Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə165/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   161   162   163   164   165   166   167   168   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
308 
sisteminə  keçid,  sosial  tənhalığın  bütün  formalarının  dəf  edilməsinə,  inteqrasiya  və  sosial  müdafiənin 
təmin  edilməsinə  yönələn  beynəlxalq  siyasətin  əsasları  müəyyən  edilir,  ikincisi  isə  qlobal  beynəlxalq 
tərəfdaşlıq ruhunda ümumi əməkdaşlığın və bu iş üçün bütün dövlətlərin ümumi məsuliyyətinin zəruriliyi 
xüsusi qeyd olunur. 
 
 
İctimai – sosial proseslərə yiyələnmək, onları cəmiyyətin hakimiyyətinə tabe etmək daha mürəkkəb, 
daha çətin və daha uzun sürən bir iş oldu. Bu vəzifələri yerinə yetirmək ancaq cəmiyyət haqqında elmlər 
yarandıqda,  bu  elmlər  ictimai  həyatın  inqilabi  surətdə  dəyişdirilməsi  praktikasına  tətbiq  edildikdə 
mümkün oldu. Bəşər cəmiyyəti ilə, ictimai hadisə və proseslərlə müxtəlif elmlər məşğul olur, bunlardan 
hər biri ictimai həyatın yalnız bu və ya digər cəhətini, ictimai münasibətlərin və ya hadisələrin (iqtisadi, 
siyasi,  ideoloji  hadisələrin)  bu  və  ya  digər  növünü  öyrənir.  Buna  görə  də  ictimai–  sosial  proseslərin 
mürəkkəb  strukturunu  araşdırıb  başa  düşmək  zərurəti  meydana  gəlir.  Sosial-ictimai  proseslər  bəşər 
tarixinin hər bir mərhələsində mövcud olmuş və olacaqdır. 
 
 
SURĠYA BÖHRANI BEYNƏLXALQ SĠSTEMDƏ : RUSĠYANIN MARAQLARI 
 
Hacıyeva H.T. 
Azərbaycan Dillər Universiteti 
 
Son dövrlərdə beynəlxalq aləmdə baş verən və dünya ictimaiyyətinin diqqət mərkəzində saxladığı 
konflikt  situasiyalarından biri  artıq  beynəlmiləşmiş  forma  almış  Suriya  böhranıdır.  Böhranın  xarakterik 
cəhətlərindən biri onun  ölkə daxili vəziyyətə təsir etməklə  yanaşı beynəlxalq arenada da dövlətlərarası 
diskussiya  və  fikir  ayrılıqlarına  səbəb  olmasıdır.  Belə  ki,  böhran  və  bütölükdə  Suriya  müxtəlif 
maraqlardan  çıxış  edən  dövlətlərin  ideoloji  mübarizə  meydanına  çevrilmişdir  Məsələyə    regional 
aspektdən yanaşılarsa İran və Körfəz monarxiyaları arasında münasibətlər gərgin olaraq qalmaqda davam 
edir.  Nəticədə  Suriya  konflikti  hər  iki  tərəf  üçün  strateji  imkanlar  yaradır.  Körfəz  dövlətləri  Suriyada 
Əssəd  rejiminin  devrilməsini  İranı  izolyasiyaya  salmaq  və  onun  regional  üstünlük  əldə  etməsinə  son 
qoymaq imkanı kimi baxırlar. Səudiyyə   Ərəbistanı, Qatar, Türkiyə kimi region dövlətləri Əssəd rejiminə 
qarşı müxalif qüvvələrə siyasi və maliyyə dəstəyi etməkdən çəkinmirlər. İran da öz növbəsində Hizbullah 
vasitəsilə  Əssəd  rejiminə  dəstək  olur.  Müxtəlif  dövlətlər  tərəfindən  alovlandırılan  böhran  artıq  regional 
kontekstdən çıxmış  və  ABŞ,  Rusiya,  Çin    kimi  dövlətlərin  də     istər  BMT  çərçivəsində istərsə də  digər 
beynəlxalq danışıqlar səviyyəsində müzakirə və qarşıdurma  mövzusuna çevrilmişdir.  
Suriya  müxalifətinin  çıxışları  2011-ci  ilin  fevralında  başlayıb.  Əsas  tələblər  kimi  konstitusiyanın 
dəyişdirilməsi  və  bir  partiyalı  sistemdən  imtina  edilməsi  idi.  Qeyd  edək  ki,  ölkədə  Bəşər  Əssədin 
rəhbərlik  etdiyi  Bəəs  partiyası  hakimiyyəti  əlində  saxlayır.  Həmçinin  hakim  vəzifələrdə  Əssədin  də 
mənsub olduğu ələvi dini cərəyanınn nümayəndələrinin olması da əhali arasında narazılıqlara səbəb olur. 
2013-cü ildə konflikt yenidən kəskinləşir. Bunun səbəbi bir çox kütləvi informasiya vasitələrinin Suriya 
qoşunları tərəfindən Dəməşq ətrafında əhaliyə qarşı kimyəvi silah istifadə etməsi xəbərini yaymaları idi. 
Lakin  kimyəvi  silahın  işlədilib  işlədilməməsi  və  ya  ümumiyyətlə  kim  tərəfindən  istifadə  edilməsi  də 
şübhə  doğuran  məqamlar  sırasındadır.  Öz  növbəsində  Əssəd  kimyəvi  silahın  tətbiqində  müxalif  tərəfi 
günahlandırır.  Bu  planda Rusiya  və  ABŞ-ın  fərqli mövqelərdən  çıxış  etməsi xüsusilə  diqqəti  cəlb  edir. 
ABŞ Suriyaya hərbi müdaxilənin vacibliyi məsələsini ön plana çıradığı halda Əssəd rejiminin dəstəkçisi 
olan  Rusiya  bunu  qəti  şəkildə  pisləyir.  Vladimir  Putin  öz  çıxışında  belə  bir  müdaxilənin  yalnız  BMT 
Təhlükəsizlik Şurasının razılığı ilə həyata keçirilməsinin mümkünlüyünü və legitimliyini qeyd edir. Əks 
halda  isə  bu  digər  dövlətin  suverenlik  hüququnun  pozulması  və  aqressiya  kimi  qəbul  edilməlidir.  Öz 
növbəsində  BMT  Təhlükəsizlik  Şurasının  müzakirələrində  Rusiya  və  Çin    Suriyaya  müdaxilə  edilməsi 
məsələsinə  artıq  üç  dəfə  veto  qoyub.  Böhranı  gərginləşdirən  səbəblərdən  biri  də  onun  artıq  mahiyyətcə  
hakimiyyət  və  müxalifət  arasında  mübarizə  deyil  müxtəlif  ideoloji,  terror  birləşmələri  arasında 
qarşıdurma forması almasıdır. 2013-cü ildə İŞID-ın Azad Suriya ordusuna hücum etməsi artıq bir üsyançı 
qrupun  digərinə  hücumu  demək  idi.  Beləliklə,  göründüyü  kimi  Suriya  böhranı  qarışıq  struktura  malik 
olmaqla özündə müxtəlif aspect və mövqeləri ehtiva edir. Suriya böhranının beynəlxalq sistemə təsirindən 
və əhəmiyyətindən danışarkən Rusiya maraqları xüsusilə diqqəti cəlb edən məqamlar sırasındadır. Hansı 
səbəblərdən  Rusiya  Əssəd  rejiminə  tərəfdarı  olaraq  çıxış  edir?  Rusiyanın  bu  istiqamətdə  əsas  maraqları 
hansılardır?  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
309 
Rusiyanın  böhranda  maraqlarını  təhlil  edərkən  ilk  növbədə  hərbi-strateji  maraqlara  diqqət 
yetirilməlidir. Belə ki, Rusiyanın Suriyanın Tartus Limanında yerləşmiş bazası, Rusiya hərbi gəmilərinə 
Qara  dənizə  qayıtmadan  Aralıq  dənizində  yanacaq  doldurmağa  imkan  verir.  Əssəd  rejimin  devrilməsi 
Rusiya  ilə  müqavilənin  pozulmasına  və  Tartus  stansiyasının  bağlanmasına  səbəb  ola  bilər.  Məsələn, 
2012-ci  ilin  iyunun  25-də  öz  çıxışında  admiral  Viktor  Çirkov  bildirir:  ―Rusiya  donanması  Körfəz  və 
Aralıq  dənizində  əməliyyatlar  keçirdiyi  müddətcə  baza  bizim  üçün  kritik  əhəmiyyətə  malikdir‖.  Lakin 
müəyyən mənada Tartus bazasının əhəmiyyəti şişirdilmiş hesab edilə bilər. Baza daha çox siyasi prestij 
baxımından önəmlidir və gələcək perspektivdə əhəmiyyət kəsb edəcəyi bildirilir. Bunun üçün ilk növbədə 
Rusiya hərbi donanmasının təkmilləşdirilməsi gərəklidir.  
Rusiyanın Əssəd rejimini dəstəkləməsinin digər bir səbəbi kimi iqtisadi faktorlar qəbul edilə bilər. 
Suriya  ilə  sıx  iqtisadi  münasibətlər  hələ  Sovet  İttifaqı  dövrünə  təsadüf  edir.  Iqtisadi  əməkdaşlıq  ilk 
növbədə silah ticarəti və Rusiya kompaniyalarının Suriyanın enerji sektorunda investisiyaları formasında 
əks olunur. Məsələn 2005-ci ildən bəri Rusiyanın xam neft istehsalçısı Tatneft Suriyanın Mərkəzi Neft 
Şirkəti ilə neft yataqlarının kəşfi və inkişafı sahəsində əməkdaşlıq edir. Rejimin devrilməsi Rusiya üçün 
gəlirlərin itirilməsi anlamına gələ bilər. Hələ 1950-1990-cı illərdə Sovet İttifaqı ilə Suriya arasında silah 
ticarətinin  həcmi  təqribən  34  mlrd.dollara  bərabər  idi.  İttifaqdan  sonra  V.Putin  də  eyni  siyasəti  davam 
etdirərək  2005-ci  ildə  Suriya  ilə  silah  ticarətini    bərpa  edir.  2007-2011-ci  illər  arasında  Suriyaya  nəql 
edilən  silahların  78%-i  Rusiyanın  payına  düşür  (17%  Belarusiya,  5%  İran).  Lakin  Rusiyanın  bu  sahədə 
Suriya üçün əhəmiyyəti daha üstündür. Belə ki, 1991-2011-ci illərdə Suriya Rusiya ilə silah ticarətində ilk 
onluğa  belə  daxil  ola  bilməyib.  Eyni  zamanda  Suriya  silahların  dəyərini  ödəməkdə  də  çətinlik  yaşayır. 
Beləliklə,  iqtisadi,  silah  ticarəti  kimi  cəhətlər  əhəmiyyət  kəsb  etsə  də,  strateji  və  siyasi  maraqlar  əsas 
olaraq qəbul edilə bilər. Birincisi, Rusiya özünün dünya lideri imicini bərpa etmək niyyətindədir. İkincisi 
isə  Rusiya  Orta  Şərqdə  təsir  dairəsini  genişləndirmək  niyyətindədir.  Bir  çox  mütəxəssislərin  fikrincə 
Rusiyanın  Suriya  böhranında  maraqlı  olmasının  əsas  səbəblərindən  biri  Suriya  rejiminin  çöküşü  ilə 
Rusiyanın regionda əsas müttəfiqi olan İranın blokadaya alınması təhlükəsidir. 
Ümumiyyətlə Rusiyanın Suriya böhranındakı maraqlarını təhlil edərkən 3 cəhətə diqqəti cəlb etmək 
istərdim. Birinci cəhət beynəlxalq nizam məsələsidir. Belə ki, Rusiya bu sahədə özünün də səs hüququna 
malik  olduğu  BMT-nin  Təhlükəsizlik  Şurasının  qərarlarının  vacibliyini  göstərir.  Bu  zaman  humanitar 
müdaxilə    ölkənin  daxili  işlərinə  qarışmaq  və  rejim  dəyişikliyi  məqsədi  ilə  deyil  insanların  müdafiə 
edilməsi  üçün  istifadə  edilməlidir.  Bir  sözlə  Rusiya    Liviya  ssenarisinin  Suriyadada  təkrarlanmasından 
ehtiyat edir.  
İkinci  bir  cəhət  kimi  ərəb  baharı  faktoru  nəzərdən  keçirilə  bilər.  Misir  və  Tunisdə  baş  vermiş 
inqilablar  vətəndaş  müharibəsi  ilə  nəticələnməsə  də  ölkəni  xaos  vəziyyətinə  salıb.  Moskva  Suriyada  da 
daha  ekstremist  qrupun  hakimiyyətə  gəlməsindən  ehtiyat  edir.  Belə  ki,  Bəşər  Əssədə  müxalif  qüvvələr 
özündə cihad elementlərini əks etdirir və Əl-Qaidə ilə əlaqələri mövcuddur. Onların hakimiyyətə gəlməsi 
ilə  son  nəticədə  sünnilər  və  şiələr,  ərəblər  və  kürdlər,  xristian  və  müsəlmanlar  arasında  ―icma‖ 
müharibələrinin baş verməsi realdır. Əssəd arsenalında raketlər, hətta mümkün kimyəvi silahların olması 
son  nəticədə  onların  ekstremist  qrupların  əlinə  keçməsi  və  digər  ölkələrə  qarşı  da  istifadə  edilməsi  ilə 
nəticələnə  bilər.  Liviyadan  fərqli  olaraq  Suriya  Rusiya  sərhədlərinə  daha  yaxındır.  Dəməşqdən 
Maxaçkalaya qədər olan məsafənin təqribən 1600 km-ə bərabər olduğu nəzərə alınarsa bu Rusiya üçün 
real təhlükə kəsb edə bilər.  
 Üçüncü  cəhət  kimi  isə  din  amili  qəbul  edilə  bilər.  Rusiya  xarici  siyasətinin  formalaşmasında 
Ortodoksal  Xristianlığa  əsaslanan  rus  milliyyətçiliyinə  xüsusi  önəm  verilir.  Misir,İraqda  olduğu  kimi 
Suriya böhranında da Rusiya rəsmiləri buradakı  Xristian azlıqların hüquq və təhlükəsizliyindən narahat 
olduqlarını  ifadə ediblər.  
Beləliklə  böhranın  həlli  üçün  Rusiya  və  ABŞ-ın  əməkdaşlıq  etməsi  olduqca  vacib  faktordur. 
Münaqişə  tərəflərinin  danışıqlar  masasına  cəlb  edilməsi  sahəsində  səylərin  birləşdirilməsi  böhranın 
həllində müsbət addım ola bilər.  
 
 
 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə