Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə135/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   131   132   133   134   135   136   137   138   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
248 
 
CAVAN ALMA BAĞINDA CƏRGƏARASI BĠTKĠLƏRĠN SEÇĠLMƏSĠ 
 
Abuzərli Ə.R. 
Azərbaycan Dövlət Aqrar Univreisteti 
 
Bağda  cərgəaralarının  saxlanması  və  ondan  səmərəli  istifadə  meyvə  ağaclarının  böyümə  və 
inkişafında  böyük  əhəmiyyət  kəsb  edən  məsələlərdəndir.  Dünya  və  ölkə  alimlərinin  apardıqları 
tədqiqatlar  göstərmişdir  ki,  bu  məsələdə    alimlər  arasında  yekdil  fikir  yoxdur.  Calaqaltı-sort 
xüsusiyyətindən,  torpaq  tipi  və  onun  münbitliyindən,  atmosfer  çöküntülərinin  miqdarından  və  digər 
amillərdən  asılı  olaraq,  konkret  torpaq-iqlim  şəraiti  üçün,  meyvə  bitkilərinin  normal  boy  və  inkişafını 
təmin edən, torpaqların  iqtisadi cəhətdən daha səmərəli saxlanması  sistemi işlənib hazırlanmalıdır. 
Cavan bağda olan bitkilər məhsuldar bağda olan bitkilərdən güclü vegetativ boyları ilə fərqlənirlər. 
Bu  dövrdə  həm  yerüstü  hissədə  və  həm  də  kök  sistemində  bitkilər  onlar  üçün  ayrılmış  atmosfera  və 
rizosferanı tamamilə əhatə edirlər. 
Ağaclar  bağa  əkildikdən  sonra  birinci  il,  cərgəaraları  şum  edilməklə,  alaq  otlarından  azad  qara 
herik  altında  saxlanır.  Müəyyən  olunmuşdur  ki,  ağaclar  yeni  əkildikdə  onların  kök  sistemi  60  sm 
diametrində  məsafə  tutduğu  halda,  ikinci  il  bu  1,5  m-ə  çatır  və  sonrakı  hər  ildə  ağaclar  tam  məhsula 
düşənə qədər artım 50-60 sm təşkü edir. 
Cavan  bağlarda,  ağacların  onlar  üçün  ayrılmış  qida  sahələrini  müəyyən  vaxtdan  sonra  (8-12  il) 
tutduğunu  nəzərə  alaraq  torpaqlardan  daha  səmərəli  istifadə  məqsədilə  xüsusi  texnologiya  işlənib 
hazırlanır. Bu zaman nəzərə almaq lazımdır ki, cərgəaralarının istifadəsi məqsəd deyil, məqsədə çatmaq 
üçün  vasitədir.  Məqsəd  isə  cavan  ağacların  daimi  yerində  möhkəmlənməsi,  onların  normal  böyümə  və 
inkişafı üçün şərait yaradılmasıdır. Yalnız bu məqsədi təmin edən texnoloji qulluq planı qənaətbəxş sayıla 
bilər. 
Cərgəarası  bitkilər  əsas  bitkilərlə  daimi  qarşılıqlı  təmasda  olurlar.  Bu  zaman  fizioloji  cəhətdən 
uyğunluq şəraitində əsas bitkilər normal böyüyüb inkişaf edirlər. Lakin br çox hallarda cərgəarası bitkilər 
düzgün  seçilmədikdə  onlar  əsas  bitkilərin  böyümə  və  inkişafına  öldürücü  təsir  göstərə  bilir.  Yəni 
cərgəarası  bitkilərin  kökləri  vasitəsilə  rizosferaya  çıxardıqları  kolinlər  meyvə  bitkilərinin  böyümə  və 
inkişafına  mənfi  təsir  göstərir.  Qeyd  olunan  məsələnin  araşdırılması  ilə  məşğul  olan  elm  sahəsinə 
―Allelopatiya‖  deyilir.  Allelopatiya  yunan  sözü  olub  ―allelon‖  qarşılıqlı,  ―pathos‖  -  əzab,  əziyyət 
deməkdir. Allelopatiya ali bitkilərin qarşılıqlı biokimyəvi təsirini öyrənən elm sahəsidir.  
Bu baxımdan tədqiqatın mövzusu çox aktualdır və günün tələbləri səviyyəsindədir.  
Cərgəarasında  becərilmək  üçün  seçilən  bitkilər  əsas  bitkinin  inkişafına  əngəl  törətməyən,  onunla 
fızioloji cəhətdən uyğun olan, gödək boylu, az ömürlü, əsas bitkinin qida və su tələb etdiyi dövrdə onunla 
rəqabət aparmayan, torpağın fıziki və kimyəvi keyfiyyətlərini qoruyub saxlaya və onu zənginləşdirə bilən
sahəyə gəmirici yığmayan, əsas bitkini sirayətləndirə bilən xəstəlik və zərərvericilərdən azad olmalıdırlar. 
Bizim  tədqiqatın  məqsədi  cavan  alma  cərgəarasından  səmərəli  istifadənin  elmi  əsaslarının 
işlənməsidir. 
Cavan  bağda  torpağın  becərilməsi  rütubətin  toplanmasına,  onun  qorun-masına,  alaqlarla 
mübarizəyə,  torpağın  yaxşılaşdırılmasına,  xəstəlik  və  zərərve-ricilərin  məhv  edilməsinə  yönəldilmiş 
texnoloji  qulluqdan  ibarətdir.  Bu  məqsədlə  torpağın  əsas  becərilməsi  üsullarından  biri  payız  şumudur. 
Payız  şumu  yarpaq  tökülməzdən  20-25  gün  əvvəl  aparılmışdır.  Şumun  yarpaq  tökülməzdən  qabaq 
aparılmasında  məqsəd  mexaniki  zədələnmiş  köklərin  şaxtalar  düşənə  qədər  bərpa  olunmasına  şərait 
yaratmaqdır.     
  Cavan  alma  bağında  ağaclar  əkildikləri il cərgəarası qara  herik  altında  saxlanmışdır.  Qara  herik 
torpağın  su  və  hava  rejimini  yaxşılaşdırır,  meyvə  bitkilərinin  kökləri  rəqabətdən  azad  olmaqla  onların 
torpaqda  daha  yaxşı  tutması  üçün  şərait  yaradır.  Çoxillik  ot  bitkiləri  sistemi  ilə  müqayisədə  qara  herik 
altında  suya 30-40  %  qənaət  olunur.  Lakin  uzun  müddətli  qara  herik  torpaq  strukturunun pozulmasına, 
suhava rejiminin pisləşməsinə, humus ehtiyatının azalmasına səbəb olur. Eyni zamanda torpağın vaxtaşırı 
şumlanması  alt  qatın  kipləşməsinə  və  köklərin  zədələnməsinə  səbəb  olur.  Eyni  zamanda  tədqiqatlarla 
müəyyən olunmuşdur ki, ayrıqotu, qırmızı topal, yonca və pomidor bitkiləri almanın inkişafını ləngidir. 
Cərgəarası torpaqdan səmərəli istifadə həmçinin təsərrüfat üçün əsas məhsul istehsalına qədər əlavə 
məhsul götürülməsinə şərait yaradır. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
249 
    
 
TAXIL BĠTKĠLƏRĠNĠN MƏHSULDARLIĞINA SƏPĠN ÜSULLARININ TƏSĠRĠ 
 
Abışova L.R. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
  
Taxılçılıq  kənd  təsərrüfatı sektorunun  aparıcı sahələrindən  biridir. Taxılçılığın tərkib  hissəsi  olan 
buğda  istehsalı  əhalinin  çörək  və  çörək  məmulatlarına  olan  tələbatının  ödənilməsində  əsas  yer  tutur. 
Heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də taxılçılıq təsərrüfatı mühüm rol 
oynayır. 
Bu  günkü,  təsərrüfat  formalarında  torpaq  becərilməsinin  düzgün  aparılmaması,  növbəli  əkindən 
istifadə  olunmaması,  əsaslandırılmamış  aqrotexnologiyaların  tətbiqi  və  digər  antropogen  təsirlər 
nəticəsində torpaqlar eroziya prosesinə məruz qalaraq münbitliyi pozulur və torpaqlar yararsız hala düşür. 
Qeyd olunan problemləri nəzərə alaraq mövcud təsərrüfatlar üçün növbəli əkin dövriyyələri və becərilən 
bitkiyə uyğun sələflərin seçilməsi prioritet məsələlərdəndir. Belə ki, düzgün əsaslandırılmış səpin üsulları 
ekoloji  sistemin  qorunmasında,  torpaq  münbitliyinin  bərpası  və  yaxşılaşdırılmasında  və  torpaqdan 
rasional istifadə olunmasında əvəzsiz rol oynayır. 
Ümumi  taxıl  məhsulu  istehsalında  əsas  irəlilləyişlər  Azərbaycanda  2001-ci  ildən  etibarən 
başlanmışdır. Bu dövrdən başlayaraq ümumi taxıl istehsalı 2 mln. tonu keçmişdir 
.  
Çoxsaylı  tədqiqat  işlərinin  nəticələri  göstərir  ki,  dənli  bitkilərdən  yüksək  məhsul  əldə  etmək 
məqsədilə  becərilən  bitkilərin  bioloji  xüsusiyyətlərinin,  xarici  amillər  kompleksinə  olan  tələbatının 
əsaslanmış qaydada öyrənilməsi və onların optimallaşması vacib tədbirlərdən hesab edilməlidir. 
Buğda əkinlərində aqrotexniki tədbirlərin həyata keçirilməsində tərəddüd etmədən mütləq əsassız 
təqvim  vaxtlarından  uzaqlaşıb,  becərilən  bitkinin  ayrı-ayrı  inkişaf  fazalarında  yaşayış  amillərinə  olan 
tələbatını mövcud şəraitlə əlaqələndirmək lazımdır.  
Azərbaycanda  taxıl  istehsalında  başlıca  yeri  buğda  bitkisi  tutur.  Buna  səbəb  respublikanın  bütün 
regionlarının ekoloji durumunun buğdanın bioloji xüsusiyyətlərinə uyğun gəlməsi və əvəzsiz ərzaq bitkisi 
olmasıdır 

 Respublikanın bütün regionlarının suvarılan, dəmyə, dağ, dağətəyi və düzən torpaqlarında payızlıq 
buğdanın becərilməsində kompleks aqrotexniki tədbirləri düzgün əlaqələndirildikdə yüksək və keyfiyyətli 
məhsul götürmək əksər hallarda mümkün olur.  
Buğda  bitkisinin  becərilməsində  vacib  texnoloji  tədbirləri  kompleks  qaydada  həyata  keçirmək 
məqsədilə  mütləq  cərgə  araları  becərilən  bitkilərin  aqrotexnikasına  əsaslanmaq  lazımdır 
.    Hər  iki 
lentvarı  və  tirəli  səpin  üsulları  imkan  verir  ki,  vegetasiya  dövründə  lazım  olan  aqrotexniki  tədbirlər 
vaxtında və lazımi səviyyədə həyata keçirilsin, məhsuldarlıq becərilən sortun potensial imkanı daxilində 
artırılsın. Torpağın əsas keyfiyyət göstəricisi olan münbitliyi qorunub saxlansın.  
Bu  üsulda  dənli  taxıl  bitkiləri  şırımlar  arası  məsafə  60  –  70  sm;  70  –  80  və  80  –  90  sm  olan 
gencərgəli  tirələrə  səpilir.  Tirələrin  üzərində  2;  3  və  4  cərgədə  cərgəarası  məsafə  15  –  20  sm  olmaqla 
toxum  səpilir  və  tirələr  arası  şırımlar  vasitəsilə  suvarılır.  Bu  üsul  iqtisadi  cəhətdən  səmərəli  üsul  hesab 
olunur.  
Buğda  bitkisinin  lentvarı  və  tirəli  üsullarda  səpilməsi  və  cərgəaraları  becərilən  bitki  kimi  əkin 
dövriyyəsinə daxil olması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Çünki başqa bitkilərlə müqayisədə 
Azərbaycanın  bütün  bölgələrində  buğdanın  əkin  sahəsi  üstünlük  təşkil  edir  və  əsas  çörək  bitkisi  olaraq 
becərilməsinə xüsusi fikir verilir.  
Suvarmanın  düzgün  aparılması,  yemləmə  gübrəsinin  istənilən  vaxtda,  qaydada  verilməsi,  alaq 
bitkilərinə,  xəstəlik  törədicilərinə  və  ziyanvericilərə  qarşı  səmərəli  mübarizə  tədbirlərinin  həyata 
keçirilməsi  əksər  hallarda  səpin  üsulu  ilə  sıx  əlaqədardır.  Lentvari  və  tirəli  səpin  üsulları  yuxarıda 
göstərilən fenoloji tədbirlərin vaxtında və düzgün qaydada həyata keçirilməsinə hər tərəfli şərait yaratdığı 
üçün  bitkinin  yalnız  məhsuldarlığı  deyil,  əkinçilik  baxımından  torpağın  aqrofiziki  xüsusiyyətləri  də 
yaxşılaşır.  
Suvarılan torpaqlarda vacib tədbirlərdən biri də buğdanın suvarılmasının düzgün təşkil edilməsidir. 
Çoxillik təcrübələr göstərir ki, payızlıq buğdanın arata qoyulmuş torpağa səpilməsi çox səmərəli nəticələr 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə