Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə189/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   185   186   187   188   189   190   191   192   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
355 
Qazax rayonu 
0.70 
92.7 
132 
21.3 
22.9 
71.4 
77.1 
Tovuz rayonu 
1.94 
166.3 
86 
28.8 
17.2 
137.5 
82.8 
Şəmkir rayonu 
1.66 
203.9 
123 
71.2 
34.9 
132.7 
65.1 
Gədəbəy rayonu 
1.23 
96.8 
79 
11.7 
12.0 
85.1 
88 
Daşkəsən rayonu 
1.05 
33.7 
32 
14.6 
43.6 
19.1 
46.4 
Samux rayonu 
1.45 
56.3 
39 
21.6 
38.3 
34.7 
61.7 
Göygöl rayonu 
0.92 
60.9 
66 
24.8 
40.7 
36.1 
59.3 
Göranboy rayonu 
1.70 
99.1 
58 
21.4 
21.5 
77.7 
78.5 
Naftalan şəhəri 
0.04 
9.5 
238 
8.3 
87.3 
1.2 
12.7 
İqtisadi rayon üzrə 
12.30 
1227.5 
100 
569.4 
46.3 
658.1 
53.7 
Azərbaycan 
Respublika üzrə 
86.6 
9456.5 
109 
5004.2 
53.1 
4452.3 
46.9 
 
İqtisadi rayonda 11 şəhər, 42 şəhər tipli qəsəbə və 519 kənd yaşayış məntəqəsi vardır 2014-ci ildə 
Gəncə-Qazax  iqtisadi  rayonunda  569.4  min  nəfər  şəhər  əhalisi  olmuşdur.  Bu  iqtisadi  rayonun  ümumi 
əhalisinin  46.5-i  deməkdir.  Şəhər  əhalisinin  xüsusi  çəkisinə  görə  Gəncə-Qazax  respublikada  Abşeron 
iqtisadi rayonundan sonra ikinci yeri tutur. Bu iqtisadi rayonda yaşayan  əhalinin xeyli hissəsinin Gəncə 
şəhərində  cəmlənməsi  ilə  bağlıdır.  Gəncə-Qazax  maili  düzənliyi  əhalinin  ən  sıx  yaşadığı  və  sürətlə 
cəmlənməsində  davam  etdiyi  ərazidir.  Dağlıq  yerlər  və  Ceyrançöl  düzənliyi  isə  əhalinin  zəif 
məskunlaşdığı ərazilərdir.  
Beləliklə,  Gəncə-Qazax  iqtisadi  rayonunda  şəhər  məskunlaşması  özünün  səviyyəsinə  görə 
respublikada əsas yerlərdən birini tutur. Burada Gəncə şəhərinin rolu xüsusilə böyükdür. Özünün sosial-
iqtisadi və demoqrafik potensialına görə şəhər təkcə iqtisadi rayonda deyil, respublikanın qərb bölgəsində 
əsas mərkəzdir.  Nəqliyyat-coğrafi mövqeyinin  əlverişli olması şəhərin ətraf məntəqələrlə müxtəlif növ 
əlaqələr saxlanmasına, məskunlaşmaya təsir ğöstərməsinə və idarə edilməsinə imkan verir. 
 
 
TORPAĞIN EKOLOJĠ MONĠTORĠNQĠ 
 
Əkbərov A.R. 
Lənkəran Dövlət Universiteti 
 
Müasir antropogen gərginlik şəraitdə biogeosenozlar və onun əsas tərkib hissəsi olan torpaq örtüyü 
kəskin  dəyişkənliyə  məruz  qalaraq  öz  məhsulvermə  qabiliyyətini  itirir.  Bu  dəyişikliklər  landşaftlara 
neqativ  təsir  göstərir  və  torpaqlar  deqradasiya  prosesinə  məruz  qalır.  Torpaq  deqradasiyasının  inkişafı 
əhalisi  sıx  və  çox  mənimsənilmiş  ərazilərin  torpaqlarında  daha  təhlükəli  hesab  edilir.  Azərbaycan 
Repsublikası dünyanın ən az torpaqlı ölkələrindən olmaqla əhalinin orta sıxlığı (95 nəfər) ümumi dünya 
göstəricisindən (43 nəfər) iki dəfədən də yüksəkdir. 
Düşünülməmiş  antropogen  təsirlər  torpaqların  deqradasiyasına  o  cümlədən  torpaqda  turşuluq  və 
qələviliyin  (pH)  azalmasına  humusun  minerallaşmasına,  torpaqda  bioloji  fəallığın  zəifləməsinə,  rütubət 
çatışmamazlığına, profil boyu duzların toplanmasına, bitki örtüyünün botaniki tərkibinin dəyişməsinə və 
digər arzuolunmaz mənfi hallara gətirib çıxarmışdır. 
Mövcud  torpaq  ehtiyatlarından  səmərəli  istifadə  etmək,  münbitliyini  qorumaq,  şərti  yararsız 
torpaqların  əkin  dövriyyəsinə  bərpası  üçün  ayrı-ayrı  torpaq  tiplərinin  münbitliyinin  ekoloji  monitorinqi 
aparılmalıdır. Torpaq ekoloji monitorinqi (nəzarət sistemi) biosferin qlobal monitorinqinin tərkib hissəsi 
olub,  modelləşdirmə,  müqayisəli  və  sistemli  təhlilin  köməkliyi  ilə  torpağın  biogeosenozda  keçmişi, 
hazırki  vəziyyəti  barədə  məlumat  verir,  münbitliyini  məhsuldarlığını,  ekoloji  göstəricilərini 
proqnozlaşdırmağa  və  idarə  etməyə  imkan  yaradır.  Belə  bir  sistemin,  yəni  monitorinqin  yaradılması 
haqqında təklif 1971-ci ildə  SKOPE-nin xüsusi ekspert komissiyası tərəfindən irəli sürülmüşdür. Sonra 
isə ―Monitorinq‖ termini BMT-nin ətraf mühit ilə əlaqədar keçirilmiş (15-16 iyun 1972-ci ildə) Stokholm 
konfransında  qəbul  olunmuş  və  ona  aid  xüsusi  proqram  işlənib  hazırlanmışdır.  Proqramda  deyilir: 
―Monitorinq  məkan  və  zaman  daxilində  uzunmüddətli  fasiləsiz  müşahidə  sistemi  olub,  ətraf  mühitdə 
insan üçün əhəmiyyətli dəyişikliklərin keçmiş, hazırki və gələcəkdə vəziyyəti haqqında  ətraflı məlumat 
verir‖. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
356 
Geosferin  digər  komponentlərindən-  hidrosfer,  atmosfer  və  biosferdən  fərqli  olaraq  torpaq 
sferasının  (pedosferin)  ―yaddaşı‖  daha  davamlıdır.  Su,  hava  və  canlıların  tərkibində  olan  çirkləndirici 
maddələr qisa müddətdə, torpağa daxil olan maddələr isə sərbəst və yaxud müxtəlif kimyəvi birləşmələr 
şəklində uzun müddət qalır. 
Ölkəmizin ayr-ayrı torpaq tiplərində ekoloji monitorinqin təşkili həm elmi-nəzəri, həm də praktiki 
əhəmiyyət  kəsb  edir.  Ekoloji  monitorinqi  bir  çox  müəlliflər  müxtəlif  növlərə-  biotik  və  abiotik 
(Y.A.İzrael), lokal, regional və qlobal (İ.P.Gerasimov), local, regional, fon və qlobal (Q.V.Mortuzova və 
Q.S.Bezuqlova)  ayırırlar.  Torpaqda  ekoloji  monitorinqin  qlobal  yaxud  regional  miqyasda  aparılması 
deqradasiya prosesinin miqyasından asılıdır. 
Torpaq monitorinqinin əsas vəzifələri aşağıdakılardan ibarətdir: yağış, külək və irriqasiya eroziyası 
zamanı  torpaq  itkisinin  uçota  alınması;  əsas  qida  elementlərinin    mənfi  balansının,  humus  və  mineral 
maddələrin kəskin azaldığı ərazilərin müəyyən edilməsi; torpağın turşuluğu və qələviliyinə, şorlaşma və 
şorakətləşməsinə,  rütubətinə,  temperaturuna,  duz  rejiminə,  şəhərsalma  və  digər  antropogen  təzyiqlər 
zamanı torpaqda baş verən fiziki, fiziki-kimyəvi və kimyəvi dəyişikliklərə nəzarət edilməsi, əkinə yaralı 
torpaqların sənaye və məişət məqsədilə ayrılmasının həcmi və düzgünlüyü üzərində müfəttiş xidmətinin  
təşkili. 
Torpaq  monitorinqi  proqramında  əsas  yeri  işin  sonrakı  səmərəsini  təmin  edən  nəzarətedici 
göstəricilərin düzgün seçilməsi tutur. Ümumiyyətlə, monitorinq üç qrup göstəricilər üzərində aparılır: 
1.
 
Torpaqların qısa müddətdə dəyişən göstəriciləri. Torpaqların qısa müddətdə dəyişən əlamətlərinə 
rütubətin dinamikası, mühit reaksiyası (pH), torpaq məhlulunun tərkibi, torpaq havası və bitkilər 
tərəfindən asan mənimsənilə bilən elementləri aiddir.  
Bu  qrup  göstəricilər  cari təsərrüfat ilində  bitkilərin məhsuldarlığını  artırmaqdan  ötrü  gübrələrin 
verilməsi, suvarma və sair kimi aqrotexniki tədbirlər hesabına tənzimlənir. 
2.
 
Torpaqların  uzun  müddətə  dəyişən  göstəriciləri.  Bu  göstəricilər  təbii  və  antropogen  təsirlər 
nəticəsində  5-10  il  müddətində  torpağın  tərkibində  baş  verən  əsas  dəyişikliklərədn  ibarətdir  və 
aşağıdakılardır:    torpaqda  dövri  olaraq  dəyişən  humusun  miqdarı  və  ehtiyatı,  deqradasiya,  o 
cümlədən eroziya və səhralaşma nəticəsində torpaq itkisi struktur elementləri, ümumi qələvilik və 
turşuluq, udulmuş əsasların miqdarı, duz tərkibi, qalıq pestisidlərin miqdarı və s. Qeyd etdiyimiz 
bu göstəricilərin müəyyənləşdirilməsi nisbətən çətindir. 
3.
 
Bitkilərin  məhsulradlığını  artıran  göstəricilər.  Bu  göstəricilərə  torpaqda  bitkilər  tərəfindən  asan 
mənimsənilə  bilən  qida  elementlərinin  bir-birinə  olan  nisbəti  daxildir.  Torpağın  ekoloji 
monitorinqinin göstəriciləri ekoloji vəziyyətin dəyişməsinə həssas mühit və canlı aləm arasında 
qarşılıqlı  əlaqəni  müəyyən  edən  indikatorlardır.  Monitorinqin  indikatorları  məlumat 
daşıyıcılarıdır,  onlar  torpaqda  özlərini  dərhal,  yaxud  bir  müddətdən  sonra  biruzə  verir.  Bu  isə 
torpaq deqradasiyasının inkişafını müəyyənləşdirməyə imkan verir. 
Beləliklə, torpaq  ekoloji  monitorinqinin ayrı-ayrı  torpaq  tipləri  üçün  qlobal  və  regional səviyyədə 
işlənməsi torpağın münbitliyinin və ekoloji vəziyyətinin idarə olunması üçün tədbirlər sisteminin və kənd 
təsərrüfatının inkişaf strategiyasının müəyyənləşdirilməsinə şərait yaradır. 
 
 
NAXÇIVAN ĠQTĠSADĠ-COĞRAFĠ RAYONU ÜZRƏ ƏHALĠNĠN  
DEMOQRAFĠK XÜSUSĠYYƏTLƏRĠ 
 
Şabanov E.N.  
Lənkəran Dövlət Universiteti 
 
Azərbaycanın digər rayonlarından fərqli olaraq, Naxçıvan iqtisadi-coğrafi rayonunun (MR) müasir 
sosial-iqtisadi vəziyyətinə onun  ―anklav‖ mövqeyi və mövcud geosiyasi şəraiti güclü təsir göstərir. 90-cı 
illərdən  başlayaraq  Qarabağla  birgə  bu  region  da  Ermənistanın  təcavüzünə  məruz  qalaraq  blokadaya 
salındı. 
Milli inzibati bölgü kimi Naxçıvan Muxtar Respublikası 1924-cü ildə təşkil olunub,     1995-ci ildə 
Azərbaycan  Respublikasının  yeni  qəbul  edilmiş  Konstitusiyasına  görə  Azərbaycanın  tərkibində    muxtar 
dövlətdir  və  onun  ayrılmaz  hissəsidir.  Naxçıvan  tarixi  ədalətsizlik  nəticəsində  Azərbaycandan  uzaq 
düşmüş ərazidir. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə