Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə145/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   141   142   143   144   145   146   147   148   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
268 
Bərk hissəciklər H.Əliyev adına BNEZ-də və ―Azərneftyağ‖ NEZ-də müvafiq olaraq 121,0 və 1,3 
t/il təşkil etmişdir. 
 
                Cədvəl 1.  2013 - cü ildə stasionar mənbələr üzrə qaz-maye emissiyası, t/il 
 
Mənbə 
SO
2
 
CO 
Nox 
CmHn 
UÜB 
DQMQ 
Cəmi 
H.Əliyev adına 
BNEZ 
679,20 
204,31 
29,11 
5659,90 
5267,16 
587,40 
12427,08 
Azərneftyağ NEZ 
24,63 
82,83 
42,07 
2139,78 
0,00 
2,73 
2292,04 
Qaz Emalı 
Zavodu 
0,00 
91,03 
41,51 
4689,90 
872,92 
0,00 
5695,36 
Cəmi 
703,83 
378,17 
112,69 
12489,58 
6140,08 
590,13 
20414,48 
 
Tullantıların idarə edilməsində əsas  məqsəd onların miqdarını və ya ətraf mühitə atılan miqdarını 
minimuma endirməkdir. 
 
 
NEFTLƏ  ÇĠRKLƏNMƏNĠN  TORPAĞIN  MÜNBĠTLĠYĠNƏ  TƏSĠRĠ 
 
İsgəndərova R.X. 
Sumqayıt Dövlət Universiteti 
 
Müasir  torpaqşünaslıq  elmində  V.R.Vilyamsın  (1936)  münbitlik  haqqındakı  təlimi  geniş 
yayılmışdır.  Bu  təlimə  görə  torpağın  münbitliyi  bitkini  fasiləsiz  su  və  qida  elementləri  ilə  təmin  etmə 
qabiliyyətidir. Müəllifə görə bitkinin inkişafı üçün kosmiok amillər olan istilik və işıq da zəruridir.  
Geniş mənada münbitlik – torpağın,bitkinin qida elemenetlərinə, suya olan tələbini ödəmək, onun 
kök  sistemini  kifayət  qədər  hava  və  istilik  ilə  təmin  etmək  qabiliyyətidir.  Hər  bir  torpağa  onun  təbii 
münbitliyini  müəyyən  edən  qida  elementlərinin  ehtiyyatı,  humusun  tərkibi  və  miqdarı,  humus 
horizontlarının  qanunu,  qranulometrik  tərkibi,  mikrobioloji  proseslərin  intensivliyi,  su  –  hava  və  digər 
torpaq rejimləri, eləcə də reaksiyası səciyyəvidir. Təbii münbitlikdən fərqli olaraq suni münbitlik insanın 
təsərrüfat fəalyyəti nəticəsində formalaşır  (gübrələmə, suvarma, torpağın becərilməsi və rekultivasiya). 
Torpaqşünaslıq  elmi  yarandığı  vaxtdan  bəri  modelləşmə  ilə  sıx  bağlıdır.  Torpaqların  müxtəlif 
parametrlərinə  əsaslanaraq  torpaq  modellərinin  quruluşu  ədəbiyyat  materiallarında  geniş  yer  tapmışdır. 
Modelleşmədən  istifadə  torpağı  təşkil  edən  komponentlər  arasıdakı  əlaqə  və  mühitlə  torpaq  arasındakı 
qarşılıqlı  münasibati  düzgün  qiymətləndirməyə  imkan  verir.  Müasir  təbiətşünaslıqda  təbii  system  üşün 
modellərin hazırlanmasına geniş yer verilir.  
Mövzü torpaq ehtiyyatlarından səmərəli istifadə etmək, münbitliyini qorumaq, bu gün şərti olaraq 
yararsız hesab edilən torpaqların yenidın istifadəyə qaytarılması üzrə lazımi tədbirlər sistemi hazırlamaq, 
xüsusən  torpaq  örtüyünün  deqradasiyasına  səbəb  olan  məhdudlaşdırıcı  amillərin  aradan  qaldırılması 
yollarını müəyyən etmək, dünyada, o cümlədən Azərbaycan Respublikasındaaparılan müxtəlif ( ekoloji, 
aqrotexniki,  meliorativ,  aqrokimyəvi,  mikrobioloji  və  s.)  xarakterli  tədqiqatların  prespektiv 
istiqamətlərindəndir.  
Faydalı  qazıntıların,  o  cümlədən  neftin  çıxarılması,  onların  emalı  və  daşınması  Yer  kürəsinin 
torpaq örtüyünün vəziyyətinə və münbitliyinə ciddi təsir göstərən bir faktor olması artıq bu günümüzün 
qəbul  edilən  reallıqlarından  biridir.  Neftin  çıxarılma,  daşınma,  emal  və  saxlanma  texnologiyalarının 
mükəmməl olmaması onun külli miqdarda itkisinə səbəb olur. Məsələn, mütəxəssislərin hesablamalarına 
görə hələ keçən əsrin sonlarında istifadə edilən texnologiyalara müvafiq ildə itkiyə gedən, daha doğrusu 
torpaq və su ekosistemlərinin çirklənməsinə səbəb olan neftin miqdarı ildə 50 milyon ton təşkil edirdi.  
Neftin  və  neft  məhsullarının  torpağa  düşməsi  homestaz  vəziyyətində  olan  mikrob  birliklərinin 
komponentlərinin  hərəkətlənməsinə,  ekoloji  şəraitin  dəyişməsinə,  biokimyəvi  proseslərin  sürətlərinin  və 
trofiq  əlaqələrin  xarakterini  dəyişməsinə,  torpağın  strukturunun  sərtləşməsinə  və  digər  dəyişikliklərə 
səbəb olur. Bəzən bu dəyişikliklər torpağa xas olan funksiyaların tamamilə itirilməsi ilə də nəticələnir.  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
269 
Qeyd  etmək  lazımdır  ki,  neftin  istənilən  ekosistemə,  o  cümlədən  su  ilə  bağlı  olanlara  düşməsi 
mahiyyətcə torpaqdakından fərqlənməyən ekoloji problemlər yaradır.   
  
 
 
AġAĞI  SIXLIQLI  POLĠETĠLENĠN  TƏKRAR  EMALI  PROSESĠNDƏ 
MINERAL   DOLDURUCULAR  VƏ  FUNKSĠONAL  QRUPLU 
BĠRLƏġMƏLƏRLƏ  MODĠFĠKASĠYANIN  TƏDQĠQĠ 
 
Qafarova Ş.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Polimerlərin  və  onlar  əsasında  kompozisiya  materiallarının  istehsalının    artması  polimerlərin 
istismardan sonrakı tullantılarının istifadəsi məsələsini  ciddiləşdirir. Bu problemin  həlli  az tullantılı  və  
ya  tullantısız,  iqtisadi  cəhətdən  əlverişli istehsalın yaradılması və ya polimer tullantılarının  quruluş  və  
xassələrini    nəzərə  almaqla  onların  təkrar  istifadə  edilməsi  üçün  effektli  modifikasiya  üsullarının 
işlənməsi  ilə  əlaqədardır.  Ətraf  mühitin  çirklənmədən  qorunması  üçün    polimer  materialları  tullantıları 
istifadə  və  ya  məhv  edilməlidir.  Bu  problemin    həllinin  texniki-iqtisadi  analizi  göstərmişdir  ki,  polimer 
materialları tullantılarının  məhv edilməsi və ya yandırılması daha çox kapital qoyuluşu tələb edir, eyni  
zamanda,  ətraf  mühitin  qorunması  cəhətdən  əlverişli  deyil.  Buna  görə  də  müasir    şəraitdə    polimer  
tullantılarının təkrar istifadə edilməsi və modifikasiyasına xüsusi diqqət yetirilir. 
Aşağı sıxlıqlı  polietilenin (ASPE) təkrar emalı prosesində müxtəlif təbiətli  mineral doldurucular  
və  funksional  qruplar  saxlayan  epoksid,  fenol-formaldehid,  üçlü  etilen-propilen  sopolimeri  və 
polipropilen  birləşmələri  ilə  modifikasiyası,  çoxkomponentli  sistemlərdə  komponentlərin  bir-biri  ilə 
qarışmasını  yaxşılaşdıran  əlavələrin təsir mexanizmi müəyyən edilmişdir. 
Alınmış nəticələr göstərir ki, istismardan sonra ASPE-nin  texnoloji və fiziki-mexaniki xassələrinin 
göstəriciləri ilkin ASPE-lə  müqayisədə 3-5 dəfə pisləşir. ASPE-nin belə nazik təbəqəli məmulatları xeyli 
miqdarda  tullantının  əmələ  gəlməsinə  səbəb  olur.  Buna  görə  də  funksional  qruplu    oliqomer-elastomer 
əsaslı  əlaqələndiricilərdən,  eləcə  də  şlam,  seolit  və  balıqqulağı    əhəngindən  doldurucu  kimi  istifadə 
etməklə  istismardan  çıxmış  ASPE-nin    xassələrinin  bərpa  edilməsi  və  yeni  kompozisiya  materiallarının 
alınma texnologiyasının təklif edilməsi böyük maraq doğurur.  
Təkrar aşağı sıxlıqlı  polietilen (TASPE) epoksid oliqomeri ilə 5-20 k.h.  miqdarında (TASPE-nin 
100  k.h.  uzrə)  3  dəqiqə  müddətində  ekstruderdə  180-1900
0
C  qarışdırılmış  və    nümunələrin    əsas  
göstəriciləri təyin edilmişdir (şəkil 1).   
Göstərilmişdir  ki,  epoksid oliqomerinin  20  k.h.  qədər  miqdarda  əlavə  edilmiş  nümunələrdə  nisbi 
uzanmanın və ƏAG-nin  qiymətlərinin artmasına  baxmayaraq,  dartılmada  qırılma  gərginliyinə  görə  
ED-20-nin  optimal    miqdarı    15    k.h.    təşkil    edir.  Təcrübələr  göstərir  ki,  15  k.h.-dən  sonra  ED-20  ilə 
bərkliyi xeyli artmış TASPE-nin qarışması pisləşir. 
 
Şəkil 1. Bir il istismarda olmuş ASPE-nin xassələrinin dəyişməsinə ED-20 oliqomerinin miqdarının təsiri: 
1–dartılmada qırılma gərginliyi (ζq); 2–nisbi uzanma (Lq);  3–ərintinin axma göstəricisi (ƏAG)  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə