Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə147/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   143   144   145   146   147   148   149   150   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
272 
-
 
Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə təsiri; 
-
 
Torpağın radionuklidlərlə çirklənməsi; 
-
 
Torpağın  təkrar şorlaşması və bataqlaşması; 
-
 
Səhralaşma; 
-
 
Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması. 
Müasir dövrdə insanın istehsalat fəaliyyətinin geoloji bir amil kimi Yerə və onun təbəqələrinə olan 
təsiri  elə  səviyyəyə  çatmışdır  ki,  planetimizin  bütün  regionlarında  torpağın,  suyun,  havanın,  biosferanın 
zədələnməsi yararsız hala düşməsi baş verir [4]. 
Torpaqların münbitliyinin ekoloji və digər modelləri işlənərkən onların qida  rejimi xüsusi diqqətlə 
öyrənilməli,  aqrokimyəvi  və  meliorativ  tədbirlər  sisteminin  təşkilinin  elmi  prinsipləri 
müəyyənləşdirilməlidir.  Belə  ki,  son  illərdə  torpaqlarda  qida  elementlərinin    mövcud  bütün  formalarını 
nəzərə  alınmadan  gübrələrin  verilməsi  sayəsində  torpaqda  ayrı-ayrı  qida  elementləri  arasında  olan  təbii 
tarazlıq pozulur, bir çox qida elementləri çətin həll olan formaya keçmiş və nəhayət torpaqları tərkibində 
―toksiki‖ maddələrin yaranmasına səbəb olmuş, bunu da nəticəsində torpaq mikrobeosenozu öz fəallığını 
itirməyə başlamışdır. Son nəticədə isə torpaqlarda bioloji aktivliyin  və münbitliyin azalması baş verməyə 
başlayır.  Yəni,  kənd  təsərrüfatı  bitkiləri  torpaqlarda  mövcud  olan  qida  elementlərinin  təkcə  asan 
mənimsənilən formalarını deyil, həmçinin asan mənimsənilən formaya  keçid mərhələsində  və potensial 
halda olan digər qida elementlərindən də istifadə edə bilərlər. Bu prinsiplərin nəzərə alınması  torpaqlara 
əlavə gübrə verilməsinə, nəticədə isə mühitin və torpaqların zəhərlənməsinə səbəb olur [5]. 
Antropogen    amillər  ətraf  mühiti  (torpaq,  bitki,  heyvanat  və  s.)  təsir  göstərən  insan  fəaliyyətinin 
müxtəlif  formalarını birləşdirir. Antropogen  amili təbiətə biləvasitə (bitki örtüyünü və heyvanat aləmini, 
o cümlədən pedofaunanı məhv etmək, su  hövzələrini zəhərləmək, yeni növlərin təbiətə buraxılması və s.) 
və  dolayısı  ilə,  əsasən  isə,  landşaftı  dəyişməklə  (meşələrin  qırılması,  çöllərin  şumlanması,  bataqlıqların 
qurudulması,  suvarma  və  s.)  təsir  göstərə  bilər.  Sonuncu  təsir  forması  çoxlu  əhatə  etməklə  daha  güclü 
imkanlara  malikdir.  Antropogen  amil  son  yüzillikdə  daha  çox  güclənmiş  və  onun  təsiri  hazırda  da 
artmaqda  davam  edir.  Antropogen  relyef-insanın  təsərrüfat  fəaliyyəti  ilə  yaradılmış  və  dəyişdirilmiş 
relyefdir. D.L.Armanda (1960,1983) görə antropogen relyef formaları ilk dəfə ovçu qəbilələr ov quyuları, 
mağaralar,və  s.qazarkən  formalaşmağa  başlamışdır.  Heyvandarlıq  təsərrüfatının  yaranması  ilə  eroziya 
ocaqları  yaranmış,  qumların  sovrulması  və  hərəkəti  baş  vermişdir.  Əkinçiliyin    inkişafı  ilə  antropogen 
amilin yayılması daha  da inkişaf edir. Qeyd edək ki, müasir elmdə kortəbii və şüurlu şəkildə yaradılmış 
antropogen  relyef  formaları  fərqləndirilir.  Birincinin  elementləri  kənd  və  meşə  təsərrüfatlarının,  dağ-
mədən  işlərinin,  tikinti,  müxtəlif  təyinatlı  nəql  etmək  kəmərlərinin  və  yolların  çəkilməsinin  düzgün 
aparılmaması  nəticəsidə  yaranır.  Bura  yarğanlar,  qobular,  gətirmə  konusları,  hərəkətli  qumlar  və 
s.daxildir. Bu relyef formaların inkişafı ərazinin görkəmini kökündən dəyişir, onun su rejimini pisləşdirir, 
torpağın münbitliyini azaltmaqla kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Relyefin şüurlu 
şəkildə dəyişdirilməsi meliorasiya(yamacların  terraslaşdırılması və torpaq sahəsinin hamarlanması,drenaj 
və suvarma  şəbəkələrini tikintisi) və s.işlərin icrası zamanı baş verir. Antropogen relyef formasın  mədəni 
landşaftın  bir  elementi  kimi  dərk  edilməlidir.  Qeyd  edildiyi  kimi,  insanın  uzunmüddətli  çoxsahəli 
fəaliyyəti  müasir  torpaq  və  bitki  örtüyünün  formalaşmasında  dərin  izlər  buraxmışdır.  Ilkin  təbii 
landşaftlar bir çox hallarda törəmə-mədəni landşaftlarla  əvəz olunmuş və ya aqrolandşafta çevrilmişdir 
[2,6,7].  Qeyd  edək  ki,  əkinaltı  torpaqlar  öz  təbiətinə  görə,  ilkin  xam  torpaqlara  məxsus  xassələrinin  bir 
hissəsini  özündə  saxlamaqla,  insanın  təsərrüfat  fəaliyyətinin  təsiri  altında    yeni  xassələr  əldə  edir.  Son 
əsirdə  Azərbaycanın  dağ  meşələrinin  nizamsız    şəkildə  qırılması  torpaqların  eroziyasına,  yamaclarda 
yarğan  şəbəkəsinin  inkişafına,  sel  axınlarına,  torpaq  sürüşmələrinə  ,  ərazinin  aridləşməsinə,  bulaqların, 
çayların  qurumasına  və  nəticədə  qiymətli  bitkilər  altındakı  sahələrin  ciddi  şəkildə  azalmasına  gətirib 
çıxarmışdır. Uzun müddət yay və qış otlaqlarında otlaq yükünü normadan 4-5 dəfədən çox yüklənməsi və 
bütövlükdə sistemsiz otarma səbəbindən faydalı yem bitki örtüyünün geobotaniki tərkibinin dəyişməsi və 
onların məhv olması, bitki quruplarında sturukturlar inkişaf mühitinin pozulması,  zərərli, zəhərli, tikanlı, 
yeyilməyən  alaq  otlarının  geniş  yayılması  ilə  nəticələnmişdir.  Yüksək  dağlıq  ərazilərdə  tək  bitki  deyil, 
torpaq  örtüyündə  də  təbii  strukturun  pozulması  sel  prosesləri  üçün  aşınma    materiallarının  yuyulub 
aparılmasına  zəmin  yaradır.  Bununla  əlaqədar  ətraf  mühitdən    səmərəli  və  dayanıqlı  istifadə,  onun 
mühafizəsi,  yaxşılaşdırılmasının  və  elmi  əsalarının  hazırlanması  müasir  dövrün  aktual  elmi  və  praktiki 
problemlərindədir.  Cəmiyyət  və  təbiət  arasında  münasibətlərin  optimallaşdırılması  əsaslı  elmi 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
273 
nəzəriyyələrə  söykənməklə  həyata  keçirilməlidir.  Belə  bir  nəzəriyyənin  işlənməsidə  ekoloji  istiqamətdə 
olan elmi sahələri, xüsusən  də torpaqşünaslıq elmi əhəmiyyətli rol oynaya bilər [3].  
Respublikanın  ümumi  sahəsinin  3785,0  min  hektarı  və  ya  43,8%  müxtəlif  dərəcədə  külək  və  su 
eroziyasına  məruz  qalmışdır.  Bunlardan  16,3%  -i  zəif,  13,3%-i  orta  və  14,2%-i  şiddətli  dərəcədə 
eroyiyaya  uğramışdır.  Külək  eroziyası  Qobustan,  Abşeron  rayonlarında,  Dəvəçi  –  Xaçmaz    bölgəsinin 
dənizsahili    hissələrində  və  eləcə  də  Neftçala  və  Salyan  düzlərində  tüğyan  edir.  Xüsusilə,  Qobustanda 
ərazinin 55,6%-i külək eroziyasına məruz qalmış sahələrdi. 
 
 
ƏTRAF  MÜHĠT  AMĠLLƏRĠNĠN  MĠKROORQANĠZMLƏRƏ 
 TƏSĠR  MEXANĠZMĠ 
 
İsmayılzadə İ.  
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Təbiətdə  bütün  canlılar  kimi,  mikroorqanizmlər  də  ətraf  mühit  amillərinin  daimi  təsirləri  ilə 
qarşılaşırlar.  Həmin  amillərin  bir  qismi  mikroorqanizmlərə  mənfi  təsir  göstərərək,  mikrobisit  effekt  ilə 
onların məhv olmasına, bəzi hallarda isə statik təsir göstərərək çoxalma proseslərinin zəifləməsinə gətirib 
çıxarır.  Bəzi  amillərin  təsir  mexanizmi  müxtəlif  mikroorqanizm  formalarına  seçici  effekt  göstərir,  bəzi 
amillərin isə təsir mexanizmi geniş spektr aktivliyi ilə xarakterizə olunur.  
Müasir dövrdə qeyd olunan təsir effektlərinə əsasən həmin amillərdən istifadə edilərək tibbdə, kənd 
təsərrüfatında,  məişətdə,  sənayenin  müxtəlif  sahələrində  mikroorqanizmlərin  həyat fəaliyyətinə  müxtəlif 
təsirlər göstərmək mümkündür.  
Ətraf  mühitin  fiziki-kimyəvi  amillərinin  cəmi  abiotik  amillər  hesab  edilir.  Bu  amillərin  təsir 
dairəsində  müxtəlif  interval  şəraitində  orqanizmlərin  həyat  fəaliyyəti  mümkün  olur.  Müəyyən  şəraitdə 
həmin intervallar pozularsa mikroorqanizmlərdə böyümə və inkişaf proseslərində mənfi dəyişikliklər baş 
verir. 
Fiziki təsir amillərindən temperatur rejimini, nəmliyi, şüalanmanı, ultrasəsi, təzyiqi və filtrasiyanı 
göstərmək olar. 
Temperatur  rejiminə  münasibətlərinə  görə  mikroorqanizmlər  termofillərə,  psixrofillərə  və 
mezofillərə bölünürlər.  
Termofillərin  optimal  böyümə  zonası  +50-60
0
C  bərabərdir.  Temperatur  rejimi  +75
0
C  səviyyəsinə 
qalxarsa mikroorqanizmlərdə böyümə prosesi zəifləyər.  
Psixrofillər  0-10
0
C  temperatur  diapazonunda  inkişaf  edirlər.  Boyatma  prosesi  onlarda  +20-30
0

rejimində dəyanır. Bunlara torpaqda və su mühitində yaşayan saprofitlərin çoxu aiddir.  
Mezofillər +20-40
0
C şəraitində yaxşı böyüyürlər. Maksimal temperatur rejimi 43-44
0
C bərabərdir. 
Minimal  temperatur  rejimi  isə  +15-20
0
C  olur.  Ətraf  mühitdə  nisbi  nəmlik  30%-dən    aşağı  olarsa 
mikroorqanizmlərin həyat fəaliyyəti dayanır.  
Bu  xüsusiyyətlərin  öyrənilməsi  üçün  bizim  tərəfimizdən  müxtəlif  mikroorqanizm  formalarının 
həyat  fəaliyyətini  öyrənmək  üçün  tədqiqat  aparılmışdır.  Beləki,  məlum  metodikalara  əsasən 
mikroorqanizmlərin  qeyd  edilən  xüsusiyyətlərini  nəzərə  almaqla  torpaq  və  su  mühitindən  nümunələr 
götürülmüş  və  laboratoriya  şəraitində  onların  bioloji  xüsusiyyətinə  uyğun  olaraq,  müxtəlif  temperatur 
rejimində, müəyyən edilmiş qida mühitində onlar yetişdirilmişdir.  
Qarşıya  qoyduğumuz  məqsədə  nail  olmaq  üçün  mikroorqanizmlər  yüksək  və  aşağı  temperatur 
rejimində müəyyən vaxt dövründə saxlanılmışdırlar.  
Müəyyən  olunmuşdur  ki,  yaşayış  mühitindən  asılı  olmayaraq  mikroorqanizmlər  uzun  müddətli 
yüksək  temperatur  rejimində  ekspozisiyanın  nəticəsində  böyümə  proseslərində  zəifləmə  müşahidə 
edilmişdir.  
Qida  mühitində  su  qıtlığı  temperatur  təsirini  daha  da  gücləndirilmişdir.  Beləki,  su  qıtlığında 
temperatur təsiri altında qida mühitində quruma baş verir və nəticədə mikroorqanizm formalarında ilkin 
mərhələdə  qıcıqlanma  hiss  edilir,  təsir  amillərinin  effektləri  gücləndikcə  onlarda  həyat  fəaliyyətinin 
zəifləməsi müşahidə edilir. Bununla yanaşı müxtəlif davamlılıq xüsusiyyətləri də bakteriya formalarında 
özünü  göstərmişdir.  Torpaq  mühitindən  götürülən  bakteriya  formaları  uyğun  temperatur  rejimində  su 
mühitində yaşayan bakteriyalardan daha yüksək xüsusiyyətlər ilə xarakterizə olunurlar. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə