Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə192/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   188   189   190   191   192   193   194   195   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
361 
Beləliklə,  pedoqoji  texnologiyalara  qarşıya  qoyulmuş  məqsədə  müvafiq  olaraq  bilik,  bacarıq  və 
vərdişlərin seçilməsi, formalaşdırılması və onlara nəzarət edilməsi üçün seçimiş əməliyyatların su toplusu 
kimi baxmaq daha məqsədə müvafiqdir.  
Təlimin  məqsədi  konkret  olmalı,  nəticələri  qeyd  olunmalı  və  ölçülməli,  yerinə  yetirilən 
əməliyyatlar yenidən təkrarlana bilinməlidir ki, müəllimin subyektivliyi minumun olsun.  
  Pedoqoji  texnologiyalar  təlim  prosesinin  tam  idarə  edilməsinə  əsaslanir.  Lakin  onları  mexaniki 
təkrarlanan  alqoritmlərlə  eyniləşdirmək  olmaz.  Pedoqoji  texnologiyalar  elmi  cəhətdən  əsaslandırılmış 
pedoqoji qanunauyğunluqlara əsaslanır və bu proseslər ehkam kimi qəbul edilməməlidir. 
 
  Pedoqoji  texnologiyalardan  fərqli  olaraq  ənənəvi  metodika  qarşısına  dəqiq  məqsəd  qoymur  və 
təlim  prosesinin  tam  idarə  olunmasını  nəzərdə  tutmur.  Ənənəvi  metodikada  öyrətmə  əməliyyatları 
müəllimin  pedoqoji  ustalığıdır,  şagirdlərin  naliyyətləri  çox  vaxt  subyektiv  olur.  Yeni  texnologiyaları 
tətbiq etməklə pedaqoqlar şagirdlərlə qarşılıqlı əlaqələrini optimallaşdırmağa, qarşıya qoyulmuş məqsədə 
çatmaq üçün bütün məsələləri çox diqqətlə müəyyən etməyə çalışırlar. 
  Pedoqoji  texnologiyaların  əsas  xüsusiyyətləri  aşağıdakilardır:  konseptuallıq,  sistemlilik, 
idarəedilən olması, səmərəlilik və yenidən təkrarlanması. 
 
 
TƏDRĠS PROSESĠNDƏ MÜƏLLĠM-ġAGĠRD MÜNASĠBƏTLƏRĠNĠN TƏDQĠQĠ 
 
Şirinova O.Ş. 
Sumqayıt Dövlət Univeristeti 
 
Təlim  prosesi  müəllim  və  şagird  münasibətlərinin  məcmusu  kimi  qəbul  edilir.  Müəllim  və  şagird 
münasibətləri  cəmiyyət  daxilində  həmişə  müzakirə  mövzusu  olmuşdur.    Metodistlər,  pedaqoq  və 
psixoloqlar  da  müxtəlif  tarixi  inkişaf  dövlərində  bu  münasibətləri  diqqət  mərkəzində  saxlamış  və  öz 
münasibətlərini bildirmişlər.  
Hər bir tarixi dövrdə müəllim–şagird münasibətlərinin xarakteri dövrün tələbinə uyğun formalaşmış 
və zaman-zaman dəyişərək təkmilləşdirilmışdir. 
Müasir  dövr  informasiya  bolluğu,  elmi  texniki  tərəqqinin  yüksək  inkişaf  səviyyəsi  ilə  özünü 
gösdərir.  Belə  olan  halda  təlim  prosesi  müəllim  və  şagird  münasibətlərini  məzmunca  yeni  xarakter 
almasını  tələb  edir.  Belə  ki  ənənəvi  pedeqoji  elimlər  aftoritar  cəmiyyət  şəraitində  formalaşdığı  üçün 
müasir  içtimai  dövrdə  əvvəlki  pedoqoji  nəzəriyyələrin  çoxu  özünü  doğrultmur.  Məktəblərin  işində 
keyfiyyətcə  yeni  mərhələyə  keçid  mövcud  təlim  vasitələrinin  dərindən  təhlil  edilərək  gələcək  yolların 
müəyyənedilməsi vacibdir. Bu baxımdan müasir məktəb üçün yeni müəllim kadırlarının hazırlanmasına 
ehtiyac duyulur. Sadəcə informasiya verən şagirdlərin bilik mənbəyi kimi baxdığı müəllim deyil, müstəqil 
təlim  fəaliyyətini  təşkil  edən  onları  yeni  biliklərin  axtarışına  yönəldən  problemin  tədqiq  edilməsinə 
isdiqamətləndirən  təşkilatçı  lazımdır.  Qeyr  etmək  lazımdır  ki  müasir  dövrdə  şagirdələr  əldə  olunan 
informasiyanın 70-80%-ini müəllimdən deyil başqa mənbələrdən – valideyinlərdən, internetdən, kütləvi 
informasiya  vasitələrindən,  ətraf  aləmdən,  həyatı  müşahidələrdən  alır.  Bu  səbəbdən  şagirdlərə  müasir 
informasiya axınından baş çıxarmağı, onları təhlil etməyi, sistemləşdirməyi öyrətmək lazımdır.  
Müasir  dərslərin  fərqləndirici  xüsusiyyətləri  şagirdlərin  yaradıcı  qabiliyyətlərinin,  fəaliyyətlərinin 
inkişafına  kömək  edən  qismən  axtarış  və  tədqiqat  materiallarının  daha  üstünlük  təşkil  etməsindən 
ibarətdir.  Ənənəvi  təlimdə  müəllim  üç  başlıca  funksiyanı  yerinə  yetirirdi-informasiya  ötürüci,  nəzarət 
edici və qiymətləndirirci. 
Müasir dövrdə isə məllimin sosial rolu da mürəkkəbləşir onun peşə hazırlığına verilən tələblər də 
yüksəlir.  Müəllimin  ən  mühim  keyfiyyətləri onun  öz işində səriştəli  olmasından,öz  peşə  davranışından, 
emosianal cevikliyindən, peşəkar özünü dərk etməsindən ibarətdir. 
Pedoqoji ünsiyyətin əsasında qarşıya qoyulmuş vəzifələrin həlli zamanı informasiyanın ötürülməsi, 
şagirdlərin  fəaliyyətə  təhrik  edilməsi,  yəni  motivasiya  baş  verir.  Təlim  prosesinin  müvəffəqiyyəti  daha 
çox tədrisin motivlərindən asılıdır. 
Motivasiya maraqlandırma və ya dərketmə deməkdir. Tədris fəaliyyətini pisixoloji cəhətdən təmin 
edən  şərtlər  sistemi  kimi  də  motivasiya  məvhumu  qəbul  edilə  bilər.  Öyrənmə  prosesinin  əsasını  təlim 
motivləri  təşkil  edir  ki,  bundan  sonra  təlimin  məqsəd  və  məzmunu  müəyyənləşdirilir.  Təlim-tərbiyə 
prosesində müəllim stimullaşdırıcı, nəzarətedici, təşkilatçı funksiyalarını yerinə yetirməli olur. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
362 
BAKI AQLOMERASĠYASINDA URBANĠZASĠYANIN YARATDIĞI PROBLEMLƏR  
 
Nuhiyev T.M. 
Sumqayıt Dövlət Universiteti  
 
Bakı  aqlomerasiyası  hazırda  Azrbaycanda  əhali  sıxlığı  ən  yüksək  olan  ərazidir.  Bunun  bir  neçə 
səbəbi  olsa  da  əsas  səbəblərən  birincisi  urbanizasiya  prosesidir.  Urbanizasiya  cəmiyyətin  inkişafında 
şəhərlərin  rolunun  artmasını  bildirir. 
Urbanizasiyaya  şəhərlərdə  sənayenin həcminin  artması,  şəhərin 
mədəni və  siyasi 
funksiyaları
nın  artması, 
əməyin  bölgüsü
 
strukturunun 
dəyişməsi  şərtləri  səbəb  olur. 
Urbanizasiyanın  əsas  göstəricisi
  kənd  əhalisinin
 şəhərlərə  köçməsi,  kiçik  şəhərlərin  böyüməsi  və  ətraf 
kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır. Dünyada gedən bu proseslər Bakı aqlomersiyasında da o 
qədər də fərqlənmir.  
Müasir dövrün ən aktual olan məsələlərindən olan urbanizasiyanın ümumilikdə həm müsbət, həm 
də  mənfi  cəhətlərini  sadalamaq  olar.  Şəhərlərin  böyüməsi  nəticəsində  şəhər  həyatının  müxtəlif 
sahələrində  yaranan  çətinliklərlə  şəhər  həyatının  yaşanmaz  hala  gəlməsi  insalarda  psixoloji  gərginliyə 
səbəb olur. Tibbi təminatın yetərsizliyi nəticəsində xəstəliklərin artma ehtimalı çoxalmaqla yanaşı işsizlik 
problemi  də  yoxsulluq  dərəcəsini  artıra  bilər  ki,  bu  da  ölüm  nisbətinin  yüksəlməsinə  səbəb  ola  bilər. 
Xüsusilə  mənzil  ehtiyacının  tam  ödənə  bilməməsi  nəticəsində  yaranan  gecəqonduların  yerləşdiyi 
ərazilərdə  torpaq  spekulyasiyası  arta  bilər.  Lakin  planlı  və  nəzarət  altında,düzgün  siyasətə  əsaslanacaq 
urbanizasiyanın  bir  çox  müsbət  cəhətləri  də  vardır.  Məsələn  elm  və  texnikanın  səviyyəsi  yüksəlir, 
icadların sayı artır, mədəniyyət və incəsənətin səviyyəsi yüksəlir, ticarət və nəqliyyatın inkişaf edir və s.
 
Urbanizasiya prosesi cəmiyyətin demək olar ki, bütün həyatına təsirsiz otüşmür. O həmçinin ətraf 
mühitə də öz təsirini göstərir. Çox təssüflə qeyd etmək lazımdır ki, bu təsirlər əsasən mənfi təsirlərdir. 
Ekologiyaya  göstərilən  mənfi  təsirlərin  vaxtında  qarşısını  almasaq  cəmiyyəti  təhlükə  qarşısında  qoya 
bilərik.  Bu  isə  faciə  ilə  nəticələnə  bilər.  Urbanizasiyanın  Bakı  və  ona  yaxın  ərazilərdə  ekologiyaya 
vurduğu mənfi təsirlər nəzər çarpacaq şəkildədir 
Şəhərə  cəmləşən  əhalinin  yaşayış  yeri  ilə  təmin  oluna  bilməməsi,  bu  əhalinin  alternativ  yaşayış 
məskənləri  tapmağa  sövq  edir  ki,  bunun  da  ən  asan  yolu  gecəqondulardır.  Gecəqondular  şəhərin  baş 
inkişaf  planına  uyğun  olmayan  ərazilərdə,  dövlət  əhəmiyyətli  ərazilərdə,  yüksək  gərginlikli  elektrik 
xəttlərinin  atında,  qaz,  su  və  neft  kəmərlərinin,  su  anbarlarının  yaxınlığında  yerləşmələri  həm  şəhərin 
ümumi görünüşü həm də, əhalinin sağlam mühitdə yaşaması baxımından təhlükəlidir. Bu problem eyni 
zamanda  torpaq  spekulasiyasının  yüksəlməsinə  səbəb  olur.  Düzdür  Abşeronda  yüksək  məhsuldar 
torpaqlar olmasa da torpağa göstərilən təsirlər təbii fəlakətlərə yol açır. Məsələn: Bayıl ərazisində torpaq 
sürüşməsi zonası mövcuddur və bu vaxtaşırı öz mənfi təsirlərini göstərir. Buna görə də yerli idarəetmə bu 
məsələyə ciddi yanaşmalıdır.
 
Yerli  idarəetmənin  urbanizasiya  nəticəsində  qarşılaşdığı  başqa  bir  problemdə,  sosial-mədəni 
problemlərdir.  Belə  ki,  meydana  gələbiləcək  yoxsulluq,  işsizlik,  əhalinin  şəhərlə  bütünləşməsini 
çətinləşdirməklə  cinayət  işləmə  dərəcəsini  artıra  bilər.  Urbanizasiya  zonalarında  mərkəzi  idarəetmə  ilə 
yerli  idarə  etmənin,  xüsusilə  yerli  idarəetmə  orqanları  ilə  sıx  əməkdaşlığı  tələb  olunur.  Çünki  bütün  bu 
problemləri  nəzərə  almaqla  bu  orqanlar  şəhərin  gələcəyini  müəyyənləşdirəcək  stratejik  qərarlar 
almalıdırlar.  Maliyyə  problemləri  də  urbanizasiyanın  sürətlənməsi  ilə  yerli  idarəetmə  üçün  artan 
problemdir. Çünki, artan şəhər əhalisinə daha çox xidmət göstərilməli, daha çox çox infrastruktur təmin 
edilməlidir ki, bu da külli vəsait tələb edir. 
 
Azərbaycanla  Erəmnistan  arasında  baş  vermiş  Qarabağ  müharibəsi  nəticəsində  bir  milyona  yaxın 
əhali qaçqın və məcburi köçkünlərin bir qismi də Bakıda məskunlaşmışdır. Hazırda respublikanın sosial-
mədəni  fondunun  70  faizinin  və  iqtisadi  imkanlarının  yarıdan  çoxunun  Abşeron  iqtisadi  rayonunda 
yerləşməsi  vəziyyəti  daha  da  çətinləşdirmişdir.  Bu  prosesə  təsir  edən  başlıca  səbəb  urbanizasiya 
səviyyəsinin  yüksəlməsidir.Məsələn:  Bakı,  Sumqayıt  və  Abşeron  rayonunda  xidmət  sahələri  bu  gün 
təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu regionlarda dörd milyona yaxın 
adam cəmləşmişdir. Bu isə istər demoqrafik, istərsə də ekoloji cəhətdən qətiyyən məqsədə müvafiq deyil. 
Bu cür intensiv axınlar həmin rayonlarda onsuz da dözülməz olan ekoloji şəraiti son həddə çatdırmaqla, 
bu  rayonları  yeni  sosial  münaqişə  və  partlayışı  mənbəyinə  çevirir.  Bunun  da  əsas  amilləri  çox  yüksək 
əhali sıxlığı fonunda, əmək ehtiyatlarının və iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji fərqlər və s. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə