Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə188/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   184   185   186   187   188   189   190   191   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
353 
Regionun  təbii  ehtiyat  potensialının  rəngarəngliyi  və  keyfiyyət  müxtəlifliyi  burada  kənd 
təsərrüfatının  daha  böyük  imkanlara  malik  olduğunu  göstərərir.  Şəki-Zaqatala  taxıl,  qərzəkli  meyvələr 
(qoz, fındıq, şabalıd) tütün, barama  istehsalına görə respublikanın coğrafi əmək bölgüsünə mühüm yer 
tutur.  Ərazidə  kənd  təsərrüfatının  belə  yüksək  gəlir  verən  sahələrini  inkişaf  etdirmək  üçün  təbii 
fəlakətlərə  qarşı  səmərəli  mübarizə  aparmaq  tələb  olunur.  Təbii  fəlakətin  bitkiçiliyə  vurduğu  ziyanın 
nəticəsi onun olduğu vaxt deyil, bəzən bir neçə illər sonra özünü göstərir. Bu baxımdan Şəki-Zaqatalada 
maddi  nemətlər  istehsalının  əsas  mənbəyi  sayılan  torpaq  örtüyü  təbii  fəlakətdən  daha  çox  ziyan  çəkir. 
Ərazidə təbii fəlakət nəticəsində indiyə qədər 500 min hektara yaxın torpaq sahəsi yuyulub yararsız hala 
düşmuüşdür. Regionun ümumi torpaq fondu 883,5 min hektardır ki, bununda 45,7 %-i (403,4 min ha) 
cəmi  kənd  təsərrüfatına  yararlıdır.  Bu  torpaq  sahəsi  əsasən  0  dərəcədən  15  dərəcəyə  qədər  meyilli 
sahələrdə  yerləşməklə,  müxtəlif  dərəcədə  yuyulmaya  məruz  qalmışdır.  Belə  ki,  regionun  dağ-çəmən 
torpaqlarının  35,8  min  ha-sı  və  ya  31%-i,  dağ-meşə  torpaqlarının  isə  33,6  min  ha-sı  və  ya  11,5%-i 
eroziya nəticəsində yararsız vəziyyətə düşmüşdür. 
  Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonunda  təbii  fəlakətin  çox  ziyan  vurduğu  sahə  bitkiçilikdir. 
Bitkiçilik  ərazinin  kənd  təsərrüfatına  yararlı  sahənin  55  %-ni  təşkil  edir.  2010-2014-cü  illərdə  kənd 
təsərrüfatına dəyən zərərin həcmi 48,5 mln., manat olmuşdur ki, bunun da 98,5 %-i bitkiçiliyin 1,5 %-i 
heyvandarlığın payına düşür. 
Əkinçilyin  təbii  fəlakətə  məruz  qalan  sahələrindən  biri  taxılçılıqdır.  Tədqiqat  dövrundə  (2010-
2015-ci  illər)  regionda  49 sel  və  daşqın  qeydə  alınmışdır  ki, bunların da nəticəsində    28,5  min ha taxıl 
sahəsi  yararsız  hala  düşmüşdür.  Yazlıq  taxıl  əkinlərinə,  xüsusilə  qarğıdalı  və  arpa  sahələrinə  daha  çox 
ziyan  dəyir.  Təbii  fəlakətlərin  baş  verməsi  qarğıdalının  vegetasiya  dövründə    daha  çox  təsadüf  edir. 
Həmçinin, 1,5 min ha meyvə bağı, 110 ha tütün sahəsi, 30 ha çay plantasiyası, 50 ha üzüm sahəsi, 325 ha 
tərəvəz  sahəsi  təbii  fəlakətlər  nəticəsində  yararsız  hala  düşmüşdür.  Bitkiçiliyin  respublikanın  təsərrüfat 
quruluşunda mühüm əhəmiyyətini (əsas qida mənbəyi və heyvandarlıq üçün yem bazası) nəzərə alsaq, bu 
Şəki-Zaqatalanın iqtisadiyyatı üçün böyük itki deməkdir. Respublikamızın müstəqillik qazandığı hazırkı 
dövrdə  bitkiçilik  sahələrinin  daha  da  inkişaf  etdirilməsi,  bu  və  ya  digər  təbii  fəlakətdən  qorunması 
iqtisadi rayon və respublika səviyyəsində böyük qayğı və diqqət tələb edir. 
Kənd  təsərrüfatının  təbii  fəlakətdən  ziyan  çəkən  mühüm  sahələrindən  biri  heyvandarlıqdır. 
Ərazinin subalp və alp çəmənlikləri, yaylaqlar, çoxillik yem bitkiləri və  əlverişli təbii iqlim şəraiti bu 
sahənin hərtərəfli inkişaf etməsinə böyük imkan yaradır. Yuxarıda göstərilənlərlə yanaşı təbii fəlakətlər 
heyvndarlığa  və  onun  əsas  yem  bazası  olan  otlaq  və  biçənəklərə  daim  ziyan  vurur.Ərazinin  otlaq  və 
biçənəkləri əsasən 15 dərəcə  meyillikdən yuxarı sahələri əhatə etməklə cəmi 235,8 min ha təşkil edir. 
Heyvandarlığın    yem  bazasının  əsas  hissəsi  əhatə  edən  bu  torpaqların  44  %-  qədəri  təbii  fəlakət 
nəticəsində yararsız hala düşmüşdür.                                                  
 
 
GƏNCƏ - QAZAX ĠQTĠSADĠ RAYONUNUN DEMOQRAFĠK XÜSUSĠYYƏTLƏRĠ 
 
Qəhrəmanov M.A., Səlimov C.Z. 
Lənkəran Dövlət Universiteti 
 
Gəncə-Qazax  iqtisadi  rayonu  respublikanın  qərbində,  əsasən  Kiçik  Qafqaz  dağlarının  şimal 
yamacında  yerləşir.  Kür  çöçəkliyi  vəlayətinə  aid  olan  Gəncə-Qazax  maili  düzənliyi  və  Kürün  sos 
hissəsində  yerləşən  Ceyrançöl  düzü  də  onun  tərkibinə  daxildir.  Iqtisadi  rayon    şimaldan  və  qərbdən 
Gürcüstan, cənub-qərbdən Ermənistanla həmsərhəddir. 
 Gəncə-Qazax çox qədimdən məskunlaşmış ərazilərdən biridir. əlverişli təbii-coğrafi şərait, iqtisadi 
və geosiyasi mövqe burada, Göyçədə, Borçalıda çox qədim zamanlardan türklərin intensiv məskunlaşma 
areallarının formalaşmasına səbəb olmuşdur. 
Gəncə-Qazax  iqtisadi  rayonu  ərazisinin  daha  intensiv  mənimsənilməsi,  müasir  sıx  məskunlaşma 
areallarının yaranması və formalaşması daha çox XIX və XX əsrdə mümkün olmuşdur. 
Gəncə-Qazax iqtisadi rayonun sahəsi 12.5 min km

olmaqla respublika ərazisinin 14.4% ni, əhalisi 
1 milyon 227.5 min nəfər olmaqla respublika əhalisinin 13.0%-ni təşkil edir.  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
354 
Azərbaycanın  ayrı-ayrı  regionlarında  əhali  arasında  olan  doğum,  ölüm  və  təbii  artım  göstəriciləri 
fərqlənir.  Təbii  artım  göstəricilərinin  müxtəlif  olması  əhalinin  sayı,  şəhər  və  kənd  əhalisin  nisbəti,  yerli 
adət- ənənələr və s. amillərlə əlaqədardır. 
Gəncə-Qazax  iqtisadi  rayonda  1991-ci  ildə  təbii  artım  göstəriciləri  ümumi  respublika  üzrə  orta 
göstəricilərdən yüksək olmuşdur. 
1995-ci  ildə  doğum  səviyyəsi  yüksək  olsa  da  ölümün  də  yüksək    göstəriciləri  təbii  artımın 
bərabərləşməsinə, 2000-ci ildə hətta aşağı enməsinə gətirib çıxarmışdır. ( cədvəl-1 ). 
 
Ġqtisadi rayon üzrə 1991-2014-cü illərdə doğum,ölüm, təbii artım  
( hər 1000 nəfərə görə) 
 
 
 
 
 
 
 
                                                  Cədvəl-1 
 
İnzibati ərazilər 
1991-ci il 
2000-ci il 
2014-cü il 
doğum  ölüm 
Təbii 
artım 
doğum 
ölüm  Təbii 
artım 
doğum  ölüm  Təbii 
artım 
Gəncə şəhər 
21.7 
6.0 
15.7 
9.5 
5.6 
3.9 
13.7 
6.2 
7.5 
Naftalan şəhər 
30.9 
5.1 
25.8 
11.5 
5.9 
5.6 
17.3 
4.5 
12.8 
Qazax rayonu 
27.6 
7.9 
19.7 
14.7 
7.7 
7.0 
16.8 
7.5 
9.3 
Agstafa rayonu 
31.8 
7.7 
24.1 
14.7 
7.4 
7.3 
20.2 
7.1 
13.1 
Tovuz rayonu 
29.7 
6.6 
23.1 
17.4 
7.5 
9.9 
20.3 
7.3 
13.0 
Şəmkir rayonu 
27.6 
5.7 
21.9 
13.7 
6.0 
7.7 
20.2 
6.4 
13.8 
Gədəbəy rayonu 
26.8 
7.7 
19.1 
18.0 
7.2 
10.8 
15.9 
7.8 
8.1 
Daşkəsən rayonu 
34.8 
6.0 
28.8 
18.5 
6.1 
12.4 
17.4 
6.6 
10.8 
Samux rayonu 



11.3 
6.9 
4.4 
19.5 
7.3 
12.2 
Göygöl 
26.3 
6.0 
20.3 
12.8 
6.0 
6.8 
20.1 
6.2 
13.9 
Göranboy 
21.2 
6.1 
15.1 
15.4 
7.0 
8.4 
20.1 
6.9 
13.2 
İqtisadi rayon üzrə 
27.8 
6.5 
21.3 
14.3 
6.7 
7.6 
17.8 
6.8 
11.0 
Respublika üzrə 
27.0 
6.3 
20.7 
17.3 
6.0 
11.3 
18.2 
5.9 
12.3 
 
1991-ci  ildə  iqtisadi  rayonda  hər  1000  nəfərə  görə  doğulanlar  27.8  nəfər  olmuşdur.  Həmin  ildə 
Daşkəsən və Ağstafa royonlarında, həmçinin Naftalan şəhərində doğum yüksək olmuşdur. Gəncə şəhəri 
və Goranboy rayonlarında doğulan uşaqların sayı artır.  
1991-2000-ci  illərdə  doğum  səviyyəsi  iqtisadi  rayonda  13.5  vahid  azalmış  və  14.3  nəfər  nisbi 
qiymət  almışdır    2000-ci  ildə  yalnız  Daşkəsən,Gədəbəy,  Goranboy  və  Tovuz  rayonlarında  doğum  orta 
respublika  göstəricilərindən  yüksək,  Gəncə  və  Naftalan  şəhərlərində,  həmçinin  Samux  rayonunda  az 
olmuşdur. 
Gəncə-Qazax  iqtisadi  rayonu  əhalisinin  say  artımı  əsasən  təbii  artım  hesabına  formalaşır.  Gəncə 
şəhəri istisna olmaqla uzun müddət formalaşan demoqrafik potensiala müvafiq iş yerlərinin çatışmaması 
yerli əhalinin, xüsusən də gənclərin iqtisadi rayonun hüdudlarından kənara miqrasiyasına səbəb olmuşdur. 
Ümumiyyətlə,  Gəncə-Qazax  iqtisadi  rayonu  həmişə  kənar  yerlərlə  əhali  mübadiləsində  mənfi  balansa 
malik  olmuşdur.  Əhalinin  46.5%-i    şəhər  yerlərində,  53.5%-i  isə  kəndlərdə  yaşayır.  Iqtisadi  rayonun 
ümumi  əhalisinin  569.4  min  nəfəri  və  ya  37.5-i,  şəhər  əhalisinin  isə  56.7%  Gəncə  şəhərində 
cəmlənmişdir(cədvəl-2) 
 
Gəncə-Qazax iqtisadi rayonu üzrə əhalinin sıxlığı və urbanizasiya səviyyəsi (2014-cü il) 
       Cədvəl-2 
 
İnzibati ərazilər 
Sahəsi min 
km
2
 
Əhalisi, 
min 
nəfərlə 
Əhalinin 
orta 
sıxlığı 1 
km
2
-a 
düşən 
Şəhər əhalisi 
Kənd əhalisi 
Min 
nəfərlə 
%-lə 
Min 
nəfərlə 
%-lə 
Gəncə şəhər 
0.11 
324.7 
2952 
324.7 
100.0 


Agstafa rayonu 
1.50 
83.6 
56 
21.0 
25.1 
62.6 
74.9 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə