Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə175/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   171   172   173   174   175   176   177   178   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
327 
Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun öz modelini təqdim edir. Bu modelin unikallığı, 
ilk növbədə, onun həyat fəlsəfəsini əks etdirməyindədir. Başqa mədəniyyətə, dinə, tarixə olan hörmət öz 
dəyərlərinə  olan  hörmətdən  başlayır.  Dünyanın  müxtəlif  guşələrindən  ölkəmizə  gələn  fərqli  sivilizasiya 
təmsilçiləri Azərbaycanın tolerantlıq məkanı olmasını və bu irsi əsrlərdir daşımasının şahidi olurlar. 
İkincisi,  Azərbaycan  modeli  dünyada  Şərq-Qərb  qarşıdurmasının,  islamafobiyanın  gücləndiyi, 
fərqli dəyərlərə qarşı dözümsüzlüyünün artdığı bir şəraitdə fərqli qütbləri bir arada əks etdirə bilməsi ilə 
fərqlənir.  
 
Ə. DAVUDOĞLUNUN “ STRATEJĠ DƏRĠNLĠK” KONSEPSĠYASININ MAHĠYYƏTĠ 
 
Osmanova K.M. 
Bakı Slavyan Universiteti 
 
Əhməd  Davudoğlunun  nəzəri  yanaşmaları  Ədalət  və  İnkişaf    Partiyasının  iqtidara  gəlməsi  ilə 
Türkiyə  xarici  siyasətinə əhəmiyyətli təsir  göstərmiş oldu.  Bunlardan  ən əhəmiyyətlisi  və  birincisi,  heç 
şübhəsiz,  Əhməd  Davudoğlunun  2001-ci  ildə  yayımladığı  ―Strateji  Dərinlik:  Türkiyənin  beynəlxalq 
mövqeyi‖  adlı  kitabında əks  olunmuş  ―strateji  dərinlik‖  nəzəriyyəsidir.  Əsərdə  strateji  yanaşma  üçün 
keçmiş  və  gələcək  arasında  əlaqə  yarada  bilən  tarixi  dərinlik  ilə  daxili-regional-beynəlxalq 
parametrlər  arasında  sağlam  körpü  yaradan  coğrafi  dərinlik  terminlərinin  analizinə  əsaslanmağın 
vacib  olduğu  vurğulanmışdır.  Bu  konsepsiyaya  əsasən,  Türkiyə  yerləşdiyi  coğrafi  mövqeyə,  tarixi  və 
mədəni  mirasa  sahib  olduğundan  qətiyyən  birtərəfli  və  bir  istiqamətli  xarici  siyasət  xətti  izləyə  bilməz. 
Həmçinin  öz  milli  maraqlarını  müəyyən  edərkən  özünü  mütəmadi  olaraq  mərkəzi  mövqedə  tutmalıdır. 
Təktərəfli yanaşmalar və başqalarını mərkəzi mövqedə tutan siyasi xətlər Türkiyəni digərlərinin gözündə 
bir  vasitəyə  çevirər  və  Türkiyəyə  müstəqil  bir  aktor  olması  yolunda  maneələr  törədə  bilər.  Türkiyənin 
dərinliyi onun tarixi mirasından, kimlik xüsusiyyətlərindən və coğrafiyasından qaynaqlanmaqdadır. 
Türkiyə  Osmanlı  İmperiyasının  mirası  üzərində  qurulan  əhəmiyyətli  bir  ölkə  olduğundan  öz 
üzərində  böyük  bir  məsuliyyət  daşımaqdadır.  Bu  prizmadan  baxdıqda  onu  qeyd  etmək  vacibdir  ki, 
Avropa  Birliyinin  üzvü  olmaq  Türkiyə  xarici  siyasətinin  prioritet  məqsədi  olmamalıdır.  Bu  məsələ 
Türkiyə xarici siyasətinin prioritetlərindən biri ola bilər.  
Ə. Davudoğlu qeyd edir ki, Türkiyə regionda xüsusi çəkiyə sahib dövlət olmaq istəyirsə, qonşuları 
ilə öz  arasında  mövcud  olan  divarları  da aşa biləcək  bir siyasi  xətt  yeritməlidir.  Ə.  Davudoğluna  görə, 
Türkiyə  qonşu  dövlətlərlə  münasibətlərini  mütəmadi  olaraq  gərgin  vəziyyətdə  saxlayarsa,  dolayı 
yolla da olsa  bu  vəziyyət Türkiyənin  özünə  mənfi təsir  göstərə bilər.  Belə  ki,  qonşu dövlətlərdə baş 
verə biləcək böhranlar Türkiyə sərhədlərini də təhlükə ilə qarşı-qarşıya qoymuş olar. Nümunə olaraq, 
Suriyada baş verən böhranları, İraqda baş verən daxili münaqişəni və s. göstərmək olar.  
Bu  cür  təhlükələrdən  sıyrılmaq  üçün,  regionda  sabitliyi  qoruyub  saxlaya  bilmək  üçün  Türkiyə 
qonşularla rasional münasibətlər qura bilən, sərhəddən kənar ittifaqlarla regional fəaliyyətini artıra bilən 
bir mövqeyə gətirilməlidir. 
Qonşulardan  qaynaqlanan  xarici  siyasət  riskinin  azaldılması  üçün  qarşılıqlı  asılılıq  səviyyəsini 
artıra biləcək addımlar atılmalıdır. 
Ə. Davudoğlu ―Strateji dərinlik‖ nəzəriyyəsində beş başlıca prinsipi vurğulamışdır: 
1)
 
Təhlükəsizlik  və  müstəqillik  bir-birilə  sıx  bağlıdır.  Bir  siyasi  rejimin  legitimliyi  yalnız 
təhlükəsizliyin  təmin  olunması  ilə  məhdudlaşa  bilməz.  Eyni  zamanda  vətəndaş hüquq  və  azadlıqları  da 
zəmanət altına alınmalıdır. 
2)
 
Bütün qonşularla ―sıfır problem‖ prinsipi: Qlobal aktor olmaq niyyətində olan hər bir  ölkə ilk 
olaraq, yerləşdiyi regiondakı ölkələrlə olan problemlərini həll etməlidir. 
3)
 
Regionda və regiondan kənarda aktiv xarici siyasət xətti izlənilməlidir. 
4)
 
Xarici  siyasət  bir-birilə  ziddiyyət  təşkil  etmədən  çoxşaxəli  aparılmalıdır.  Başqa  sözlə, 
Türkiyənin müxtəlif aktorlarla olan münasibətləri bir-birilə ziddiyyət təşkil etməməlidir. 
5)
 
Xarici  siyasət  ritmik  olmalı,  yəni  ikitərəfli  və  çoxtərəfli  diplomatik  fəaliyyətlərdə  hər  zaman 
davamlılıq təmin olunmalıdır. Burada məqsəd xarici siyasətin əhatəsini gücləndirməkdir. 
Türkiyə  kimi  geosiyasi  mövqeyə  sahib  bir  ölkə  təktərəfli  beynəlxalq  mövqe  axtarışında 
olmamalıdır,  yalnız  çoxşaxəli  siyasət  aparıldığı  təqdirdə  inkişafa  nail  olmaq  olar.  Qarşıda  duran  hədəf 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
328 
güclü  bir  iqtisadi-siyasi  status  əldə  etməkdirsə,  iqtisadi  inkişafın  sürətlə  getdiyi  mərkəzlərə 
istiqamətlənmək Türkiyəyə böyük fayda gətirəcək. 
Davudoğlu qeyd edir ki, Türkiyənin istər öz sərhədləri boyunca təhlükəsizliyinin təmin olunması, 
istər regional maraq dairələrində fəaliyyətini davam etdirə bilməsi, istərsə də dəyişən şəraitə daha tez bir 
zamanda  adaptasiya  ola  bilməsi  mərhələli  xarici  siyasət  strategiyasının  yönəldiyi  ―yaxın  qitə  hövzəsi 
dərinliyi‖ ilə mümkündür. 
 
TÜRKMƏNĠSTAN-AZƏRBAYCAN MÜNASĠBƏTLƏRĠNDƏ 
XƏZƏR DƏNĠZĠNƏ DAĠR STATUS MÜBAHĠSƏLƏRĠNĠN HƏLLI YOLLARI: 
BEYNƏLXALQ HÜQUQĠ TƏCRÜBƏ 
 
Qafarova Z.H. 
Bakı Slavyan Universiteti 
 
Türkmənistanın  Xəzərdə  Azərbaycana  qarşı  əsassız  iddialarının  və    onlar  arasındakı  ―status 
mübahisələri‖nin  həllinin  mövcud  dünya  təcrübəsinə  istinadən  gerçəkləşməsi  məsələninin  ədadlətli 
həllində mühüm rol oynayır. 
Qeyd  etmək  lazımdır  ki,  1999-cu  ildə  Türkmənistan  ilk  dəfə  olaraq  ―Kəpəz‖  yatağı  ətrafında 
təkliflərini  irəli  sürdüyü  vaxt  Azərbaycan  Türkmənistan  tərəfini  danışıqlara  dəvət  etdi  və  hətta  konkret 
təkliflər  irəli  sürərək  mübahisəli  yataqların  birgə  olaraq  işə  salınmasını  təklif  etdi.  Lakin  Türkmənistan 
―Azəri‖    və  ―Çıraq‖    yataqlarına  da  iddia  edərək  2001-ci  il  iyulun  27-də  Azərbaycana  nota  verdi. 
Azərbaycan  tərəfi  etiraz  notası  ilə  cavab  verdi.  16  avqust  2001-ci  il  tarixli  həmin  notada  bəyan  etdi  ki, 
Xəzər  dənizinin  Azərbaycana  məxsus  sektorunda  onun  suveren  hüquqlarının  gerçəkləşdirilməsinə 
toxunan heç bir iddia qəbul edilə bilməz.  
 Bu  zaman  mübahisələrin  nizamlnaması  zamanı  tarixboyu  formalaşan  dünya  təcrübəsinin 
əsaslandığı ―hüququn ümumi prinsipləri‖ rəhbər tutulması məqsədə uyğundur. Beynəlxalq hüquqda ərazi 
mənsubiyyətinin  müəyyənləşdirilməsinin  əsas  amilləri  sayılan  həmin  prinsiplərin  Xəzərin  bölünməsi 
sahəsindəki mübahisələr, xüsusilə də Türkmənistanın ölkəmizə iddiaları baxımından önəmlidir. 
Dövlət sərhədləri olan göl, dəniz, çaylarla bağlı ikitərəfli və lokal təcrübədə tətbiq olunmuş qədim 
Roma hüququna dayanan bu prinsiplər aşağıdakılardır:  
‖Uti possidetis uta possideatis‖ – ―madam ki, sən sahib olmusan, demək sən indi də sahib ola bilərsən‖ 

 
“Utipossidetis sic possideatis” – “nəyə sahibsinizsə, ona da sahiblik edin”prinsipi; 

 
Sahibliyin qədimliyi” 
və“qədimliyin fasiləsizliyi”
prinsipi;
 

 
“Susqun tanıma-razılıq”prinsipi; 

 
“Estoppel” prinsipi – əvvəllər qüvvədə olan mülkiyyət hüququ faktını inkar etməmək; 
Yuxarıda  sadalanan  və  dünya  təcrübəsində  uğurla  sınaqdan  çıxmış  bu  prinsipləri  Türkmənistan-
Azərbaycan münasibətlərində Xəzərə dair status mübahislərinə tətbiq mühüm əhəmiyyət kəsb edir. Belə 
ki,  bu  prinsiplərin  tətbiqi  zamanı  Türkmənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları  öz 
əhəmiyyətini itirir. Bütün bu yuxarıda yazılanlardan bir daha göstərir ki, Türkmənistanın Azərbaycanın 
―Azəri‖,  "Çıraq‖,  ‘‘Kəpəz‖  yataqlarına  iddiaları  heç  bir  hüquqi-faktiki  və  tarixi-mənəvi  əsaslara 
söykənmir. 
 
CƏNUBĠ SUDAN RESPUBLĠKASININ YARADILMASINDA BMT SÜLHMƏRAMLI 
DƏSTƏLƏRĠNĠN ROLU 
 
Qafarova N.Q. 
Bakı Slavyan Universiteti 
 
BMT  –nin  ən  aktiv  fəaliyyət  göstərdiyi  regionlardan  biri  Afrika  qitəsidi.  On  altı  sülhməramlı 
əməliyyyatın doqquzu məhz bu qitənin payına düşür. Bu əməliyyatlardan birinə Cənubi Sudanda BMT-
nin sülh məramlılarının atdığı addımlar və yaratdıqları şəraitə qısaca nəzər yetirək. 
Baş  katibin  rəyi  ilə    hərəkət  edərək  ,Təhlükəsizlik  Şurası  8  iyul  2011  ci  ildə    qəbul  edilmiş  
qətnaməyə  əsasən    9  iyul  2011  ci  ildən  Birləşmiş  Millətlər  Təşkilatının  Cənubi  Sudan  Missiyası 
yaradılması haqqında qərar qəbul edildi. Məqsəd onun bir il müddətində sülhün və təhlükəsizliyin təmin 



Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə