Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə191/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   187   188   189   190   191   192   193   194   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
359 
çəkir  və  uzun  müddət  saxlaya  bilir.  Buna  görə  də  leysan  yağışları  zamanı  meşədə  torpağın 
yuyulması müşahidə olunmur. Ağaclar torpaq sürüşmələrinin, su və külək eroziyasının qarşısını 
alır. Meşə döşənəyi torpağın fiziki xassələrini yaxşılaşdırmaqla, həm də meşə ağacları üçün gübrə 
və ehtiyat qida mənbəyidir. 
5.
 
Səhiyyə  gigiyena  funksiyası.  Məlumdur  ki,  bitkilərin  əksəriyyəti  antibiotik  xassəsi  daşıyan 
fitonosid adlı bioloji aktiv maddələrə malikdir. Bu maddələr havadakı bir çox zərərli və xəstəlik 
törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Digər bitkilərlə müqayisədə 
ağaclar daha çox fitonosid xassəsinə malikdir. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, 
tozağacı  meşələri  xəstəlik  törədən  virusları,  mikobları  aloe,  asrımsaq,  soğan  və  istiot  kimi 
bitkilərdən tez məhv edir. Fitonosid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir ki, 
bular da müxtəlif xəstəliklərin müalicəsinə kömək edir. Meşə havasında patogen xəstəlik törədən 
mikroblar olmur. 
6.
 
Rekreasiya funksiyası. Meşə çətirinin yarpaqları havanı zərərli qarışıqlardan təmizləyir, səs-küyü 
xeyli  aşağı  salır,  insan  üçün  çox  zəruri  sayılan  yüksək  tezlikli  səsləri  kənarlaşdırır,  tozdan 
mühafizə edir. Meşədə radiasiya fonu şəhərdə olduğundan iki dəfə az, yayda havanın temperaturu 
isə  xeyli  aşağı  olur  lakin  rütubətlik  15-30%  artıq  olur.  Belə  hava  tənəffüsü  (nəfəsalama)  üçün 
optimal sayılır. Bütün bunlar isə meşənin rekreasiya əhəmiyytini daha da artırır. Mşənin estetik 
gözəlliyi, təbiət qoynunda istirahət iş prosesində olan gərginliyin aradan qaldırılması və insanın 
fiziki sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. 
Beləliklə,  meşə  palenetin  biosferində  və  onun  atmosferinin  tərkibində  gedən  təbii  proseslərin 
nizamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir. 
 
 
SƏYAHƏT ZAMANI TURĠSTLƏRĠN RASTLAġA BĠLƏCƏYĠ TƏHLÜKƏLƏR 
 
Hüseynli N.E. 
Lənkəran Dövlət Universiteti 
 
Məlum  olduğu  kimi  təhlükə  insanı  hər  zaman  və  hər  yerdə,  hətta  gündəlik  həyatda  da  güdür. 
Turizm  təşkilatlarının  fəaliyyətinin  mühüm  aspektlərindən  biri  də  səyahət  zamanı  turistlərin 
təhlükəsizliyinin  təmin  olunmasıdır.  ―  Turizm  haqqında‖  Azərbaycan  Respublikasının  Qanununa  uyğun 
olaraq  ekoloji  və  macəra  turizmində  3  komponentdən  təhlükəsizlik  əmələ  gəlir:  turistlərin  şəxsi 
təhlükəsizliyi; onların əmlakının təhlükəsizliyi; turistlərin səyahət eydiyi təbii ətraf mühitin təhlükəsizliyi. 
Fövqəladə vəziyyətlər, böhranlar turizmdə baş verənlərdən nəinki birbaşa itkidən asılı olaraq təhlükəlidir, 
həm də iqtisadi nəticələrinə, hər şeydən əvvəl konkret  regiona səyahətə turist tələbatının aşağı düşməsi 
ilə təhlükəlidir. Belə halda itkilər və istehlakçıların inamının bərpasına çəkilən xərclər o qədər böyükdür 
ki, regionda turizmin iflasına səbəb ola bilər.  
Qanunvericiliyə  uyğun  olaraq  ölkəmizdə  turoperatorlar  və  turofentlər  turistlərə  onların  rastlaşa 
biləcəyi  səyahətin  xüsusiyyətləri  və  təhlükələr  haqqında  ətraflı  məlumatları  təqdim  etməyə,  həmçinin 
turistlərin  təhlükəsizliyinin  təmin  olunmasına  yönəlmiş  xəbərdaredici  tədbirləri  həyata  keçirməyə 
borcludurlar.  
 Turist  xidməti  göstərilən  zaman  turistlərin  həyatı  və  sağlamlığı  üçün  riskin  qəbul  oluna  bilən 
səviyyəsi  təmin  olunmalıdır.  Turistin  həyatı  və  sağlamlığı  üçün  risk  aşağıdakı  şərtlər  zamanı  meydana 
çıxa bilər: 
a)
 
riskin mənbəyi mövcud olduqda
b)
 
həmin mənbəyin insan üçün təhlükəli səviyyədə olduğu ortaya çixdıqda; 
c)
 
insan təhlükə mənbəyinin təsirinə meylli olduqda. 
 
Turistlərin  təhlükəsizliyi  onlara  xidmət  edən  işçilərin  peşəkarlığından  asılıdır.  Turistlərin 
təhlükəsizliyi  marşrutların  və  hərəkət  trasların  mükəmməl  planlaşdırılmasından,  etibarlı  xidmətdən, 
səyahət  zamanı  ola  biləcək  risklər  barəsində  turistlərin  dəqiq  və  dolğun  məlumatlarından  və  s.  asılıdır. 
Turist  mərkəzlərində  təbii  və  texniki  fəlakət  turistlər  üçün  daha  ciddi  təhlükədir.  Turist  firması  bu 
problemə savadlı və məsuliyyətli yanaşmaqla riski minimuma endirə bilər.  


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
360 
Turistlərin həyatı və sağlamlığının mühafizəsi ilə bağlı məlumatlar turistlərə qabaqcadan və xidmət 
prosesi zamanı təqdim olunmalıdır. 
Texnogen  risklərdən  biri  də  yanğındır.  Xidmət  obyektlərinin  istismarı  ölkəmizdə,  Azərbaycan 
respublikasının  ―  Yanğın  təhlükəsizliyi  haqqında‖  qanuna  və  yanğın  təhlükəsizliyi  qaydalarına  uyğun 
olmalıdır. Turistləri yerləşdirən müəssisələrdə xüsusi yanğın söndürən sistemlər quraşdırılmalıdır, yanğın 
zamanı  evakuasiya  planı  görünən  yerdən  asılmalıdır.  Turistlərin  və  personalın  xilas  edilməsi  üzrə 
tədbirlər planı hazırlanılmalıdır. 
Turist  marşrutları  yalnız,  radiasiya  vəziyyətinin  əlverişli  parametrləri  qeydə  alınan  yerlərdən 
keçməlidir. 
İsti ölkələrdə, çimərliklərdə, dağlıq yerlərdə səyahət zamanı turistlər ultrabənövşəyi şualara məruz 
qalirlar.  Turist  müəssisələri,  şuaların  insan  orqanizminə  mənfi  təsiri  haqqında  turistlərə  məlumat 
verməlidir.  Turistlər  şualanmanın  qarşısını  almaq  üçün  mühafizə  maskalarından,  kremlərdən,  gün 
eynəklərindən, bədəni,əl və ayaqları örtən geyimlərdən istifadə etməlidirlər. 
Turistlərə  xidmət  edən  sahələrdə  (  binalarda,  nəqliyyat  vasitələrində)  havada  olan  zərərli 
maddələrin  tərkibi  qəbul  olunmuş  sanitar-gigiyena  normalarından  yüksək  olmamalıdır.  Təhlükəsizlik 
binaların və nəqliyyat vasitələrinin hava təmizləyici ventilyasiya qurğularının təmin olunması vasitəsilə 
həyata keçirilir. 
Ölkələrin  əksəriyyətində  olduğu  kimi  Azərbaycanda da  ciddi    epidemioloji  nəzarət  tətbiq  olunur. 
Sərhədi  keçən  şəxslərin  təhlükəsi  tayn,vəba,  qızdırma,  çiçək  və  s.  xəstəliklərin  qarşısını  almaq  üçün 
vaksinasiya  olunmasının  yoxlanılması  nəzərdə  tutulur.  Sərhəd  məntəqələrində  sanitar-epidemioloji 
nəzarət xüsusi sanitar xidmətləri tərəfindən həyata keçirilir. 
Turizm, adətən, nəqliyyatla (aviasiya, dəmir yolu, avtomobil, gəmi) əlaqəlidir. Odur ki, turistlərin 
danışması zamanı təhlükəsizliyə böyük diqqət yetirilməlidir. 
Səyahətin və ya istirahətin başlandığı  yerə və geriyə qayıtdıqda, həm də səyahət zamanı müxtəlif 
nəqliyyatdan (təyyarə, gəmi, qatar, avtobus,avtomobil, kanat yolları, funikulyor, tramvay, troleybus, hava 
şarları,  yaxtalar,  katerlər,  minik  heyvanları  və  s.)  istifadə  olunur.  Hərəkət  edən  mexanizmlərlə  və  ya 
heyvanlarla  əlaqəli  turistin  həyatı  üçün  təhlükənin  (travmanın)  qarşısını  almaq  məqsədi  ilə  lazimi 
tədbirlər həyata keçirilməlidir. 
Hər  bir  nəqliyyat  sahəsinin  özünün  sərnişin  təhlükəsizliyini  təmin  edən  qaydaları  və  normaları 
mövcuddur. 
 
YENĠ PEDOQOJĠ TEXNOLOGĠYALAR VƏ ONLARDAN COĞRAFĠYA  
DƏRSLƏRĠNDƏ ĠSTĠFADƏNĠN TƏDQĠQĠ 
 
Qasımzadə S.Q. 
Sumqayıt Dövlət Univeristeti 
 
Yeni  dövrün  tələblərinə  müvafiq  olaraq  təlim  prosesi  də  inkişaf  edir,  təlimin  yeni  metodları, 
vasitələri və təşkilat formaları yaranır. Bütün elm sahələrində olduğu kimi coğrafiyanın tədrisi metodikası 
üzrə  də  bir  sıra  nəzəri  tədqiqatlar  aparılmış,  təlim  prosesinin  təşkilinin  təkminləşdirilməsi  yolları 
öyrənilmişdir. Qeyd etmək lazımdır ki, bu proses daha çox pedoqoji texnologiyalara aiddir, problemlərin 
öyrənilməsinə həsr olunur.  
XX  əsrin  60-cı  illərində  pedoqoji  texnologiyalar  dedikdə  daha  çox  təlimdə  texniki  vasitələrin 
istifadə  edilməsinin  təlim  prosesinin  səmərəliliyinin  artmasına  təsiri  başa  düşülür.  Sonradan  pedoqoji 
texnologiyalar  terminini  təlim  prosesinin  təkminləşdirilməsinə  aid  olan  bütün  məsələlər  daxil  edilməyə 
başlandı. Bəzən səhv olaraq ―texnologiya‖ termini ―metodika‖ terminin əvəzinə işlədirlər. Bu fikri qəbul 
etmək düzgün deyil, çünki texnologiya termini təlim metodlarını əvəz etmir, əksinə onlarla yanaşı işlədilir 
və onlar fənnin tədrisi metodikasının bir hissəsini təşkil edirlər. 
Pedoqoji texnologiya dedikdə təlim prosesinin və tədris fəaliyyətinin, təşkilat formalarının, metod 
və  priomlarının  vəhdəti  başa  düşülür.  Metodik  priomlar  termini  də  praktikada  bir  növ  metodun  tərkib 
hissələri  kimi  şərh  edilir.  Hər  bir  metod  priomlarından  yəni  bir-  biri  ilə  əlaqəli  və  ardıcıl  hərəkətlər 
sistemindən ibarətdir. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə