Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə150/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   146   147   148   149   150   151   152   153   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
278 
MDB  ölkələrində  olduğu  kimi,  Azərbaycanda  da  sənaye  tezlikli  maqnit  sahəsinin  təsiri 
normallaşdırılmayıb.  Maqnit sahəsinin  güclü təsiri  əsasən xörəkləri  sobada  qızdırma  müddətində  qeydə 
alınır. Bu zaman maqnit sahəsinin qiymətini nəzarətdə saxlamaq məqsədəuyğun hesab olunur. 
İnsan  orqanizminin  elektromaqnit  şüalanmasından  mühafizəsi  dedikdə,  şüalanma  intensivliyinin 
buraxıla  bilən  səviyyəyə  qədər    aşağı  salınması  başa  düşülür.  Hər  bir  konkret  şəraitdə  insanın 
sağlamlığına təsir göstərə bilən amillər kəmiyyət və keyfiyyətcə yoxlanılmalıdır. İş yerlərində vaxta görə 
mühafizə  tədbirlərində  işçinin  ancaq  xidməti  vəzifəsi  ilə  əlaqədar  olaraq  şüalanmaya  məruz  qalma 
ehtimalı təyin olunur. 
Təsir  müddətinin  azaldılması  üçün  müəyyən  tədbirlərin  (işin  avtomatlaşdırılması,  mühafizə 
sisteminin  keçirilməsinə  sərf  olunan  müddətin  azaldılması  və  s.)  həyata  keçirilməsi  ilə  yanaşı  işçinin 
şüalanmaya  məruzqalma  müddəti  şüalanmanın  intensivliyindən  asılı  olaraq  normativ  sənədlər  əsasında 
təyin olunur. 
Sənaye  müəsssisələrində  mühafizə  tədbirləri  kollektiv  və  fərdi  şəkildə  həyata  keçirilə  bilər 
(mühazirələrin  oxunması,  işçilər  üçün  optimal  iş  və  istirahət  rejiminin  yaradılması,  şüalanma 
mənbələrinin mümkün qədər ekranlaşdırılması və s.). Bəzi hallarda yaşıllıqlardan (adətən ağac bitkiləri) 
şüalanmadan  mühafizə  məqsədi  üçün  də  istifadə  olunur.  Bunların  mühafizə  obyekti  əsasən  o  zaman 
qeydə alınır ki, onlar mühafizə olunan obyektin yaxınlığında olsunlar. Məişət cihazları da alarkən onların 
lazımi sertifikata malik olmalarını yoxlamalı və mümkün qədər az güclü işlədicilərdən seçilməlidir. Eləcə 
də, televizorlar da rentgen şüalanmaları verir. Amma televizorlarda düzgün istifadədə (yaxından baxmaq 
və  s.)  bu  şüalanmanın  qiyməti  cüzidir.  Aeroportlarda  sərnişinlərin  baqajlarını  yoxlamaq  üçün  istifadə 
olunan rentgen qurğuları sərnişinlər üçün tamamilə təhlükəsizdir. 
    
 
NEFT  SƏNAYESĠNĠN  TULLANTILARI  VƏ  ONLARIN  ĠSTĠFADƏSĠ 
 
Həşimzadə Seyid Zeynəb Fətdah 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Respublikamızda  ətraf  mühiti  çirkləndirən  əsas  sahələrdən  biri  yanacaq-energetika  kompleksidir. 
Neft və qaz yataqlarının işlənməsi ilə əlaqədar dənizdə və quruda kəşfiyyat, hasilat və nəqletmə zamanı 
baş  verən  neft  dağılmaları  ətraf  mühitdə  problemlər  yaradır.  Neft  sənayesinin  ekoloji  problemlərinin 
meydan  çıxması,  bu  sənayenin  sürətlə  inkişaf  etməsi  ilə  bağlıdır.  Bu  baxımdan  ekoloji  tarazlığın 
saxlanılması  üçün  texniki  nəzarət  böyük  rol  oynayır.  Abşeron  yarımadasında  neftin  sənaye  üsulu  ilə 
çıxarılmasının  170  ildən  yuxarı  tarixi  var.  XIX  əsrin  axırlarında  və  XX  əsrin  əvvəllərində  neftin 
çıxarılmasında  torpaq  anbarlarının  yığılmasında,  daşınmasında,  emalında  istifadə  olunan  primitiv 
texnologiyalar  keçmiş  SSRİ  dövründə  neft  istehsalının  ətraf  mühitin  qorunmasından  üstün  tutulması, 
Abşeron yarımadası torpaqlarının neftlə çirklənməsinə səbəb olur. Torpaqlarla yanaşı bir çox təbii göllər 
və  gölməçələr  də  neft  quyularının  tullantı  suları  ilə  yüksək  dərəcədə  çirklənmiş  və  ölü  vəziyyətinə 
salınmışdır. 
1949-cu  ildən  başlayaraq,  Xəzər  dənizində  neft  quyuları  salınmışdır.  Və  o  zamandan  başlayaraq 
Xəzər  dənizinin  suları  neft  və  neft  sənayesində  istifadə  olunan  məhlullar,  kimyəvi  elementlərlə  yüksək 
dərəcədə çirklənir. Neftin dağılması ilə yanaşı qazma işləri aparılarkən ətraf mühitə lay suları, gil məhlulu 
müxtəlif kimyəvi reagentlər, barıt və başqa toksik maddələr düşür. 
Neft yatağının işlənməsi zamanı quyularda və borularda axıdılan karbohidrogenlər torpağı, yeraltı 
suları  və  atmosferi  çirkləndirir.  Lay  suları  ilə  birlikdə  neft  quyularında  külli  miqdarda  radioaktiv 
maddələr və elementlər torpaq üzərinə düşür (10 və ya daha çox dəfə normadan artıq miqdarda). Abşeron 
yarımadasında mövcud olan yarımsəhra təbii şəraiti torpaqların özünün bərpa imkanını sıfıra endirmişdir. 
Burada  təbii  ekosistemlərdən  bir  əlamət  qalmamışdır,  onlar  tam  pozulmuşdur.  Abşeron  yarımadasının 
əksər əraziləri kəskin şəkildə antropogen təsirlərə məruz qalmışdır. 
Neftin  çıxarılması  zamanı  meydana  çıxan  və  ətraf  mühit  üçün  təhlükəli  olan  ekoloji  problemləri  
həll  etməkçün    texnologiyada  struktur  dəyişikliyi  etmək  önəmlidir.  Texnologiya  əsasən  iki  hissədən 
ibarətdir:  məhsul  istehsal  edən  və  tullantını  neytrallaşdıran  hissələrdən  ibarətdir.  Neytrallaşdırıcı 
texnologiya 
dedikdə, 
istehsal  prosesinin  tullantılarını  toplayıb,  onu  yenidən  parçalamaq, 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
279 
zərərsizləşdirmək  və  onlardan  yeni  məhsul  istehsal  etçək  başa  düşülür.  Bu  yolla  istehsal  prosesi  ilə 
neytrallaşdırıcı proses arasında bir növ müvazinət yaranmış olur. 
Neytrallaşdırıcı texnologiyanın tətbiqi nəticəsində hazırda ətraf mühitə ötürülən tullantılar 3-4 dəfə 
azalmış, xammala görə məhsulun çıxımı artmışdır. Bu qəbildən olan tədbirlər sayəsində Xəzər dənizinə 
və  çaylara  axıdılan  neft    və  başqa  sənaye  məhsulları  ilə  onların  çirklənməsi  bir  neçə  dəfə  azalmışdır. 
Qapalı  texnologiyadan  istifadə  etməzdən  əvvəl  iki  məsələnin  həllini  tapmaq  lazımdır.  Tullantını  emal 
edib  ondan  yeni  məhsul  əldə  etmək  üçün  konkret  metodlar  hazırlanmalı,  tullantının  tərkibi,  quruluşu, 
xassələri və miqdarı müəyyən edilməlidir. Yalnız bundan sonra onu emal edən texnoloji prosesə vermək 
olar. Digər tərəfdən qapalı texnoloji sistemin yaradılmasında meydana çıxan enerji məsrəfinin artmasıyla 
bağlıdır. Hazırda məlum olan üsullarla enerji əldə etməyin özü biosferə ciddi təsir göstərir. Bu prosesə 
təbii mühit digər zərərli maddələrlə yanaşı, radioaktiv maddələrlə də zəhərlənmiş olur. 
Neftlə  çirklənmiş  torpaqları  uzun  müddət  istismar  etdikdə  ondakı  mineral  maddələr  tükənir. 
Bitkinin  məhsuldarlığı  və  məhsulun  keyfiyyəti  aşağı  düşür.  Ətraf  mühitdə  ekoloji  tarazalıq  pozulur, 
ekoloji  problemlər  dərinləşir,  ona  görə  də  bitkilər  üçün  qida  maddələri  hesab  edilən  mineralların 
miqdarını tənzimləmək lazımdır. 
Müasir  zamanda  bəzi  ölkələrdə  (Kanada)  neftlə  çirklənmiş  torpaqları  təmizləmək  üçün  müəyyən 
üsullar  əldə  edirlər.  Bu  üsullar  vasitəsilə  torpaqlar  neftdən  təmizlənir.  Bu  həm  iqtisadi  cəhətdən 
səmərəlidir, eyni zamanda ətraf mühit təmizlənir. Kanadada tərkibində neftlə zəngin qumlar olan yataqlar 
mövcuddur.  Bu  yatağa  Atabask  yatağı  deyirlər.  Bu  yatağın  istismarı  zamanı  Kanada  alimləri  bu  üsulla 
işləməyə  qərara  gəliblər  (qumlardan  nefti  yumaq  üçün).  Bu  üsul  vasitəsilə  həm  tikinti  üçün  qum  əldə 
olunub, həm də külli miqdarda neft çıxarılıb. 
Ekoloji  problemləri  həll  etmək  məqsədilə  ölkə  başçısının    (Azərbaycan  Respublikası  Dövlət  Neft 
Şirkətinin  strukturunun  təkmilləşdirilməsi  haqqında)  14  sentyabr  2006-cı  il  tarixli  fərmanına  uyğun 
olaraq,  Neft  Şirkətində  Ekoloji  idarə  yaradılmışdır.  Abşeron  yarımadasında  ətraf  mühitin  vəziyyətinin 
yaxşılaşdırılması  məqsədilə  ölkə  başçısının  28  sentyabr  2006-cı  il  sərəncamı  ilə  kompleks  tədbirləri 
özündə əks etdirən ekoloji dövlət proqramı-nın yaradılması və icrası barədə qərar vermişdir. Proqramın 
əksər  hissəsi  Bakı  şəhər  yaxınlığında  və  Abşeron  yarımadasında  neftlə  çirklənmiş  torpaqların 
təmizlənməsi  və  bərpasına  həsr  olunub.  Təmizləmə  nəticəsində  alınan  məhsulların  yenidən  istifadə 
edilməsi aşağıdakılara əsasən nəzərdə tutulur: torpağın təkrar istifadəsi, neftin istilik alınması prosesində, 
sement  zavodlarında  yanacaq  xammal  kimi  istifadəsi,  istilik  elektrik  stansiyalarında  yanacaq  kimi 
istifadəsi.  Bu  işlər  nəticəsində  neftlə  çirklənmiş  torpaqların  rekultivasiyası, çirkab  suların  təmizlənməsi, 
lay suların təmizlənməsi ağacların əkilməsi təmin edilmişdir.  
 
 
ĠQTĠSADĠ  ĠNKĠġAF  VƏ  YA EKOLOJĠ  TERROR? 
 
Nuriyeva A.E. 
 Azərbaycan Dövlət İqtisad Universiteti 
 
 Milli  iqtisadiyyatların  qeyri-sabitliyi,  böhranların  yaranması  və  artması  son  iki  əsrdə  dünya 
ölkələrinin  daha  intensiv  şəkildə  qarşılaşdığı  haldır.  Böhranların  tarixi  inkişaf  xüsusiyyətlərinə  nəzər 
yetirdikdə isə həm davametmə, həm də əhatə dairəsinə görə bir çox dəyişikliklərin baş verdiyini görmək 
olar.  Belə  ki,  əgər  XX-XXI  əsrdən  əvvəl  baş  verən  maliyyə  böhranları  daha  çox  bir  ölkə  daxilində  baş 
verirdisə,  XX-XXI  əsrdən  etibarən  bütün  dünya  ölkələrini  əhatə  edən  qlobal  maliyyə  böhranları  çoxluq 
təşkil etməyə başladı.  
Beləliklə,  XX  əsrin  əvvəllərindən  etibarən  artmaqda  olan  dünya  böhranları  dövlətlərin 
böhranlardan  minimum  mənfi  təsirlə  çıxmaları  üçün  strategiyalar  işləyib  hazırlamaları  məsələsini 
gündəmə gətirdi. Əldə olunmuş ümumi nəticə isə bir idi: ―Büdcədə yaranmış kəsri təbiətdən əldə olunmuş 
məhsullar  hesabına  ödəmək‖.  Bu  isə  təbiətlə  cəmiyyət  arasında  mövcud  olan  vahid  sistemli 
münasibətlərdə  ziddiyyətlərin  yaranmasına  səbəb  olmuş,  eyni  zamanda,  təbiətə  fəal,  məqsədyönlü,  öz 
təlabatlarını  ödəmək  üçün  təbiətdə  hazır  şəkildə  mövcud  olmayan  məhsulları  istehsal  sonda  ekoloji 
böhranlar kimi təhlükəli vəziyyətin yaranmasına gətirib çıxardı. Ekstensiv istehsal üsuluna uzun müddət 
üstünlük verilməsi, zəhmətsiz gəlirin sosial məqsədin başlıca prinsipinə çevrilməsi, elmi-texniki inqilabın 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə