Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə155/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   151   152   153   154   155   156   157   158   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
288 
Aran  iqtisadi-coğrafi  rayonu  əsasən  Kür-Araz  ovalığında  yerləşir.   İqtisadi-coğrafi  rayonda  kənd 
təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait vardır. 
Şirvan  şəhəri  ətrafında,  Salyan  və  Naftçala  rayonlarında  neft-qaz  hasil  olunur.  Mingəçevir  və 
Şirvan  Şəhərində  DRES-lər,  Mingəçevir  və  Varvarada  SES-lər  işləyir.  Mingəçevir  ölkənin  mühüm 
energetika bazasıdır. Burada enerji tükənən, lakin bərpa olunan su axını əsasında istehsal olunur. SES-ləri 
əsasən dağ rayonlarında, su məsrəfi çox, axma meyilliyi və düşməsi böyük olan çayların üzərində tikmək 
məsləhətdir.  Tikilməsi  baha  başa  gəlsə  də  istehsal  etdiyi  elektrik  enerjisinin  maya  dəyəri  aşağıdır  və 
ekoloji cəhətdən təmizdir.  
Azərbaycanın  Cənub  bölgəsi  əsasən  Lənkəran-Astara  iqtisadi-coğrafi  rayonunu  əhatə  edir.  Onun 
iqtisadiyyatının  əsasını  aqrar-sənaye  kompleksi  təşkil  edir.  Kənd  təsərrüfatını  inkişaf  etdirmək  üçün 
burada çox əlverişli təbii-iqtisadi şərait var. Rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və kifayət 
qədər əmək ehtiyatları kənd təsərrüfatının intensiv inkişafı üçün böyük imkanlar yaradır. 
Naxçıvan iqtisadi-coğrafi rayonu Naxçıvan Muxtar Respublikasının ərazisini əhatə edir. Naxçivan 
Muxtar Respublikasının enerji təchizatı da İran və Türkiyə vasitəsilə həyata keçirilir. Naxçıvan iqtisadi-
coğrafi rayonunda  zəngin  təbii  ehtiyatlar:  molibden, polimetal  filizlər,  daşduz,  dolomit,  mərmər,  tikinti 
materialları (travertin, tikinti daşı, qips) yataqları mövcüddur. Eyni zamanda Badamlı, Sirab, Vayxır və s. 
kimi  200-dən  çox  qiymətli  mineral  su  bulaqlarına  malikdir.  Azərbaycan  Respublikasının  molibden  və 
dolomit  ehtiyatlarının  hamısı,  mineral  su  ehtiyatlarının  60  %-i  Naxçıvan  iqtisadi-coğrafi  rayonunun 
payına düşür. 
 
 
ABġERONDA  EKOLOJĠ - ĠQTĠSADĠ   PROBLEMLƏRĠN  
SOSĠAL - ĠQTĠSADĠ  ASPEKTLƏRĠ 
 
Hətəmova L.N. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Azərbaycan  Respublikası  zəngin  təbii  ehtiyatlara,  gözəl  təbiətə  malik  olmaqla  Türk  dünyasında 
özünə  məxsus  yer  tutur.  Bir  o  qədər  də  böyük  əraziyə  malik  olmayan  ölkə  ekocoğrafi  problemlərlə 
―zəngindir‖. Həmin problemlərin yaranmasına səbəb coğrafi mövqe, relyef, geoloji quruluş, iqlim, torpaq 
ehtiyatlarının azlığı, təsərrüfat sahələrinin qeyri-bərabər konsentrasiyası, insanların əmək fəaliyyətlərinin 
ifrata  çatması,  dağıdıcı  təbiət  hadisələrinin  vaxtaşırı  təkrarlanması  və  sairdir.  Bu  göstərilənlər  hamısı 
Abşeron yarımadasına da şamil edilir. 
Təbii-ekoloji  tarazlığın  pozulması  baxımından  ölkənin  ən  gərgin  ekocoğrafı  rayonu  olan  Abşeron 
yarımadası- Azərbaycan Respublikasının Şərq ərazisini təşkil edərək Böyük Qafqaz dağlarının cənub-şərq 
qurtaracağında  2,1  min.  kv.  km  sahəni  əhatə  etməklə  Xəzər  dənizinin  qərb  sahillərində  ən  böyük 
yarımadadır. O, 70 km-ə qədər Xəzər dənizinin içərilərinə daxil olmaqla eni qərb hissədə-quruda 35 km-
ə, mərkəzdə 25 km-ə qədər azalmaqla şərqdə 12 km-dən çox deyildir. 
Abşeron yarımadasının təbii-ekoloji durumunun pozulmasına aşağıdakı təbii və antropogen amillər 
ifrat dərəcədə öz mənfi təsirlərini göstərir.  
-
 
Ərazinin coğrafi mövqeyi; 
-
 
Böyük Qafqaz dağlarının 1300 km-dən artıq bir məsafədə şimal-qərbdən cənub-şərqə uzanmaqla 
şimaldan gələn soyuq hava kütlələrinin qarşısını alması 
-
 
Ərazi relyefinin mürəkkəbliyi
-
 
Ərazinin şərqə doğru açıqlığı; 
-
 
Relyefdə palçıq vulkanlarının üstünlük təşkil etməsi
-
 
İqliminin mülayim, isti yarımsəhra və isti yayı olan quru çöl xarakterli olması; 
-
 
Ölkə ərazisində ən az yağıntılara malik olması; 
-
 
Çay şəbəkəsinin az və seyrəkliyi; 
-
 
Yeraltı suların səthə yaxınlığı; 
-
 
İçməli suyun azlığı ilə istehlakın ölkənin 5-dən artıq kənar mənbəyindən qidalanması; 
-
 
150-dən az olmayan təbii və süni göllərin təkcə 7-sinə axıdılan çirkab suların miqdarının 41,59 
mln  kubmetrdən az olmaması; 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
289 
-
 
Məhsuldar torpaqların səviyyəli olmaması; 
-
 
Çirklənmiş torpaqların 6200 hektardan çox olması; 
-
 
Torpaqların dəlmə-deşikliliyi; 
-
 
90-dan artıq daş karxanalarının ifrat dərəcədə istismarı; 
-
 
Daş karxanalarının istifadədən sonra zibilliklərlə doldurulmuş çala-çuxurlara çevrilməsi
-
 
Mövcud olan göllərin, yeraltı suların əksəriyyətinin şor sulu olması; 
-
 
Küləkli günlərin sayının çoxluğu ilə əlaqədar olaraq külək eroziyasının üstünlük təşkil etməsi; 
-
 
Ölkə iqtisadi potensialının 80%-dən çoxunun burada yerləşməsi; 
-
 
Ölkə əhalisinin yarıya qədərinin burada məskunlaşması; 
-
 
Urbanizasiya və suburbanizasiya prosesinin sürətlə getdiyi bölgə olması;  
-
 
Hələ  
XIX
 əsrin 1-ci yarısından planetin aparıcı neft rayonuna çevrilməsi
-
 
Kiçik bir ərazidə neft ehtiyatının çoxluğu ilə əlaqədar hasilatın böhran həddinə çatması; 
-
 
Xəzər dənizinin başlıca çirkləndiricisinə çevrilməsi; 
-
 
Təbii şərait və ekoloji imkanlar nəzərə alınmadan yaradılmış istehsal sahələrinin mövcudluğuna 
üstünlüyün verilməsi
-
 
Sənaye müəssisələrinin texnoloji cəhətdən qüsurlu olması; 
-
 
Su kəməri şəbəkəsi və kanalizasiya sisteminin qəza vəziyyətində mövcudluğu; 
-
 
Avtomobil nəqliyyatının qəza vəziyyətində işləməsi
-
 
Ekoloji cəhətdən saf olan bəzi nəqliyyat növlərinin aradan çıxarılması; 
-
 
Zibilliklərin geniş sahə tutması; 
-
 
Ətraf  mühitin  mühafizəsinə  ayrılmış  dövlət  vəsaitinin  səviyyəli  olmaması  və  onun  yerinə 
yetirilməsinə nəzarətin zəifliyi; 
-
 
Ətraf mühitə, o cümlədən atmosfer havasına zəhərli atılmaların çoxluğu; 
-
 
Xüsusilə  paytaxtda  şəhər  nəqliyyatında  xarici  ölkələrdən  gətirilmiş  dizel  mühərrikli  köhnə 
avtomobil sayının çoxluğu; 
-
 
Yaradılmış istehsal müəssisələrinin insan məskunluğuna yaxın yerləşdirilməsi
-
 
Bakı  şəhəri  ərazisində  21,5  min  hektar  sahədə  torpaq  və  landşaft  örtüyünün  tamamilə 
deqradasiyaya uğraması; 
-
 
Sənaye və məişət tullantılarının hara gəldi atılması; 
-
 
Karxanalar  hesabına  1000  hektardan  artıq  sahədə  torpaq  örtüyünün  məhv  edilməsi  və  təbii 
mənzərənin yoxa çıxması; 
-
 
1967-ci  ildən  fəaliyyətdə  olan  Abşeron  suvarma  kanalından  yarımadanın  qumlu  torpaqlarının 
selləmə  yolu  ilə  suvarılması  bir  sıra  digər  səbəblərlə  bərabər  Bakıda  və  bütün  Abşeron 
yarımadasında qrunt sularının səviyyəsinin ifrat dərəcədə qalxmasına səbəb olması, nəticədə bəzi 
göllərin sahəsinin genişlənmiş, mövcud çökəkliklərdə yeni göl və gölməçələrin yaranması; 
-
 
Sənayenin ayrı-ayrı sahələrinin inkişafı mövcud göllərin ciddi çirklənməsinə, yeni çirkab göllərin 
əmələ gəlməsinə səbəb olması; 
-
 
Göllərdə bəzən mazut qatının 1,0 metrə çatması; 
-
 
Göl səthində atılmış neft məhsullarının yaratdığı örtüklər buxarlanmanı azaltmaqla yanaşı 
onun sahəsinin böyüməsinə səbəb olması; 
-
 
Ceyranbatan su anbarından sızan sular hesabına qrunt sularının qalxması nəticəsində anbarın hər 
iki tərəfində xeyli sahədə torpaqların bataqlığa çevrilməsi; 
-
 
Xırdalan şəhərində kanalizasiya və su kəməri şəbəkələrinin qəza vəziyyətində olması nəticəsində 
su anbarının cənub-şərq boyunca 600 m bir məsafədə uzanan, 0,5 kv. km sahədə çirkab gölünün 
yaranması; 
-
 
Abşeron  yarımadasının  Xəzər  dənizi  sahillərindəki  çimərliklərdən  qumların  tikinti  məqsədilə 
daşınıb aparılması; 
-
 
Mühüm  rekreasiya  və  müalicə  əhəmiyyətinə  malik  olan  Abşeron  çimərlikləri  bir  çox  yerlərdə 
baxımsızlıq nəticəsində çala-çuxura, zibilliklərə çevrilmiş, yaranmış vəziyyətin əhalinin səmərəli 
istirahətinə və düzgün müalicə olunmasına mane olması; 
-
 
Xüsusi  mülklərin  tikintisi  zamanı  ağacların  qırılması,  o  cümlədən  Abşeron  şəraitində  mühüm 
təbiəti mühafizə əhəmiyyətinə malik, quraqlığa davamlı zeytun, badam bağlarının, Eldar şamı və 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə