Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə186/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   182   183   184   185   186   187   188   189   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
349 
Topa  buludlar  yerin  süni  peyklərindən  alınan  fotoşəkillərdə  aşağıdakı  mezostruktur 
xüsusiyyətlərinə  malikdir:  dəlikli,  zolaqlı  və  zəncirvari.  məkan  daxilində  bu  buludlar  bərabər  paylana 
bilir, amma xaotikdə paylana bilər. 
Topa  formalı  buludlar  üçün  fotoşəkillərdə  açıq  tipli  konvektiv  və  dəliklərin  olması  səciyyəvidir. 
Aşağı troposferdə açıq konvektiv dəliklər olduqda bu zaman isti yer səthi üzərində rütubətli soyuq hava 
yerləşir. Təxminən 2 – 3 km hündürlükdə inversiya qatı müşahidə edilir, ondan yuxarıda isə isti və çox 
quru hava mövcud olur.  
Açıq konvektiv dəliklər adətən soyuq hava kütləsi isti su səthinə soxulduqda formalaşır. Bu zaman 
suyun temperaturu havanın temperaturundan  orta hesabla 3
0
 yüksək olur.  
 
AEROKOSMĠK MƏLUMATLARDAN ĠSTĠFADƏ ĠMKANLARI  
 
Qasımova A.Ç. 
Sumqayıt Dövlət Universiteti 
 
Aerokosmik  məlumatlardan  alınmış  informasiyaları  başa  düşmək  üçün  enerji  və  kütlə  nisbətlərini 
qavramaq lazımdır. Məlum olduğu kimi hər bir spektr üçün kütlə ilə enerjinin və tətbiq olunan enerjinin 
qarşılıqlı əlaqəsi  verilməlidir. 
Təyyarə və peyklərdən tədqiqat apardıqda əsasən üç növ sistemdən istifadə olunur: 
1.
 
380-dən 1000nm-ə kimi görünən və yaxın infraqırmızı diapazonlarda aparılan fotoçəkilişlər. 
2.
 
300  nm-dən  40  mkm-ə  kimi  diapazonda  (ultrabənövşəyi  şüalanmadan  infraqırmızı  şüalanmaya  
kimi) işləyən optik – mexaniki skaynerləri. 
3.
 
1nm-dən 20metrə kimi diapazonu əhatə edən ifrat yüksək tezlikli sistemlər (İYT). 
Göstərilən sistemlərin hamısı iki ölçülü və ya fotoqrafik təsvirlər verir. Bu sistemlər passiv və aktiv 
rejimdə işləyə bilərlər. Passiv rejimdə işləyənlər (1 və 2) yer ekosistemləri tərəfindən əks olunan yaxud 
şüalanan  enerjini  qeydə  alırlar.  3-cü  tip  sistemləri  isə  həm  passiv,  həmçinin  aktiv  rejimdə  işləyə  bilər. 
Aktiv rejimdə işləyən sistemlərə radiolokasiya sistemləri deyilir. 
Ümumiyyətlə,  əldə  olunmuş  informasiya  bilavasitə  tədqiq  olunan  obyektdə  kütlə  və  enerji 
münasibətlərin  xarakterindən  asılı  olur,  yəni  obyektin  özünə  xas  olan  xüsusiyyətlərdən  asılı  olaraq  o 
spektrin  müxtəlif  diapazonlarda  enerjinin  əks  olunmasına,  udulması  və  şüalanmasına  öz  fərdi  kütlə 
təsirini göstərir, deməli hər bir obyektin növündən, hətta eyni obyektin müxtəlif şəraitlərdə (temperatur. 
nəmlik,  günəşin  qalxma  hündürlüyü,  obyektlərin  şüalanma  xüsusiyyətləri  və  s.)  müxtəlif  spektral 
xarakteritikalara  malik  olurlar.  Bu  xarakteristikaların  analizi  və  qarşılıqlı  müqayisəli  təhlili  obyektlərin 
xüsusiyyətlərini açmağa imkan verir. 
Fotoqrafik şəkilərdə və digər informasiya ötürücülərində (müxtəlif təsvirləri maqnit lentləri və s.) 
olan  informasiyaları  kəmiyyət  və  keyfiyyətcə  qiymətləndirmək  mümkündür.  İnformasiyanın  göstərilən 
mənbələrdən, müxtəlif üsullar (vizual və texniki) vasitəsi ilə informasiyanın çıxarılması interpretasiya və 
deşifrləmə adlanır. 
 
YERÜSTÜ BULUDLARIN KOSMĠK ġƏKĠLLƏRDƏ DEġĠFRLƏNMƏSI 
 
 Qasımova A.Ç. 
Sumqayıt Dövlət Universiteti 
 
Qayqaz – Xəzər regionun şəkillərinin analizi göstərir ki, St tipli buludlar 70 – 75% hallarda tutqun, 
Sc  tipli  buludlar  isə  60  –  65%  halda  dənli  teksturaya  malik  olurlar.  Həmçinin  St  tipli  buludlar  zolaqlı 
struktura  (75  –  80%),  Sc  bulud  sahələri  isə  sıra  (55  –  60%)  və  dəlikli  (35  –  40%)  mezostruktura  ilə 
səciyyələnir. 5% halda isə Sc tipli buludlar spiralşəkilli struktura malik olur. 
Adətən, laylı buludların sahəsi böyük üfqi ölçülərə malik olur. Layşəkilli buludların əmələ gəlməsi 
isti, dayanıqlı stratifikasiyalı havanın nisbətən soyuq səth üzərindən keçməsi ilə sıx bağlıdır. Buludların 
və dumanların belə sahələri qış  
vaxtı  siklonların  isti  sektorunda  rast  gəlinir.  Əgər  kosmik  şəkillərdə  Qafqaz  –  Xəzər  regionunun  şimal 
hissəsinin,  eləcə  də  Azərbaycanın  alçıq  rayonları  laylı  buludlarla  örtülü  olduqda,  bu  onu  göstərir  ki, 
baxılan rayonlarda isti dayanıqlı stratifikasiyalı hava yerləşmişdir. Belə hallarda isti havanın adveksiyası 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
350 
və yer səthinin soyuması hesabına, gecə saatları güclü  yer üstü inversiya yaranır. Bunun hesabına laylı 
buludaların yaranması baş verir. Bu buludların yuxarı hissəsinin temperaturu ətraf mühitin temperaturuna 
nisbətən  isti  olur.  Bu  zaman  infraqırmızı  diapazonda  çəkilmiş  şəkillərdə  laylı  bulud  buludsuz  məkana 
nisbətən tünd görsənir. Belə buludları qara laylı buludlar adlandırmaq qəbul edilmişdir. 
Qafqaz – Xəzər regionunun kosmik şəkillərinin analizi göstərir ki, baxılan ərazi üzərində tez – tez 
bağlı konvektiv dəliklər müşahidə edilir. Bunlar tədricən soyuyan  hava kütlələrində əmələ gəlir və adətən 
isti havanın adveksiyası zamanı temperatur inversiyası müşahidə edilir. Bağlı konvektiv dəliklər həm su 
səthi  üzərində,  həm  də  quru  üzərində  yaranır.  Kosmik  şəkillərdə  Xəzərin  üzərində  bağlı  konvektiv 
dəliklər olarsa, onda biz soyuq su səth üzərində isti havanın adveksiyası olduğunu muəyyən edə bilərik. 
Azərbaycanın  sahil  və  aran  rayonlarında  St  tipli  laylı  buludlar  qeyd  edilir.  Bunların  əmələ  gəlməsi 
temperatur inversiyası ilə bağlıdır. 
 
EKOLOJĠ TƏDBĠRLƏRĠN HƏYATA KEÇĠRĠLMƏSĠNDƏ  
METEOROLOJĠ ġƏRAĠTLƏRĠN ROLU 
 
Abbaslı F. N. 
Sumqayıt Dövlət Universiteti 
 
Meteoroloji  faktorların  şəhərlərin  hava  hövzəsinin  çirklənmə  səviyyəsinin  formalaşmasında  rolu 
çox  böyükdür.  Onlar  havanın  orta  illik  çirklənmə  şəraitini  təxminən  2  dəfə  artıra  və  ya  azalda  bilər. 
Bununla  çirkləndiricilərin  tendensiya  xarateri  dəyişir.  məsələn,  1972-ci  ildə  şərqi  Avropanın  bir  çox 
sahəlrində havanın çirklənməsi böyük səviyəyə qalxmışdı. Bu onunla əlaqədar idi ki, yay dövrü ərzində 
isti quru hava və yağıntıların azlığı müşahidə edilmişdi. Bu zaman zəif küləklərin təkrarlanması təxminən 
2  dəfə  artdı,  yağıntıların  cəmi  isə  gözə  çarpacaq  dərəcədə  azalmışdı.  Çirkləndiricilərin  seyrəlməsi  üçün 
olduqca əlverişsiz hava şəraitində bu faktorlar zəhərli qarışıqların qatılığının yüksəlməsində  təyin edici 
rol oynayır.  
Meteroloji  şəraitlərlə  əlaqədar  bəzi  zərərli  maddələrin  qatılığının  sutkalıq  maksimumu  gündüz,  
bəzilərində isə səhər və axşam saatlarında müşahidə edilir.  
Məlum  olduğu  kimi,  sənaye  obyektlərinin  yerləşməsinə  xammal  mənbələri,  enerji  resursları, 
nəqliyyat  əlaqələri  və  digər  faktorlar  həlledici  təsir  göstərir.  Buna  görə  də  atmosferin  aşağı  seyrəltmə  
qabiliyyəti  olan  rayonlarda  sənayenin  inkişaf  etdirmək  üçün  bu  rayonlarda  sənaye  obyektləri  tikilən 
zaman təmizləyici qurğulara və onların effektiv işləməsinə xüsusi fikir vermək lazımdır. 
Sənaye müəssisələri və yaşayış massivi yerləşdirilərkən verilən ərazidə üstünlük təşkil edən küləyin 
istiqamətini  düzgün  nəzərə  alınması  böyük  əhəmiyyət  kəsb  edir.  Məsələn  Sumqayıt  şəhərində  hakim 
küləyin  istiqaməti  nəzərə  alınmadığı  üçün  şimal  istiqamətli  küləklərdə  sənaye  sahəsindən  gətirilən 
çirkləndiricilər  şəhərin  –  yaşayış  massivinin  üzərinə  çökür.  Sumqayıt  şəhəri  bu  küləyin  istiqaməti 
boyunca uzanmış formada salındığı üçün bir çox müəssislərin tullantılarının yayılması  bir  - biri ilə üst – 
üstə düşərək külək tutan yerlərdə yüksək çirklənmə zonaları yaradır. 
 
 
QUBA – XAÇMAZ ĠQTĠSADĠ RAYONUNDA AQRAR SƏNAYE KOMPLEKSĠNĠN 
YARADILMASI VƏ EKOLOJĠ MÜHĠTĠN MÜHAFĠZƏSĠ MƏSƏLƏLƏRĠ 
 
Ağakişiyeva N.A. 
Azərbaycan Dövlət Pedaqoji Universiteti  
 
Ərazisi 7,0 min km
2
  olan Quba  – Xaçmaz  iqtisadi rayonu  respublika  ərazisinin 8%-ni  əhatə  edir. 
Bölgənin  təbii  şəraiti,  dəniz  sahillərindən  yüksək  dağlıq  sahələrə  qədər  uzanan  ərazisi  iqtisadi  rayonun 
çoxsahəli təsərrüfatının inkişafına zəmin yaratmışdır.  
Ölkəmizdə 2004/2008, 2009/2013, 2014/2018-ci illərdə təsdiq olunmuş ―Azərbaycan Respublikası 
regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramları‖  nın  icrası  nəticəsində  regionda  aqrar  –  sənaye 
kompleksinin  fəaliyyəti  səmərəli  təşkil  olunmaqdadır.  Iqtisadi  rayonda  aqrar-sənaye  kompleksinin 
səmərəli  fəaliyyəti  yeni  texnikanın  tətbiqi,  məhsuldarlığın  yüksəldilməsi,  məhsulun  keyfiyyətinin  yax-
şılaşdırılması  və  dəyərinin  aşağı  salınması,  satışı,  daşınması  və  s.  sahələri  əhatə  edir.  Aqrar  bölmədə 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə