Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə138/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   134   135   136   137   138   139   140   141   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
254 
ALLĠLXLORĠD  ĠSTEHSALININ  EKOLOJĠ  ARAġDIRILMASI  
 
Məhərrəmova S.Ə. 
Sumqayıt Dövlət Universiteti  
 
Allilxlorid istehsalında xammal  kimi litosfer, hidrosfer və atmosfer ehtiyatlarından istifadə edilir. 
İstehsalatda  xammal  kimi  xlordan  və  propilendən  istifadə  edilir.  Propilen  ətraf  mühitin  obyekti  olan 
litosferdən  çıxarılan  neftin  fraksiyasının  pirolizindən  alındığından  buna  əsaslanaraq  deyə  bilərik  ki, 
allilxlorid  istehsalında  litosfer  ehptiyatlarında  istifadə  edilir.  Bu  istehsalın  digər  xammalı  olan  xlor 
duzunun  (NaCl)  sulu  məhlulunun  elektrolozindən  alınır.  Natrium  xlorid  isə  mineral  ehtiyat  kimi  duz 
göllərindən  çıxarılır.  Istehsalatda  xammalın  qızdırılması,  xaric  olunan  məhsulların  soyudulması  üçün 
sudan-hidrosfer  ehtiyatlarından  istifadə  edilir.  Eyni  zamanda  nəzarət  ölçü  cihazlarında  sıxılmış  havada 
istifadə  olunur.  Qurğuda  işlədilən  aparatları  təmir  etməmişdən  əvvəl  onları  sıxılmış  hava  ilə  üzvi 
birləşmələri isti buxar ilə təmizləyirlər. Texnoloji prosesdə elektrik enerjisindən, su buxarının istiliyindən 
də istifadə edilir.  
Məlumdur  ki,  texnoloji  proseslərin  ətraf  mühitlə  olan  əlaqəsini  təbii  ehtiyyatdan  istifadə 
göstəricisinə görə xarakterizə etmək olar: 
G
f



 
Burada, ρ – allilxlorid istehsalatında istifadə olunan propilenin faktiki miqdarı, kq/saat;  
G  –  bu  istehsalat  üçün  lazım  olan  propilenin  nəzəri  hesablanmış  miqdarıdır,  kq/saat;maddi 
göstəricilərə  görə  4710,14 kq/saat  allilxlorid  istehsalı üçün  2585,96  kq/saat propilen  sərf  olunur.  Əlavə 
reaksiyaların  getməsinə  sərf  olunan  propilenin  miqdarı  nəzərə  alınarsa,  onda  faktiki  sərf  ρ=3021,84 
kq/saatolacaqdır. Bu halda xammaldan səmərəli istifadə göstəricisi aşağıdaki kimi hesablanır:  
16
,
1
96
,
2585
84
,
3021


f

 
Əgər propilen əlavə məhsulun alınmasına sərf olunmazsa, nəzəri hesablamalara görə, xammaldan 
istifadə göstəricisi (ρ
n
) vahidə bərabər olmalıdır.  
0
,
1
96
,
2585
96
,
2585


n

 
Səmərəli  istifadə  göstəricisinin  qiymətinin  vahiddən  böyük  olması  xammaldan  qənaətlə  istifadə 
edilməsini göstərir. Bu isə əlavə məhsulların əmələ gəlməsi və xammalın şərhi deməkdir. Bundan başqa 
xlorlaşma  prosesinin  temperatur  şəraitini  normal  səviyyədə  (~500
0
C)  saxlamaq  məqsədilə  oraya  xlor: 
propilen həcmi 1:5 nisbətində verilir. Buna görə də propilenin faktiki sərfi 15109,22 kq/saatdır. Deyildiyi 
kimi P=2585,96=kq/saatpropilenin qalan hissəsi 15109,22 - 2585,96=12523,26 kq/saat heç bir dəyişikliyə 
uğramadan prosesdən xaric olur və təmizləndikdən sonra yenidən prosesə qaytarılır. Istehsal prosesinin 
ətraf mühitə göstərdiyi mənfi təsir, bu istehsalatdan ətraf mühitə atılan tullantıların, zərərli birləşmələrin 
miqdarı  ilə  və  yaxud  ətraf  mühit  ehtiyatlarından  istifadə  göstəricisi  ilə  xarakterizə  etmək  olar.  Qeyd 
edildiyi kimi xammaldan istifadənin nəzəri və faktiki qiymətləri fərqlənir. Onda ekoloji təsir əmsalı ətraf 
mühit ehtiyatlarından səmərəli istifadə göstəricisinə əsasən aşağıdakı kimi tapılır:  
86
,
0
16
,
1
1



f
n
ek
K


 
Əgər 
f
n



 olarsa,  onda  K
ek
=1  olar.  Ekoloji  təsir  əmsalının  vahiddən  kiçik  olması  prosesdə 
ətraf  mühit  ehtiyatlarının  əlavə  məhsula  sərf  olunması  ilə  əlaqədardır.  Baxılan  allilxlorid  istehsalı 
prosesində 182,24 kq/saat propilen monoxlorpropenlərin 112,61 kq/saat dixlorpropenlərin, 136,14 kq/saat 
dixlorpropanların, 4,89 kq/saat ağır xlorlu törəmələrin əmələ gəlməsinə sərf olunur. Texnoloji prosesdə 
əlavə  məhsulların  miqdarını  azaltmaq  məqsədilə  propilenin  artıqlığında  aparılması  məqsədəuyğundur. 
Belə ki, allilxloridin əmələ gəlmə reaksiyası yüksək istiliyin ayrılması ilə gedir. Temperaturun ~500
0
C –
dən  yuxarı  qalxmaması  üçün  reaktora  izafi  miqdarda  propilen  verilir.  Miqdar  az  olarsa,  (Cl
2
:C
3
H
6
,  1:5) 
reaktorda  qurum  əmələ  gələr.  Nisbətin  artırılması  isə  iqtisadi  cəhətdən  səmərəli  deyildir,  çünki 
təmizlənməyə, sıxılmağa, qurudulmağa və kondensasiya enerji sərfi artır.  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
255 
AXINTI  SULARIN  ELEKTROKĠMYƏVĠ ÜSULLA  TƏMĠZLƏNMƏSĠ 
 
Həsənova  S.Z. 
Sumqayıt Dövlət Universiteti 
 
Kimyəvi üsula nisbətən elektrokimyəvi üsulun bir sıra üstünlükləriə malikdir: 1) texnoloji sxemin 
sadələşdirir  və  texnoloji  qurğunun  istismarını  asanlaşdırır,  onların  işinin  asan  avtomatlaşdırılması, 
təmizləyici  qurğuların  yerləşdirilməsi  üçün  istehsal  meydançasının  sahələrinin  azaldılması,  2)  axıntı 
sularının  əvvəlcədən  durulaşdırmadan  emal  olunmasının  mümkünlüyü,  3)  duz  saxlayan  axıntıların 
azaldılması və emal zamanı çöküntülərin miqdarının azaldılması. 
Axıntı  sularının  elekrokimyəvi  təmizlənmə  üsullarından  qalvanik  örtüklərin  çəkilməsində  daha 
geniş tətbiq tapanı elektrokoaqulyasiya üsuludur. Bu üsul kolloid-dispers sistemlər və asılı hissəciklərin, 
əlvan  metallar  ionlarının,  xüsusilə  də  xrom  ionlarının  təmizlənməsi  üçün  tətbiq  edilir. 
Elektrokoaqulyasiya prosesində alüminium və ya dəmir anodların həll olması baş verir ki, bu da məhlulun 
qələviləşdirilməsi  ilə,  metal  oksidlərinin  əmələ  gəlməsi  ilə  müşahidə  olunur.  Bu  halda  dəmir  və 
alüminium  hidroksidi  koaqulyant  rolunu  oynayır.  Elektrokoaqulyasiya  üsulunun  bir  sıra  üstünlükləri 
vardır:  qurğuların  kompakt  olması,  reagent  sərfinin  reduksiyaedici  və  çökdürücülərin  olmaması, 
universallığı və xidmətin sadə olmasıdır. Üsulun inkişaf etdirilməsinə bəzi faktorların: metal və elektrik 
enerjisi sərfinin çox olmasıdır. 
Burada  iki  üsul  birləşdirilir:  elektrokoaqulyasiya  ilə  emal  və  alınmış  metal  hidroksidlərinin 
elektroflotasiyası.  Verilən  prose  sbir  elektrolizerdə  həyata  keçirilə  bilər:  anodun  həll  olması  zaman 
koaqulyant  əmələ  gəlir,  katoda  isə  yüksək  dispersli  hidrogen  qabarcıqları  ayrılır.  Ayrılmış  qabarcıqlar 
koaqulyasiya məhsullarının flotasiyasını təmin edir . 
Elektrokimyəvi üsullar arasında əsas yerlərdən birini elektroflotasiya – fiziki-kimyəvi proses tutur, 
hansı ki, elektrodializ, elektroforez, elektrokimyəvi oksidləşmə-reduksiya kimi elektrokimyəvi prosesləri 
özündə  birləşdirir.  Elektrokimyəvi  və  hidromexaniki  proseslər  öz  fiziki  varlıqlar  olduqlarına  görə, 
elektroflotasiya ənənəvi üsullardan yüksək effektliliyə və texnoloji proses-aparatların sadəlik fərqinə görə 
fərqlənir.Məsələn, çökdürmə üsulu ilə müqayisədə prosesi 5-10 dəfə sürətləndirir . 
Axıntı sularının tərkibində ağır metal ionları olan və bu suların sərfi 5-50 m
3
 sutka olan müəssisələr 
üçün  elektrokimyəvi  təmizləmə  üsulunun  istifadə  olunması  reagent  üsulu  ilə  müqayisədə  iqtisadi 
cəhətdən səmərəlidir. Elektrokimyəvi üsulun tətbiqi, o cümlədən pH-ın elektrokimyəvi tənzim edilməsi, 
reagent  üsulundan  fərqli  olaraq,  təmizlənmiş  suyun  əlavə  dusuzlaşdırılması  olmadan  su  istifadəsinin 
qapalı olmasına imkan verir. 
 
 
POLĠETĠLEN  TULLANTILARI VƏ  ONLARIN ZƏRƏRSĠZLƏġDĠRĠLMƏSĠ 
 
Əlizadə F.Y. 
Sumqayıt Dövlət Universiteti  
 
Polietilenin  alınması  texnologiya  tam  avtomatlaşdırıldlğından  qəza  hallarının  mümkün  səviyyəyə 
endirilməsinə nail olunmuşdur. Buna baxmayaraq prosesin ayrı-ayrı mərhələlərində ətraf mühitə qazların 
yayılması ehtimalı mövcuddur. Qaz tullantıları 3 qrupa bölünür:  
1.
 
nəzərdə tutulmuş qaz tullantıları;  
2.   texnoloji qaz tullantıları; 
3.   ventilyasiya vaxtı qaz atqıları;  
Avadanlıqların, boru kəmərlərinin və mexanizmlərin kipsizliyindən ətraf mühitə qazların atılması 
nəzərdə  tutulmamış  qaz  tullantılarına  aid  edilir.  Kompressorlardan  sızan  qazlar  ayrıca  çənə  yığılır  və 
hidrorozatvor vasitəsilə 24 m hündürlükdə havaya buraxılır. Bu tullantılar texnoloji qaz tullantıları adlanır. 
Ventilyasiya  qurğularından  alınan  qazlar  22-35  m  yüksəklikdə  atmosferə  buraxılır.  Hər  üç  halda 
atmosferə  atılan  qazların  tərkibində  ancaq  etilen  vardır.  I  qrup  qaz  ayrılması  təbii  yolla  ətraf  mühitin 
atmosferi ilə qarışır. Nəticədə atmosferdə etilenin miqdarı buraxıla bilən qatılıqdan az olur.  
Ümumiyyətlə, ətraf mühitə atılan qaz tullantılarının iki əsas mənbəyi vardır:  
1) Nəqliyyatdan ayrılan zərərli qazlar;  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə