Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə184/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   180   181   182   183   184   185   186   187   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
345 
məzunudur. Ən yüksək nəticəyə IV qrup üzrə 667 bal toplayaraq ATU-nun tələbəsi adını qazanmış şəhər 
1  nömrəli  orta  məktəbin  şagirdi  Sənan  Rzalı  nail  olmuşdur.  Məzunlardan  27  nəfəri  500-700  arası  bal 
toplamış,  5  nəfərin  topladığı  bal  580-  600  intervalında  olmuşdur.  Ali  məktəbə  qəbulda  yüksək  nəticə 
şəhər  2  nömrəli  (80-dan  46-sı),  şəhər  1  nömrəli  (17-dən  12-si),    Almalı  kənd  tam  orta  (21-dən  12-si), 
Qum kənd tam orta(14-dən 11-i) məktəblərində əldə olunmuşdur. 
      
 
ARAN VƏ GƏNCƏ-QAZAX ĠQTĠSADĠ RAYONLARINDA TƏBĠĠ RESURSLAR  
VƏ TƏBĠĠ TARAZLIĞIN SAXLANILMASI YOLLARI 
 
Qaffarova M.M 
Sumqayıt Dövlət Universiteti 
 
Aran  iqtisadi rayonunun  ərazisi  neft-qaz  ehtiyatları ilə  zəngindir.  Bunlar  ən  çox  Neftçalada  Xıllı, 
Salyanda Qarabağlı, Kürsəngi və Kürovdağda yerləşmişdır. İqtisadi rayon Azərbaycanda quruda olan neft 
və qazın, yodlu-bromlu suların ehtiyatına görə Abşerondan sonra respublikada ikinci yeri tutur. Çöküntü 
süxurlarının  geniş  sahədə  yayılması  bu  ərazilərdə  tikinti  sənayesi  üçün  xammal  ehtiyatlarının 
yerləşməsinə  də  təsir  edib.  Ağdaş,  Zərdab,  Sabirabad  və  Şirvan  gil  yataqları,  iqtisadi  rayonun  mühüm 
təbii  sərvətlərindən  olub,  ondan  əsasən  kərpic  və  keramika  məhsulları  hazırlanması  üçün  xammal  kimi 
istifadə  edilir.  Şirvan  şəhəri  ətrafında  əhəng  daşı  və  qum  ehtiyatları,  Sabirabad  şəhəri  və  Atbulaq 
yaxınlığında  isə  tikinti  qumu  ehtiyatları  vardır.  Hacıqabul  rayonunda  Udulu  və  Atbulaqda  əhəng  daşı 
ehtiyatları,  İmişli  rayonunda  Bəhramtəpədə,  Bərdə  şəhəri  yaxınlığında  və  Mingəçevirdə  qum-çınqıl 
ehtiyatı  zəngindir.  Ümumiyyətlə,  respublikanın  tikinti  materiallarının  13%-ə  qədəri  Aran  iqtisadi 
rayonunun  payına  düşür.  Salyan  şəhəri  yaxınlığında  yerləşən  Duzdağ  gölü  duz  ehtiyatları  ilə  zəngin 
olduğundan  əhali  bu  duzu  toplayaraq  məişətdə  istifadə  edir.  Kürdəmir,  Salyan,  Neftçala  və  digər 
rayonlarda temperaturu yüksək olan yeraltı sulardan bəziləri yerli əhali tərəfindən dəri-zöhrəvi, sümük və 
revmatizim  xəstəliklərinin  müalicəsi  üçün  istifadə  edilir.  Belə  suları  yerli  əhali  çox  zaman  «İsti  su» 
adlandırır.  Salyan  şəhəri  ətrafında  olan  xlorid  tərkibli  soyuq  mineral  bulaqlar  hidrogen-sulfit  və 
karbohidrogen qazları ilə zəngindir.  
Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonu  respublikanın  zəngin  faydalı  qazıntılar  rayonudur.  İqtisadi 
rayon  xüsusilə  filiz  mənşəli  faydalı  qazıntı  ehtiyatlarının  çoxluğuna  və  müxtəlifliyinə  görə  fərqlənir. 
Daşkəsəndə  dəmir  filizi,  kobalt;  Zəylikdə  alunit,  Daşkəsən  və  Gədəbəydə  qızıl  və  polimetal  filiz 
ehtiyatları  sənaye  əhəmiyyətlidir.  Yanacaq  ehtiyatlarından  Ceyrançöldə  neft  ehtiyatının,  neftin  hələ 
formalaşma  mərhələsində  olan  Naftalan  müalicə  neftinin  adlarını  çəkmək  olar.  Qazaxdakı  Daş  Salahlı 
bentonit gilinin böyük ehtiyatı vardır. Metallurgiya sənayesində texnoloji prosesdə istifadə olunan (qəlib 
və  möhkəmləndirici  kimi)  bu  xammalın  yenidən  müasir  üsullarla  istifadəsi  üçün  yeni  dağ-mədən 
müəssisəsi  işə  salınmışdır.  Havanın  və  suyun  təbii  təmizləyicisi  olan  Tovuz  rayonu  ərazisində  olan 
seolitlərin də  böyük  ehtiyatları  vardır.  İqtisadi-coğrafi  rayonda  tikinti  materiallarından sement  xammalı, 
mərmər,  əhəng  daşı,  çay  daşı,  perlit,  qum,  çınqıl,  gil  və  müxtəlif  daşlar  mövcuddur.  Gəncə-Qazax 
rayonunda  yayılan  bol  mineral  bulaqlar  tərkibcə  müxtəlif  olsa  da  onların  ən  geniş  yayılmış  tipləri 
hidrokarbonatlı-xlorlu  və  hidrokarbonatlı-  xlorlu-sulfatlı  sulardır.  Aşağı  Daşkəsən,  Yuxarı  Daşkəsən, 
Alaxançallı,  Qabaqtəpə,  Narzan,  Gədəbəy,  Slavyanka  və  s.  mineral su  mənbələri  daha  əhəmiyyəti  olub 
tərkibinə  və  sutkalıq  debitinə  görə  bir-birindən  fərqlənirlər.  Bu  sular  müalicəvi  əhəmiyyətinə  görə  və 
süfrə suyu kimi əvəzsiz sərvətlərdir.  
Təbiətə  təsir  proseslərində  istehsalın  əməyin,  insanla  təbiət  arsındakı  əlaqələrin  səmərəli  təşkili 
şəraitində  ətraf  mühitin,  ekoloji  tarazlığın  saf  saxlanılması,  təbii  sərvətlərin,  onun  vasitəsilə  maddi 
nemətlərin, əhalinin təkrar istehsalına  əlverişli şərait yaradır. Bura meşələrin mühafızəsi, tarla qoruyucu 
meşə  zolaqlarının  salınması,  suvarma  təsərrüfatının,  ballıqçılığın  inkişafı  və  təkmilləşdirilməsi,  qapalı 
göllərdə,  su  hövzələrində  balıqların  süni  sürətdə  artırılması,  bitki  və  heyvanlar  aləminin  mühafizəsi 
məqsədi  ilə  milli  parkların,  qoruqların,  yasaqlıqların  yaradılması  və  mühafizəsi,  antropogen,  texnogen 
təsirlərin aradan qaldırılması daxildir.   
Müasir dövrdə biosferdə dinamik tarazlığın mürəkkəbliyi təbii inkişafın idarə mexanizmi hərəkətin 
bioloji  formasından  kənarda  –  istehsal  və  istehlak  münasibətləri  dairəsində  təşəkkül  tapır,  öz-özünü 
tənzimləmə  vəzifəsini itirir, ekoloji böhran yaranır, üzvü təkamül təbii inkişafı pozur. Təbii ki, dinamik 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
346 
tarazlıq dialektik və nisbi anlayışdır, biosferin idarə olunmasında o, hər şeydən əvvəl, insanların fəaliyyəti 
nəticəsində biotik dövranında baş verən pozulmaların ardıcıl olaraq bərpa olunması deməkdir. Istehsalın 
və cəmiyyətin sürətli inkişafı şəraitində insanların təbiətə təsirinin, təbii sərvətlərdən istifadə edilməsinin 
məhdudlaşdırılması  hələlik  ki,  mümkün  deyildir,  lakin  insanla  təbiət  arasındakı  əlaqə  və  münasibətlər 
cəmiyyətin  coğrafi  mühitdə  tutduğu  mövqeyində  və  təbii  sərvətlərdən  istifadə  edilməsində  qarşılıqlı 
surətdə  nizama  salınmalıdır.  Cəmiyyətin  inkişafında  təbiət  istehsal  üçün  xammal,  yaradıcılığı  üçün  isə 
ilham  mənbəyidir.  Təbii  resurslar  sosial  mahiyyət  daşıyır,  istehsal  və  istehlakın  təbii  əsasını  təşkil  edir. 
Cəmiyyətlə  təbiətin  qarşılıqlı  vəhdətinə  sosial  amillər  daha  çox  təsir  edir,  lakin  təbiətdə  baş  verən 
antropogen  dəyişikliklər  və  pozuntular  müəyyən  vaxt  keçdikdən  sonra  üzə  çıxır,  çox  vaxt  isə  bu 
pozulmalar  və  dəyişmələri  aradan  qaldırmaq  olmur.  Insan    öz  şüurlu  münasibəti  və  məqsədəuyğun 
fəaliyyəti  nəticəsində  uyğunlaşa  bilir,  təbiətə  mənafeyinə  uyğun  şəkildə  təsir  edir.  Elmin,  texnikanın 
təkmilləşdirilməsi  hesabına  təbiətə  daha  çox  təsir  edən  insan  təbii  tarazlığı  pozur.  Təbiətdə  tarazlığın 
pozulması prosesi təbii ki, insan fəaliyyəti ilə daha sıx bağlıdır. O, bir bioloji varlıq olub, ekosistemin bir 
hissəsidirsə,  məhsuldar  qüvvənin  tərkib  hissəsidir.  Insan  öz  mənafeyi  baxımından  təbiəti  dəyişdirir, 
tarazlığı  pozur,  maddi  nemətlərdən  daha  çox  istifadə  etməyə  can  atır,  daha  yeni  əraziləri  mənimsəyir, 
daha  dərin  qatlardan  xammal  çıxarır,  getdikcə  maddi  nemətləri  kasadlaşdırır.  Məsələn,  uzun  müddət 
Mərkəzi Aran rayonlarında pambığın intensiv  əkilməsi torpaqların şoranlaşmasına və sıradan çıxmasına 
səbəb  olub.  İnsanın  əmək  fəaliyyəti  insanla  təbiət  arasında  baş  verən  bir  prosesdir.  O  öz  fəaliyyəti  ilə 
təbiət  ilə  əlaqələri  tənzimləyir  və  ona  nəzarət  etməyə  çalışır,  təbiəti,  həm  də  özünü  dəyişdirir.  Təbiətə 
cəmiyyətin  təsiri  artdıqca  əks  təsir  də  artır.  Təbiətdən  istifadənin  düzgün  həyata  keçirilməməsi  barədə 
əvvəlki  fəsillərdə  söhbət  açmışdıq,  lakin  bir  daha  qeyd  edək  ki,  təbii  resurslardan  rasional  istifadə 
etməmək təbiətdəki tarazlığın pozulmasına gətirib çıxarır. Yəni tükənən və tükənməyən resursların varlığı 
şübhə  altına  alına  bilir.  Burada  xüsusilə  nəzərə  çarpanı  mineral  resursların  bəzilərinin  müəyyən 
regionlarda tükənməsi, yerüstü sərvətlərin korlanması və bərpa olunma çətinliyi və ya baha başa gəlməsi, 
səhralaşma, bataqlıqlaşma, duzlaşma, meşəsizləşmə və sairə. 
 
 
ABġERONUN HAVA HÖVZƏSĠNĠ ÇĠRKLƏNDĠRƏN  
STASĠONAR MƏNBƏLƏR 
 
Şükürova G.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Abşeron yarımadasının hava hövzəsinin çirklənməsinin başlıca mənbəyi iri sənaye mərkəzləri olan 
Bakı və Sumşayıt şəhərləridir. Sumqayıt şəhəri Abşeron yarımadasının şimal-şərq hissəsində, Bakı şəhəri 
isə cənub hissəsində yerləşmişdir. 
Bakı  şəhərində  respublikanın  iri  sənaye  müəssisələri  cəmlənmişdir.  İl  ərzində  bu  müəssisələrdə 
işlənən  yanacağın  60-65%-i  maye  (mazut,  müxtəlif  markalardan),  yerdə  qalanı  isə  qazlardan  ibarətdir. 
Maye yanacağın 90-95%-i və qazın 60-65%-i neft emalı zavodlarının, istilik-elektrik mərkəzlərinin (İEM) 
və  Dövlət  Rayon  Elektrik  Stansiyalarının  payına  düşür.  Bakı  şəhərinin  hava  hövzəsinin  çirklənməsinin 
əsas səbəblərindən biri də neft emalı və neft-kimya sənayesi müəssisələrinin texnoloji qurğularının fiziki 
və  mənəvi  cəhətdən  çoxdan  köhnəlmiş  olması  və  hələ  də  yeniləri  ilə  tam  əvəz  edilməməsidir.  Bəzi 
müəssisələrin  stasionar  mənbələrindən  atmosferə  çirkləndirici  qazların  daxil  olması  nasosların  pis 
vəziyyətdə olmasından, rezervuarların kirli olmasından və s. səbəblərdən baş verir. Bakı şəhərində sənaye 
müəssisələrinin  əksəriyyəti  qaz-toz  tutucu  qurğularla  tam  təchiz  edilməmişdir.  Bu  qurğuları  olan 
müəssisələrdə  isə  təmizlənmə  effektiv    aparılmır.  Stasionar  çirklənmə  mənbələrindən  şəhərin  hava  
hövzəsinə  gün  ərzində  daxil  olan  tullantıların  60  -  65%-i  neft  emalı  və  neft-kimya  sənayesi 
müəssisələrinin payına düşür. 
Sumqayıt  şəhəri  inzibati  bölgü  cəhətdən  çox  böyük  ərazini  tutmasada  burada  kimya  sənayesinin 
95%-i  cəmlənmişdir.  Bu  kimya  müəssisələri  ilə  yanaşı  Sumqayıt  şəhərində  əlvan  metallurgiya  sənayesi 
müəssisələri, polimar materiallar zavodu, istilik elektrik stansiyası  və s. şəhər hava hövzəsini çirkləndirən 
mənbələrdir. 
Düzdür, hal-hazırda müəssisələrin çoxsu işləmir, işləyənlər isə 10-15%  gücü ilə işləyir. Lakin buna 
baxmayaraq hava hövzəsinin çirklənməsində indi başlıca yer avtonəqliyyata ayrılır. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə