Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə177/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   173   174   175   176   177   178   179   180   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
331 
problemlərin  həll  olunmaması  Rusiyanın  marağında  olmaqla  həmin  dövlətləri  bir  növ,  özündən  asılı 
vəziyyətə salmaq məqsədi daşıyır. 
Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ separatizminə nəzər yetirsək görərik ki, bu problem uzun 
illərdir ki, ölkəmizin inkişafının qarşısında bir növ səddə çevrilib. Problemin mövcud olduğu 26 ildir və 
hazırda  Azərbaycan  torpaqlarının  20%-i  işğal  altındadır.  Bu  torpaqlarda  yaşayan  1  milyon  əhali  isə 
məcburi  köçkün  vəziyyətindədir.  Bu  isə  Azərbaycanın  inkişafına  müəyyən  mənada  da  olsa  öz  təsirini 
göstərir. 
Abxaziya  və  Osetiya  problemləri  isə  Gürcüstanın  inkişafını  və  Avropaya  inteqrasiyasını 
əngəlləməkdədir.  Bu  separatizm  Rusiya  tərəfindən  xüsusilə  açıq  dəstək  görməkdədir.  Hətta  məlum 
olduğu kimi, Rusiya bu separatçı qurumları dövlət kimi də tanıyıb. 
Dnestryanı, Qaqauziya problemləri isə Moldovanın qarşısında səddir. Dnestyanı problemi çoxdan 
mövcud  olsa  da,  Qaqauziya  Moldovanın  assosiativ  üzvlüklə  bağlı  Avropa  İttifaqı  ilə  bağladığı 
müqavilədən sonra ortaya çıxıb. 
Krım  bölgəsində  baş  verən  separatçılıq  hərəkətləri  isə  məlum  olduğu  kimi,  Rusiyameyilli 
Yanukoviçin  devrilməsindən  sonra  aktuallaşdı.  Qeyd  edək  ki,  Ukraynada  Qərbyönümlü  qüvvələrin 
hakimiyyətə gəlişindən sonra Rusiyanın adekvat addımlar atacağı gözlənilən idi. Lakin onun açıq şəkildə 
separatist və təcavüzkar reaksiyası dünya ictimaiyyətini bir növ şok vəziyyətinə salıb. 
Eyni  zamanda  ABŞ  və  ümumilikdə  Qərb  ölkələrinin  də  dünyanın  müxtəlif  bölgələrində  öz 
maraqlarını reallaşdırmağa cəhd göstərdiyi də sirr deyil. Lakin onlar bunu, müəyyən istisnalarla, daha çox 
sivill,  şirnikləndirici  yolla  həyata  keçirməyə  çalışdıqları  halda,  Rusiya  hələ  də  aqressiv  metodlardan  əl 
çəkmir.  Bu  isə  Rusiyanın  bir  növ,  demokratik  və  sivil  dünya  ictimaiyyətinə  əks  olan  dövlət  imicinin 
formalaşmasına gətirib çıxarır. Əslində hər bir böyük dövlət istər regional, istərsə də dünya miqyasında öz 
maraq  və  iddialarını  təmin  etməyə  cəhd  göstərir  və  bu,  normaldır.  Lakin  Rusiyanın  öz  iddialarını 
müəyyən güc və təzyiq metodlarına üstünlük verməklə reallaşdırması qəbuledilməzdir. Öz nüfuz dairəsi 
hesab  etdiyi  regionda  Rusiyanın  müasir  dünyanın  qəbul  etdiyi  metodlardan  deyil,  özünün  ənənəvi 
yanaşmalarına üstünlük verməsi, region ölkələrinə, Qərbə inteqrasiya xətti götürən cəmiyyətlərə, xalqlara 
təzyiqlər  göstərməsi,  müxtəlif  iqtisadi-  tranzit  və  enerji  layihələrinə  maneçilik  törətməsi,  ən  əsası  isə 
separatizmi  dəstəkləməsi  onun  imperialist  maraqlarının  təzahürüdür.  Cənubi  Qafqazda  baş  verən 
millətlərarası  və  dövlətlərarası  münaqişələr  ABŞ-ın  və  onun  NATO  üzrə  müttəfiqlərinin  Rusiyanın  bu 
regionda  hökmranlığına  yol  verməmək  kimi  geostrateji  məqsədini  xeyli  asanlaşdırır.  Öz  növbəsində 
Rusiya ―Cənubi Qafqazdakı forpostu‖ndan ―yapışaraq‖ hər cür yolla Avroatlantik qüvvələrin bu regiona 
daxil olmasının qarşısını almağa çalışır. Beləliklə, beynəlxalq münaqişələrin tam həlli bu regionda rəqabət 
aparan  tərəflərdən  hansının  –  ABŞ-ın,  yoxsa  Rusiyanınmı  bu  geosiyasi  mübarizədə  qələbə  çalmasından 
asılıdır.  Bu  fenomenin  sirri  də  elə  məhz  bundadır  və  heç  bir  beynəlxalq  təşkilat  –  nə  BMT,  nə  də  ki, 
ATƏT  Azərbaycan  və  Gürcüstanın  ərazi  bütövlüyü  ilə  bağlı  olan  münaqişələrin  həllinə  səmərəli  təsir 
göstərə  bilmir.  Bu  geosiyasi  tələdən  çıxış  yolu  maraqlı  olan  bütün  tərəflərin  beynəlxalq  hüququn 
dövlətlərarası  sərhədlərin  hətta  mübahisəli  olsa  belə  dəyişilməzliyi,  millətlərarası  xarakterli  bütün 
məsələlərin  yalnız  qeyri-münaqişəli  metodlarla,  tərəflərin  maraqlarını  nəzərə  almaqla  həlli,  insan 
hüquqları  və  vətəndaş  azadlıqları  prinsipləri  əsasında  milli  azlıqların  hüquqlarının  qorunması  kimi 
universal prinsiplərinə əməl etməsindədir. Müasir dövrün digər böyük problemlərindən biri də millətçilik 
məfhumudur.―Millət‖  sözü  13-cü  əsrdən  bəri  istifadə  olunur  və  latınca   doğum  mənasına  gələn  ―nasci‖ 
sözündən törəmişdir. Bu sözün ―natio‖ forması isə doğum və ya doğum yeri baxımından birləşən insanlar 
qrupuna aid edilir. Müstəqil olaraq millət (nation) sözü heç bir siyasi məna daşımır və hər hansı bir insan 
növünə və ya irqi qrupa işarə edir.  
Millətçilik  termini  ilk  dəfə  mətbuatda  Yakobinçilərə  qarşı  mübarizə  aparan  Avqustin  Baruel 
tərəfindən istifadə  olunur. XIX  əsrin  ortalarından  etibarən isə  daha  geniş formada,  hərəkat  olaraq  qəbul 
edilməyə  başlanır  və  beləliklə,  1848-ci  ildə  millətçilik  bütün  Avropanı  titrədən  inqlabın  təməlini 
formalaşdırır.  Son  iki  yüz  ildə  bu  ideologiya  dünyanın  bir  çox  bölgəsində  tarixi  yenidən  formalaşdıran 
siyası  inancların  ən  uğurlusu  və  təsirlisi  hesab  olunur.  Millətçilik  ideyası  fransız  inqlabı  ərəfəsində 
yarandı. Ondan öncə ölkələr imperiyalar, krallıqlar və s. olaraq bilinirdi. Bu ölkələrin sakinləri siyasi ya 
da milli kimlikləri, və ya vətənpərvərlik duyğuları yerinə ya hakimə, ya da hakimiyyətə tabe olan təbəələr 
idi. Millətçilik ideyasının artan xətt üzrə inkişaf etməsi nəticəsində 19-cu əsrdə Avropa xəritəsi yenidən 
formalaşdı  və  Osmanlı,  Rusiya  kimi  çox  millətli  imperiyalar  liberal  və  milli  təzyiqlər  nəticəsində 
zəifləməyə başladı. Lakin, bu dövrdə millətçiliyi qarşısı alınmaz və tamamilə xalq dəstəyinə söykənən bir 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
332 
hərəkat  olaraq  görmək  yanlışdır.  Millətçilik  ideyası  geniş  mənada  milli  birlik  və  konstitusiyalı  dövlət 
qurmaq istəyən orta təbəqəyə məxsusdur. Belə bir hərəkat milli birlik və azadlıq ideyalarını yüksəltsə də 
millət inşa etmək  gücünə malik deyildi. Avropada doğulan millətçilik 20-ci əsrdə işğalçı rejimlərə qarşı 
mübarizə  aparan  Asiya  və  Afrika  ölkələrində  də  geniş  yayılmışdı.  Bu  ərazidə  millətçi  ideyaların  ilk 
qığılcımları  1919-cu  ildə  Misirdə  meydana  çıxdı  və  sürətlə  şərqə  yayıldı.  Buna  misal  olaraq  ―ingilis-
əfqan‖(1919)  müharibəsini  və  Hindistanda  ingilis  idarəetməsinə  qarşı  qalxan  üsyanları  göstərmək  olar. 
Asiya  və  Afrika  ərazisində  İngiltərə,  Fransa,  Hollandiya  və  Portuqaliya  timsalında  rast  gəlinən 
müstəmləkəçi idarəetmələr millətçi hərəkatlarının dirənişi sayəsində dağılmağa başladı. İşğalçılara qarşı 
mübarizə  sadəcə  qərbsayağı  millətçiliyin  dünyaya  yayılmasına  deyil,  həm  də  millətçiliyin  yeni 
formalarının  yaranmasına şərait  yaratdı.  Dəyişən  dünyada  millətçilik  bir  neçə  hərəkatı  öz  ağuşuna  aldı. 
Çində,Vyetnamda və Afrikanın bir hissəsində millətçilik Marksizimlə birləşdi və ―milli azadlıq‖ adi bir 
hədəf  olaraq  deyil,eyni  zamanda  sosial  inqlabın  bir  hissəsi  olaraq  qəbul  edildi.Daha  fərqli  yerlərdə  isə 
yeni  növ  millətçi  hərəkatlar  həm  liberal-demokratik  həm  də  inqilabçı-millətçi  və  sosialist  kimi  qərb 
məhsulu ideyalara qarşı çıxırdı.Bu tərz fikirləri ifadə etmənin ən önəmli vasitəsi dinlər və xüsusi ilə İslam 
idi.Müstəqil siyasi ideya olaraq İslamın doğuşu və yüksəlişi, xüsusilə 1979-cu il İran inqlabından sonra, 
Şərqdə  və  Şimali  Afrikada  siyasi  həyatı  yenidən  formalaşdırdı.  Bəzi  baxışlara  görə,  bu  gün  belə  İslam 
qərb  məhsulu  olan liberal demokratiyaya  qarşı  vacib status  daşımaqdadır.  Bununla  birlikdə,millətçiliyin 
19-cu  əsr  millət  inşa  dövrü  və  ya  İkinci  Dünya  Müharibəsindən  sonra  işğalçılığa  qarşı  mübarizə  ilə 
əlaqədar  olub,  olmadığı,  ya  da  millətçiliyin  bu  gün  yaşayıb,  yaşamadığı  ciddi  müzakirə  mövzusudur. 
Lakin,  bunu  da  bilməliyik  ki,  millətçiliyin  davamı  deyil,  eyni  zamanda  yenidən  doğuşunun  sübutları 
yaxın  tariximizdə  mövcuddur.1960-cı  illərdən  bəri  milli  dövlətlər  milli  münaqişələr  səbəbindən 
problemlər  yaşamaqdadır.  Lakin  bu  günkü  milliyyətçilik  19-cu  əsrin  sonlarından  20-ci  əsrin  ortalarına 
qədər  olan  formasından  uzaqlaşmış  və  xüsusilə  inkişaf  etmiş  Avropada  son  dərəcə  yumşaldılmış 
vəziyyətdədir. Hitler təcrübəsindən sonra Avropa milliyyətçiliyi etnik olaraq anlamağa başlayıb və dövləti 
daha çox yurddaşlıq (vətəndaşlıq) təməli üzərində inkişaf etdirməyə çalışıb. İndiki vaxtda xalq-dövlət və 
onun ideologiyası olan milliyyətçilik zaman-zaman yüksələn bir dəyər olsa da, tez-tez tənqid obyekti olur. 
Xalq-dövlət  və  milliyyətçiliyi  tənqid  obyekti  halına  gətirən  qloballaşma,  insan  haqqları  və  çox 
mədənilikdir.  Bir  az  da  açıqlasaq,  liberalizm,  onun  qanun  və  hədəflərinin  reallaşması  xalq-dövlət, 
milliyyətçilik  və  fərdiliyi  yox  edən  həmrəylik  anlayışlarının  hamarlaşmasına  bağlıdır.  Əslində  İkinci 
Dünya Müharibəsindən bu yana Avropada milliyyətçilik çox gözdən düşmüş və daha çox ictimai hüquq 
dövləti anlayışı ön plana keçmişdir. Amma bu vəziyyət Şərq blokunda müstəqilliyini yeni qazanmış və 
iqtisadi  baxımdan  inkişafını  hələ  təmin  edə  bilməmiş  ölkələrdə  reallaşmamışdır.  Onlar  hələ  də 
qloballaşma və çox mədəniliyin təsiri altındadırlar.  Qloballaşma iqtisadi baxımdan ―milli iqtisadiyyat və 
milli  inkişaf‖  ifadələrini  böyük  mənada  korlamış  vəziyyətdədir.  Bir  baxımdan  qloballaşma  ətrafdakı 
cəmiyyətlər və dövlətlər üçün millilik mövzusunda bir böhran yaşanmasına səbəb olmaqdadır. 
 
 
XƏZƏRĠN HÜQUQĠ STATUSU ƏTRAFINDA  
DĠPLOMATĠK MÜZAKĠRƏLƏRĠN XÜSUSĠYYƏTLƏRĠ 
                                             
Qafarova Z.H. 
Bakı Slavyan Universiteti 
                                                                 
Postsovet dönəmində Xəzə regionunda yeni geosiyasi  durum yaranmışdır. SSRİ-nin dağılması və 
Xəzər hövzəsində dövlətçiliklərin bərpası onun yeni hüquqi statusunun müəyyənləşdirilməsini zəruri etdi. 
Belə  ki,  Xəzəryani  ərazilərdə  dövlətlərin  (Rusiya,  İran)  siyahısına  yeniləri  də  əlavə  olundu.  SSRİ-nin 
parçalanması  ilə  Azərbaycan,  Qazaxıstan  və  Türkmənistan  öz  müstəqilliyini  elan  edərək  artıq  yeni 
Xəzəryani  dövlətlər  cərgəsinə  daxil  oldular.  Bu  isə  regionun  yeni  geosiyasi  xəritəsnin  formalaşmasını 
şərtləndirmişdir.  Digər  tərəfdən  də,  region  həm  geosiyasi  önəminə,  həm  də  zəngin  enerji  ehtiyatlarına 
görə  böyük  və  qonşu  dövlətlərin  nüfuz  dairələri  uğrundakı  çəkişmələrinin  obyekti  olmuşdur.  Belə  bir 
şərait  Xəzərin  hüquqi  statusu  və  onun  yanacaq-enerji  ehtiyatlarının  istismarı,  nəqli  məsələlərini  müasir 
dövlətlərarası münasibətlərin gündəminə gətirmişdir. 
Yeni yaranan durum Xəzərin hüquqi statusu ətrafında diplomatik müzakirələrin başlanmasına rəvac 
vermiş və uzun müddət öz aktuallığını saxlamışdır. Hövzə rayonunda yaranan beynəlxalq münasibətlər və 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə