Абшерон игтисади ъоьрафи районун шящярляринин



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə185/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   181   182   183   184   185   186   187   188   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
347 
 
ĠSMAYILLI RAYONUNDA DAXĠLĠ TURĠZMĠN XĠDMƏTLƏRĠ BAZARININ  
ĠNKĠġAF PERSPEKTĠVLƏRĠ 
 
Hüseynzadə A.H. 
Сумгайыт Дювлят Университети 
 
Respublikamızın  turizm  üçün  əlverişli  olan  dilbər  guşələrindən  biri  də  İsmayıllı  rayonudur.  Bu 
rayon  Böyük  Qafqazın  cənub  ətəklərində  yerləşərək,  ərazisində  tariximizin  qədim  dövrlərinin  izləri 
qalmaqdadır.  Burada  müxtəlif  sənətkarlıq  növləri  yüksək  inkişaf  edib  ki,  bu  da  rayonu  turistlər  üçün 
maraq obyektinə çevirib. 
İsmayıllı  rayonunun  dəniz  səviyyəsindən  2500  metr  yüksəklikdə  yerləşən  Lahıc  kəndi  öz 
sənətkarları ilə məşhurdur. Hələ XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət 
göstərmişdi.  Vaxtilə  Lahıc  ustalarının  yüksək  sənətkarlıqla  düzəltdikləri  odlu  və  soyuq  silahlar  əl-əl 
gəzib.  XIX  əsrin  birinci  yarısında  Rusiyanın  İjevsk  silah  zavodunda  Lahıc  ustalarının  təcrübəsindən 
istifadə  olunmuşdu.  O  zamanlar  Lahıcda  100-dən  artıq  sənət  növü  -  misgərlik,  dabbaqlıq,  çəkməçilik, 
papaqçılıq,  sərraclıq,  dəmirçilik,  həkkaklıq,  qalayçılıq,  dulusçuluq,  dərzilik  və  sair  peşələr  inkişaf 
tapmışdı. 
1980-ci  ildən  muzey-qoruğa  çevrilən  Lahıcda  həmin  illərdən  yadigar  qalan  məhəllə  məscidləri, 
Girdiman  qalası  qorunan  tarixi  abidələr  siyahısındadır.  Saf  havası,  suları  can  dərmanı  olan  dağ  kəndi 
Lahıcda turizm mərkəzinin yaradılması zəruridir. Hər il Lahıca 8 minədək qonaq gəlir ki, onların da  80-
90%-i  əcnəbilərdir.  İrandan,  Rusiyadan,  Yaponiyadan,  İtaliyadan  və  İspaniyadan  respublikamıza  təşrif 
buyuran qonaqlar Lahıcda dincəlmək istəyirlər. 
İsmayıllı  rayonun  ərazisində  600-dək  yerləşdirmə  yeri  olan  15  turizm  istirahət  mərkəzi, 
mehmanxana və mehmanxana tipli obyektlər fəaliyyət göstərir. Rayonun «Qreen House», «Qız qalası», 
«Qaya», «Rizvan», «Çıraqban», «Həsənoğlular», «Şəlalə» istirahət mərkəzlərində yerli və xarici turistlərə 
yüksək səviyyədə xidmət göstərilir.  
 
 
ABġERON YARIMADASININ BĠOĠQLĠM EHTĠYYATLARINDAN  
ĠSTĠFADƏNĠN XÜSUSĠYYƏTLƏRĠ 
 
Süleymanova .V. 
Sumqayıt Dövlət Universiteti 
 
Hər  bir  ölkənin  başlıca  işlərindən  biri  insanlara  qayğı,  onların  maddi  rifah  halının 
yaxşılaşdırılmasıdır.  Bunun  üçün  dövlət  hər  bir  imkandan  istifadə  edir.  Bu  işdə  yeni  perspektiv  iqlim-
kurort rayonlarının müəyyən edilməsi, təbii ehtiyatlardan daha geniş və daha da səmərəli istifadə edilməsi  
əsas rol oynaya bilər. Belə ərazilərdən biri Abşeron yarımadasıdır. Onun təbii ehtiyatları içərisində iqlim 
ehtiyatları mühüm yerlərdən birini tutur.  
Məlum  olduğu  kimi  bioiqlim  ehtiyyatları  insan  orqanizminə  müsbət  və  ya  mənfi  təsirinə  görə 
müxtəlif ola bilər. Elə bioiqlim ehtiyyatları var ki, onlar müşahidə edildikdə   günəş spektrinin görünən 
şüa  hissəsi  daha  yüksək  göstəriciyə  malik  olub  insan  psixikasına  yaxşı  təsir  göstərir.  Amma  elə  iqlim 
şəraitidə ola bilərki insan orqanizmində meteotrop reaksiyalar əmələ gətirir. 
Abşeron  yarımadasının  iqlim  ehtiyyatları  çox  böyükdür.  Bununla  belə  onlar  az  öyrənilmişdir. 
Baxılan  ərazinin    məqsədyönlü  tədqiqat  işləri    azdır.  Görülən  işlər  isə  başlıca  olaraq  respublikamızın 
iqliminin  öyrənilməsinə  yönəlmişdir.  Aydındır  ki,  böyük  ərazi  öyrənilərkən  ayrı  –  ayrı  rayonların  iqlim 
ehtiyyatları haqda dəqiq xarakteristika vermək çətindir. Abşeron yarımadasına həsr edilmiş bir sıra işlər 
ya ümumi iqlim xarakteri daşıyır, ya da ayrı – ayrı mədəni bitkilərin  boyatma və inkişaf şəraitini əhatə 
edir. 
Abşeronun  subtropik  qurşaqda  yerləşməsi  əlverişli  iqlim  şəraiti  olmağı  buraya  bollu  günəş 
enerjisinin  gəlməsinə  səbəb  olur.  Bu  isə  ərazidə  insanın  təsərrüfat  fəaliyyəti,  rekreasiya  imkanları, 
xüsusən kənd təsərrüfatı istehsalı üçün böyük əhəmiyyət kəsb edir. Bunun üçün günəş enerjisinin istilik, 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
348 
elektrik və mexaniki enerjiyə çevirən qurğular tətbiq edilməlidir. Bunlar çox müxtəlif – su qızdırıcıları və 
mürəkkəb günəş stansiyaları ola bilər.  
 
ġƏHƏRLƏRĠN EKOLOJĠ VƏZĠYYƏTĠNĠN ÖYRƏNĠLMƏSĠNDƏ  
ÇĠRKLƏNMƏ POTENSĠALI GÖSTƏRĠCĠSĠNDƏN ĠSTĠFADƏ 
 
Ələkbərova İ.R. 
 Sumqayıt Dövlət Universiteti 
 
Məlum olduğu kimi, meteoroloji elementlərin havanın çirklənmə dərəcəsinə birgə təsir xüsusiyyəti 
atmosferin çirklənmə potensialı (AÇP) göstəricisi  ilə müəyyən edilə bilər. Tədqiqatlar göstərir ki, illik 
gedişdə AÇP-nin dəyişməsi bir sıra hallarda zərərli maddələrin orta qatılığının dəyişməsi ilə uyğun gəlir. 
Beləki, karbohidrogenlərin orta aylıq qatılıq göstəricisi ilə AÇP göstəricisi arasında illik gedişdə oxşarlıq 
mövcuddur. AÇP-nin orta aylıq göstəriciləri  il ərzində  təxminən 40% fərqlənərək, orta sutkalıq qiyməti 
gözə  çarpacaq  dərəcədə  dəyişir  (80  –  100%  qədər).  Ona  görə  də  tullantıların  azaldılması  tədbirlərini  
əlverişsiz hava şəraitlərin ehtimalı böyük olan göstəricilərə görə planlaşdırmaq lazımdır. 
Bəzi hallarda atmosferin aşağı seyrəltmə qabiliyyəti olan rayonlarda sənayeni inkişaf etdirməkdən 
əl  çəkmək  mümkün  deyil.  Bu  sənaye  obyektlərinin  yerləşməsinə  xammal  mənbələri,  enerji  resursları, 
nəqliyyat  əlaqələri  və  digər  faktorlar  həlledici  təsir  göstərməsi  ilə  bağlıdır.  Həmin  rayonlarda  sənaye 
obyektləri tikilən zaman təmizləyici qurğulara və onların effektiv işləməsinə xüsusi fikir vermək lazımdır.  
Buna görə də sənaye obyektlərini yerləşdirmək üçün rayon seçilərkən AÇP verilənlər və eləcə də iqtisadi 
məqsədəuyğunluq  nəzərə  alınmalıdır.  Təşkil  olunmamış  tullantıları  olan  metallurgiya,  kimya,  neft  – 
kimya və bir sıra digər müəssisələr üçün sənaye sahəsi seçilərkən buna xüsusi fikir vermək lazımdır. Bu 
müəssisələri  durğun  şəraiti  tez  –  tez  müşahidə  olunan  sahələrdə  yerləşdirmək  məqsədəuyğun  deyildir. 
Çünki belə bir şəraitdə çirkləndiricilərin intensiv toplanması baş verir. 
Məlum olduğu kimi cənub rayonlarda atmosferə düşən maddələr arasında fotokimyəvi reaksiyalar 
ola  bilər.  Ona  görə  də  belə  rayonlarda  elə  şəhərsalınma  tədbirləri  həyata  keçirilməlidir  ki,  onlar 
avtomobillərin tüstü qazlarının təsirindən havanın çirklənməsinin qarşısını alsın. 
 
HAVA HÖVZƏSĠNĠN ĠQLĠMĠNĠN ÖYRƏNĠLMƏSĠNDƏ 
AEROKOSMĠK ĠNFORMASĠYADAN ĠSTĠFADƏ ĠMKANLARI 
 
İbrahimzadə N.F. 
Sumqayıt Dövlət Universiteti 
 
Müəyyən  edilmişdir  ki,  bulud  müəyyən  termodinamiki  şəraitdə  formalaşır  və  buna  görə  də 
temperatur stratifikasiyanın qiymətləndirilməsi üçün özündə daha dolğun məlumat  daşıyır. Bu məlumat 
isə hava şəraiti haqda fikir yürütməyə imkan verir. 
Topa  formalı  buludlar  kosmik  şəkillərdə,  parlaqlığının  müxtəlifliyi  ilə  fərqlənirlər.  Bu  tip 
buludların təsvirinin tonu bozdan açıq – ağa qədər dəyişir. Təsvirin parlaqlıq tonu belə buludlar üçün həm 
üfqi, həm də şaquli ölçülərdə bərabər olaraq dəyişir. Cb tipli topa yağış buludları üçün fərqləndirici cəhət 
ondan  ibarətdir  ki,  kosmik  şəkillərdə  onlar  təsvirdə  olduqca  parlaq  olurlar.  Cu  tipli  konvektiv  buludlar 
üçün dənəvər tekstur səciyyəvidir. Bu tip buludların kosmik şəkillərdə fərqləndirici cəhəti ondan ibarətdir 
ki, Cu tipli buludlar olduqda tünd fonda işıqlı tonu olan ləkələrin (dənələrin) toplanması qeyd edilir. Bu 
tipli buludlarda dənələrin ölçüləri o qədər kiçikdir ki, ayrıca buludların detalları tam gizli olur. Dənəvər 
teksturanın müxtəlif növlərindən biri, gümbəzli teksturadır ki, bu zaman dənənin teksturu daha böyükdür 
və  kəsiyi  10  –  40  km  olan  çox  tünd  fonda  parlaq  –  ağ  dairəvi  ləkə  yaradır.  Belə  tekstur  başlıca  olaraq 
qalın topa və topa – yağışlı buludlar üçün səciyyəvidir. 
Konveksiya böyük intensivliyə malik olduqda, kosmik şəkillər topa  – yağış buludların massivləri 
aydın  qeyd  edilir.  Ayrı  –  ayrı  Cb  buludlarının  toplanması  zamanı  diametri  1000  km  və  daha  böyük 
buludluluq sahəsi yaranır. Bunların yuxarı hissələri birləşərək lələkvari bulud örtüyü əmələ gətirir. Topa 
və  topa  –  yağış  buludlarının  kosmik  təsvirlərdə  qeyd  edilməsi  atmosferin  böyük  dayanıqsızlığı  halının 
göstəricisidir. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə