Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə142/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   138   139   140   141   142   143   144   145   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
262 

 
Yaxın  məsafələrə  gedərkən  piyada  getmək  və  ya  velosipeddən  istifadə  etmək.  Bəzi  vaxtlar  bu 
parkinq və tıxac səbəbindən daha tez vasitə olur. İnsan sağlamlığı üçün müsbət təsiri olması ilə 
yanaşı, həmçinin yanacaq sərfiyyatı olmadığı üçün ətraf mühitə də heç bir təsiri yoxdur. 

 
Şəxsi avtomobillər əvəzinə ictimai nəqliyyatdan istifadə etmək. Çünki bu bir neçə avtonəqliyyat 
vasitəsi  əvəzinə  sadəcə  bir  nəqliyyat  vasitəsinin  istifadəsinə  yol  açacaq  ki,  bu  da  tıxacların 
azalmasına,  istifadə  olunacaq  yanacağın  azalmasına,  bu  isə  öz  novbəsində  yanacaq  xammalına 
qənaətə və yaranan zərərli qazların miqdarının azalmasına səbəb olacaqdır. 

 
Avtonəqliyyat vasitələri durduğu yerdə qızdırılmamalıdır.  Mühərrik işə salındıqdan dərhal sonra 
hərəkətə  başlanılarsa,  mühərrik  daha  tez  qızar  və  bu  səbəbdən  də  yanacaq  sərfiyyatı  daha  aşağı 
olar. 

 
Avtomobilin  üst  baqajları  hava  müqavimətini  artırır  və  beləcə  daha  çox  yanacaq  sərf  olunur. 
Yüksüz  üst  baqajlarında  12%  və  yüklü  üst  baqajlarında  25%  daha  çox  yanacaq  sərf  edildiyi 
ADAC (Allgemeiner Deutscher Automobil-Club) tərəfindən müəyyən edilmişdir. 

 
Avtobanlarda  heç  bir  zaman  maksimum  sürət  həddi  istifadə  olunmamalıdır.  Əgər  avtomobil 
maksimum sürət həddindən 20% az sürətlə idarə edilərsə 30% yanacağa qənaet olunur. 

 
Avtomobildə olan artıq yük yanacaq sərfini artırır. Belə ki, 100 kq artıq yük hər 100 km məsafə 
üçün artıq 1 litr yanacaq sərfiyyatına səbəb olur. 
 
 
         
BUTADĠEN-STĠROL  KAUÇUKU  ĠSTEHSALI  PROSESĠNDƏ  YARANAN  YAN         
MƏHSULLARIN  ƏTRAF  MÜHĠTƏ  TƏSĠRĠNĠN  QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Hacızadə A.A. 
Sumqayıt Dövlət Universiteti  
           
Butadien istehsalı sexi - Butadien  Butilen divinil   fraksiyasından  (BDF) asetonitril   iştirakı  ilə  
ekstraktiv  reftifikasiya  üsulu  ilə  ayrılır. Qurğunun I konturunda   divinil  asetonitril  vasitəsilə  udukur 
və  izobutilen  fraksiyası  BDF-dən  ayrılır.  II  konturda  isə  divinil  asetonitril  vasitəsilə  asetilinli  
birləşmələrdən  təmizlənir. Növbəti mərhələdə divinil  ağır  karbohidrogenlər  qovulur. Prosesdə  istifadə  
olunan  asetonitril   regenerasiya  olunur  və  yenidən  prosesə  qaytarılır. 
Divinilin  polimerləşməsini  ,  asetonitrilin  hidrolizinin,  avadnlığın  korroziyasının    qarşısını    almaq  
məqsədilə  sistemə  müxtəlif    iniqibitorlar    verilir.  Bu    prosesin    həyata    keçirilməsi  havaya    buraxılan    
ammonyakın  və  tərkibində  mis  olan  tullantı  suyun  kanalizasiyaya  axıdılmasının  qarşısını  alır. 
Hazırda asetonnitrilə və enerjidaşıyıcılarına  qənaət  etmək məqsədilə qurğunun I konturu  sxemdən 
çıxarılıb. Belə ki, BDF tərkibində ki, asetilenli birləşmələr P-2-3 şöbəsində  hidrogenləşdirilir və onlardan 
təmizlənmiş  BDF–dən D-4a sexində II  konturunda  butilen – İzobutilen  fraksiyası  və  divinil  alınır. 
İstehsala    daxil    olan    sexlər:  D-a  əsas  texnoloji  sex.  P-2-3  Piroliz    fraksiyasının    asetilenli  
birləşmələrdən  təmizlənməsi.  D-1  a  Piroliz  fraksiyasının,  butilen  –  izobutilen    fraksiyasının    qəbulu  
saxlanması  və  verilməsi. 

 
Butadien - stirol  kauşuku istehsalı.   

 
Butadien – stirol  kauçuku  istehsalı  (BSK)  1957-  ci  ildə  istismara  verilib.SKS-30  ARKM  - 
15  markalı  BSK  inisiatorun (hiperiz) təmizləyicisinin  (merkaptan) aktivatorun  (dəmir – trilon  
kompeksi) iştirakı  ilə  butadienin  

 
stirolla  du  fazasında  emulsion  radikal  polimerləşməsi  nəticəsində  alıır.  İstehsalatın  ilkin  layihə 
gücü 60  min  ton/il   olub.Sonralar  proses  təkmilləşdirilib və gücü 122 min  ton /  ilə  çatdırılıb. 
İstehsalatın    tərkibinə    aşağıdakı    sexlər    daxildir:  Sex  E-1,  E-1b  –  polimerləşmə    və    lateksin  
degezasıyası. E-1a  - əks  butadienin  sıxılması.  
 
 
 
 
 
   
E-2- kauçukun ayrılması, qurudulması və qablaşdırılması. E-1 sexində hər birində 12  polimerzator  
olan  6  batareyada  polimerləşmə  proses  (lateks  istehsalı)  aparılır.  E-1b-lateksdən  ikipilləli  vakkum  
kalonlarında  reaksiyaya  girməmiş  butadien  və  stirol  qovulur.  E-1a-  deqazasiya    şöbəsindən    gələn  
butadien  kompressor  vasitəsilə  sıxılır, kondesləşdirilir  və  yenidən  emala  göndərilir. E-1,  E-1a,  E-1b  
sexlərində  əsas  zərərli  maddələr  stirol  və  butadiendir.Stirol  və  butadien  avadanlıqlardan,  boru  
kəmərlərindən,  armaturlardan,  nasosların    kipcəklərindən  sıza  bilir.  Bu  sızmalar    sorucu    ventilyatorlar  
vasitəsilə   sorulur  və  atmosferə verilir. Hazırd sex işləmir. E-2 sexi-lateksin  koadulyasiyası  nəticəsində  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
263 
SKS  -30  ARKM-15  markalı  kauçukun    ayrılması  (koaqulyasiya    NaCl  və  H
2
SO

vasitəsilə    aparılır.) 
Lateksdən  ayrılmış  kauçuk  hissələri doğrayıcı  maşına  verilir, burada  kauçuk  sıxılır bir  daha  süzülür, 
doğranır  və  quruducu  aqreqata  verilir. Quruducu  kauçuk  hissələri  isti  hava  vasitəsilə (t- 105- 125C) 
qurudulur. Qurudulmuş  kauçuk  briketləşdirici  proseslərdə  briketləşdirilir  və  hazır  məhsul  anbara 
göndərilir. Zavodda SKS-30, ARKM-15 və SKN-20,SKN-33,SKN-40 markalı kauçuklar istehsal  olunub. 
Zəhərli  maddələrin    ayrılma    mənbələri:  kip  olmayan  avadanlıqlar,  boru  xətləri  flənsləri,  nasoslar, 
kompressor,  armaturlardır.Ayrılan    tullantılar    ventilyasiya    vasitəsilə    atmosferə    atılır.Istehsalın    əsas  
zərərli  tullantıları  butadien, stirol, etilbenzol  NAK (Akril turşusunun  nitrili)-dir. 
 
 
Hal- hazırda  kauçuk  istehsalatının  fəaliyyəti  dayandırılıb. 
   Butadien – stirol  və butadien–nitril  lateksləri  istehsalı.     

 
Bu  qurğuda:   
 
 
 
 
 
 
 
 
               
Butadien-sitorol kauçuku  üçün  lateks.  Butadien - nitril   kauçuku  üçün  lateks.  Butadien-stiorol 
lateksi(əmtəəlik məhsul). Butadien-nitril lateksləri (əmtəəlik məhsul) istehsal etmək mümkündür. 
Hal–hazırda latekslərin istehsalatını  fəaliyyəti  dayandırılıb. 
Zavodun məşəl qurğuları haqqında məlumat. E-9 Məşəl qurğusu - EP-300 istehsalatında texnoloji 
rejmin  pozulması  və  qəza  hallarında  atılan  karbohidrogenlərin  zərərsizləşdirilməsi  (tam    yandırılması) 
üçün  nəzərdə  tutulmuşdur. Tüstüsüz  yanmanı  təmin  etmək  məqsədilə  yanma  zonasına  su buxarı  
verilir. Yanmanın  daimiliyini təmin etmək  məqsədilə  yanma  zonasına  yanacaq  qazı  verilir. Yaş  və  
quru  qazlar  seperatorlardan  keçərək,  yanma  zonasına  daxil  olur. 
 
 
 
 
NEFT  QAZLARININ  KÜKÜRD  BĠRLƏġMƏLƏRDƏN  
ELEKTROKĠMYƏVĠ  ÜSULLA  TƏMĠZLƏNMƏSĠ 
 
Rüstəmova G.C. 
Sumqayıt Dövlət Universiteti 
 
Müasir dövrdə Respublikamızın güclü yanacaq-enerji potensialı yaranmışdır. Azərbaycan neft, neft 
məhsulları, təbii qaz və elektrik enerjisi idxal edən ölkədən ixarc edən ölkəyə çevrildiyindən bəzi ekoloji 
problemlər meydana çıxır.  
Belə  problemlərdən  biri  təbii  az  kükürdlü  qazların  H
2
S-dən  təmizlənməsi  durur  ki,  bu  məsələ  ilə 
əlaqədar geniş tədqiqat işləri aparılır, köhnə qurğular modernləşdirilir və yeni enerji qənaətli qurğuların 
yaradılması istiqamətində işlər aparılır.  
SDU,  Ekologiya  və  təbiətdən  istifadə  kafedrasında  da  bu  istiqamətdə  işlər  aparılır,  daha  doğrusu, 
təbii  qazların  tərkibindəki  kükürd  qazlarının,  o  cümlədən,  hidrogen  sulfid  qazının  təmizlənməsi 
məsələsini  iqtisadi  və  texnoloji  baxımdan  daha  əlverişli  olan  elektrokimyəvi  üsulla  yerinə  yetirməyi 
nəzərdə tuturuq.  
Burada,  təbii  qazların  tərkibində  olan  hidrogen  sulfidi  tutmaq  üçün  qələvi  məhlulundan  (KOH) 
istifadə nəzərdə tutulur. Təbii qaz 10 %-li KOH məhlulundan keçdikdə, onun tərkibində olan H
2
S qələvi 
ilə  reaksiyaya  girərək  K
2
S-ə  çevrilir.  Bu  zaman  mühitdəki  qələvi  tamamilə  kalium  sulfidə  çevrilir. 
Alınmış  kalium  sulfid  məhlulu  elektroliz  üsulu  ilə  parçalanır.  Proses  sulu  mühitdə  getdiyindən  qələvi 
bərpa olunur, kükürd isi sərbəst halda ayrılır (şəkil 1).  
Elektroliz  qurğusu  silindrik  formadadır.  Elektrodlar  (qrafit)  elektrolizerin  qapağında  şaquli 
vəziyyətdə yerləşdirilir. Elektrolizer temperaturun tənzimlənməsi üçün köynəklə təchiz edilir. Temperatur 
UR – 2 termostatı vasitəsilə tənzimlənir. Elektrolizerin hündürlüyü 200 mm, işçi həcmi 200 ml, diametri 
40  mm-dir.  Elektrod  materialları  qrafit  və  poladdan  hazırlanıb.  Elektroliz  vannasının  qapağında  2  şüşə 
boru  yerləşdirilir.  Bunlardan  biri  sistemə  qazın  verilməsi,  digəri  isə  təmizlənmiş  qazın  xaric  edilməsi 
üçündür.  Vannanın  dibi  konus  halındadır  və  orada  kran  yerləşdirilir.  Kran  kükürdlü  məhlulu  qurğudan 
xaric etmək üçündür.  
İstifadə edilən elektroliz vannasının gücü 8-10 A cərəyana nəzərdə tutulmuşdur və sxemi verilir. 
 
 
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə