Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə146/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   142   143   144   145   146   147   148   149   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
270 
TASPE-nin  xassələrinin  bərpasına  şlamın  miqdarının  təsirinin  öyrənilməsi  göstərmişdir    ki,  2-8  
k.h. şlam daxil edilmiş nümunələrdə dartılmada qırılma  gərginliyinin 4,6-dan 12,0 MPa qədər artmasına 
baxmayaraq, istismardan sonra  nisbi  uzanmanın göstəriciləri  3-5 dəfə pisləşmiş və ƏAG-nin qiymətləri 
daha da azalmışdır (şəkil 2). Bununla   əlaqədar qarışığa 2,0 k.h. qədər dispersləşdirici  stearin  turşusu  
əlavə edilir.  
 
 
Şəkil  2.  Bir  il  istismarda  olmuş  ASPE-nin  xassələrinin  dəyişməsinə  şlamın  miqdarının  təsiri  1– 
dartılmada qırılma gərginliyi (ζq);  2–nisbi uzanma (Lq); 3–ərintinin axma göstəricisi (ƏAG)  
 
 
SUMQAYIT  KĠMYA  SƏNAYE  MUƏSSĠSƏSĠNDƏN  ATILAN  ZƏRƏRLĠ  
TULLANTILAR  ƏTRAF  MUHĠTƏ  TƏSĠRĠ 
 
 İsgəndərova  R.X. 
Sumqayıt Dövlət Universiteti 
 
SAM (səthi aktiv maddələr) zavodunun araşdırılması və qiymətləndirilməsi. Sənaye kompleksində 
yaranmış  ən  kəskin  ekoloji  problemlərdən  biri  200  min  ton  civəli  şlamin  SAM  zavodunda  toplanması 
olmuşdur.Şlam Cl
2
 və kaustik soda istehsalatında elektroliz prosesində yaranır. 1 ton Cl
2
 istehsalında 200 
qr Hg – itkisinə yol verilir (halbuki bu rəqəm Yaponiyada 0,3

0,5qr). Civə atmosferə və litosferə tullantı 
şəklində atılır. Civəli şlam I təhlükəlilik sinfinə aiddir. Civə şlamı təkrar emal olunmadığı üçün toplanır.  
Ümumi olaraq civə itkisi 4 istiqamətdə baş verir:  
1. İstehsal olunan məhsullarla: Cl
2
, H
2
, NaOH; 
2. Tullantı sularla; 
3. Abqazlarla; 
 4. Zavodun bərk tullantılarında; 
Mənbəyinə görə tərkibində Hg və onun birləşmələri olan şlamlar 3 tip bərk tullantılar əmələ gəlir. 
1.  İşlənmiş duz məhlulunun durulaşdırılması şöbəsində Dor çökdürücüsündə əmələ gələm şlamlar. 
2. İstehsalat prosesində avadanlıqların təmiri və qəzalar nəticəsində döşəməyə tökülmüş tərkibində 
3

18% Hg olan mexaniki qarışıqlarla çirklənmiş Hg şlamları. 
3. Tərkibində  civə  və  civə birləşmələri  qalan  çirkab suların  təmizlənməsi  prosesində  əmələ  gələn 
şlamlar.  
Civəli şlam uzun müddət açıq ərazidə  qalmışdır. Böyük ərazini əhatə edən tullantı açıq hava orbiti 
vasitəsilə  yaşayış  massivi  atmosferinə  və  su  mənbələrinə  təhlükəli  hesab  olunur.  Nəzərə  alsaq  ki,  civə 
mütəhərrikdir və asanlıqla buxar fazaya keçir, onda bu tullantıları təhlükə mənbəyi hesab etmək olar. 
Bərk  tullantıların  daha  çox  toplandığı  Alüminium  zavodu  ərazisində  4  saylı  ekologiya  və  təbii 
sərvətlər şöbəsi monitorinq aparmış və ümumi tullantıların 19,99%-ni təhlükəli tullantılar təşkil etdiyini 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
271 
müəyyənləşdirmişdir. 
Azkompozit  (Sumqayıt  Sənaye  İstehsalı  ―ASC‖)  müəssisəsində  yaranan  bərk  tullantılar  məişət 
zibilxanasına  daşınmış  və orada  yandırılmışdır.  Yaranmış  bərk  tullantının tərkibində  doymamış  poliefir 
qətranı  mövcuddur.  Qətranın  yanması  prosesində  atmosferə  stirol,  ÇAK  (çoxnüvəli  aromatik 
karbohidrogen), CO, qurum və digər təhlükəli toksiki birləşmələr atılır. Yaranan bərk tullantıların həcmi 
300 min ton/ildən  3868 ton/il-ə düşmüşdür. 
Sumqayıt  Boru  Prokat  zavodunun  şlak  tullantısı  domna  istehsalında  filizin  emalı  zamanı  yüksək 
temperaturda (1000-1200
0
C) metal aşağı hissəyə çökür, üst hissə şlak şəklində ayrılır. Bu şlakın istifadəsi 
mərkəzləşdirilmədiyindən  tullantı  şəklində  zavodun  ətrafında  və  Sumqayıt  şəhəri  42-ci  məhəllə  bağlar 
massivində  1000  tonlarla  toplanmışdır.  Şlak  ərazidə  yol  çəkilişində  döşəmə  materialı  kimi  istifadə 
edilmişdir. Bu şlakın radioaktiv və toksiki təhlükəli olması barədə fikirlər söylənilmişdir. Nəticədə şlak 
analiz olunmuş, numunənin radioaktiv və toksiki təhlükəli olmaması aşkarlanmıdır. 
                                        
 
ANTROPOGEN  AMĠLLƏRĠN  TORPAQ  VƏ  ONUN  MÜNBĠTLĠYĠNƏ TƏSĠRĠ 
 
Abdullayeva A.R. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Torpağı  hər  şeydə  dəyərli  hesab  edən  torpaq  haqqında    elmin  banisi,  görkəmli  rus  alimi 
V.V.Dokuçayev  qara  torpaqları  haqqında  yazırdı  ki, o,  daş  kömürdən,  neftdən, qızıldan  da  qiymətlidir. 
Belə ki, bəşəriyyət qızılsız da  keçinə bilər, lakin torpaqsız yaşaya bilməz. 
Torpaq kənd təsərrüfat bitkilərindən məhsul almaq üçün əsas vasitə olub,  bizim mövcudluğumuz 
ondan  aslıdır.  Torpaq  bitki  və  heyvanat    aləmi  tükənən,  lakin  bərpa  olunan  təbii  resurslara  aid  edilir. 
Lakin bu baxımdan torpağı bitki örtüyü ilə praktiki olaraq eyni qrupa aid etmək  düzgün olmazdı. Belə ki, 
qırılmış meşə sahəsinin bərpa olunması üçün  on illər, torpaq örtüyünün bərpası üçün isə yüz illər, min 
illər  tələb  olunur.  Odur  ki,  torpaq  mahiyyəti  etibarilə  bərpa  olunmayan  təbii  resurs  hesab  edilməlidir. 
Eroziya  prosesi  nəticəsində  üst  münbit  qatı  qismən    və  ya    tamamilə  yuyulmuş  torpaqda  müəyyən 
meliorativ  tədbirlər  həyata  keçirərək,  bitkilərin  məhsuldarlığını  artırmaq  olar,  lakin  təbii  ilkin  torpağı 
bərpa etmək qeyri mümkündür, çünki o, min illər ərzində, artıq təkrar olunmayan şəraitdə formalaşmışdır. 
Bununla  belə,  torpağın  digər  bərpa  olunmayan  təbii  resurslardan  (neft,  daş,  kömür  və  yer  təkinin  digər 
sərvətlərindən)  ayıran  mühüm  fərqi,  ondan  düzgün  istifadə  edildikdə  gücdən  düşməməsi,  dağılmaması, 
hətta  yaxşılaşması,  münbitliyinin  yüksəlməsidir.  Beləliklə,  torpaq  xüsusi  təbii  resurs  olub,  bərpa 
olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükəməyən resurs sayılır. 
Qeyd  edildiyi  kimi,  torpağın  mühüm  göstəricisi  onun  münbitliyidir.  Tarladan  əsas 
(taxıl,kökümeyvəlilər,tərəvəz və s.) və əlavə (saman, yarpaq, gövdə, tağ və s.) məhsul götürdükdə insan, 
maddələrin  bioloji  dövranın  qismən  və  tamamilə  ayırır,   torpağın özünü  nizamlama  qabiliyyətini  pozur, 
mübitliyini  aşağı  salır.  Humusun  qismən  itirilməsi    torpağın  münbitliyini  aşağı  salır,  onun  ekoloji 
funksiyalarını  tam  yerinə  yetirməyə  imkan  vermir  və  deqradasiyaya  uğramağa,  yəni  fiziki-kimyəvi 
xassələri pisləşməyə başlayır [1].  
Torpağın deqradasiyaya uğrama səbəbləri, əksər halda antropogen xarakter daşıyır. 
Aqrosistemlərin  torpağı  daha  yüksək  dərəcədə  deqradasiyaya  məruz  qalır.  Aqrosistemlərin 
azdavamlı vəziyyətinin səbəbi, optimal  özünü nizamlamayan, sturukturu və məhsuldarlığı sabit olmayan 
sadələşmiş (bəsitləşmiş) fitosenozunun olması ilə izah olunur. Təbii ekosistemlərdə bioloji məhsuldarlıq  
təbiətin təbii qanunlarının təsiri ilə təmin olunarsa,  aqrosistemlərdə ilkin məhsul subyektiv faktor sayılan 
insandan,  onun  aqronomluq  bilik  səviyyəsindən,  texniki  təchizatdan,  sosial  iqtisadi  şəraitdən  və  s.-dən 
asılı olduğu üçün sabit qalmır.  
Torpaq  uzun müddət səpin altında istifadə edildikdə, humusun ehtiyatı 60%-ə qədər azala bilər. Bu 
ilk dövriyəyə daxil olan üzvi maddələrin miqdarının azalması, həm də eroziya prosesinin güclənməsi ilə 
əlaqədardır. 
Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır: 
1.
 
Torpağın eroziyası; 
2.
 
Torpağın çirklənməsi
-
 
Pestisidlərdən istifadənin nəticələri;  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə