Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə160/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   156   157   158   159   160   161   162   163   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
298 
Mineral yağlar öz tərkibinə görə çox mürəkkəbdirlər. Ona görə də onların keyfiyyətinə çox saylı 
parametrlər  təsir  göstərir.  Mineral  yağların  keyfiyyəti  isə  çoxlu  miqdarda  göstəricilərlə  xarakterizə 
olunur; 
Furfurolla  təmizləmə  prosesinin  səmərəsini  artırmaq  üçün  son  zamanlar  ona  müxtəlif  həlledicilər 
əlavə edilir. Furfurolla fenolu birin – birə nisbətində qarışdırdıqda həlledicinin seçicilik qabiliyyəti xeyli 
artır,  həlletmə  fenola  nisbətən  azalır,  rafinatın  çıxımı  və  furfurolun  oksidləşməyə  müqaviməti  isə  artır. 
Daha yaxşı nəticə furfurolla epixlorhidrinin birə - bir nisbətində qarışığından alınır. 
Bu  halda  həlledicinin  xammala  nisbəti  distillat  yağ  fraksiyalarını  təmizlədikdə  iki  dəfə, 
deasfaltizatları təmizlədikdə isə 1,5 dəfə azalır. Rafinatın çıxımı isə bir o qədər artır. 
Qeyd edilənləri nəzərə alaraq, son zamanlar seçici həlledicilərlə təmizləmə prossesinin səmərəsini 
artırmaq məqsədilə xammalın bir neçə pillədə təmizlənməsi sxemində istifadə olunur. 
Bizim  təqdim  etdiyimiz    işdə  ekoloji  təmiz  yağların  alınması  prossesinin  tədqiq  edilməsi  üçün 
yerinə yetirilən təcrübələrdən və aparılan müşahidələrdən əldə edilən dəlillər şərh edilmişdir. Əldə edilən 
nəticələr statistik təhlil edilmiş və prossesi təsvir edən reqressiya tənliyi alınmışdır. Müəyyən qayda üzrə 
tənliyin adekvatlığı yoxlanılmış və onun prossesi adekvat təsvir etməsi aşkar olunmuşdur. 
 
PĠROLĠZ  PROSESĠ  ÇĠRKAB  SULARININ  AROMATĠK 
KARBOHĠDROGENLƏRDƏN  TƏMĠZLƏNMƏSĠ 
 
Həsənova S.H. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Pirolis  neft-kimya  sənayesinin  əsas  proseslərindəndir.  Bu  proses  ətrafında  müasir  neft-kimya 
kompleksləri  yerləşdirilir.  Bunlar  əvvəl  alçaq  olefinlərin  alınması  və  sonra  da  onların  diolefinlərə 
çevrilməsinə xidmət edir. Həm həcmi, həm də buraxılan məhsulların çeşidlərinə görə olefin neft-kimya 
kompleksləri və onların əsas prosesi olan piroliz rəqabətdən uzaqdır. Piroliz prosesi yüksək temperaturda 
su buxarı iştirakı ilə ilkin karbohidrogenlərin destruktiv çevrilməsidir. Piroliz prosesinin unikallığı ondan 
ibarətdir  ki,  əgər  səmt  qazlarından  əsas  etibarı ilə  C
2
H
4
  alırlarsa  neft  fraksiyalarının  pirolizi  nəticəsində 
isə  qiymətli  karbohidrogenlər  olan  propilen,  butadien,  izopren,  izobutilen,  buten,  benzol,  izoamilenlər, 
asetilen almağa imkan yaranır. Alınan məhsullar neft-kimya istehsalının xammal bazasının əsasının təşkil 
edir.  
Piroliz  məhsullarının  parsial  təzyiqinin  azaldılması  və  sıxlaşması  reaksiyalarının  qarşısının 
almaqdan ötrü sobaya xammalla birgə qızmış su buxarı verilir. Karbohidrogen qazlarının pirolizində su 
buxarının  sərfi  xammala  görə  10-20%,  kerosin-qazoyl  fraksiyasının  pirolizində  isə  100%  təşkil  edir. 
Nəticədə  su  buxarı  kondensatı  aromatik  karbohidrogenlər  (benzol,  toluol,  ksilol)  və  politsiklik 
karbohidrogenlərlə  (naftalin,  antrasen)  çirklənmiş  olur.  Piroliz  prosesində  böyük  həcmdə  yumşaldılmış, 
təzə və dövrü sudan istifadə olunur. Yumşaldılmış su tablaşdırıcıların bəslənilməsi üçün istifadə olunur. 
Piroliz  aparatların  üfürülmə  suyu  və  buxarlandırıcıların  üfürülmə  kondensatı  karbohidrogenlərlə 
çirklənmiş  olur  və  kanalizasiyaya  atılır.  Təzə  və  dövrü  su  piroliz  qazlarının  qələvi  ilə  və  ya 
monoetanolaminlə emalından sonra yuyulmasına sərf olunur. Həmin sudan həmçinin texnoloji axınların 
və  avadanlığın  soyudulması  üçün  istifadə  etmək  olar.  Nəticədə  yaranan  çirkab  sular  həm  monotsiklik, 
həm  də  politsiklik  karbohidrogenlərlə  çirklənmiş  olur.  Piroliz  prosesinin  tərkibində  fenol  (550  mq/l), 
benzol (100 mq/l), ksilol (100 mq/l) olan çirkab suları zərərli maddələrin buraxıla bilən qatılıqları qədər 
təmizlənməlidir (cədvəl). 
 
 
 
 
 
 
 
 
 
 
  
Aromatik karbohidrogenlərin buraxıla bilən qatılıqları 
Cədvəl 
Zərərli maddələr 
Buraxıla  bilən  qatılıqlar,  mq/l 
Sanitar - məişət su istifadəli  
hövzələr üçün 
Balıq təsərrüfat təyinatlı  
hövzələr üçün 
Benzol 
0,5 
0,5 
Ksilol 
0,05 

Toluol 
0,5 
0,5 
Fenol 
0,001 
0,001 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
299 
Odur  ki,  piroliz  prosesində  yaranan  çirkab  suların  təmizlənməsi  sənayenin  müasir  inkişafı 
mərhələsində  ən  aktual  problemlərdəndir.  Aparılan  tədqiqatların  əsas  məqsədi  piroliz  prosesi  çirkab 
sularının  təmizlənməsi  üçün  effektiv  və  səmərəli  üsulun  seçilməsidir.  Hal-hazırda  iqtisadi  cəhətdən 
səmərəli,  ekoloji  cəhətdən  əlverişli  hesab  olunan  biokatalitik  üsulun  tədqiqi  perspektiv  və  müasir  hesab 
olunduğundan  bizim  aparılacaq  tətqiqatlar  üçün  bu  istiqamətdə  həll  olunacaq  məsələlər 
müəyyənləşdirilib. 
 
 
NEFT  VƏ  NEFT  MƏHSULLARI  ĠLƏ  ÇĠRKLƏNMĠġ  TORPAQ SAHƏLƏRĠNĠN  
EKOLOJĠ  PROBLEMLƏRĠNĠN  ARADAN QALDIRILMASI 
 
Nəsirov C.C. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Neftlə çirklənmiş torpaqların sahəsinin cox olması, çirklənmənin yüksək həddə olması nəzərə alınsa 
Ekologiya İdarəsinə indiki templə torpaqları təmizləməyə uzun müddət lazım olacaqdır. Odur ki, DB-ın 
EDP-a  yardım  etməsi  vaxtında  qəbul  edilmiş  qərardır  və  Eİ-in  təmizləmə  sahəsində  görəcəyi işlərə  çox 
böyük təkandır. DB bu məqsədlərə çatmaq üçün ARDNŞ-ə təmizləmə avadanlıqlarını almaqda köməklik 
göstərəcəkdir. ARDNŞ-ə Abşeron yarımadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün texniki 
məsləhətçi, Almaniyanın HPC Kompaniyası tərəfindən aşağıdakı təmizləmə avadanlıqları təklif olunur: 
•  Bir  ədəd  gündə  600  m³  torpaq  təmizləyən  stasionar  buxar  resirkulyasiya  Yuma  qurğusu. 
Bibiheybət sahəsində quraşdırılması təklif olunur. 
•  İki  ədəd,  hər  biri  gündə  150  m³  torpaq  təmizləyən  yarım  səyyar  yuma  buxar  resirkulyasiya 
qurğusu 
•  Dörd  ədəd,  hər  biri  gündə  150  m³  torpaq  təmizləyən,  maqnit  separatorlu  yarım  səyyar  buxar 
resirkulyasiya yuma qurğusu.  
Stasionar  quğunun  Bibiheybət  sahəsində,  Buzovna-Maştağa  sahəsində  neftlə  çirklənmiş  qumlu 
ərazidə  maqnit  seperator  gurğusunun,  Qala  sahəsində  qarışıq  qurğuların  quraşdırılması  planlaşdırılır. 
Təmizləmə nəticəsində alınan məhsulların istifadə edilməsi nəzərdə tutulur: 
• Torpağın təkrar istifadəsi 
• İstilik alınması prosesində 
• Sement zavodunda yanacaq xammalı kimi istifadə 
• Yanacaq xammalı kimi elektrik stansiyalarında istifadə. 
Təklif  olunan  avadanlıqlar  mexaniki  üsulla,  buxarla-resirkulyasiya  metodu  ilə  neftli  tullantıları 
torpaqdan ayırır. Torpaqların mexaniki tərkibindən asılı olaraq maqnit separasiya metodundan da istifadə 
olunacaqdır.  Qurğular  neftlə  çox  çirklənmiş  ərazilərin  yaxınlığında  quraşdırılacaqdır.  Qurğularda  neftlə 
çirklənmiş  torpaqların  təmizlənməsində  su  reagent  qarışığından  istifadə  etmək  variantı  nəzərdə 
tutulmuşdur. Torpaqların təmizlənmə texnologiyası aşağıdakı işlərin aparılmasını əhatə edir: 
1.  Neftli  torpaqların  çıxarılması  (qazılması),  bir  yerə  toplanması.  Bu  adi  torpaq  işlərinin 
aparılmasını,  nasoslardan,  buldozerdən,  ekskovatordan  istifadə  etməklə  təmizləmə  üçün  neft 
gölməçəsinin tikintisini nəzərdə tutur. 
2.  Torpağın  yuyulması.  Fiziki  təmizləmə:  bərk,  məcun  və  axıcı  hissələrə  ayırma.  Neft 
məhsullarının mineral fraksiyalardan ayrılması. 
3. Resirkulyasiya emalı. Təmizləmə gölməçəsi qapalı dolça şəklində olub, coxsaylı təkrar istismara 
yararlı olmalı və ətraf mühitə təsirlər minimal olmalıdır. 
4. Təmizləmədən çıxan emal olunmuş materialların istifadəsi. 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə