Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə161/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   157   158   159   160   161   162   163   164   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
300 
KÜKÜRDLÜ  NEFTLƏRĠN  EMALI  ZAMANI  ATMOSFERƏ 
ATILAN  QAZ  TULLANTILARININ  AZADILMASI  PROBLEMLƏRĠNĠN 
HƏLLĠ  YOLLARININ  ARAġDIRILMASI 
 
Hüseynova A.N. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Elmi-texniki tərəqqinin və təbii sərvətlərdən istifadənin genişləndiyi və sürətləndiyi bir dövrdə hava 
hövzəsinin toksiki tullantılardan müdafiəsi ən vacib məsələlərdəndir.Azərbaycan Respublikasının yüksək 
inkişaf etmiş sənayeyə malik olduğunu nəzərə alsaq, bu məsələnin aktuallığı daha da öndə durur.           
Dünyada ildə atmosferə  700 mln. ton zərərli qarışıqlar  atılır ki, bunlardan 600 mln.ton  qazvari 
maddələrdir.Deməli, yeni texnoloji proseslərin inkişafı atmosferə atılan tullantıları buraxıla bilən qatılıq 
həddinə qədər məhdudlaşdıran texnalogiyaların və aparatların işlənilməsi və balanslaşdırılmalıdır. 
Atmosferə atılan çirklənmələrin təsiri altında mikroiqlim dəyişir, metal və dəmir- beton qurğuların 
dağıdılması sürətlənir, bitkilərin, heyvanların və quşların zəhərlənməsi və məhvi baş verir. 
Yanacaq bir çox növ enerjinin əsasıdır.Yandırılan yanacağın miqdarı artıqca yanma məhsulları ilə 
birgə  atmosferə  atılan  toksiki  maddələrin  miqdarı  da  artır.  Müxtəlif  növ  yanacaq  yandırılarkən  onların 
tərkibindən, yandırılma üsulundan və qaztəmizlənmə üsulundan asılı olaraq atmosferə müxtəlif miqdarda 
toksiki maddələr atılır. 
Yanacağın  tam  yandırılması  zamanı  atmosferə  su  buxarı,  karbon  qazı  və  müxtəlif  qazlar,  o 
cümlədən kükürd, karbon və azot oksidləri daxil olur. 
Bir  sıra  neft  yataqlarından  alınan  neftlər  kükürdlü  olduğundan  onların  emalı  zamanı  atmosferə 
müxtəlif  kükürdlü  birləşmələr  atılır.Yanacağın  tərkibində  olan  kükürd  yanma  prosesində  mürəkkəb 
çevrilmələrə məruz qalır və öz kimyəvi birləşmələrinin formasını dəfələrlə dəyişir. 
Kükürd tərkibli qazvari və maye yanacaq yandırıldıqda müəyyən edilmişdir ki, ilkin və son yanma 
məhsulları  H
2
S,  SO
2
,  H
2
SO
3
  və  H
2
SO
4
-dür.Havada  oksigenin  və  rütubətin  miqdarından  asılı  olaraq 
kükürdlü birləşmələrin əsas hissəsi kükürd anhidridinə çevrilir.Bu da öz növbəsində SO
3
-ə çevrilir. 
3
.
2
2
5
,
0
SO
O
SO
kat



 
Bu reaksiyada katalizator rolunu çox zaman yanacağın yandırıldığı qazanların, su ekonomayzerlərin 
və hava qızdırıcılarının oksidləşmiş qızma səthləri oynayır. 
Atılan  qazların  SO
2
-dən  təmizlənməsi  məlum  üsulları  kükürd  anhidridinin  SO
3
-ə  oksidləşməsinin 
yüksək dərəcəsini əldə etməyə imkan vermir.Bundan əlavə bu üsullar çox zaman ətraf mühitin mühafizəsi 
tələblərinə  də    cavab  vermirlər.Odur  ki,  bizim  tərəfimizdən  atmosferin  H
2
S  və  SO
2
-dən  təmizlənməsi 
üçün  effektiv  üsulların  işlənilməsi  üzrə  tədqiqatların  istiqamətləri  və  həll  olunacaq  məsələlər 
müyyənləşdirilmişdir. 
 
 
     AZƏRBAYCAN RESPUBLĠKASININ EKOLOJĠ TƏHLÜKƏSĠZLĠK MARAQLARI 
 
Hüseynov M.K. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
İlk dəfə ―Ekologiya‖ termini canlı orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibətlərini öyrənən elm 
sahəsi kimi 1866-cı ildə alman alimi  Ernest Hekkel tərəfindən işlədilmişdir.  
İstər elm sahəsi kimi, istərsə də  cəmiyyətin   mənafelari baxımından   ekologiya  çox  geniş bir  sahədir.  
Mütərəqqi  bəşəriyyati  düşündürən    ən  vacib  problemlər  ,və    planetimizin  bütün  canlı  orqanizmlərinin  
sağlam ətraf mühitdə yaşaması  va inkişafı məhz ekoloji problemlərin həlli ilə bağlıdır.  
Cəmiyyatin  tarixi  inkişafı  ilə  XVIII-XIX  əsrlərdən  etibarən  dünyada  intişar  tapan  elmi-texniki 
tərəqqi, hərbiləşmə, enerji resurslarının  istismarının genişlənməsi,  sənayenin sürətlə inkişafı və  s. amillər 
müasir ekoloji  problemlərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  dünyanın  qanunauygunluqlarından  biridir. 
Çünki  insan  tarix  boyu  əldə  etdiyi  nailiyyətlərdən  istəsə də imtina edə bilməz.  
Texnologiyanın, elmin, sənayenin mənfi təzahürlərinin qarşısının alınması məqsədilə dövlətlər  həm 
öz  milli  qanunvericilik  sistemlərində,  həm  də  regional  və  beynəlxalq    konvensiya  və  sazişlərdə  ekoloji 
məsələlərin  tənzimlənməsinə  səy  göstərirlər.  Belə  ki,  ekoloji  təhlükəsizlik  sahəsində  hüquq  normalarının 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
301 
pozulması  ilə  kosmik  faza,  atmosfer  havası,  su  obyektləri,  yerin  təki  təhlükələrə  məruz  qalır,  heyvanlar  
və  bitki  aləmi  ziyan  çəkir,  eləcə  də  insanların  həyat  va  sağlamlığına  zərər  vurulması  və  ya  təhlükə 
törədilməsi ilə insan hüquqları pozulur. 
Müstəqillik  illərinda  Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi,  ekologiya,  səhiyyə  va 
digər  sahələrdə  milli  qanunvericilik  bazası  xeyli  genişləndirilmişdir.  Azərbaycan  Respublikası  Lonstitusi 
yasının 39-cu maddəsində hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ, heç kəsin ətraf mühitə, təbii 
ehtiyatlara qanunla müəyyan edilmiş  hədlərdən artıq təhlüka törədə və ya zərər vura bilməməsi, elacə də ekoloji 
tarazlığın  saxlanılmasına,  yabanı  bitkilərin  va  vəhşi  heyvanların  qanunla  müəyyən  edilmiş  növlərinin 
qorunmasına dövlət tərəfindən təminat verilməsi ifadə olunmuşdur. 
Bununla yanaşı, Azərbaycan  Respublikası Lonstitusiyasının 78-ci maddəsində müəyyən olunmuşdur 
ki,  ətraf  mühitin  qorunması  hər  bir  şəxsin  borcudur.  Azərbaycan  Respublikası  Lonstitusiyasında  va digər 
qanunvericilik  aktlarında  ekoloji    təhlükəsizliyin  təmin  olunması  baxımından  həm  dövlətin,  həm  də 
vətəndaşların üzərinə öhdəliklər  qoyulmuşdur. 
1999-cu  il  8  iyun  tarixində  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  Ekoloji  Təhlükəsizlik 
haqqında Azərbaycan Respublikasının qanunu formalaşmışdır. 
Ekoloji  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikası  qanunu  Ekoloji  təhlükə  anlayışını    — 
insanın və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə 
yaradan vəziyyət kimi müəyyən etmişdir. 
Ekoloji  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikası  Qanununun  1-ci  maddəsinda  ekoloji   
təhlükəsizliyə    insanın  və  cəmiyyətin  həyati  vacib  maraqlarının,  ətraf  mühitin  ona  antropogen və   təbii  
təsirlər   nəticəsində   yaranan   tahlükələrdən   qorunmasını  təmin edilməsi kimi anlayış verilmişdir.   
Bu  qanunda  insan  həyatını  va  sağlamlığını,  cəmiyyati,  onun  maddi  va  mənəvi  dəyərlərini,  ətraf 
mühiti,  o  cümlədən atmosfer havası, kosmik faza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki va 
heyvanlar aləmini təbii va antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq dövlətin 
əsas  məqsədlərindən biri kimi müəyyən edilmişdir. 
Milli  təhlükəsizlik  haqqında  2004-cü  il  29  iyun  tarixli  Azərbaycan  Respublikası  Qanununa 
əsasən Azərbaycan Respublikasının ekoloji  sahədə əsas milli maraqları  cəmiyyatin yaşayışı üçün tahlükəsiz 
ekoloji  va  texnoloji  şəraitin  yaradılması  kimi  müəyyan  olunur  va  ekoloji  tarazlığın  pozulması  və  ekoloji 
vəziyyətin  kəskin  pisləşməsi,  ekoloji  cəhətdən  zərərli  texnologiyaların  təhlüka  yaradacaq  miqyaslarda 
tətbiqi,  təsərrüfat  obyektlərinin  təbii  fəlakətlərə,  texnogen  xarakterli  fövqəladə  hadisələrə  və  təxribatlara 
məruz  qalma  ehtimalı,  epidemiya    və    epizootiyaların  yayılması,  su  mənbələrinin,  atmosferin  va  dəniz 
mühitinin təhlükəli miqyaslarda çirklənməsi, həmçinin ekoloji mədəniyyət səviyyəsinin   aşağı  olması ekoloji 
sahədə  əsas  təhdidlər  hesab  olunur. 
Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində  və Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsində  müvafiq  olaraq ekoloji cinayətlərin və ətraf mühitin mühafizəsi, təbiətdən istifadə va ekoloji 
təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların nəticələrinin aradan qaldırılması va cəzalandırılması 
nəzərdə tutulur. 
2007-ci  il  23  may  tarixində    Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  2198 
nömrəli Sərəncamı ilə təsdiq edilmiş ―Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası‖nda neft 
həsilatı,  Ermənistan  tərəfindən  işğal  olunmuş  ərazilərdə  flora  və  faunanın  kütləvi  şəkildə  məhv  edilməsi, 
şirin  su  ehtiyatlarının  böyük  həcminin  qonşu  ölkələrin  ərazilərində  kimyavi,  radioaktiv  va  digər  zərərli 
maddələrlə  intensiv  çirklənməyə  məruz  qalması,      Ermənistan  ərazisində  seysmik  zonada  yerləşən    və  
texnoloji  baxımdan  köhnəlmiş  Metsamor  Atom  Elektrik Stansiyasının bütövlükdə region üçün təhlükə 
mənbəyi  olması,  ətraf  mühitin  çirklənməsi,  münbit  torpaqların  deqradasiyası,  təbii  resurslardan  qeyri-
rasional  istifadə,  sənaye  və  məişət  tullantılarının  tələb  olunan  səviyyədə  emal  olunmaması  ciddi  ekoloji 
problemlər kimi nəzərdən keçirilir. 
 
 
 
 
 
 
 
 
 
 
                                     PARÇANIN  BƏDĠĠ  TƏRTĠBATININ  MÜASĠR  TƏLƏBLƏRĠ 
 
İbrahimova İ.N. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Hazırki  dövrdə  müasir  stil  və  moda  daha  da  demokratikləşərək  kütləviləşir  və  milliləşir.  Hazırda 
parça  və  kostyumun    moda  məsələləri  və  onun  proqnozlaşdırılması  ilə  geniş  miqyasda  mütəxəsislər 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə