Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə176/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   172   173   174   175   176   177   178   179   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
329 
edilməsi,müştərək  şəkildə    Cənubi  Sudan  Respublikasının  inkişaf  yönümlü    idarəçilik  qabiliyyətinin  
artırılması,  qonşu  dövlətlərlə  dostluq  münasibətlərinin    qurulması  üçün  geniş  imkanlar  yaratmaqdan  
ibarət idi. 
9  iyul  2011  ci  ildə    Cənubi  Sudan  dünyanın  ən  cavan  dövlətlərindən  biri  olur.  Cənubi  Sudanda 
dövlətin yaradıması  6 illik sülhün kulminasiya nöqtəsi idi, hansı ki 20 ildən çox davam edən müharibənin  
məntiqi nəticəsi olaraq 9 yanvar  2005 ci ildə Sudan Azadlıq xalq hərəkatı  ilə Sudan rəhbərliyi arasında  
imzalanmışdı.  
Birləşmiş  Millətlər  Təşkilatının  Sudan  Missiyası  keçid  dövründə  sülh  müqaviləsini  imzalayadan 
sonrakı  müddətdə  Sudanda  və  Sudan  Azadlıq  Xalq  Hərəkatı  regionunda  hökümətin  möhkənləməsinə 
yardım  edildi.  Sülh  müqaviləsində  həm  də  referendum  çağırılaraq  Cənubi  Sudanın  statusunu  müəyyən 
edilməsi ilə bağlı müddəalar var idi.Qrafikə əsasən 2011-ci ilin yanvar ayında referendum keçirildi. 98,83 
faiz  səs  müstəqil  olunması  bağlı  idi.  Baş  katib  Cənubi  Sudanda  yaşayan  xalqın  öz  müqəddaratını  həll 
etdiyini və bunun da öz əksini verilən səslərin çoxluğunda tapdığını, yekun nəticələrini elan edən zaman 
bildirdi. 
15 dekabr 2013-cü ildə Cənubi Sudanın paytaxtı Cubedə baş verən zorakılıq aktları  tezliklə ölkənin 
bütün  regionlarına  yayıldı.  Nəticədə  ölkə  ərazisində  ümummilli  siyasi  böhran  baş  verdi.  Münaqişələr 
ölkənin  on  ştatından  yeddisinə  təsir  etdi.  Hərbi  müdaxilələrdən    daha  çox  mərkəzi 
Ekvatoriya,Conqliya,Yuniti,və Yuxarı Nilin ştatları əziyyət çəkdi.  
Böhranın davam etdiyi bir neçə gün ərzində BMT-nin sülhməramlılarına qarşı  neqativ münasibət 
özünü  aşkar  şəkildə  göstərirdi.  Hökümətin  tanınmış  simaları  tərəfindən  BMT-nin  Cənubi  Sudan 
Missiyasına  qarşı  əsassız  ittihamlar  sürüldü.  Bir  çox  ştatların  paytaxtlarında  o  cümlədən  Rumbekdə  və 
Aveyldə BMT-yə qarşı nümayişlər baş verdi. 
Böhran  ölkədə  insan  hüquqlarının  kəskin  şəkildə  pozulmasına  səbəb  yaradacaq  qədər  böyük 
miqyasda idi.BMT-nin Cənubi Sudan Missiyasının açıqladığı statiskaya əsasən hərbi müdaxilələr zamanı 
minlərlə insan ölmüşdür. Beynəlxalq humanitar  və insan haqları normalarına  riayət etmədiyi üçün hər iki 
tərəf məsuliyyət daşıyır. 
Humanitar vəziyyət  qəflətən pisləşdi. İlk dörd həftədə beş yüz min Cənubi Sudan sakinləri məcburi 
köçkün  oldular, bundan əlavə yetmiş dörd min üç yüz nəfər dinc sakin isə qonşu ölkələrə qaçdılar. Bu 
qrupların  kəmiyyəti  getdikcə  artırdı.  2014  cü  ilin  Fevralın  sonlarına  olan  nəticələrə  görə    məcburi 
köçkünlərin  sayı    doqquz  yüz  min  idi  və  onlardan  yüz  altmış  yeddin  mini  qonşu  ölkələrdə 
məskunlaşmışdılar. Qonşu ölkələrdə  məskunlaşmış 500 000 nəfər humanitar yardıma çox böyük ehtiyac 
duyurlar.Cənubi Sudanın 3,7 milyon dinc sakinin həyat şəraitlərinin gərgin olmasından irəli gələrək sağ 
qalması sual altındadı. 
Cube şəhərinə və böyük Yuxarı Nil regionuna silahlı müdaxilə nəticəsində on minlərlə dinc sakin 
sağ qalmaq ümidi ilə evlərini tərk etdilər. Missiya hərbi mühəndislərlə və digər humanitar qurmlarla birgə 
komplekslər  hazırladırlar  ki,  dinc  sakinlərə  mümkün  olduğu  qədər  yardım  edə  bilsinlər.  Həmin  vaxtdan 
səkkiz  kompleksdə  müxtəlif  regionlardan  85 000  nəfər  dinc  sakin  sığınmışdır.    Bu  qədər  böyük  sayda 
insanın    kompleksdə  məskunlaşması  Missiyanın  resurslarına  böyük  gərginliyə  səbəb  olurdu.  BMT-nin  
Cənubi  Sudan  Missiyası  bir  çox  digər  humanitar  təşkilatlarla  əməkdaşlıq  edərək  onun  təhlükəsizliyini 
təmin etdiyi komplekslərdə yaşayan dinc sakinlərin ehtiyaclarını ödəmək üçün geniş şəraitlər yaratdı. 
Böhranla mübarizə aparmaq üçün BMT-nin Cənubi Sudan üzrə Missiyasının imkanlarını artırmaq 
üçün  Təhlükəsizlik  Şurası  24  dekabr  2132  saylı  qətnaməsində    Baş  katibin  etdiyi  təklifi  qəbul  edərək 
Missiyanın  hərbi  və  polis  komponentlərini  artırmaq  qərara  alındı.  Missiyadakı  müvəqqəti    hərbi 
qüvvələrin sayı 12 500 nəfərə qədər artırıldı və 1323 nəfər polis işçisi olaraq  fəaliyyətini davam etdirdi. 
Baş katib 6 mart tarixində Təhlükəsizlik Şurasına təqdim etdiyi  hesabatında xüsusilə qeyd edir ki, 
artırılmış  qüvvələr  ən  azı  12  ay  bu  ərazidə  qalsınlar.  O  əminliklə  qeyd  edir  ki,  bu  vaxt  ərzində  dinc 
sakinlərin əvvəlki həyat şəraitinin təmin edilməsinə kifayət edir.   
Son  hadisələrə  istinad  etsək  ,sülhməramlı  Missiya  birinci  növbədə  öz  fəaliyyətini  sülhü  təmin 
etməkdən daha sonra hökümətin qurulması üçün şərait yaratmalı və hər iki tərəflə müştərək iş aparmalı 
olduğunu aydınca görərik. 
BMT-nin  Cənubi  Sudan  Missiyasının  əsas  məqsədi    dinc  sakinlərin  və  insan  haqlarının 
qorunması,humanitar  yardımların    təhlükəsiz  şəraitdə  çatdırılmasını  hər  mənada  təmin  etmək,  öz 
səlahiyyətləri  daxilində  münaqişə  zamanı  ziyan  çəkmiş  insanlar  edilmiş  müraciətlərin  həllinə  yardımçı 
olmaqdır. Bu hardasa ümidin tükəndiyi yerdə ümid çırağını yandırmaq kimidir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
330 
27 may 2014 – cü ildə Təhlükəsizlik Şurası yekdilliklə 2155 saylı qətnaməni qəbul edərək  BMT-
nin  Cənubi  Sudan  Missiyasına  mandat  verdi  ki,  humanitar  yardımının  təhküsiz  şəraitdə  çatdırılmasına 
səbəb yaratdı. Missiya münaqişə olan regionda sülhün tam bərqərar olması üçün çalışmalı idi. 
BMT-nin  Cənubi  Sudan  Missiyası fəaliyyətinə  hazırda  da  davam  edir.  Müharibədən  yorulmuş  bir 
xalqın  istədiyi  dinc  həyat  şəraitinin  bərpa  edilməsi  üçün  çalışan  Missiya  məqsədinə  müəyyən  qədər 
çatmışdır. 
BMT-nin dünya miqyasında baş verən hadisələrdə fəal yanaşma və müdaxiləsi aşkar şəkildə özünü 
göstərir.  Etnik,  siyasi  münaqişələrin  həddindən  çox  baş  verən  bir  dünyada  bu  cür  addımların  atılması 
davamlı  olması  arzuolunandı.  Sadəcə  təbii  ki,  bu  addımların  gecikdirilməsi  vaxtında  atılması  həyati 
vaciblik daşıyır. 
 
SEPARATĠZM VƏ ġOVĠNĠST MĠLLƏTÇĠLĠYĠN BEYNƏLXALQ  
MÜNASĠBƏTLƏRƏ TƏSĠRĠ 
 
Nəsirova A.V. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Separatizm latın sözüdür, ayrı, ayrılıqda, xüsusiləşmiş mənasını verib dövlətdən ayrılma, başqa bir 
dövlət qurma və ya dövlətin tərkibində muxtariyyət əldə etmək fəaliyyəti kimi dərk olunur.  Tədqiqatçılar 
müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon əhalini və 12,7 milyon kvadratkilometr 
ərazini əhatə etdiyini bildirirlər. Coğrafi tipinə görə Qərbi Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14, 
Afrikaya  6,  Amerikaya  4,  islam  tipinə  görə  isə  6  mərkəz  düşür.  Bunlardan  20-si  silahlı  qarşıdurma 
xarakteri daşıyır. Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla həm də etnik-dini 
zəmində  özünü  göstərir.  Dünyada  180-dən  çox  dövlət  var,  onlardan  yalnız  20-si  etnik-monoton  ölkədir, 
yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40 faizində isə ən azı 5 azsaylı xalq 
yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır və nəzəri baxımdan onların hər biri müstəqilliyinə 
can ata bilər, onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək 
çətin olmaz. Hətta sakit Qərbi Avropada belə separatizmin dərin kökləri mövcuddur. Böyük Britaniyada 
irlandlar  və  şotlandlar,  İspaniyada  basklar  Fransada  korsikalılar  və  başqalarının separatçı  mübarizəsi  10 
illərdir  davam  edir.  SSRİ  və  Yuqoslaviyanın  dağılması  nəticəsində  etnik  konfliktlərin  yeni  dalğası 
başlandı  və  bu  gün  də  o  ərazilərdə  münaqişələrin  bir  qismi  öz  gərginliyini  saxlayır.  Etnik  konfliktlər 
törətdiyi  nəticələrə  görə  çox  təhlükəlidir  və  bu  yalnız  qarşıduran  tərəflər  üçün  deyil,  bütün  dünya  üzrə 
təhlükəyə  çevrilə  bilər.  Birinci  Dünya  müharibəsi  də  serblərlə  Avstriya-Macarıstan  arasında  olan  etnik 
konfliktdən  başladı.  Məlum  olduğu  kimi,  XXI  əsrin  əvvəllərinə  yaxın  dünya  birliyi  beynəlxalq  sabitlik 
üçün əsas təhdidlərdən biri ilə – bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü büruzə verən 
davakar separatizmlə üzləşmişdir. Separatizmi qidalandıran etnoslararası münaqişələr bəzi hallarda hərbi-
siyasi  münaqişələrə,  hətta  dinc  əhali  üçün  faciəvi  nəticələrə  səbəb  olan  dövlətlərarası  müharibələrə 
çevrilir.  Bundan  başqa,  bir  çox  hallarda  beynəlxalq  terror  təşkilatlarının  gələcək  kadrları  məhz  bu 
münaqişələrdə döyüş təcrübəsi keçirlər. Bu məhvedici hadisənin spesifik cəhəti ondadır ki, burada ―milli 
özünüdərkin  oyanması‖,  ―millətlərin  öz  müqəddəratını  təyin  etmə  hüququ‖,  ―istismar  olunan  xalqlara 
azadlıq‖, ―insan haqları‖, ―Vətənlə birləşmə‖ kimi  humanist demokratik ideyalar dəlilik həddinə çatmış 
qanlı hadisələrlə bir aradadır. Sonda bu, yeni ―qanunsuz doğulmuş‖ və daha çox marginallaşmış və bir 
qayda olaraq dünya birliyi tərəfindən tanınmayan qurumların meydana gəlməsinə səbəb olur. Özü də gözə 
çarpmasa da, sonda burada əsas rolu dağıdıcı separatist prosesləri ―həvəsləndirən‖ xarici geosiyasi amillər 
oynayır. 
Müasir beynəlxalq münasibətlərdə Ukraynada baş verən olaylar, xüsusilə də Krımda Rusiyanın son 
aktivləşməsi və muxtariyyətin mərkəzdənqaçma meyilləri postsovet məkanında da separatizm problemini 
yenidən gündəmə gətirib. Nəzər yetirsək, görmüş olarıq ki, postsovet məkanında öz inkişaf yolunu sərbəst 
müəyyənləşdirmək  istəyən  cəmiyyətlər,  müstəqil  siyasət  yeritməyə  meyil  edən  dövlətlərin  hər  biri 
separatizmdən əziyyət çəkir. Separatizm  meyillərinin arxasında isə birbaşa Rusiya amilinin durması heç 
kəsə  sirr  deyil.  Həm  Dağlıq  Qarabağ,  həm  Abxaziya  və  Osetiya,  həm  Dnestryanı,  həm  də  son  vaxtlar 
aktuallaşan Qaqauziya və Krım problemləri açıq şəkildə Rusiyanın SSRİ-nin şinelindən çıxmış dövlətlərə 
təzyiq  vasitəsi  olduğunu  ortaya  qoyur.  Qeyd  edək  ki,  ayrı-ayrı  postsovet  ölkələrində  mövcud  olan 
sözügedən  problemlərin  əksəriyyətinin  mövcudluq  tarixi  elə  həmin  dövlətlərin  yaşı  ilə  eynidir.  Bu 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə