Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə162/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   158   159   160   161   162   163   164   165   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
302 
(incəsəsnətşünaslar nəzəriyyəçilər sosioloqlar) və bir çox təşkilatlar məşğul olurlar. Bu məsələlərin həlli 
ilə  eyni  zamanda  toxuculuq  və  tikiş  müəssisələrinin  bədii  şuraları  modellər  evi  məşğul  olur.  Bütün 
bunların  vəzifəsi  gələcək  illər  üçün  perspektivli  ümumi  modanın  vahid  bədii  istiqamətinin  tərtib 
edilməsindən  ibarətdir.  Bazar  iqtisadiyyatı  dövründə  əhalinin  eyni  geyim  modellərinə  yeni  ornamentli 
parçalara  və  digər  məmulatlara  olan  tələbatının  öyrənilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Parça  və 
kostyumların  bədii  ornamentlərinin  modaya  uyğun  istiqamətdə  inkişafı  və  proqnozlaşdırılması 
məsələsinin  əhəmiyyəti  az  deyildir.  Toxunma  parça  ornamentlərin  dili  həmişə  tətbiqi  dekorativ  
incəsənətin qanunlarına və dövrün tələbinə uyğun formalaşmış bu incəsətin səciyyəvi stilistik cizgilərini 
özündə  əks  etdirməkdədir.  Kostyumun  formasının  inkişaf  etməsi  parça  ornamentinin  inkişafı  ilə  eyni 
olmuşdur. Əgər formada ornament varsa onu formadan ayırmaq olmaz. Bunun parça naxişlarının tərtibi 
və  istifadə  edilmə  prosesi  üçün  mühüm  əhəmiyyəti  vardır.  Toxucu-rəssam  parçanın  üzərində  rəsmlərin 
tərtib  edilməsi  üçün  ilk  növbədə  müasir  insanların  obrazını  estetik  cəhətdən  nəzərə  almalıdır.  Bununla 
belə  parçadan  hazırlanmış  məmulatlar  (kostyum  şalvar  və  s.)  insanın  normal  funksiyasını  onun  xarici 
görünüşünü  də  nəzərə  alınmalıdır.  Müasir  dövrdə  parça  və  məmulatların  bədii  cəhətdən  tərtib  edilməsi 
yeni toxunma parça liflərin və materialların aşkar edilməsinə gətirib çıxarır. Bununla əlaqədar olaraq yeni 
parça  materiallarin  tərtib  edilməsinə  müasir  tələblər  verilməlidir.Toxunma  parça  rəsmlərinin  estetik 
qiyməti ilk növbədə  müvafiq parçaya və parçanın yerinə yetirdiyi funksiyaya uyğun gəlməlidir. Parçanı 
bədii  cəhətdən  tərtib  edən  rəssam    müəyyən    təyinatı  olan    parçanın  üzərində  işlərkən  o  ilk  növbədə 
gələcək kostyumun siluetləri və interyer haqqında təsəvvürə malik olmalıdır. Yalnız bundan  sora o parça 
üzərində ornamentlərin qurulması üçün eskizlərin çəkilişinə başlaya bilər. Ornamentin kostyum (kostyum 
parçası) və ornamentin interyer (dekorativ parça) arasında olan əlaqələrin düzgün uyğunlaşdırılması üçün  
toxucu  rəssamın    yaradıcılıq    işini  müəyyən  edir.  Nəticədə  rəssam  tərəfindən  tərtib  edilən  ornamentlər 
kostyumun  və  ya  interyerin  ansamblına  uyğun  olmalıdır.  Rəssamların    kostyum  və  ya  interyerin 
ansamblnın  yaradılması  işində  gördükləri  mühüm    istiqamətlərindən    biridir.  Çoxdan  məlumdur  ki 
dekorativ tətbiqi incəsənət insanlarda milli və sosial obrazların  xüsusiyyətlərini və estetik dəyərləri əks 
etdirir. Buna görə rəssamın yaradıcılığ ansambl problemi birinci dərəcəli məsələ kimi əhəmiyyətli hesab 
edilir. Lakin ornamentin kompozisiyasının bədii ifadəli olmasıni təkcə eskizlərdə parça vasitəsi ilə deyil 
fəza  formasında  olan  kostyum  və  interyer  vasitəsi  ilə  fikir  mübadiləsi  edə  bilərik.  Yalnız  məmulatların 
ansambl  sisteminin  bütövlüyü  yaradıcılığindan  sonra  kompozisyanın    ideya  emosional  tərkibini 
bütünlüklə  aşkarlayır  və  təsdiq  edir.  İstənilən  toxuma  parça  məmulatların  onu  əhatə  edən  predment 
ətrafında  müstəqil  bir  predment  baxıla  bilməz.  Buna  məmulatların  bütöv  ansamblının    məhdud  hissəsi 
kimi baxılmalıdır. Aydındır ki ansambl sistemində hissələrin bədii məhdudiyyəti nəzərə alınmır. Burada 
stil və estetik xüsusiyyətlər də nəzərə alınır. 
                                                         
 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
303 
VIII BÖLMƏ 
 
ÜMUMĠ TARĠX 
 
 
SOSĠAL MÜNAQĠġƏLƏRĠN KÖKLƏRĠ 
 
Heydərova G.B. 
Sumqayıt Dövlət Universiteti 
 
Sosial  münaqişələrin  xarakteristikasına  nəzər  saldıqda  aydın  olur  ki,  soaial  münaqişələr  siyasi 
sistemlərlə əlaqəlidir. Həqiqətən, əgər cəmiyyətlərin daxilində münaqişə amilləri olmasaydı, münasibətlər 
ahəngdar  olsaydı,  məcburetmə  və  münaqişələrin  tənzimlənməsi  funksiyalarını  yerinə  yetirən  siyasi 
insitutların  yaranmasını  və  fəaliyyətini izah  etmək  mümkün  olmazdı.  Artıq  qeyd  etdiyimiz  kimi,  siyasi 
sistemlərdə  elitaların  əsas  funksiyalarından  birini  münaqişə  edən  sosial  siniflər  və  qruplar  arasında 
arbitraj  təşkil  edir,  bundan  ötrü  zərurət  halında  onlar  fiziki  zorakılıq  tətbiq  edirlər.  Beləliklə,  sosial 
münaqişələr siyasi sistemlərin yaranmasının və inkişafının əsas amillərindən birini təşkil edir.  
Sosial  münaqişələr  ən  müxtəlif  tiplərə  aid  ola  bilər,  lakin  siyasət  baxımından  hakimiyyət,  maddi 
nemətlər  və  sosial  nüfuz  kimi  sərvətlərin  bölüşdürülməsi  ilə  bağlı  olan  münaqişələr  daha  mühümdür. 
Amerikalı politoloq Deviq İston yazır ki, ― bütün cəmiyyətlərdə kasıblıq üstünlük təşkil edir. Bu, siyasi 
analizin  başlıca  ilkin  müddəasıdır.  Cəmiyyət  üzvlərinin  tələbatlarını  təmin  edəcək  miqdarda  nemətlər 
yoxdur.  ..Təklifi  məhdud  olan  nemətlərlə  bağlı  fərqlər  və  müqanişələr  labüddür‖.  Aydındir  ki,  müxtəlif 
cəmiyyətlərdə  kasıblıq  səviyyəsini  eyni  deyildir,  buna  görə  də  onlar  az  inkişaf  etmiş,  orta  inkişaf 
səviyyəsinə malik və yüksək inkişaf etmiş cəmiyyətlərə bölünür. Beləliklə , kasıblıq nisbi anlayışdır, hətta 
―bolluq  cəmiyyətləri‖ndə,  məsələn,  ABŞ-  da  belə  marginal  sosial  qruplar  mövcuddur,  ticarət 
departamentinin  rəsmi  statistik  məlumatlarına  görə,  30  milyondan  artıq  adam  həmin  qruplara  aiddir. 
Başqa  sözlə,  Con  Helbreytin  bolluq  cəmiyyəri  adlandırdığı  cəmiyyətdə  hökumət  sənədlərinin 
məumatlarına görə, milyonlarla adam son yoxsulluq həddində yaşayır.  
Müxtəlif  sosial  qrupların  can  atdıqları  müəyyən  sərvətlərin  çatışmazlığı  tamamilə  təbii  surətdə 
yalnız elitalar tərəfindən insitutlaşmış zorakılıqla nizamlana biləcək sosial münaqişələr doğura bilər. 
Sosial  münaqişələrin  siyasi  elitalar  tərəfindən  zorakılıqla  nizamlanmasının  ən  mühüm  nəticəsi 
müxtəlif  qrupların  uğrunda  mübarizə  apardıqları  nemətlərin  qeyri-  bərabər  bölüşdürülməsinin  təsbiti 
olmuşdur. Münaqişələr cəmiyyətin bütövlüyünü təhdid etdiyindən və qruplar arasında danışıqlar yolu ilə 
razılaşma  əldə  etmək  mümkün  olmadığından,  elitalar  münaqişələri  insitutlaşdırılmış  zorakılığı  tətbiq 
etməklə  aradan  qaldırırdılar.Lakin  artıq  göstərildiyi  kimi,  elitaların  münaqişələrə  müdaxiləsi  heç  də 
tərəfsiz xarakter daşımır, əksinə, onlar müəyyən qrupların tərəfində çıxış edirlər. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  sosial  münaqişələrin  əsas  mənbəyini  hakimiyyət,  zənginlik,  nüfuz 
kimi sərvətlərin çatışmaması təşkil edir. Bu tezisi hətta Marks kimi müəlliflər də bölüşərək göstərirlər ki, 
ictimai siniflər arasında  münaqişələrin aradan qaldırılması üçün tələb olunan şərtlərdən biri ― hər kəsə - 
tələbatına görə‖ prinsipi əsasında bölgünü təmin edən bolluqdur. Marks üçün sosializm strategiyası yalnız 
məhsuldar  qüvvələrin  sürətli  inkişafının  ―  bolluq  erası‖nı  mümkün  etdiyi  dərəcədə  məna  daşıyırdı. 
Beləliklə,  Marksın  fikrincə,  kapitalizmdən  sosializmə  keçid  sadəcə  mülkiyyət  rejiminin  dəyişməsi  ilə 
məhdudlaşmır,  bütövlükdə  cəmiyyət  üçün  əmtəə  və  xidmətlər  təklifinin  sürətli  artımını  nəzərdə  tutur. 
Marksın  fikrincə,  yalnız  bolluq  şərtilə  sosial  siniflər  arasında  münaqişələr  problemi  uğurla  həll  oluna 
bilər.  
ĠDARƏETMƏ PROSESĠ VƏ ĠDARƏETMƏ MEXANĠZMĠ 
 
Fətullayeva S.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Bir cox humanitar elmlərin predmeti olan cəmiyyəti sosiologiya elmi öyrənir.  
Belə  bir  sual  meydana  cıxır?    İnsanlar  niyə  sosiologiyanı  öyrənir?  Cavabları  aşağıdakı  ardıcıllıqla 
ümumiləşdirməyə calışaq: 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə