Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə164/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   160   161   162   163   164   165   166   167   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
306 
fəaliyyət göstərməsinə. əhaliyə ticarət, məişət və sosial-mədəni xidmətlərə, əmək fəaliyyətli vətəndaşların 
məşğuliyyət təminatına, tarixi mədəniyyət irsinin və abidələrin saxlanılmasına yönəldir. 
Bələdiyyənin  maliyyə  ehtiyyatları  xüsusi  büdcə  vəsaitləri,  büdcədən  kənar  fondların  vəsaitləri, 
federal və sub federal büdcələrdən yerli özünü idarıetməyə verilən pul vəsaitləri. Daxili və xarici şəkildə 
cəlb edilmiş vəsaitlər, o cümlədən də xarici kreditlər hesabına əmələ gəlir. Öz növbəsində yerli bedcələrin 
gəlirləri, onlar yerli maliyyə ehtiyyatlarının əsas hissəsini təşkil edirlər, yerli vergilərdən və rüsumlardan, 
yerli    orqanların  aldıqları  cərimələrdən,  müəyyən  edilmiş  normalara  müvafiq  ayırmalardan,  bələdiyyə 
əmlaklarının  özəlləşdirilməsindən  və  onların  arendaya  verilməsi  üzrə  daxil  olmalardan,  bələdiyyə 
müəssisələri, təşkilatları və idarələri mənfəətlərinin bir hissəsindən ibarət olurlar. 
Maliyyə ehtiyyatlarının, büdcənin kəsirliliyi iqtisadiyyatı idarəetmənin bütün səviyyələrində özünü 
ciddi göstərir. Bunun səbəbini maliyyə ehtiyyatlarının bölünməsində və yenidən bölüşdürülməsində yox, 
onların ümumən azlığında axtarmaq lazımdır. 
 
SOSĠAL-ĠCTĠMAĠ PROSESLƏRĠN MAHĠYYƏTĠ VƏ MƏZMUNU 
  
 
 
Şirinova M.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Müasir cəmiyyətdə biz ictimai həyatın müxtəlif sahələrində əsaslı dəyişikliklərin şahidi oluruq. Bu 
proses dünya ölkələrini geniş miqyasda əhatə edərək, onların sosial-iqtisadi yüksəlişində qlobal meyllərlə 
səciyyələnir.  Müasir  dünyanın inkişafı,  bu  mənada,  vahid  bir üzvi  prosesi  xatırladır  və  burada  ayrı-ayrı 
ölkələrin inkişafını bir-birindən təcrid olunmuş halda təsəvvür etmək qeyri-mümkündür. 
 
 
Keçid  dövründə  baş  verən  proseslərin  təhlili,  ictimai  həyatın  özünəməxsus  bir  barometri  olaraq, 
tarixi inkişafın obyektiv gedişində müəyyən rol oynayır.  Bu dövrdə yeni sosial, iqtisadi, siyasi, mənəvi 
və ekoloji zidiyyətlərin, cəmiyyət və təbiət problemlərinin kəskinləşməsi ilə, digər bir tərəfdən isə onların 
təsiri  altında  yeni sosial  münasibətlərin  yaranması,  yeni  cəmiyyətin,  sosial  həyat  şəraitinin  və tiplərinin 
formalaşması ilə səciyyələnir.   
 
 
 
 
 
İndiki dövrdə sosial-ictimai proseslərin elmi olaraq daha dərindən tətqiq olunması zərurəti getdikcə 
artmaqdadır.  Qlobollaşma  prosesinin  sürətlə  davam  etməsi  həm  bütün  yer  üzündə,  həm  də  hər  bir 
regionda, ölkədə sosial və ictimai amilləri daha da fəallaşdırmaqda, sosial prosesləri sürətləndirməkdədir. 
Get-gedə mürəkkəbləşən cəmiyyətlərdə sosial-ictimai proseslər həm məzmunca mürəkəbləşməkdə, həm 
də  sayca  artmaqdadır.  Hər  bir  ölkə,  cəmiyyət,  sosial  sistem  günü-gündən  müxtəlif  sosial  proseslərdən 
daha çox asılı vəziyyətə gəlir. Ona görə də elmin bu sahəyə diqqətini daha çox artırmasına böyük ehtiyac 
yaranıb. Amma aydındır ki, istənilən bir sahədə elmi metodogiyaların təkmilləşməsi, daha da məzmunlu 
və  uğurlu  olması  həm  də  onların  fəlsəfi  əsaslarının  nə  dərəcədə  aydın  olmasından  asılıdır.  Sosial 
proseslər  sahəsində  elmi  metodologiyanın  təkmilləşməsi  məzmunca  eyni  zamanda  məsələnin  sosioloji 
mahiyyətinin  də  aydınlaşdırılmasıni  tələb  edir.  Bu  baxımdan  sosial-ictimai  proseslərin  fəlsəfi,  sosioloji 
mahiyyətinin aydınlaşdırılması olduqca aktual bir məsələdir. 
R. Lukiçinin belə bir fikri ilə razılaşmaq olar ki, ictimai proseslərin mahiyyətini fərdlərin qarşılıqlı 
əlaqədə  olan  davranış  fəaliyyəti  təşkil  edir.  R.Lukiç  sosial-ictimai  prosesləri  insanların  təbiətə, 
cəmiyyətə, öz-özünə münasibətdə birgə fəaliyyəti hesab edir.   
 
 
 
İndiki  vaxtda  elmdə  sosial-  ictimai  proseslərin  mahiyyətini  izah  etmək  üçün  bir  sıra  yanaşmalar 
mövcuddur. Qərb elmi ədəbiyyatında sosial- ictimai i proseslərin araşdırılmasında sosial amillərin rolu ön 
plana çəkilir. Əhalinin güzəranı məsələsi mənəviyyat məsələlərindən daha qabağa keçir. Əksər hallarda 
mənəviyyat amilləri güzərana xidmət edir. Bu münasibət kapitalizm cəmiyyətinin xarakterindən doğur . 
Bu sahədəki qərb elmi düşüncə tərzinin əsas mənzərəsi BMT nin yer üzündə sosial- ictimai proseslərin 
tənzimlənməsi, sülhə xidmət etməsi sahəsində həyata keçirdiyi proqramlarda özünü daha aydın göstərir . 
BMT-nin  istifadə  etdiyi  elmi  metodoligiyada,  eləcə  də  qərbdə  bu  sahədəki  elmi  araşdırmalarda  diqqət 
daha  çox  ictimai  amillərə  verilir  və  sosial  amillər  geniş  şəkildə  nəzərə  alınır.  Sosial  amillərin  mənəvi 
proseslərə göstərdiyi təsir ön plana keçirilir. 
BMT indiki vaxtda inkişaf etməkdə olan ölkələrdə sosial inkişafla bağlı layihələr həyata keçirdiyi 
zaman  daha  çox  ―təcili  yardım‖  xarakterli  tədbirlər  görür.  Bu  xarakterli  tədbirlər  isə  sosial  proseslərin 
mahiyyətinə  çox  da dərindən  fikir  vemədən  həyata  keçirilə  bilər.  Amma  təcili yardımdan  sonra  normal 
həyat  başladığı  zaman  həyata  keçirilmiş  tədbirlər  öz  effektini  verir.  Bu  effekt  o  zaman  arzu  edilən 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
307 
olacaqdır ki, zamanında sosial- ictimai prosesin mahiyyətinə lazıminca diqqət yetirlmiş olsun. Həmin bu 
vəziyyət  keçid  dövrünu  küçən  ölkələr  üçün  də  oxşardır.  Keçid  dövründə  də,  sosial  proseslərin  düzgün 
idarə olunmasına böyük ehtiyac var. Keçid dövrü bitdikdən sonra, normal həyat başladıqda artıq sosial-
ictimai proseslər daha əhatəli nəzərə alınmalı və daha dərindən təhlil edilməli, buna uyğun yeni idarəetmə 
prosesi qurulmalıdır.   
 
 
 
 
Hər  hansı  sosial-  ictimai  proses  müəyyən  bir  qrup  ―sosial‖  və  ―  ictimai  ‖  amillərin,  göstəricilərin 
mexaniki  küllisi,  mücərrəd  ortaqlaşması  deyil.  Bu  amillərin,  göstəriciləri  qarşılıqlı  əlaqədə  əmələ 
gətirdiyi  sistemin  təzahürü,  davranış  formasıdır.  Elementler,  onların  təşkil  etdiyi  qruplar  bir  biri  ilə 
qarşılıqlı  əlaqədə  sistem  əmələ  gətirdikdə,  bu  elementlərin,  elementlər  qrupunun  heç  birində  olmayan 
yeni bir xüsusiyyət meydana çıxır. Sistemin hər hansı bir tərifi ilə tanış olan istənilən mütəxssisə aydındır 
ki, sistemin elementlerini təsvir etməklə, sistemin davranışını təhlil etmək tamamilə fərqli məsələlərdir. 
Belə olduqda, indiki vaxtda sosial- ictimai proseslərin təhlili, mahiyyəti,idarə olunması zamanı nə qədər 
ciddi  yanlışlıqlığa  yol  verildiyini  görmək  çətin  deyildir.  Hər  hansı  sosial-  ictimai  prosesi  təhlil  edən 
zaman, onu xakterizə edən sistemin struktur təhlili ilə yanaşı, funksional olaraq təhlilə də ehtiyac vardır. 
Sosial-  ictimai  proseslər  idarə  olunduğu  zaman  onu  təşkil  edən  sosial  amillərdə  baş  verən  dəyişikliyi 
sosial- ictimai prosesin adına yazmaq olmaz. Diqqəti ona vermək lazımdır ki, bu dəyişikliklərin olması 
ilə həmin sosial ictimai prosesdə hansı dəyişiklik baş verib. 
 
 
 
Sosial  proseslər  başlıca  ictimai  hadisə  kimi  səciyyələnməkləbütün  digər  ictimai  proseslərin  səbəbi 
kimi  çıxış  edir.  Sosial  proses  insanların  qarşılıqlı  əlaqə  daşıyan  elə  davranış  fəaliyyətidir  ki,  bunun 
sayəsində  ictimai  dəyişikliklər  həyata  keçirilir,  həmin  qarşılıqlı  fəaliyyətsiz  belə  dəyişikliklərin  həyata 
keçirilməsi qeyri-mümkündür. Sosial törəmələrin özü sosial proseslərin məhsuludur.   
 
 
Konkret sosial - ictimai prosesi xarakterizə edən konkret sistem daha aydın təsəvvür edilərək nəzərə 
alındıqca sosial-  ictimai  proseslərin öyrənilməsi  və  idarə olunması daha  uğurlu olur.  Misal  üçün, təhsil 
prosesi  sosial-  ictimai  prosesdir.  Bu  prosesi  konkret  olaraq  xarakterizə  edən  bir  sistem  mövcuddur.  Bu 
sistemi  xarakterizə  edən  sosial  amillər(elementlər)  var:  ―şagirdlərin  sayı‖,  ―şagirdlərin  dərsə 
davamiyyəti‖,  ―müəllimlərin  sayı‖,  ―müəllimlərin  hazırlıq  səviyyəsi‖,  ―tədrisi  təşkil  edənlərin  sayı‖, 
―dərsliklərin  keyfiyyəti‖  və  s.  Bu  amillərin-  göstəricilərin,  indiqatorların  hər  hansı  birində  baş  vermiş 
müsbət  dəyişikliyi  ümumən  təhsil  prosesindəki  dəyişik  qəbul  etmək  yanlışlıqdır.  Misal  üçün  yeni 
binaların  tikilməsi,  ezam  iyyətlərin  artması,  təhsil  sisteminə  daha  çox  şagirdin  cəlb  olunması, 
müəllimlərin maaşının artması hələ təhsil prosesinin arzu olunan şəkildə getməsi demək deyildir. Təhsil 
prosesi, bu sosial amillərin birlikdə yaratdığı sistemin təzahürü, davranışıdır. Təhsil prosesini araşdırmaq, 
nə  baş  verdiyini  aydınlaşdırmaq  üçün  eyni  zamanda  hən  struktur  yanaşmaya,  həm  də  funksional 
yanaşmaya ehtiyac var. Bunun üçün əvvəlcə təhsil prosesini doğuran sistemi müəyyənləşdirmək lazımdır. 
Onun hansı elementlərdən, alt sistemlərdən nə cür, hansı prinsiplərlə təşkil edildiyi - yəni strukturu təhlil 
edilməlidir.  Bu  sistemin  mövcudluğu,  fəaliyyəti  üçün  şərait-  imkanlar  və  məhdudiyyətlər 
müəyyənləşməlidir. Sonra təhsil sisteminin cəmiyyədə əsas funksiyasının nə olduğu və bu funksiyanı nə 
cür yerinə yetirdiyi təhlil olunmalıdır. Əgər təhsil prosesi bu funksiyanı lazıminca yerinə yetirmirsə buna 
nələrin  mane  olduğu,  təhsil  prosesinin  öz  strukturunda  hansi  dəyişikliklərin  edilməsinin  zəruri  olduğu 
aydınlaşdırılmalıdır.  Təhsil  prosesinin  cəmiyyətdəki  hansı  proseslərlə  nə  kimi  bağlı  olduğu,  ölkənin 
tərəqqisinə nə dərəcədə kömək etdiyi araşdırmanın diqqət mərkəzində olmalıdır. Məhz belə olduqda biz 
təhsil  prosesi  barədə  lazımi  səviyyədə  danışa  bilərik.  Yalnız  belə  bir  yanaşma  ilə  təhsil  prosesi  daha 
düzgün, lazım olduğu şəkildə idarə oluna, qarçıya qoyulmuş hədəflərə çata bilər. 
 
 
Sosial  -  ictimai  proseslərin  elmi  tədqiqat  üçün  diqqət  yetirilməli  olan  ən  mühüm  cəhəti  onu 
xarakterizə  edən  göstəricilərin  həm  kəmiyyət,  həm  də  keyfiyyət  dəyişənləri  olmasıdır.  Sosial  amillərin 
çoxu  keyfiyyət  dəyişənləridir.  Onların  əksəriyyəti  səlist  şkalada  ölçülə  bilmir.  Ona  görə  də  sosial  - 
prosesləri  öyrənən  zaman  elə  spessifik  metodikalardan  istifadə  etmək  lazımdır  ki,  onlar  həm  kəmiyyət, 
həm də keyfiyyət dəyişənlərini nəzərə alaraq araşdırma aparmağa imkan versin. Sosial- ictimai proseslər 
cəmiyyətdə  baş  verir  və  cəmiyyətin  qanunlarına  tabedir.  Cəmiyyətin  qanunları  isə  təbii  ki,  təbiətin 
qanunlarına  tabedir.  Belə  olduqda  sosial-  ictimai  proseslərin  idarə  olunması  yalnız  və  yalnız  o  zaman 
uğurlu  ola  bilər  ki,  o  təbiətin,  kainatın  qanunlarına  uyğun  olaraq  idarə  olunsun.  Bu  baxımdam  bir  sıra 
başqa metodlar kimi, müəllifin təklif etdiyi ahəngyol elmi də sosial-iqtisadi proseslərin idarə olunmasında 
mühüm vasitə kimi istifadə edilə bilər.   
 
 
 
İctimai  proseslərin  inkişafının  həyata  keçirilməsində  qlobal  idarəetməyə  fundamental  əhəmiyyət 
verilir.  Əvvala,  sosial  inkişafın  əsas  vasitələri  kimi  beynəlxalq  iqtisadi  münasibətlərdə  bölüşdürmə 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə