae)  sistemləşdirilməsində  və 
örtülütoxumlu  bitkilərin  təkamül  istiqamətlərinin  müəyyənləşdirilməsində  qiymətli  florogenetik 
məlumatlar hesab oluna bilər.  
 
BUZOVLARDA BRONXOPNEVMONĠYANIN MÜQAYĠSƏLĠ MÜALĠCƏSĠ 
 
Lekayev R.S. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Bronxopnevmoniya  –  bronxların  və  ağciyər  paycıqlarının    iltihablaşması  zamanı  alveollarda  
eksudatın  toplanması,  orqanizmdə  qan dövranı  və qazlar mübadiləsinin  pozulması, habelə nəfəsalma  
və asfiksiyanın  artması ilə səciyyələnən  xəstəlikdir.  
Etioloji  faktorlar  vaxtında  müəyyən  edilib  aradan  qaldırılmadıqda,  düzgün    müalicə  tətbiq 
edilmədikdə  xəstəlik  çoxalaraq  kütləvi  xarakter  alır.      Xəstələnmiş    heyvanlar    arasında    ölüm    faizi  
artaraq  55% - ə qədər    çatır. 
Hal  –  hazırda  xəstəliyin  müalicə  və  profilaktikasında  tətbiq  edilən  və  təklif    olunan  müalicə  
üsulları və onların başqaları ilə müqayisə olunması tam axıra  kimi öyrənilməmişdir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
245 
Məhz  bu  baxımdan  bronxopnevmoniya  xəstəliyinin  əmələ  gəlmə  səbəbinin  öyrənilməsi,  yeni 
müalicə və profilaktika üsullarının təklif olunması çox böyük əhəmiyyət kəsb edir. 
Respublikamızda heyvandarlığın inkişafı ilə əlaqədar ətlik üçün  bütün cavan heyvanlar yaxşı olar 
ki,  ixtisaslaşdırılmış  təsərrüfatlarda    və  ya  təsərrüfatlararası  kökəltmə  birliklərində    intensiv  surətdə  
bəslənilsin və kökəldilsin. Belə müəssisələrdə  mal əti istehsalının həqiqətən intensiv metodlarının tətbiq 
edilməsi 10 – 15 günlükdən  cavan  heyvanların   yem qəbuluna keçməsi ilə  bağlıdır. 
Bundan  ötrü  əlavə  olaraq,  binalar  tikmək,  buzovları  üzlü  və  üzsüz  südlə  tamamilə  təmin  etmək 
üçün kiçik  texnoloji  inək fermaları yaratmaq,  yaxşı  ot və digər yem  istehsalını təşkil etmək lazımdır. 
Beləliklə,  təcrübə  müddətində  belə  bir  ümumi  nəticəyə  gəldik  ki,  bronxopnevmoniya  ilə  xəstə  
buzovların  qan  göstəricilərində  eritrositlər    və  hemoqlobinin  miqdarı  artmış,  leykositlərin  miqdarı  isə 
azalmışdır. 
Bronxopnevmoniya    zamanı    tətbiq  etdiyimiz  bisillin  –  3  və  tetravitin  birgə  təsiri  buzovlarda 
xəstəliyi digərinə nisbətən qısa müddətdə  sağaldır. 
 
NANƏ (MENTHA PĠPERĠTA L.) BĠTKĠSĠNĠN MORFOLOJĠ- ANATOMĠK  
QURULUġ XÜSUSĠYYƏTLƏRĠ 
 
Qurbanova E.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Botaniki  təsnifatı:  Nanə  dodaqçiçəklilər  -  Lamiaceae  fəsiləsindən  olub,  çoxillik  bitki  cinsidir. 
Hündürlüyti  50  sm  -  dən  100  sm  -  ə  qədərdir,  şaxələnən,  üzəri  çoxyarpaqlı  otdur.  Düzduran  budaqlı 
gövdəyə  malikdir.  Gövdəsi  dördbucaqlıdır.  Uzunsov  yumurtavarı,  gödək  saplaqlı  yarpaqları  qarşı  - 
qarşıya  düzülmüşdür.  Çəhrayımtıl  -  bənövşəyi  çiçək  qrupu  çəhrayımtıl  rəngli  zoğların  ucunda  topa 
salxımda toplanmışdır. Nadir hallarda meyvə əmələ gətirir. Bitki iyun ayından sentyabra kimi çiçəkləyir. 
Nanə əhəmiyyətli efıryağlı bitkidir. Yerüstü hissələrindən nanə yağı, nanə cövhəri və s. hazirlanir. Nanə 
mədəni bitkidir və orta əsrlərin axırlarında ingilis botanikləri tərəfındən iki növ yabanı yarpız nanəsinin 
bir - birinə peyvənd edilməsi nəticəsində əldə edilmişdir. O vaxtdan bu bitki əkilən nanə adlandırılmışdır 
və  ətirli  iyinə  görə  dünyanın  bir  çox  yerlərində  yayılmışdır.  Dünyada  25  -  30-a  qədər  növü  vardır. 
Azərbaycanda yabanı halda 4 növü yayılmışdır. 1 növü isə becərilir. Elmi təbabətdə ancaq əkilən nanədən 
-  Mentha  piperita  istifadə  olunur.  Şəki  -  Zaqatala  rayonlarında  bu  bitkinin  sənaye  əhəmiyyətli 
plantasiyaları  vardır.  Bundan  əlavə,  Abşeron  kəndlərində  qiymətli  tərəvəz  bitkisi  kimi  geniş  becərilir. 
Azərbaycanda  becərilən  nanənin  yarpaqlarında  0,5%  -  dən  2,5%  -  ə  qədər  efır yağı  vardır  ki,  bunun  da 
tərkibinin  çox  hissəsini  həm  sərbəst,  həm  də  valerian  və  sirkə  turşuları  ilə  mürəkkəb  efır  şəklində  olan 
mentol spirti təşkil edir [1,2,3]. 
Nanənin  yarpaqlar;ndan  reflektor  tac  qan  damarlarını  genişləndirici,  sakitləşdirici,  spazmolitik, 
ödqovucu,  antiseptik  və  ağrıkəsici  xassəyə  malik  preparatlar  hazırlanır.  Nanənin  preparatları  yeməyi 
həzmə  verən  vəzilərin  sekresiyasını  qüvvətləndirir,  iştahanı  artırır,  ödün  ifrazım  çoxaldır,  spazmları 
aradan qaldırır, bağırsağın, öd yolunun və sidik yollarınm, saya əzələsinin tonusunu azaldır. 
Ilk dəfə olaraq bitkinin morfoloji-anatomik quruluşu öyrənilmişdir. 
Anatomic  tədqiqatlar  göstərdi  ki,  yarpaq  eninə  kəsikdə  dorzoventral  quruluşludur.  Hər  iki  sətdən 
qalın kutikul təbəqəsi ilə örtülmüşdür. Dəricik bir qatlıdır. Üst dəricik hüceyrələri həcmcə iri olub xarici 
qılafları qalınlaşmışdır.  
Çəpərvari  parenxim  bir  qatlıdır,  xloroplastlarla  zəngindir.  Ötürücü  topalar  kollateral  tiplidir. 
Xaricdən bir qat əhatəedfci hüceyrələrin əhatəsindədir. Ksılem yarpağın üst səthinə, floem isə alt səthinə 
doğru  yönəlmişdir.  Ksilemdə  su  boruları  bir-birinin  arxasınca  düzülərək  sıralar  əmələ  gətirmişdir.Hər 
sırada 5-6 ədəd su borusu olur. Floem 4-5 qat hüceyrədən təşkil olunmuşdur. Floemdən xaricə tərəf 2-3 
qat  hüceyrədən  təşkil  olunmuş  sklerenxim  əmələ  gəlmişdir  ki,  bu  da  yarpağa  elastiklik  verməklə 
möhkəmliyini xeyli artırır [4,5,6]. 
Ağızcıqlara  yalnız  yarpağın  alt  səthində  təsadüf  olunur.  Tədqıqatlar  göstərdi  ki,  dağlıq  zonada 
hündürlük  artdıqca  ağızcıqlar  həcmcə  kiçilir,  sayları  isə  artır.  Hündürliiklə  əlaqədar  dəricik 
hüceyrələrində  dəyişikliklər  gedir,  belə  ki,  onların  xarici  qılafları  qalınlaşır,  kutikul  epidermisin  xarici 
qılafı ilə birlikdə epidermisin 40-45 %-ni təşkil edir. Belə quruluş bitkilərin dağlıq zonanın kəskin iqlim 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə