Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə172/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   168   169   170   171   172   173   174   175   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
321 
qəbul  edildi.  Büdcəsi  45  milyard  dollar  təşkil  edən  Cənubi  Qafqaz  qaz  dəhlizi,  ―Şahdəniz  2‖  layihəsi 
çərçivəsində  çıxarılan  təbii  qaz  Türkiyə  və  Avropaya  çatdırılır.  Bakı-Tbilisi-Ceyhan  neft  boru  xətti  ilə 
eyni  ərazidən  keçəcək    olan  yeni  boru  xətti,  Türkiyədə  Trans  Anadolu  boru  kəməri  (TANAP)  ilə 
birləşəcək.  Bu  layihənin  reallaşması  Azərbaycan  və  Türkiyənin  sosial-iqtisadi  inkişafında,  regional 
təhlükəsizliyin  möhkəmlənməsində,  hər  iki  dövlətin  beynəlxalq  arenaya  inteqrasiyası  istiqamətində 
mühüm əhəmiyyət kəsb edir. 
Bakı-Tbilisi-Qars  (BQT)  dəmiryolu  vasitəsi  ilə  Azərbaycan  beynəlхalq  nəqliyyat  dəhlizlərinə  və 
Türkiyəyə  birbaşa  gediş  əldə  edəcək.  Dəmiryolu  xətti  Azərbaycanın  paytaxtı    Bakı  şəhərindən 
Gürcüstanın  Tbilisi  və  Axalkalaki  şəhərindən  Türkiyənin  Qars  şəhərinə  gedəcək.  Bakı-Tbilisi-Qars 
dəmiryolu xəttinin tikintisinin təməlatma mərasimi 2007-ci il noyabrın 21-də ölkə başçılarının iştirakı ilə 
Gürcüstanda  keçirilib.  BQT  vasitəsi  ilə  bir  günə  Qarsa  iki  gün  yarıma  isə  İstanbula  getmək  mümkün 
olacaq.  BTQ  dəmiryolu  layihəsi  hər  üç  ölkə  üçün  iqtisadi  və  strateji  baхımdan  çox  mühüm  əhəmiyyət 
kəsb  edir.  Bu  dəmiryolu  vasitəsi  ilə  həmçinin,  ildə  15  milyon  ton  yük  Asiyadan  Avropaya  daşınacaq. 
BTQ dəmiryolunun inşasında işlər artıq yekunlaşmaq üzrədir və 2015-ci ilin sonunda açılacağı gözlənilir. 
İkitərəfli  iqtisadi  əlaqələr  baxımından  çox  əhəmiyyətli  bir  qurum  olan  iqtisadi  əməkdaşlıq  üzrə 
birgə  hökumətlərarası  komissiyanın  1997-ci  ildən  başlayaraq  2001,  2005,  2006,  2008-  ci  illərdə  
müntəzəm  olaraq  iclasları  keçirilmişdir.  Keçirilən  bu  iclaslarda  ikitərəfli  əməkdaşlıq  istiqamətlərindən 
əlavə,  eyni  zamanda  ticarət  palatasının  qurulması,  Azərbaycanın  Türkiyə  tərəfinə  viza  tətbiqinin 
asanlaşdırılması,  alternativ  enerji  qaynaqlarıyla  bağlı,  Türkiye  Petrolleri  Anonim  Ortaklığı  (TPAO) 
şirkətilə  ARDNŞ  (SOCAR)  arasında  əməkdaşlığın  daha  da  inkişaf  etdirilməsi,  həmçinin  Azərbaycan-
Türkiyə biznes forumunun fəaliyyəti kimi məsələlər öz əksini tapmışdır. 
Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Bakı-
Tbilisi-Qars dəmiryolu kimi nəhəng layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və 
Türkiyənin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğan  Trans-Anadolu  (TANAP)  təbii  qaz  boru  xətti  layihəsini 
imzaladılar  və  bununla  da  Azərbaycan  qazı  Türkiyə  vasitəsilə  Avropaya  nəql  ediləcəkdir.  Layihənin 
dəyəri  7  milyard  dollardır  və  beş  il  ərzində  başa  çatması  nəzərdə  tutulub.    Bu  layihə  Azərbaycanın 
nüfuzunu Avropa və dünyada daha da artıracaqdır. 
 
 
 AZƏRBAYCAN VƏ RUSĠYA ƏMƏKDAġLIĞINDA ENERJĠ AMĠLĠ 
 
İsgəndərova S.A. 
Bakı Slavyan Universiteti 
 
Keçmiş  SSRİ  –  nin  süqutundan  sonra  Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası  arasında 
siyasi,  iqtisadi  əməkdaşlıq  əlaqələri  qurulmaqla  bu  əlaqələrin  inkişafında  enerji  amilinin  rolu  xüsusi 
əhəmiyyət kəsb edir. Bu gün əminliklə demək olar ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası 
əməkdaşlığında  enerji  amili  təsiredici  rola  malikdir.  Məlum  olduğu  kimi,  hər  iki  dövlət  Xəzərin 
ehtiyatlarının  istifadəsində  hüquqa  sahibdir.  Xəzərin  bölünməsi  zamanı  21%  Azərbaycan 
Respublikasının, 19% isə Rusiya  Federasiyasının  payına  düşmüşdür.  Bu enerji  ehtiyatlarından səmərəli 
şəkildə istifadə etmək və daha çox mənfəət etmək istəyi iki dövləti sıx əməkdaşlığa cəlb edən amillərdən 
biridir.  Bu  səbəbdən  də  hər  iki  müstəqil  dövlətin  iştirakı  ilə  həm  ikitərəfli,  həm  də  regional  sazişlər 
bağlanır, layihələr hazırlanaraq həyata keçirilir. Bu cür müqavilə və layihələrin əsası ümummilli lider H. 
Əliyevin  hakimiyyəti  illərində  qoyulmuş,  sonra  isə  bu  uğurlu  siyasətinin  davamçısı  olan  Azərbaycan 
Respublikası Prezidenti İ. Əliyev tərəfindən inkişaf etdirilmişdir.  
Azərbaycan  Respublikası  enerji  nəqli  ilə  bağlı  marşurutların  həm  regional,  həm  də  beynəlxalq 
təhlükəsizlik qaydalarına uyğun olaraq qurulmasının tərəfdarı olmaqla bu marşurutların heç bir dövlətdən 
asılı  olmadan  sistemləşdirilməsində  maraqlıdır.  Azərbaycan  Respublikasının  Rusiya  Federasiyası  ilə 
razılaşdırılmış enerji sazişləri də bu layihələr çərçivəsindədir. 
Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası  arasında  enerji  sahəsində  ilkin  və  əsas 
sənədlərdən biri 1996 – cı il fevral ayının 18-i  Moskvada imzalanmış ―İlkin neftin Rusiya Federasiyası 
ərazisindən keçməklə nəqli haqqında‖ müqavilədir. Bu müqavilə Azərbaycan neftinin Rusiya ərazisi ilə 
nəqlini  təsdiq  edən  hüquqi  sənəddir  ki,  burada  bütün texniki  məsələlər  öz  əksini  tapmışdır. 1997  –  ci il 
oktyabrın  25  –  də  müqavilənin  ilkin  şərti  əsasında  Azərbaycan  neftinin  şimal  boru  kəməri  vasitəsilə 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
322 
dünya bazarına çıxarılması prosesi başlandı.İlkin neftin Bakı-Novorossiysk marşurutu ilə ixrac edilməsi 
də  enerji  ehtiyatlarının  iki  ölkə  arasında  mübadiləsinə  və  xarici  iqtisadi  əməkdaşlığın  inkişafına  xidmət 
edir.  
Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası  arasında  enerji  sahəsində  ikitərəfli  əməkdaşlıq 
olmaqla yanaşı, həm də çoxtərəfli layihə və müqavilələr çərçivəsində də bu əməkdaşlıq həyata keçirilir. 
Xəzərin hüquqi statusunun təyin olunması ilə bağlı olaraq qəbul olunmuş sənədlərin əksəriyyəti çoxtərəfli 
səciyyə  daşıyır.  Çünki  bu  məsələ  ilə  əlaqəli  qərarlar  onun  ətrafında  olan  5  dövlətin  razılığı  ilə  həyata 
keçirilir.  Bununla  yanaşı  olaraq  bəzən  bu  dövlətlərinin  iştirakı  ilə  də  müxtəlif  məzmunlu  müqavilələr 
imzalanır. Bu müqavilələr daha çox gəmiçilik, milli iqtisadi zonaların müəyyən olunması, bioloji enerji 
resurslarından  istifadə  edilməsi,  enerjidən  istifadə  zamanı  ekoloji  təhlükəsizliyin  təmin  olunması  və  s. 
məsələlərlə bağlı olur. 
Müstəqilliyin ilk illərində Azərbaycan öz qaz ehtiyyatını Rusiyadan alırdı. Uğurlu neft strategiyası 
sayəsində  Azərbaycan  Respublikası  özünü  qazla  təmin  etmək  şəraiti  yaratdı  və  2007-  ci  ildən  etibarən 
Rusiyadan  qazın  alınması  dayandırıldı.  Çox  keçmədi  ki,  Rusiya  artıq  Azərbaycandan  qaz  idxal  etməyə 
başladı.  2009  –  cu  il  14  oktyabrda  Qazpromla  ARDNŞ  arasında  qaz  alqı  –  satqısına  dair  müqavilə 
imzalandı.  Həmin  müqaviləyə  əsasən  2010  –  cu  ilin  yanvar  ayından  Azərbaycan  qazı  Rusiyaya  nəql 
olunmağa başlandı. Müqavilənin şərtlərinə əsasən, uzadılma imkanı ilə o, 2010 – 2015 – ci illəri əhatə 
edir. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  öz  milli  maraqlarını  qorumaq  üçün  müstəqil 
şəkildə xarici siyasət həyata keçirir. Enerji strategiyası da bu müstəqil xarici siyasətin tərkib hissələrindən 
biridir. Bu baxımdan enerji ilə bağlı olan bəzi məsələlərdə dövlətlərin maraqları üst – üstə düşməyə bilir. 
Bu  cür  problemlər    Rusiya  Federasiyası  və  Azərbaycan  Respublikası  əməkdaşlığından  da  yan  keçmir. 
Enerji  amili  Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası  arasında  əməkdaşlığın  inkişafına  təsir 
etməklə yanaşı, eyni zamanda bəzi fikir ayrılıqlarına səbəb ola bilər. 
Enerji  amili  Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası  arasında  əməkdaşlıq  üçün  həlledici 
amillərdən  sayıldığından  və  bu  sahədə  yeni  dəyişikliklər  müşahidə  olunduğundan  mövzunun  tədqiq 
edilməsi üçün yeni nəticələrin əldə olunması məqsədəuyğundur. 
 
 
RUSĠYANIN POSTSOVET ÖLKƏLƏRĠNƏ DAĠR SĠYASƏTĠ 
 
Nuruyeva M.F. 
Bakı Slavyan Universiteti 
        
90-cı  illərin  əvvəllərində  həm  postsovet  dövlətləri,  həm  də  Rusiya  üçün  yeni  dövrün  başlanğıcı 
oldu. SSRİ-nin 70 illik  hakimiyyəti, dövlətlər üzərində idarəçiliyi sona çatdı. Yeni müstəqillik əldə etmiş 
ölkələr    dövlətçilik  və    iqtisadiyyatlarını  yenidən  qurmağa,  eyni  zamanda  müstəqil  xarici  siyasət 
yürütməyə başladılar.  Rusiya da müstəqill dövlət kimi fəaliyyətini davam etdirsə də, sələfi olan Sovetlər 
Birliyinin  70  ildən  çox  15  respublikanı    hakimiyyəti  altında    idarə  etdiyini    unutmur  və  yenidən 
dolayısıyla olsa da bu dövlətlərə təsir gücünü bərpa etmək istəyirdi. Postsovet ölkələrinin müstəqillik əldə 
etdiyini  nəzərə  alsaq  Rusiyanın  bu  planını  birbaşa  və  açıq  şəkildə  həyata  keçirməyi  bir  qədər 
mürəkkəbləşirdi. Belə olan halda Rusiya bu planını digər  vasitələrlə həyata keçirməyə başladı.   
Rusiyanın  dolayısıyla  dəstəyi  ilə  postsovet  ölkələrinin  daxilində    separatist  rejimləri  aktivləşərək 
ərazi idddiaları irəli sürür və bununla da ölkədə qarışıqlıq və xaos yaranırdı.    Yaranmış 
mürəkkəb 
vəziyyətdən istifadə edən Rusiya münaqişə olan dövlətlərə  öz ―vasitəçiliyini‖ təklif etməklə münaqişənin 
həllində  aparıcı  rol  oynamağa  başlayır.  Əslində  isə  postsovet  ölkələrinin  daxilində  qarışıqlıq  və 
münaqişənin olması Rusiyaya sərf edir;  
Birincisi,  ərazisində  münaqişə  olan  dövlət  dolayısıyla  Rusiyadan  asılı  vəziyyətə  düşür.  Rusiyanın 
vasitəçiliyi və yardımına ehtiyacı olur. 
İkincisi,  bu  dövlətlər  tam  olaraq  xarici  siyasətdə  istədikləri  kimi  sərbəst,  qərbyönümlü    və  ya 
Rusiyaya sərf etməyəcək siyasət yürütməyə çəkinirlər.    
 
Qərbin  xüsusilə  də  ABŞ-ın  postsovet  ölkələrinə  təsiri,  regionda  qərbin  gücünün  artmasını  qəti 
şəkildə  istəməyən  Rusiya  qərbyönümlü  siyasət  aparan  ölkələri  ―cəzalandırır‖.  Məsələn  Ukraynanın 
Avropa  meylli  siyasətinə  cavab  olaraq  Ukraynaya  satdığı  qazın  qiymətini  63  dollardan  110  dollara 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə