Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə149/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   145   146   147   148   149   150   151   152   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
276 
göstərmişdir ki, koma qatılaşmaları qidalayıcı valcıqların altından bir neçə qramdan bir kiloqrama qədər 
dəyişmişdir.  Kəmiyət  qiymətləndirilməsi  üzrə  pambıq  kütlələrinin  daxili  qeyridüzlük  əmsalı  48-59%ə 
qədər çatmışdır. 
  Kvadratik cəmləmə ilə təyin edilən ümumi qeyridüzlük isə 60%-a yaxın təşkil etmişdir. Beləliklə, 
şaxtadan  qidalayıcının  seyrəltmə  zonasına  materialin  verilməsinin  düzlüyünü  yüksəltmək  üçün  , 
verilmənin  xarici  və  daxili  qeyridüzlüyünün  aşağı  salınması  üzrə  həlləri  tapmaq  lazımdır.  Materialın 
şaxtadan boşaldılmasının müntəzəmliyinin müqayisəli qiymətləndirilməsi üçün (Səkil 1.) məlumatlarına 
əsasən, belə çıxır ki, şaxtanın yüklənməsinin dəyişməsi 40-70kq həddlərindən xaricə çıxmamalıdır, buna 
0.88-1.35m hündürlüklər dəyişməsi uyğun gəlir.        
 
 
Şəkil 1. Qidalandırıci valcıqlar arasında pambıq təbəqəsinin formalaşma sxemi 
 
Bu  yüklənmə  dəyişmələrində  xarici  qeyridüzlüyünü  təyin  edən  variasiya  əmsalı  minimal  4.8-5.3 
həddlərində  olacaqdır.  Daxili  qeyridüzlüyün  aşağı  salınması  üçün  tipik  altı  pərli  valcıqların  tətbiqindən 
imtina etmək lazımdır və daha çox təkmilləşmiş konstruksiyanı axtarmaq lazımdır. Bu zaman materialın 
verilməsı  zamanı  parsiallığın  asağı  salınmasını  əldə  etmək  olar,  özüdə  seksiyaların  eni  üzrə  növbələşən 
pərlərin  bucaq  addımının  yarısı  qədər  yerdəyişməsilə  qidalayıcı  valcıqların  bilavasitə  hazırlanması  ilə. 
Parsial qeyridüzlüyün qiymətləndirilməsinə qayıdaraq müəyyən pay şərtiliklə, yüksək tezlikli kimi qəbul 
edərək, demək olar ki, məsələn, o, emalın axın xəttində cinləmə prosesinə deyil, amma, pambığın cinin 
işçi kamerinin boğazlığı ilə qəbulu şərtlərinə mənfi təsir edir. Həqiqətən cin qidalandırıcısı (PD) seriyalı 
qidalayıcının  zəif  düzləndirici  qabiliyyətində  qəbul  boğazının  tez-tez  tutulmaları  müsahidə  olunur,  buda 
cinləmə  prosesinin  kəsilməsinə  gətirib  çıxarır.  Əgər  yüksəktezlikli  mexaniki  rəqslərin  təzahürü  yalnız 
qəbul  boğazlığının tutulmasının  yaranması  imkanında  əks  olunursa,  onda  təzahür  edən səbəblərin  bütün 
çoxluğu  ilə  yaradılan  şaxtanın  dolması  səviyyəsinin  nisbətən  aşağı  tezlikli  mexaniki  rəqsləri  cinləmə 
rejiminin  pozulmasına  gətirib  çıxarır.  Belə  cinləmə  xammal  valcığının  sıxlığının  artması  nəticəsində 
yüksəlmiş  qüsur  əmələ  gəlməsilə  qoşulmuşdur.  Buradan  çıxırki,  şaxtanın  pambıqla  dolması  optimal 
səviyyəsinin saxlanması üçün cinlərin batareyasından qabaq təklif etdiyi bunker sistemin qurmaq lazımdır 
batareyanın  daxilində  isə  pambığın  şaxtalar  üzrə  avtomatik  bölüşdürmə  sistemini  nəzərdə  tutmaq 
lazımdır.  Təkliflərin  praktiki  realizə  edilməsi  kifayət  qədər  mürəkkəbdir  və  bununla  əlaqədar  olaraq 
şaxtadan  pambığın  verilməsində  qeyridüzlük  qidalayicinin  özündə  azaldılmalıdır,  özüdə  onun 
kompanovkasının  mürəkkəbləşməsi  hesabına.  Əvvəki  məqalədə  göstərilmiş  işlərdən 
,  pambığın 
şaxtanın divarlarına sürtünməsi qüvvələrinin mənfi təzahürünün ləğv edilməsi  yaxud zəiflədilməsi böyük 
hündürlüklü  şaxta  sistemlərinin  tətbiqində  perspektiv  verir  ki,  bunlarda  şaxtadan  pambıq  verimininin 
qeyridüzlüyünün aşağı salardı. Nəqliyyat sisteminin şaxtalara materialın verilməsi rəqsləri kompensasiya 
edərdi.  Belə  məsələnin  həlli  yollarından  biri  şaxtanın  uzadılmış  divarlarına  cüzi  mailik  vərməkdir. 
Təcrübədə  belə  üsul  tətbiq  edilir,  lakin  indiyə  kimi  nəzəri  işlərin  əsasında  onun  parametrlərinin 
kəmiyyətcə qiymətləndirilməsi aparılmışdır. 
 
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
277 
ELEKTROMAQNĠT  ġÜALANMA  MƏNBƏLƏRĠ  VƏ  ONLARIN 
 ĠNSAN  SAĞLAMLIĞINA  TƏSĠRĠ 
 
Həşimzadə Seyid Zeynəb Fətdah 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Elektromaqnit  dalğalarının  mövcud  olduğu 180 il ərzində demək olar ki, onlar insan fəaliyyətinin 
bütün    sferalarına  daxil  olaraq  böyük  əhəmiyyət  kəsb  etməkdədir.  Qeyd  olunmalıdır  ki,elektromaqnit 
şüalandırıcı-larının  növləri  və  gücü  daim  artmaqdadır.  Xüsusilə  də,  məişətdə  işlədilən  elektrik 
avadanlıqlarından  (  telefonlar,  kompüterlər,mikrodalğalı  sobalar  və  s.)  istifadə  etmə  çox  yüksək  həddə 
gəlib  çatmışdır.  Bu  avadanlıqların  hər  biri  müəyyən  gücə  malik  EM  şüalanmaları  yaradaraq  insan 
orqanizmi üçün müəyyən təhlükələr yaradır. 
Müasir  dövrün  əsas  problemlərindən  biri  bəşəriyyəti  ionlaşdırıcı  və  qeyri-ionlaşdırıcı 
şüalanmalardan  mühafizə  etmək  məqsədilə  müxtəlif  tədbirlərin  işlənib  hazırlanması  böyük  əhəmiyyət 
kəsb edir. 
Bildiyimiz kimi, şüalanmalar canlı orqanizmlərə təsir xüsusiyyətlərinə görə zərərli iki böyük qrupa 
bölünür:  
1)   qeyri-ionlaşdırıcı şüalanmalar (elektromaqnit şüalanmalr - EM) 
2)  ionlaşdırıcı  şüalanmalr  (radioaktiv  şüalanmalar).  Hər  iki  qrup  şüalanma  ətrafa  şüalanma  
mənbəyindən bütün istiqamətlərə eyni sürətlə - işıq sürətilə yayılır. 
Dünya ictimaiyyəti üçün ionlaşdırıcı şüalanmanın (İŞ) insan orqanizminə və ətraf mühitə təsiri ilə 
bağlı  ilk  həyəcanlar  XX  əsrin  50-ci  illərindən  bu  günə  qədər  gündəmdədir.  Bunun  da  əsas  səbəbi 
Xirosima və Naqasakinin dəhşətləri əsas rol oynasa da, sonralar nüvə silahının müxtəlif ölkələr tərəfindən 
atmosferdə  çoxsaylı  sınaqlardan  çıxarılması  nəticəsində  radioaktiv  maddələrin  bütün  Yer  kürəsinə  iri 
miqyasda yayılması olmuşdur.O vaxtlar radioaktiv şüalanmanın insan orqanizminə və ətraf mühitə təsiri 
barədə  çox  az  məlumatlar  mövcud  idi.  Digər  tərəfdən  də,  bu  məlumatlar  əhaliyə  lazımi  səviyyədə 
çatdırılmadığından, ondan mühafizə məsələləri demək olar ki, yox dərəcəsində idi. 
Bütün    bu  kimi  məsələlərin  ciddiliyi  və  müəyyən  dərəcədə  həlli  istiqamətində  ilk  addımlar 
Birləşmiş  Millətlər Təşkilatı tərəfindən 1995-ci  ildə  təsis  etdiyi  atom  radiasiyası  üzrə  Elmi  Komitənin  ( 
UNSCEAR - United Nations Scientific Committee on the Effects of atomic Radiation) yaradılmasından 
sonra mümkün oldu. 
Qeyd etmək lazımdır ki,  əhali üçün ən təhlükəli olan radiasiya mənbəyi heç də, həmişə deyildiyi 
kimi  atom  energetikasının  tətbiqi,  nüvə  silahının  sınaqları  zamanı  yox,  bilavasitə  təbii  şüalanma 
olmuşdur.  Ümumiyyətlə  əhalinin    istifadə  etdiyi  məişət    avadanlıqlarının  təsiri  atom  energetikasının 
təsirindən  çox-çox  böyükdür.  Digər  tərəfdən,  insan  gündəlik  həyat  fəaliyyəti  formasından  (məs,  daş 
kömürün yandırılması, hava nəqliyyatından tez-tez istifadə uzun müddət hermetik binalarda yaşamaq və 
s.) asılı olaraq daha çox şüalanma məruz qalır. 
Bir  çox  hallarda  elektron  avadanlıqlarının  istehsalı  ilə  məşğul  olan  müəssisələr,  cihazın  tam 
təhlükəsiz olduğu haqqında ictimaiyyətə yanlış məlumat verirlər. Artıq hamı başa düşməlidir ki, elektrik 
cərəyanı ilə işləyən tam təhlükəsiz heç bir texniki avadanlıq mövcud deyil. 
Rusiya  Səhiyyə  Nazirliyinin  Biofizika  İnstitutunun  apardığı  tədqiqatlar  zamanı  müəyyən 
edilmişdir ki, fərdi kompüter (FK) istifadəçilərinin sağlamlığından şikayətlərin intensivliyi olduqca artıb. 
Şikayətlər  əsasən  sümük-əzələ  sistemində  ağrılar,  dəri  xəstəlikləri,  allergiya  tipli  xəstələnmələr,  görmə 
qabiliyyətinin pisləşməsi və s. halları müşahidə edilmişdir.Daha sonra ABŞ-ın Kaliforniya  Ştatında 1583 
hamilə  qadın  müayinə  olunaraq  müəyyən  edilmişdir  ki,  həftə  ərzində  kompüter  arxasında  çox  oturan 
qadınlarda  vaxtından  əvvəl  doğum  hallarının  ehtimalı  yüksəlir.  Onların  əsəb,  immun  və  endokrin 
sistemlərində ciddi dəyişikliklər baş verir.Bir sıra tanınmış tibb mütəxəssisləri hesab edirlər ki, hətta aşağı 
intensivli şüalanmalar da orqanizmdə "toplanır" və müəyyən qiymətə çatdıqda özünü göstərir. 
Qeyd etmək lazımdır ki, Yerin istilik və  maqnit sahəsi milyon illər ərzində müvcud olduğundan, 
Yer kürəsində yaşayan bütün canlı orqanizmlər, o cümlədən insanlarda da bu şüalanmaya qarşı adaptasiya 
yaranmışdır.  Buna  görə  də  canlı  aləm  üçün  əsas  təhlükə  mənbəyi  süni  yaradılmış  elektrik    və  maqnit 
şüalanma mənbələridir. Bu mənbələrin təsirini qiymətləndirmək və məhdudlaşdırmaq üçün şüalanmanın 
normallaşdırılması aparılır. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə