Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə14/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   10   11   12   13   14   15   16   17   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
28 
AZƏRBAYCANDA ĠSTĠLĠK ELEKTRĠK STANSĠYALARININ ĠSTĠFADƏSĠNĠN 
ÜSTÜNLÜKLƏRĠ 
 
Xasməmmədli İ.V. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
İqtisadiyyatımızın  əsas  sahələrindən  biri  olan  elektroenergetika  sahəsinin  1950-ci  ildən  başlamış  
inkişafı keçən əsrin 70-ci illərdən etibarən daha geniş vüsət almışdır. Azərbaycan iqtisadiyyatının bütün 
sahələrinə olduğu kimi energetika sahəsinə də həmişə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyev 
cənablarının  uzaqgörən  siyasəti  nəticəsində  70-ci  illərin  ortalarında  tikintisinə  başlanmış  Azərbaycan 
DRES-i, Şəmkir SES-i və bu stansiyalarda istehsal  olunan elektrik enerjisinin nəql edilməsi üçün 500 və 
330  kV-luq    1  və    2  Abşeron  və  digər  yüksək  gərginlikli  elektrik  verilişi  хəttlərinin  tikilərək  istifadəyə 
verilməsi  respublikamızın  enerji  təchizatında  və  bütövlükdə  iqtisadiyyatımızın  inkişafında  mühüm  rol 
oynamışdır.Bu ən-ənə hal-hazırda da cənab prezident İ.Əliyev tərəfindən də davam etdirilir. 
Ölkə iqtisadiyyatının inkişafında elektrik tələbedicilərinin keyfiyyətli və etibarlı elektrik enerjisi ilə 
təchizatına  böyük  ehtiyacı  vardır.Elektrikləşdirilmə  cəmiyyətin  iqtisadi  təminat  sütunudur  və  xalq 
təsərrüfatının  bütün  sahələrinin  inkişaf  yoludur.  Tam  və  keyfiyyətli  elektrikləşdirmə  müasir  texnika  və 
elmi  nailiyyətlər  əsasında  həyata  keçirilir.  Ölkədə  elektrik  enerji  istehsalı    fasiləsiz  olaraq  artırılır, 
təkmilləşdiriilir və xalq təsərrüfatında bütün sahələrini  əhatə edir.Sənaye, kənd təsərrüfatı məhsullarının 
istehsalını artırmaq və insanların rifah halının yaxşılaşdırılması üçün dayanıqlı, elektroenerji sistemlərinin 
mövcudluğu böyük əhəmiyyət kəsb edir.  
Respublikamız  çox  güclü  elektroenergetika  bazasına  malikdir.Bu  isə  müxtəlif  enerji  mənbələrinin 
payına  düşür.  Təbii  enerjiləri  elektrik  enerjisinə  çevirmək  üçün  işlənən  energetik  qurğular  elektrik 
stansiyaları  adlanır.  Bunlardan  ən  çox  yayılanı  istilik-elektrik  stansiyalarıdır  (İES).  Bu  stansiyalarda 
elektrik  enerjisinin  alınması  üçün  üzvü  maddələrin  yanmasından  ayrılan  istilikdən  istifadə  olunur.  İES 
hesabına  Azərbaycanda  hasil  olunan  elektrik  enerjisi  ümumi  elektrik  enerjisinin  90%  -  ni  təşkil 
edir.Aparılmış  tədqiqatlargöstərmişdir  ki,  bu  stansiyalartəbiətin  və  atmosferin  çirkləndirilməsi  nöqteyi 
nəzərindən  ən  iri  sənaye  müəssisələri  sırasına  daxildir.Buna  səbəb  istilik  elektrik  stansiyalarının  buxar 
qazanlarında çoxlu üzvi yanacaqların yandırılması nəticəsində yaranan zəhərləyici maddələrin atmosferə 
atılması və küllü miqdarda çirkab suların tullanmasıdır.  
İES-lərin  əsas  avadanlıqları  qazan,  turbin  və  elektrik  generatorudur.  İş  prosesi  qazanda  üzvi 
yanacağın istiliyi hesabına qızışmış buxarı turbinə vermək, turbində buxarın istiliyi hesabına valı hərəkətə 
gətirib və turbinin valı elektrik generatornun valı mufta ilə birləşdiyindən elektrik generatorunun valı da 
hərəkətə gəlir və generator elektrik enerjisini istehsal edir.Qısa olaraq, istilik enerjisi mexaniki enerjiyə, 
mexaniki enerji isə elektrik enerjisinə çevrilir. 
Azərbaycanda  İES-nın  istifadə  perspektivləri  çox  böyükdür.Əvvəldə  qeyd  etdiyim  kimi, 
respublikamız çox güclü elektroenergetika bazasına malikdir  və  respublikamızın  90% enerji balansını 
İES-rı ödəyir. Odur ki, gələcəkdə bu enerji növünün istifadəsi genişləndirilməlidir. 
 
ELEKTROMAQNĠT VĠBROTƏSĠRLƏNDĠRĠCĠLƏRĠN QĠDANLANMA  
SXEMLƏRĠNĠN SEÇĠLMƏSĠ 
 
Məmmədov İ.F. 
Sumqayıt Dövlət Universiteti 
 
Sənayenin  müxtəlif  sahələrində  texnoloji  proseslərdə  istifadə  olunan  vibrotəsirləndiricilərin  bütün 
movcud tipləri içərisində elektromaqnit vibrotəsirləndiricilərin energetik və istismar göstəriciləri xüsusilə 
yüksəkdir.Elektromaqnit  vibrotəsirləndirici  nüvəsinin  və  dolağının  konstruksiyasına  görə  transformator 
tipli  elektromaqnit  qurğuların  uyğun  elementlərinə  çox  yaxındır.Yəni  dolaq    ш-şəkilli  lövhələrdən 
yığılmış  maqnit  nüvənin  orta  çubuğunda  yerləşdirilir,  maqnit  seli  yaradır  və  nəticədə  lövbər  dartılır. 
Lövbər dartıldıqda elastik elementləri sıxır.  
Elektromaqnit vibrotəsirləndiricinin iş pirinsipinin əsasını yaranan elektromaqnit qüvvənin dəyişən 
işarəli qüvvə lövbərə təsir edərək onu irəli-geri hərəkət etməyə məcbur edir. Elektromaqnit dartı qüvvəsi 
harmonik sıraya ayrıla bilər. Bu halda harmonik sırada ən azı iki toplanan olacaqdır. Bir toplanan sabit, 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
29 
ikincisi  isə  lövbərin  irəli-geri  hərəkətini  yaradan  dartı  qüvvəsi-harmonik  toplanan  olacaq.  Dartı 
qüvvəsinin  sabit  toplananı  elastik  elementin  dartılmasında  sabit  komponenti  yaradır.  Bu  elektromaqnit 
vibrotəsirləndiricilər  əksər  hallarda  mexaniki  çıxışda  yalnız  müəyyən  bir  tezlikli  rəqsi,  yəni 
tənzimlənməyən mexaniki rəqsi təmin edirlər. Bu, bir neçə səbəblə izah olunur. İlk növbədə nəzərə almaq 
lazımdır  ki,  elektromaqnit  vibrotəsirləndiricilər  standart  tezlikli  ümumi  sənaye  şəbəkələrindən 
qidalandırılan  qurğular  kimi  istifadə  olunurlar.  Bu  halda  vibrotəsirləndiricinin  lövbərinin  rəqs  tezliyi 
ikiqat  qidalanma  tezliyinə,  yəni  100  Hs-ə  bərabər  olur  (şəkil  1,a)  Bu  tezlik  texnoloji  proseslər  üçün 
həddindən artıq böyük  olduqda  qidalandırma  sisteminə  düzləndiriciyə  malik  aralıq  blok  daxil  edilir.  Bu 
halda mexaniki rəqslərin tezliyi ikiqat azalır, şəbəkə tezliyinə, yəni  50 hs-ə bərabər olur (şəkil 1b,v). Hər 
iki  halda  lövbərin  rəqsinin  amplitudası  vibrotəsirləndiricinin  dolağına  verilən  gərginliyin  amplitudasını 
dəyişməklə yerinə yetirilir. Lakin mexaniki rəqslərin tezliyi standart şəbəkə tezliyi ilə müəyyən olunur və 
dəyişməz qalır. 
 
 
 
 
 
 
 
 
                                                                                                          
 
                                a)                                                                              
                                                                                                             
 
 
 
 
 
 
 
 
                                                                                                                  v) 
 
                     b)                                                                                   
 
                                
           
                                      
                                   
 
                                                                                   j) 
 
Şəkil 1.
 
Yuxarıda  qeyd  olunanları nəzərə  almaqla  daha  perespektivli  üsul  dəyişən işarəli  qüvvənin  lövbər 
zonasında formalaşdırılmasıdır. Bu halda xüsusi qidalandırma sxemləri vasitəsilə elektrimaqnitin dolağı 
dövrəsinə  ardıcıl  qoşulmuş  kondensatorla  yaradılan  parametrik  effekt  hesabına  lövbərin  alçaq  tezlikli 
mexaniki rəqsləri alınır. Məlum olmuşdur: kondensatorun tutumunu ele seçmək olar ki, dövrədə periodik 
olaraq ardıcıl rezonans yaranar və pozular (lövbərin irəli-geri hərəkəti zamanı elektromaqnitin dolağının 
induktivliyinin  dəyişməsi  ilə  əlaqədardı).  Bu  halda  lövbərin  rəqs  tezliyi  bir  neçə  hers  olar  (şəkil  1,d)                                      
Elektromaqnit    vibrotəsirləndiricilərin  yuxarıda  baxılan  müxtəlif  qidalandırma  sxemləri  alçaq  tezlikli 
mexaniki rəqslərin alınması, onların tezlik və amplitudasının tənzimlənməsi üçün yeni sxem təklif etməyə 
imkan verir (şəkil 1,j) Belə vibrotəsirləndiricinin elektromaqniti iki dolağa malik olur və onlar müxtəlif 
tezlikli  mənbələrdən  qidalanırlar.  Mənbələrdən  biri  standart  tezlikli  şəbəkə  digəri  isə  tezlik  çevricisidir. 
İkinci  mənbənin  gücü  böyük  olmur,  çünki  o,  yalnız  idarəetməyə  xidmət  edir.  Həm  də  onun  tezliyinin 
 
 
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə