Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə134/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   130   131   132   133   134   135   136   137   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
246 
şəraitlnə uyğunlaşma əlaməti kimi qiymətləndirilməlidir. Yarpağın hər iki səthi sıx şəkildə tük örtüyü ilə 
örtülmüşdür.  
Saplaq yarpağın ikinci hissəsidir. O, yarpaq ayasının günəş şüalarının ardınca hərəkət etdirir. Xarici 
mühit  amillərinin  əlverişsiz  təsirindən  yeganə  dəyişməyən  orqan  –  saplaqdır.  Böyük  rus  alimi 
A.Aleksandrov hələ 1950-ci ildə göstərirdi ki: «Bir milyon il qabağa baxmaq istəyirsənsə saplaqdan bax» 
[7,8]. 
Saplaq eninə kəsikdə aypara şəkillidir. Xaricdən bir qat dəriciklə əhatə olunmuşdur. Dəriciyin üzəri 
kutikulla  örtülmüşdür.  Saplaq  sıx  şəkildə  tükcüklərlə  əhatə  olunmuşdur.  Dəricik  hüceyrələri  nisbətən 
xırda  həcmli  olmaqla  sıx  yerləşmişlər,  dairəvi  formalıdırlar.  Dəricikdən  daxilə  2-3  qatdan  ibarət 
xlorenxim  inkişaf  etmişdir.  Bü  hüceyrələr  xloroplastlarla  zəngindirlər.  Saplaq  parenximi  xlorenximdən 
daxilə  yerləşməklə  8-11  qat  hüceyrədən  təşkil  olunmuşdur.  Bü  hüceyrələr  dairəvi  formalı  olmaqla  sıx 
yerləşmişlər. 
Saplaq  topa  quruluşludur.  Anatomik  tədqiqatlar  göstərdi  ki,  saplağın  mərkəzində  çox  uzunsov 
formalı bir ədəd əsas topa, künclərdə isə 2 ədəd əlavə topa inkişaf etmişdir. Mərkəzi topanın belə uzunsov 
formada olması bizim fikrimizcə saplağın çox qısa olmasıdır. Topalar kollateral tiplidirlər, xaricdən bir 
qat  əhatəedici  hüceyrələrlə  əhatə  olunmuşdur.  Bu  hüceyrələr  topa  elementləri  ilə  əsas  toxuma  arasında 
əlaqəni təmin edir. Topalarda floem saplağın alt səthinə, ksilem və onun elementləri isə üst səthə doğru 
yönəlmişdir. Mərkəzi topada ksilem şüalarının sayı 45-50 ədəd, hər şüada su borularının sayı isə 2-5 ədəd 
olur. Onların qılafları nəzərəçarpacaq dərəcədə qalınlaşmışdır. Bu isə öz növbəsində saplağa möhkəmlik 
verir. Floemi təşkil edən hüceyrələr çoxbucaqlı  formalı nazik qılaflıdırlar. Onlar qonşu hüceyrələrlə yan-
yana yerləşmişlər. 
Saplağın anatomik quruluşunda əsas parenximin güclü inkişafı, ötürücü topanın qeyri-adi dərəcədə 
uzunsov formalı quruluşlu olması, sıx tük örtüyü ilə örtülməsi və s. xarakterizə olunur. 
 
 
SƏPĠN MÜDDƏTĠ VƏ ÜSULUNUN QARĞIDALININ  
BÖYÜMƏ DĠNAMĠKASINA TƏSĠRĠ 
 
Verdiyeva  B.N. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Qarğıdalı  dünya  əkinçiliyində  ən  mühüm  və  ən  məhsuldar  dənli  yem  bitkisidir. 
Qarğıdalı  məhsuldarlığına  və  yemlilik  dəyərinə  görə  bütün  dənli  yem  bitkilərindən 
üstündür  və  onları  ötüb  keçir.  Dənin  tərkibində,  torpaq-iqlim  şəraitindən  və  becərmə 
texnologiyasından  asılı  olaraq  65-75%  nişasta,  7,5  -12%  zülal,  1-2%  şəkər,  4-8%  yağ 
(nüvəsində  40%),  1,5  -2%  kül  elementləri,  mineral  duzlar  və  vitaminlər  var  [1].  Müəyyən 
edilmişdir  ki,  ərzaq  və  texniki  məqsədlə  bu  bitkidən  146  məmulatın  hazırlanmasında 
istifadə  olunur.  Qarğıdalının  dənindən  un,  yarma,  konserv,  nişasta,  etil  spirti,  piv ə, 
dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, qlutamin turşusu, mis (Cu) elementi, E v ə C 
vitaminləri  alınır.  Gövdə,  yarpaq  və  qıcasından  kağız,  müşəmbə,  viskoz,  süni  probka, 
plastmas, fəallaşdırılmış kömür, yuxu gətirici dərman və s. hazırlanır [2].  
Qarğıdalı  heyvandarlıqda  istifadə  edilən  əsas  yem  bitkisidir,  1  kq  dənində  1,34  yem 
vahidi  və  78  qr.  həzm  olunan  protein  vardır.  Dənində  lizin  və  triptofanın  miqdarı  azdır, 
yemlilik  dəyəri  aşağı  olan  zeatinin  miqdarı  isə  çoxdur.  Dəni  qarışıq  yem  sənayesi  üçün 
əvəzsiz  komponentdir,  eyni  zamanda  yeyinti  s ənayesi  və  başqa  sahələr  üçün  qiymətli 
xammaldır [3, 4]. 
Qarğıdalı  becərilən  bölgələrdə iqlim  şəraiti  ildən  -  ilə  dəyişilir.  Ona  görə  də  səpin  müddətlərinin 
tarixi  də  buna  uyğun  olaraq  dəyişilməlidir.  Ümumiyyətlə  optimal  səpin  müddətləri  iqlimlə  sıx  sürətdə 
bağlı olduğu kimi becərilən qarğıdalı sortunun bioloji xüsusiyyətlərindən də asılıdır [5, 6]. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
247 
Tədqiqatın bu bölməsini öyrənməkdən ötrü biz təcrübə sahəsinin I və III təkrarlarında qarğıdalının 
hesabda  olan  cərgələrində  10  bitkini  nişanlayıb  inkişaf  fazaları  üzrə  onların  boylarını  ölçüb  orta  rəqəm 
çıxarmışıq.   
Hesablama  nəticəsində  bir  bitkiyə  görə  alınan  orta  rəqəmlər  1-ci  cədvəldə    göstərilmişdir. 
Cədvəldən  görünür  ki,  səpin  müddətləri  əsas  inkişaf  fazaları  üzrə  qarğıdalının  boyatma  dinamikasına 
əsaslı təsir göstərmişdir. 
Erkən  səpin  aparan  zaman  (5.  IV)  Zaqatala  420  qarğıdalı  sortunun  bir  bitkisinin  hündürlüyü  düz 
səthə  səpində  orta  hesabla  gövdələmə  fazasında  54,0  sm,  süpürgələmə  fazasında  268,7  sm,  qıcanın 
çiçəkləməsi fazasında isə 290,1 sm, süd yetişmədə isə 298,6 sm olmuşdur.
 
  
10.  IV  ayda  səpin  aparıldıqda  isə  qarğıdalı  bitkisinin  orta  boyu  gövdələmədə  61,6  sm, 
süpürgələmədə  274,3  sm,  qıcanın  çiçəkləməsi  fazasında  295,2  sm,  süd  yetişmədə  isə  300,7  sm  təşkil 
etmişdir (cədvəl 1). 
 
Cədvəl  1 
Səpin müddəti və üsulunun qarğıdalı bitkisinin  böyümə dinamikasına təsiri  
 
Aprelin II ongünlüyündə (15. IV) düz səthə aparılan səpində isə bir bitkinin orta boyu gövdələmədə 
56,5 sm, süpürgələmədə 269,0 sm, qıcanın çiçəkləməsi fazasında 280,1 sm, süd yetişmədə isə 287,2 sm 
təşkil etmişdir. 
Səpinin  bir  qədər  gecikdirilib  aprel  ayının  III  ongünlüyündə  (  25.  IV)  aparılması  zamanı  isə  bir 
bitkinin orta boyu gövdələmədə 51,2 sm, süpürgələmədə 249,1 sm, qıcanın çiçəkləməsi fazasında 272,9 
sm, süd yetişmə fazasında isə 275,4 sm olmuşdur. 
Tirəyə erkən səpin aparan zaman (5. IV) Zaqatala 420 qarğıdalı sortunun bir bitkisinin hündürlüyü 
orta  hesabla  gövdələmə  fazasında  55,3  sm,  süpürgələmə  fazasında  271,5  sm,  qıcanın  çiçəkləməsi 
fazasında isə 302,5 sm, süd yetişmədə isə 305,9 sm olmuşdur.  
10.  IV  ayda  tirəyə  səpin  aparıldıqda  isə  qarğıdalı  bitkisinin  orta  boyu  gövdələmədə  64,5  sm, 
süpürgələmədə  279,6  sm,  qıcanın  çiçəkləməsi  fazasında  303,3  sm,  süd  yetişmədə  isə  309,4  sm  təşkil 
etmişdir ( cədvəl 1).
 
Aprelin  II  ongünlüyündə  (15.  IV) tirəyə  aparılan  səpində  isə  bir  bitkinin  orta  boyu  gövdələmədə 
59,1 sm, süpürgələmədə 279,6 sm, qıcanın çiçəkləməsi fazasında 285,1 sm, süd yetişmədə isə 291,2 sm 
təşkil etmişdir. 
Tirəyə səpinin bir qədər gecikdirilib aprel ayının III ongünlüyündə (25. IV) aparılması zamanı isə 
bir  bitkinin  orta  boyu  gövdələmədə  53,4  sm,  süpürgələmədə  253,2  sm,  qıcanın  çiçəkləməsi  fazasında 
279,5 sm, süd yetişmə fazasında isə 284,2 sm olmuşdur. 
Təcrübədən əldə etdiyimiz nəticələrə (cədvəl 1) nəzər saldıqda görürük ki, gövdələmə fazasında ən 
hündürboylu  bitkilər  (64,5  sm)  aprelin  I  ongünlüyü  (5.  IV)  tirə  səpinində,  süpürgələmə  fazasında  ən 
hündürboylu  bitkilər  (279,6  sm)  aprelin  I  ongünlüyü  tirə  səpinində,  qıcanın  çiçəkləməsi  fazasında  ən 
hündürboylu  bitkilər  (303,3  sm)  aprelin  I  ongünlüyü  tirə
 
səpinində,  süd  yetişmə  fazasında  isə  ən 
hündürboylu  bitkilər  (309,4  sm)  aprelin  I  ongünlüyündə
 
tirəyə  səpində  qeydə  alınmışdır.  Bunlar  onu 
deməyə əsas verir ki, tirəyə aparılan səpin düz səthə səpindən daha üstündür. 
Sortun adı 
Səpin  
müddətləri 
Bitkinin hündürlüyü (fazalar üzrə), sm-lə 
Gövdələmə 
Süpürgələmə 
Qıcanın  
çiçəkləməsi 
Süd  
yetişmə 
Düz səthə səpin 
Zaqatala 420 
5. IV 
54,0 
268,7 
290,1 
298,6 
10. IV 
61,6 
274,3 
295,2 
300,7 
15. IV 
56,5 
269,0 
280,1 
287,2 
25. IV 
51,2 
249,1 
272,9 
275,4 
Tirəyə səpin 
Zaqatala 420 
5. IV 
55,3 
271,5 
302,5 
305,9 
10. IV 
64,5 
279,6 
303,3 
309,4 
15. IV 
59,1 
272,3 
285,1 
291,2 
25. IV 
53,4 
253,2 
279,5 
284,2 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə