Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə158/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   154   155   156   157   158   159   160   161   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
294 
Məlumdur  ki,  ətraf  mühiti  çirkləndirən  müxtəlif  sənaye  müəssisələri  və  istehsalat  növləri 
mövcuddur. Xalq təsərrüfatı üçün 74 kimyəvi  məhsul istehsal olunur ki, bunlardan da çoxu zəhərlidir. 
Metallurgiya sənayesində tətbiq olunan müxtəlif  texnoloji proseslər, çuqunəritmə üsulları və əməliyyatlar 
nəticəsində  ətraf  mühitə  külli  miqdarda  zəhərli  qazlar  və  tozlar  ayrılır  ki,  nəticədə  də  atmosfer,  su 
hövzələri və torpaq çirklənir. Sənaye sahələri arasındakı çirkliliyə görə birinci yeri metallurgiya sənayesi 
(34 %), sonrakı yerləri müvafiq olaraq energetika sahəsi (27 %) və qaz sənayesi (7 %) tutur. Metallurgiya 
sənayesi tullantılarında əlvan və ağır metal duzları, maşınqayırma sənayesi tullantılarında sionidlər, arsen 
birləşmələri,  berillium  və  s.  maddələr  əmələ  gəlir.1  ton  çuqun  hazırlanarkən  4,5  kq  toz:  2,7  kq  kükürd 
qazı:  0,1-0,5  kq  manqan,  həmçinin  arsen,  fosfor,  qurğuşun,  civə,  sürmə:  nadir  metallar  və  qətranlı 
maddələr, 1 ton marten poladından 3000-4000m3 qaz, 60 kq dəm qazı və 3 kq kükürd qazı ayrılır. Qara 
metallurgiya sənayesi ümumi çirklənmənin 15-20 faizini təşkil edir. İl ərzində 1 mln.ton məhsul istehsal 
edən  qara  metallurgiya  zavodu  atmosferə  350  ton/sutka  toz,  200  t/sutka  kükürd  anhidridi,  400  t/sutka  
karbon oksidi və 42 t/sutka  azot oksidi atır. Metallurgiya müəssisəsində çoxlu miqdarda tullantı (domna 
qazı  və  koks  qazı)  əmələ  gəlsə  də,  onun  cəmi  34  %-i  utilizə  edilir  və  ya  zərərsizləşdirilir,  qalanı  ətraf 
mühitə yayılaraq atmosferi korlayır. Maşınqayırmada 1 ton metaldan 260 kq  tullantı yaranır ki, bunun da 
50  %-i  xammalın  işlənməsi  zamanı  ayrılır.  Hər  il  atmosfer  havasının  çirklənməsi  nəticəsində  onun 
tərkibindəki karbon oksidi, kükürd və azot birləşməsi, karbohidrogen və sənaye tozlarının qatılığı artır. İl 
ərzində atmosferə 200 mln. ton karbon oksidi, 20 mlrd. tondan artıq karbon dioksidi, 150 mln. ton kükürd 
dioksidi, 53 mln. ton azot oksidi, 250 mln. tondan çox toz, 120 mln. ton kül, 50 mln. tondan artıq müxtəlif 
karbohidrogenlər  atılır.  Cılız  filizlər  çıxarılan  mənbələr  ətrafında  torpaq  sahələri  korlanır,  çoxlu  zərərli 
tullantılar əmələ gəlir.                                                                                                                                    
Metallurgiya  sənayesinin  xüsusiyyətlərini  nəzərə  alaraq    ətraf  mühitin  mühafizə  edilməsi  olduqca 
vacib  problemlərdən  biridir.  Bu  problemlərin  həllinə isə  kompleks  şəkildə  yanaşmaq  tələb  olunur.  Qara 
və  əlvan  metallurgiya  sənayesində  yeni  müəssisələrin  yaradılması  və  mövcud  olan  müəssisələrin 
rekonstruksiyası  zamanı  mütləq  tullantısız  və  aztullantılı  texnologiyaların  tətbiqi  vacibdir  ki,  bu 
proseslərin səmərəli, filiz xammalının sərfəli istifadəsi mümkün olsun. Qaz formalı, maye və bərk istehsal 
tullantıları emala cəlb olunmalı, tullantıların və zərərli tullantıların azaldılması, qara və əlvan metalların 
qazıntısı və emalı zamanı çoxtonnajlı, bərk dağ tullantılarının tikinti materialı istehsalında istifadəsi geniş 
tətbiq  edilməlidir.  Mineral  ehtiyatların  xüsusi  üsulla  əldə  edilməsi,  bütün  domna  və  dəmir  əzinti 
şlaklarının emalı həmçinin xeyli artırılması, təmiz suyun sərfinin azaldılması, susuz texnoloji proseslərin 
tətbiqinin  genişləndirilməsi,  tullantı  suyundan  və  qazlardan  əlavə  komponentlərin  tutulması,  bütün  növ 
metallurgiya istehsalında qazların quru üsulla təmizlənməsi üsulunun geniş tətbiqi, zəif kükürdlü qazların 
təkrar  istifadəsi  əlvan  metallurgiyada  ehtiyat  qoruyucu  avtogen  proseslərin  tətbiqinin  sürətləndirilməsi 
vacibdir.  Tullantısız  istehsal  texnologiyasının  ümumi  prinsipi  onun  təşkilinin  səmərəliyidir.  Burada 
həlledici  rolu  bütün  xammal  komponentlərinin  ağıllı  istifadəsi,  enerji,  material  və  istehsalın  ağır 
zəhmətinin  maksimum  dərəcədə  azaldılması  və  ekoloji  əsaslandırılmış  yeni  xammal  və  enerji 
texnologiyalarının axtarışı oynayır ki, bu da çox hallarda ətraf mühitə mənfi təsiri vurulan zərəri azaldır. 
Bu  halda  son  məqsəd,  istehsalın  eyni  vaxtda  enerji,  texnoloji,  iqtisadi  və  ekoloji  parametrlərinə  görə 
optimallaşmasıdır.  Bu  məqsədin  nailiyyətlərinin  əsas  yolu  yeni  texnologiyaların  işlənməsi  və  mövcud 
olan texnoloji proseslərin və istehsalın təkmilləşdirilməsidir.                                                                                                                                     
Metallurgiya  sənayesinin  ekoloji  problemləri  və  onların  həllinin  əsas  istiqamətlərinin  
müəyyənləşdirilməsi,  metallurgiya  sənayesində  ətraf  mühitin  mühafizəsi  olduqca  vacib  və  maraqlı  elm 
sahələrindən biri sayılır. Məhz qeyd edilən səbəblərdən də apardığım elmi tədqiqat işi bu məsələlərin həll 
edilməsinə həsr edilmişdir. 
 
 
XƏZƏR  DƏNĠZĠ SAHILLƏRĠNĠN REKREASĠYA  EHTĠYATLARINDAN  
ĠSTĠFADƏNĠN   SOSĠAL - ĠQTĠSADĠ  VƏ  EKOLOJĠ  ASPEKTLƏRĠ 
                                                                
Mehdiyeva E.  
   Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Azərbaycan Respublikasının Xəzər dənizi sahilləri zəngin kurort-turizm və rekreasiya ehtiyatlarına 
malikdir. Sahil zonasının böyük hissəsi yarımsəhra landşaftına malik olsa da şimalda Yalama-Nabran və 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
295 
cənubda  Lənkəran-Astara  regionları  meşə  landşaftları  ilə  xarakterizə  olunur.  Sahilyanı  zonanın  unikal 
təbii-iqlim şəraiti, balneoloji  əhəmiyyətli zəngin təbii ehtiyatları burada rekreasiya təsərrüfat sahələrinin 
yaradılması və inkişafı üçün əlverişli imkanlar yaradır. 
Xəzər dənizinin sahil zonalarını kurort-rekreasiya imkanları baxımından üç rayona bölmək olar. 
1.
 
Abşeron kurort-rekreasiya rayonu; 
2.
 
Yalama-Nabran kurort-rekreasiya rayonu
3.
 
Lənkəran-Astara kurort-rekreasiya rayonu. 
Abşeron  rekreasiya  rayonu  zəngin  mineral-termal  suları,  vulkan  palçıqları  və  günəşli,  qumlu 
sahilləri  ilə  fərqlənir.  Burada  Suraxanı,  Şıx  və  Qobustan  hidrogen-sulfidli  termal  suları  uzun  illərdir  ki, 
rekmatik, dəri, ginekoloji, dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Rayonda rast 
gəlinən  duzlu  göllər,  palçıq  vulkanlarından  götürülən  mineral tərkibli  palçıqlar və  qumlu  dəniz  sahilləri 
də böyük müalicəvi əhəmiyyət daşısalar da bu imkanlardan hələ də çox zəif istifadə edilir. Burada, daxili 
və  xarici  turistlər  üçün  əhəmiyyətli  olan  mehmanxana  təsərrüfatı  və  istirahət  ocaqları  əhəmiyyətli 
dərəcədə inkişaf etmişdir. Lakin yaradılmış istirahət ocaqlarında məişət tullantıları sahil ərazilərinə atılır, 
çirkab sular isə təmizlənmədən Xəzərin sahil sularına axıdılır ki, bu da rayonun ekoloji durumuna ciddi 
zərər vurur. Abşeron rayonunda turizm-rekreasiya sisteminin inkişafına müsbət təsir göstərən amillərdən 
biri də burada, Abşeron, Altıağac, Qobustan və s. Milli Parkların yaradılmasıdır. Abşeron ən iri nəqliyyat 
qovşağı  olmasına  baxmayaraq  burada,  Xəzər  sahili  boyu  ərazilərdə  dəniz  nəqliyyatı  sərnişindaşıma 
istiqamətində çox zəif inkişaf etdiyi üçün bu nəqliyyat növü rekreasiya təsərrüfatına demək olar ki, lazımi 
səviyyədə cəlb olunmamışdır. Fikrimizcə bu nəqliyyat növünü inkişaf etdirməklə turistlərin həm Abşeron 
və  Bakı  arxipelaqı  adalarına,  həm  də  Neft  Daşlarına  səyahətlərinin  təşkil  edilməsi  cəlbedici  və  iqtisadi 
baxımdan da səmərəli olar. Xəzər dənizi sahillərində rekreasiya imkanları baxımından mühüm yerlərdən 
birini  də  Yalama-Nabran  rayonu  tutur.  Bu  turizm  rayonu  Samur-Dəvəçi  ovalığının  düzən  meşələrini  və 
dəniz  sahili  qumluq  ərazilərini  əhatə  etməklə  Quba-Xaçmaz  iqtisadi  rayonu  ərazisində  yerləşir.  Buranın 
əlverişli  təbii  iqlim  şəraiti  və  qiymətli  rekreasiya  ehtiyatları  Yalama-Nabran  zonasında  20-dən  artıq 
turizm-istirahət bazalarının yaradılmasına səbəb olmuşdur ki, hər il bu istirahət ocaqlarında 100 mindən 
artıq  daxili  və  xarici  turistlər  istirahət  edirlər.  Lakin  rekreasiya  rayonunun  potensialından  ətraf  mühitin 
mühafizəsi  məsələləri  nəzərə  alınmadan  istifadə  olunması  burada  hər  il  min  tonlarla  tullantıların 
meşələrdə  yığılıb  qalmasına  və  yaranan  çirkab  sularının  təmizlənmədən  Xəzər  dənizinə  axıdılmasına 
səbəb olur ki, bu da sahil çimərliyinin ekoloji durumuna mənfi təsir göstərir. Bütün bu neqativ amillərin 
təsirini  azaltmaq  üçün  tullantılarının  utilizasiyası  və  çirkab  sularının  təmizlənməsi  işləri  qısa  müddətdə 
həll  olunmalıdır.  Rekreasiya  rayonunda  Samur-Yalama  Milli  Parkının  yaradılması  regionun  turizm 
baxımından gələcək inkişafına və Nabran meşələrinin mühafizəsinə müsbət təsir edəcəkdir. 
Subtropik  iqlim  şəraiti  ilə  fərqlənən  Lənkəran-Astara  rekreasiya  rayonunun  potensial 
imkanlarından  hələ  də  tam  şəkildə  istifadə  olunmur.  Bütün  bunlardan  ətraf  mühitə  zərər  vurmadan 
səmərəli istifadə etmək həm sosial-iqtisadi və həm də ekoloji baxımdan əlverişlidir ki, bütün bu məsələlər 
Regionların sosial-iqtisadi inkişaf planlarında nəzərə alınmalıdır. 
 
 
AZƏRBAYCANDA  TƏBĠĠ  PROSESLƏRĠN  TORPAQ ÖRTÜYÜNƏ 
 TƏSĠRĠNĠN  EKOLOJĠ  ASPEKTLƏRĠ 
 
Əmirova A.A. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Respublikanızda  təbii  resurs  potensialından,  xüsusən  də  torpaq  resurslarından  səmərəli  istifadə, 
təbii  ekosistemlərin  mühafizəsi,  təbii  və  antropogen  təsirlərin  ilbəil  atrması  nəticəsində  yaranan 
proseslərin  öyrənilməsi,  onların  qarşısının  alınması  yollarının  göstərilməsi  bu  gün  də  öz  aktuallığını 
saxlayır. 
Azərbaycanda  torpaq  örtüyünə  təsir  göstərən  təbii  proseslərin  mühümləri  sel,  sürüşmə  və  eroziya 
prosesləridir. Sel hadisələri nəticəsində əkin sahələrinə ciddi ziyan vurulur və torpaqların üst məhsuldar 
qatı  yuyulur.  Nəticədə  ərazilərə  düşən  güclü  yağışlar  sürüşmə  prosesinə  səbəb  olur.  Sel  və  sürüşmə 
prosesləri  kimi  təbii  təsirlər  torpaq  resurslarına  ciddi  ziyan  vurur,  məhsuldarlığı  aşağı  salır  və  yararlı 
torpaqların sıradan çıxmasına, eroziya proseslərinin intensivləşməsinə səbəb olur. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə