Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə182/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   178   179   180   181   182   183   184   185   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
341 
logiyası ölkə daxilində müxtəlifmədəniyyətliliyin və dini dözümlülüyün əks olunduğu vahid bir dəyərlər 
sistemidir. 
Müasir dövrdə Azərbaycanda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına istiqamətlənən 
və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi 
təcrübənin  əhatə  olunmasını,  zənginləşdirilməsini,  cəmiyyətdə  bu  istiqamətdə  əldə  olunmuş  unikal 
nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. 
Beləliklə,  Azərbaycan  Respublikasının  multikulturalizm  siyasətinin  əsas  prinsiplərini  ölkədə  dini 
dözümlük, tolerantlıq mühitinin qorunub saxlanması, müxtəlif mədəniyyətlərə hörmət təşkil edir.  
 
 
YENĠ DÜNYA NĠZAMINDA QƏRB VƏ BRĠCS ARASINDA YÜKSƏLƏN  
GEOPOLĠTK GÜC: TÜRKĠYƏ 
 
Mirzəzadə T.O. 
Bakı Slavyan Universiteti 
 
11  sentyabr  1991-ci  il  tarixi  dövrün  ABŞ  Prezidenti  Corc  Buşun  yarım  əsrə  yaxın  davam  edən 
soyuq müharibənin artıq bitdiyini və nəticədə ABŞ-ın qalib gələrək yeni dünya nizamında müəyyənedici 
tək  süper  güc  olduğunu  dünyaya  bəyan  etməsilə  tarixə  keçdi.  Bu  ABŞ-ın  timsalında  Qərbin  yeni  uğuru 
idi.  O  dövrün  şərtlərinə  uyğun  olaraq  beynəlxalq  münasibətlər  təkqütblü  sistem  deyilən  anlayışa  tabe 
etdirilirdi.  SSRİ-nin  dağılmasıyla  bir  neçə  yüz  ildir  ki,  davam  etdirilən  "Tezis+Anti-tezis=  Sintezis" 
düsturu yeni mərhələsinə qədəm qoydu. Qərb, Soyuq müharibə dövrü ərzində SSRİ-ni Anti-tezis olaraq 
dünyaya göstərərək, xeyli müttəfiq qazanmış və NATO kimi böyük hərbi gücü və bir çox beynəlxalq və 
regional  sosial-iqtisadi  təşkilatları  quraraq  öz  gücünə  güc  qatmışdır.  SSRİ-ni  və  Kommunist  sistemi 
potensial  təhlükə  olaraq  bəyan  edərək,  Avropada  Birlik  qurmağı  bacaran  qərblilər,  Sosialist  rejimin 
süquta yetirilməsilə yeni təhdid axtarışlarına başladı. 
90-cı  illərin  əvvəllərindən  Qərbin  düşünən  beyinləri  İslamı  demokratiyaya  tək  potensial  rəqib 
olaraq görmüş, beləliklə öz kitab və məqalələrində gələcək nəsillərin İslama qarşı anti-patik və düşməncil 
olaraq yetişməsi üçün fəaliyyətlərə başlamışdılar. Əsas silah terror, qaynağı isə İslam olaraq göstərilirdi. 
Məqsəd  İslamiyyəti  Qərb  başda  olmaqla  bütün  dünyada  qorxunun  əsas  mənbəyi  kimi  göstərib,  qurulan 
yeni dünya nizamında İslama qarşı Qlobal bir ittifaq qurmaq idi. Bu yöndə ilk addımlardan birini 1993-cü 
ildə "Mədəniyyətlər Toqquşması" adlı məqaləsilə ABŞ stratejisti Samuel Phillips Huntington atmışdır. 
11  sentyabr  terror  hadisələrindən  sonra  xeyli  müddət  medya  və  elm  sahəsində  aparılan  İslam 
düşmənçiliyi  artıq  silahlı  fəaliyyətlərlə  davam  etdirilmə  istiqamətini  aldı.  Buşun  11  sentyabr  hadisələri  baş 
verən  zaman  etdiyi  çıxışlar  bu  mövzuda  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Buş:  "İslami  terror  qloballaşdı", 
deyərək dünya birliyini İslamiyyətə qarşı birgə mübarizəyə dəvət edirdi. Daha sonra NATO adı altında ABŞ 
və  Böyük  Britaniya  orduları  Əfqanıstana  daxil  olarkən  Buşun  bu  addımı  "xaçlı  yürüyüşü"  olaraq 
dəyərləndirməsi, Qərbin demokratiya pərdəsi altında nə kimi çirkin əməllərə sahib olduqlarını yenə gün üzünə 
çıxardı.  Bu  fikrə  dəstək  üçün  İSAF(  Beynəlxalq  Təhlükəsizliyə  Yardım  Qüvvələri)-ın  qurulması  əsas 
örnəklərdən biridir. 
Qərbin genişlənmə məqsədinə vaqif olan Rusiya və Çin 14 iyun 2001-ci ildə Şanxay Əməkdaşlıq 
Təşkilatının qurulmasında böyük səy göstərdilər. Belə ki, bu yolla Qərbin amansız yayılmasının qarşısını 
ala  bilməyi  ümid  edirdilər.  Çünki,  Qərb  atdığı  addımlarla  beynəlxalq  münasibətləri  açıq-aşikar  təhdid 
edirdi. BMT və oxşar qurumları vecinə almaz davranışlar sərgiləməsi bunu deməyə əsas verir. 
Daha sonralar Qərbin iqtisadı sahədə də təhdidkar və məsuliyyətsiz fəaliyyətlər etməsi, Dünyanın 
ən sürətli inkişaf edən 5 ölkəsini BRİCS adlı təşkilatda birləşdirdi. İlk rəsmi toplantısını 16 iyun 2009-cu 
ildə  Yekaterinburqda  keçirən  Brazilya,  Rusiya,  Hindistan  və  Çin,  2010-cu  ildə  Cənubi  Afrkia 
Respublikasının  da  təşkilata  daxil  olması  ilə  bu  günkü  BRİCS  adını  aldı.  2008-ci  ildəki  Dünya  maliyə 
krizisi ilə Avropanın ağır yaralar alması ilə qeyd etdiyimiz ölkələr iqtisadi sahədə xeyli məsafə qət etdilər. 
Bu  ölkələri  bir  araya  gətirən  əsas  səbəb  yüz  ildən  çoxdur  ki,  davam  edən  Qərb  mərkəzli  iqtisadi 
hegemonluğa qarşı uğur əldə etmək və qərbin iqtisadi boyunduruğundan çıxmaq idi. Bu həm də təkqütblü 
dünya sistemindən çoxqütblü dünya sisteminə keçidin ilk addımlarından biri kimi də dəyərləndirilə bilər. 
Bir  tərəfdə  Dünya  maliyyə  bazarının  ÜDM  (Ümumi  Daxili  Məhsul)-sinin  52  %-inə  malik  Qərb, 
digər  tərəfdə  isə  3  milyar  nəfərlik  nüfus  ilə  dünya  əhalisinin  40%-inə  və  ÜDM-sinə  görə  isə  dünya 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
342 
səviyyəsində  20%  paya  sahib  BRİCS,  bu  2  qruplaşmanın  ortasında  qalan  boşluqda  isə  dünya  enrji 
resurslarının  72%-inə  malik  Orta  Şərq  deyə  adlandırılan  İslam  coğrafiyası.  Qeyd  etdiyimiz  qlobal  güc 
olamağa  namizəd  bu  2  birliyin  əsas  mübarizə  meydanı  da  dünya  ana  qitəsinin  mərzəki  olan  keçmiş 
Osmanlı  torpaqlarıdır.  Səbəb  həmişə  olduğu  kimi  neft  amilidir.  Bəhanə  isə  "insan  yerinə  qoyulmayan 
insanların haqları". Nəzərə alsaq ki, dünyada ən çox enerji istehlak edən ABŞ və AB-dir və digər tərəfdən 
inkişaf etməkdə olan ölkələrin ən iriləri Çin, Hindistan və Brazilya sənayedə neft və təbii qaza bağlılıqları 
gündən-günə daha çox artır, o zaman qeyd etdiyimiz fikrin doğru olduğunu əsaslandıra bilərik. 
Bu  mübarizənin  var  olduğunu  da  Suriya  örnəyində  görə  bilərik.  BMT  TŞ-nın  5  daimi  üzvündən 
olan  Rusiya  və  Çin  Suriyada  Əsəd  rejiminin  getməsinə  və  ölkədə  demokratiyanın  qurulmasına  qarşı 
çıxırlar.  Çünki,  Suriyada  demokratik  rejimin  qurulması  bölgədə  Qərbin  əlini  xeyli  gücləndirəcəkdir. 
Düzdür, sonradan Qərb Türkiyəni nəzərə alaraq bu istəyindən əl çəkmiş oldu. 
Bölgədə bütün bunlar baş verərkən, regional güc mərkəzi olan Türkiyə, bir tərəfdən bölgədə güvən, 
sabitlik  və  sülhü  təmin  etməyə  çalışır,  bir  tərəfdən  çoxqütblü  dünyaya  keçid  prosesi  zamanı  yaranan 
problemlərlə  əlləşir,  bir  tərəfdən  də  qeyd  etdiyimiz  2  böyük  ittifaqla  regionda  mübarizə  aparır  və  ən 
nəhayət  isə  qlobal  güc  olma  yolunda  əmin  addımlarla  irəliləyir.  Baxmayaraq  ki,  Türkiyənin  mövcud 
iqtisadi  və  hərbi  potensialı  qeyd  edilən  fikirlə  təzadlıq  təşkil  edir,  lakin  100  il  bundan  əvvələ  kimi 
Osmanlının  Orta  Şərq,  Şimali  Afrika,  Balkanlar  və Qafqazı  da  əhatə  edən  geniş  bir  coğrafiyaya  hakim 
olması, digər tərəfdən isə yüz illər boyu Avropa, Asiya və Afrikada bir çox dövlət və bənzəri quruluşları 
xərac almaq yolu ilə öz tabeçiliyində saxlaması, Osmanlının varisi olan Türkiyənin belə bir addımda uğur 
əldə edə biləcəyi fikrini qüvvətləndirir. Həmçinin, Türkiyə ilə bölgə xalqları arasında mədəni və mənəvi 
bağlılıq  çox  yüksəkdir.  Əsasən  də,  Orta  Şərqdə  nüfusun  hamısına  yaxını  müsəlmandır  ki,  bu  da  İslam 
aləminin uzun illər öndərliyini etmiş bir millətə region xalqları ilə dil tapmaqda köməklik edir. Buradakı 
mövcud  dövlət  və  hökumət  başçılarının  böyük  əksəriyyəti  Türkiyəyə  qarşı  anti-patik  bir  vəziyyət 
içərisində  ola  bilərlər,  lakin  xalqların  çox  böyük  əksəriyyəti  Türkiyəyə  qarşı  çox  böyük  simpatiya 
bəsləyirlər.  Buna  görə  də  Türkiyənin  region  dövlətlərinə  qarşı  istifadə  etdiyi  əsas  xarici  siyasət 
mexanizması xalq diplomatiyasıdır.  
Sosial-iqtisadi münasibətlər çərçivəsində Türkiyənin mövqeyi olduqca uğurludur. Bölgə ölkələri ilə 
satratejik-əməkdaşlıq müzakirələri konfranslarının vaxtaşırı keçirilməsi iqtisadi sahədə atılan addımların 
başında  gəlir.  Bölgənin  kasıb  əhalisinə  qarşı  edilən  maddi  və  mənəvi  yardımlar,  Türkiyənin  bölgə 
insanlarına qarşı nə qədər həssas olduğunu göstərir. 
Hal-hazırda,  ABŞ  və  AB  ilə  Türkiyə  arasındakı  münasibətlər  çox  mənfi  yöndə  davam  edir. 
Prosesin  bu  yöndə  inkişaf  etməsi  Qərbin  Türkiyə  başda  olmaqla,  İslam  aləminə  qarşı  ikili  və 
məsuliyyətsiz yanaşmalar sərgiləməsindən qaynaqlanır. Bir müddət əvvələ kimi dünyanın bir nömrəli baş 
bəlası kimi göstərilən Əl-Qaidə terror təşkilatı bu gün Orta Şərqin mərkəzinidə DAİŞ adı altında dövlətə 
sahib olursa və özünü dünyanın super gücü, jandarması kimi qələmə verən Qərb buna mane ola bilmirsə 
və  ya  olmursa,  bu  Qərbin  məsuliyyətsizcə  davranmasından  qaynaqlanır.  Bir  digər  faktor  isə  Qərb 
tərəfindən  İranın  regionda  məzhəb  döyüşləri  aparmasına  göz  yumulmasıdır.  İraq,  Suriya  və  bu  gün  də 
Yəməndə İranın məzhəb müharibələrini alovlandırılması və regionda daha çox gərginliyin yaradılmasına 
Qərbin sadəcə olaraq şifahi nitqlə qarşı çıxması bir digər utanc qaynağıdır. Qeyd etdiklərimiz, Türkiyənin 
alovdan  bir  çərçivə  içinə  alınmış  rəsmidir.  Bu  şərtlər  altında  Türkiyənin  qlobal  güc  olması  bir  kənara, 
regional güc olması belə təhdid altındadır. Bu da heç şüphəsiz, həm Qərbin, həm də BRİCS ölkələrinin 
yararınadır. 
XXI əsrdə beynəlxalq münasibətlər sistemi Soyuq müharibə dövründəki vəziyyətdən qat-qat çətin 
haldadır. O dövrdə siyasətçilər əsasən nüvə müharibəsinin çıxma təhlükəsindən ehtiyat edirdilər. Lakin bu 
təhlükə  Viyetnam  müharibəsindən  sonra  aradan  qalxdı.  Müharibədən  sonra  Nüvə  silahı  taktiki  silah 
olmaqdan  çıxaraq,  stratejik  əhəmiyyət  daşımağa  başladı.  Müasir  dövrdə  beynəlxalq  münasibətlərdə 
vəziyyətin  çətin  olmasının  birinci  səbəbi  hadisələrin  olduqca  sürətli  cərəyan  etməsidir.  Belə  bir 
vəziyyətdə  nəinki,  BMT,  hətta  regional  təşkilatlar  belə  hadisələrə  reaksiya  verməkdə  gecikir  və  acizlik 
nümayiş etdirirlər. Bu kimi məsələlər də baş verən siyasi qeyri-sabitlik vəziyyətinin həllini gecikdirir və 
böyük itki və problemlər meydana çıxarır. 
Bu  şərtlər  altında  Türkiyənin  arzuladığı  2023  hədəflərinə  çatması  çox  çətin  və  əziyyətli  olacaq. 
Lakin  reallaşacağı  da  aşikardır.  Türkiyənin  İstanbulda  yenicə  inşaatına  başlanılan  hava  limanına 
qovuşması  iqtisadi  baxımdan  Türkiyəni  dünyanın  ilk  10  ölkəsindən  biri  etməsinə  böyük  yardım 
göstərəcək. Belə ki, Türkiyənin dünyanın ən böyük maliyə mərkəzlərindən biri olması üçün də belə bir 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə