Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.

səhifə174/200
tarix15.11.2018
ölçüsü5,36 Kb.
1   ...   170   171   172   173   174   175   176   177   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
325 
Avropa  İttifaqının  xarici  və  təhlükəsizlik  siyasətinin  bir  neçə  əsas  istiqaməti  var:  Avropanın 
mərkəzi  hissəsində  inteqrasiya,  qonşu  ölkələrdə  stabilləşmə  və  böyük  güc  mərkəzləri  ilə  ikitərəfli 
əlaqələr. Bugün Aİ əsasən Avropanın mərkəzində təhlükəsizliyin hökm sürməsində maraqlıdır. Belə ki, 
Aİ öz qonşularını qeyri-ənənəvi təhlükələrin (terrorizm, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya 
və s.) mənbəyi kimi görür. Bütün Avropada sülh və təhlükəsizliyi həyata keçirmək üçün Aİ iki mərhələli 
– stabilləşmə və inteqrasiyadan ibarət olan ―Avropalaşma‖ (―Europeanization‖) siyasıtini həyata keçirir. 
Hal-hazırda  Avropa  İttifaqı  özünün  beynəlxalq  təhlükəsizlik  konsepsiyasında  bu  fikirdən  çıxış 
edir ki, ümumdünya məhsulunun dörddə birini istehsal edən, əhalisinin sayı yarım milyarda yaxın olan 
və  kifayət  qədər  böyük  (150  mlrd.  avrodan  çox)  həcmdə  müdafiə  büdcəsinə  malik  Aİ  beynəlxalq 
təhlükəsizlik  məsələlərində  qlobal  oyunçu  olmağa  can  atır,  çünki  yalnız  yüksək  səviyyədə  müdafiə 
gücünə malik olmaqla Avropa İttifaqı özünün dinamik və davamlı inkişafını təmin edə bilər. 
NATO  tipli  daimi  əsaslarla  ümumavropa  hərbi  qüvvələrinin  formalaşdırılması  istiqamətində 
atılan  praktiki  addımlara  gəlincə,  qeyd  etmək  lazımdır  ki,  son  20  il  ərzində  bir  sıra  Avropa 
dövlətlərinin,  xüsusən  də  Böyük  Britaniyanın  skeptik  münasibəti  üzündən  bu  proses  tam  həcmdə 
həyata  keçirilmədi.  Belə  ki,  1989-cu  ildən  birgə  fransız-alman  kəşfiyyat  briqadası  fəaliyyət  göstərir. 
Bu briqadaya növbə ilə Almaniya və Fransa generalları komandanlıq edir. 1995-ci ildən isə 12 ölkənin 
hərbi qulluqçularından ibarət 1-ci Almaniya-Niderland korpusu fəaliyyətdədir. Özü də hal-hazırda hər 
iki  hissə  NATO-nun  strukturuna  daxildir.  Aİ-nin  ayrı-ayrı  dövlətlərinin  silahlı  birləşmələri  dövri 
olaraq  NATO-nun  Afrika  və  Asiyanın  bir  sıra  ölkələrində  keçirdiyi  müxtəlif  sülhyaratma 
əməliyyatlarında iştirak edir. 
Avropa  Birliyi  Silahlı  Qüvvələri  isə  Avropa  inteqrasiyası  hələ  bu  sahədə  irəliyə  gedə 
bilmədiyindən qurula bilməmişdir. Hal-hazırda Avropa Birliyində müdafiə məsləsi hər bir üzv ölkənin 
öz öhdəliyindədir. İndiki dövrdə sadece Avropa Birliyi Savaş Qrupları adlandırılan kiçik birliklər var 
ki,  bu  qrupları  ilkin  Avropa  Birliyi  ordusu  adlandıra  bilərik.  Avropa  Birliyi  bu  gün  hərbi 
təhlükəsizliklə bağlı məsələləri Ümumi təhlükəsizlik və xarici siyasət (Common Security and Defence 
Policy
) vasitəsilə həyata keçirir.
 
 
     ATƏT-in MĠNSK QRUPUNUN YARADILMASI  
 
Quliyeva A.C. 
Bakı Slavyan Universiteti 
 
Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul 
olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu  ilk Avropa təşkilatı olmuşdur.  
1992-ci  il  ilin  fevral  ayından  başlayaraq  Ermənistan-Azərbaycan  münaqişəsi  ATƏM-in 
prinsiplərinə  uyğun  olaraq  üzv  olan  dövlətlərin  daha  çox  diqqət  obyektinə  çevrildi.  Bu  məqsədlə  fevral 
ayının  ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.      
Fevralın  27-28-də  ATƏM-in  Yüksək  Vəzifəli  Şəxslər  Komitəsinin  (YVŞK)  iclasında  ilk  dəfə 
olaraq  Ermənistan-Azərbaycan  münaqişəsi  ilə  bağlı  Helsinkidə  müzakirələr  aparıldı.  Dağlıq  Qarabağın 
Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə sərhədlərin dəyişdirilməməsi şərti ilə 
münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.  
1992-ci  ilin  mart  ayında  ATƏM-in  nümayəndələri  ikinci  dəfə  regiona  səfər  etdilər  və  bu  dəfə  də 
YVŞK-nın iclasında məruzə dinlənildi. Komitə yenidən tərəfləri Dağlıq Qarabağa dair sülh konfransının 
keçirilməsinə şərait yaratmağa çağırmaqla kifayətləndi.   
Mart  ayının  24-də  ATƏM-in  Xarici  İşlər  Nazirləri  Şurasının  (XİNŞ)  Helsinkidə  keçirilən  birinci 
əlavə  görüşündə  Dağlıq  Qarabağda  vəziyyət  müzakirə  olundu.  Görüşdə  ATƏM-in  Ermənistan-
Azərbaycan  münaqişəsinin  sülh  yolu  ilə  həll  edilməsinə  dair  Minsk  konfransının  çağırılması  haqqında 
qərar qəbul edildi. Yaradılan Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa 9 dövlət- ABŞ, Fransa, 
Almaniya, İtaliya, Türkiyə, İsveç, Çexiya, Belarusiya, Rusiya daxil edildi. İlk əvvəl Minsk qrupuna üzv 
olan hər bir dövlətin növbə ilə qrupun sədri seçiləcəyi qərarlaşdırılmışdı. Bu qaydaya uyğun olaraq, 1992-
ci ilin  1  mayında  ATƏT-in  mandatı  əsasında italiyalı  Mario  Rafaelli qrupun ilk  sədri,  sonra  isə isveçli 
Yan  Elliasson  qrupun  növbəti  sədri  seçilmişdi.  1994-cü  ilin  dekabrında  keçirilən  Budapeşt  zirvə 
toplantısında  Minsk  qrupunda    həmsədrlik  institutu  yaradıldı.  Qəbul  edilən  qərara  əsasən,  həmsədrlik 
funksiyası Rusiya və Finlandiyaya tapşırıldı. 1997-ci ilin yanvarında isə qrupda üçtərəfli həmsədrlik təsis 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
326 
edildi  və  hazırda  ABŞ,  Rusiya,  Fransa  həmsədrlik  funksiyasını  həyata  keçirirlər.  Qrupun  əsas  vəzifəsi 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək məqsədi ilə müvafiq sənəd 
hazırlamaq və xüsusi konfrans çağırmaqla münaqişəni sülh yolu ilə həll etməkdir. Belarusiya dövlətinin 
regionda  heç  bir  marağı  olmadığını  nəzərə  alaraq  yekun  konfransı  onun  paytaxtı  Minsk  şəhərində 
keçirmək nəzərdə tutulmuşdu və məhz buna görə qrup Minsk qrupu adlandırılır. 
 
 
MULTĠKULTURALĠZM – AZƏRBAYCANIN DÖVLƏT SĠYASƏTĠ 
 
Ağaxanlı P.H. 
Bakı Slavyan Universiteti 
 
Multikulturalizm  Azərbaycanda  həyat  tərzidir.  Tarixin  bütün  zamanlarında  ölkəmizdədini,  irqi, 
milli  və  ümumiyyətlə,  hər hansı bir  ayrı-seçkilik  olmamışdır.  Azərbaycandakı  milli  və  dini  dözümlülük 
bizim tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir.  
Tolerantlıq, multikulturalizm Azərbaycanda həyat tərzi olmaqla yanaşı, həm də dövlət siyasətidir. 
Multikulturalizmi  dövlət  siyasəti,  xalqımızın  həyat  tərzi  kimi  dəyərləndirən  Azərbaycan  bu  siyasətin 
həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər 
nüfuzlu  beynəlxalq  təşkilatlarla  əməkdaşlığa  xüsusi  önəm  verir.  Azərbaycan  bu  təşkilatlar  tərəfindən 
qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmağı vacib 
hesab edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmiz 26 noyabr 2009-cu 
il  tarixli  qanunla  ―Mədəni  özünüifadə  formalarının  müxtəlifliyinin  qorunması  və  təşviqinə  dair‖ 
UNESCO Konvensiyasına qoşulmuşdur. 
Azərbaycanın  mənəvi-siyasi  yüksəlişində  son  dərəcə  vacib  məqamlardan  biri  isə  Prezident  İlham 
Əliyevin  təşəbbüsü  və  iştirakı  ilə  2011-ci  ildən  bəri  mütəmadi  olaraq  Bakıda  Beynəlxalq  Humanitar 
Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilmiş bu forumun son açılışı zamanı etdiyi çıxışında Prezident 
İlham  Əliyev  multikulturalizmi  ―alternativi  olmayan,  gələcək  inkişaf  üçün  ən  məqbul  variant‖  kimi 
dəyərləndirməklə  təkcə  Azərbaycanda  deyil,  müasir  dünyada  multikulturalizm  meyillərinin 
gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. 
Belə  bir  siyasi  kontekstdə  Prezident  İlham  Əliyev  28  fevral  2014-cü  il  tarixli  sərəncamı  ilə 
Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  dövlət  müşavirinin 
xidmətini  yaratdı.  Bu  gün  bu  xidmət  ölkənin  ideoloji  həyatının  önəmli  istiqamətlərini  əlaqəli  şəkildə 
öyrənən,  obyektiv  səbəbdən  özünü  göstərən  müəyyən  boşluqların  doldurulmasını  təmin  edən  vacib  bir 
orqan kimi fəaliyyətini qurmaqdadır. 
Azərbaycanda  multikulturalizm  siyasətinin  növbəti  əhəmiyyətli  addımı  Prezident  İlham  Əliyevin 
15  may  2014-cü  il  tarixində  imzaladığı  fərmanla  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzinin 
yaradılması  oldu.  Bu  mərkəzin  yaradılmasının  əsas  məqsədi  ölkəmizdə  əsrlər  boyu  formalaşmış 
tolerantlığın,  etnik-mədəni,  dini  müxtəlifliyin  qorunmasını  və  çiçəklənməsini  təmin  etmək,  habelə 
Azərbaycanı  dünyada  multikulturalizm  mərkəzi  kimi  tanıtmaq  və  mövcud  multikultural  modellərini 
tədqiq  və  təşviq  etməkdir.  Dünyanın  multikulturalizm  sahəsində  aparıcı  mütəxəssislərinin,  görkəmli 
ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə təbii 
və  işgüzar  şəkildə  qəbul  etmələri  məhz  Azərbaycanın  bu  gün  dünya  multikulturalizminin  mərkəzinə 
çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev  Üçüncü  Bakı  Beynəlxalq  Humanitar 
Forumundakı çıxışında multikulturalizmlə bağlı söyləmişdir: ―XXI əsrdə multikulturalizmin alternativləri 
demək  olar  ki,  yoxdur.  Bunun  alternativi  ayrı-seçkilikdir,  ksenofobiyadır,  rasizmdir,  faşizmdir. Mən 
hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha 
da  fəal  olmalıdır.  Əfsuslar  olsun,  bəzi  hallarda  biz  başqa  fikirləri  də  eşidirik  ki,  multikulturalizmin 
gələcəyi  yoxdur. Bəzi  ölkələrdə  isə  bu  məsələ  ilə  bağlı  çox  bədbin  əhval-ruhiyyə  hökm  sürür.  Halbuki, 
dünyanın  əksər  ölkələrində  çoxmillətli  cəmiyyətlər  mövcuddur  və  müxtəlif  dinlərin,  müxtəlif  xalqların 
birgə yaşaması zamanın tələbidir. Bizim də əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz 
töhfəmizi  verməkdən  ibarət  olmalıdır.  Biz  bu  məsələdə  dünyaya  müsbət  təcrübə  göstərməliyik.  Çünki 
Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir‖. 




Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə