Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə79/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   75   76   77   78   79   80   81   82   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
138 
a) Təchizat (hardware):
 
CİSin  işləməsini  mümkün  edən  kompüter  və  buna  bağlı  yan  məhsulların  bütünü  təchizat  olaraq 
adlandırılar.  Bütün  sistem  içərisində  ən  əhəmiyyətli  vasitə  olaraq  görünən  kompüter  yanında  yan 
təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici 
(digitizer),  məlumat  qeyd  modulları  (verilən  collector)  kimi  cihazlar  məlumat  texnologiyası  vasitələri 
olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. 
b) Proqram (software):
 
Digər  bir  deyişlə  kompüterdə  qaça  bilən  proqram,  coğrafik  məlumatları  depolamaq,  analiz  etmək  və 
göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma 
dilləriylə  reallaşdırılan  alqoritmlərdir.  Proqramların  çox  çoxunun  ticari  məqsədli  firmalar  tərəfindən 
inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və 
araşdırmaya  istiqamətli  inkişaf  etdirilmiş  proqramlar  da  mövcuddur.  Dünyadakı  CBS  bazarının 
əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu 
cür 
proqramlarla 
haradasa 
qaynaşmış 
vəziyyətdədir. 
Ən 
məşhur 
CİS 
proqramları 
olaraq 
ArcInfo,Intergraph, MapInfo, Netcad  (Türkcə,  Azərbaycan  dili), Idrisi, Grass
 vs.  verilə  bilər. 
Coğrafi  məlumat  sisteminə  istiqamətli  bir  proqramda  olması  lazım  olan  təməl  ünsürlərdən  bəziləri 
bunlardır; 

 
Coğrafi məlumat girişi və əməliyyatı üçün lazımlı vasitələri saxlaması, 

 
Bir verilənlər bazası rəhbərlik sisteminə sahib olmaq

 
Konumsal sorğulama, analiz və göstərməyi dəstəkləməli, 

 
Əlavə təchizatlar ilə olan əlaqələr üçün ara-yüz 
interface
 dəstəyi olmalıdır. 
c) 
Məlumat (data):
 
CİSin  ən  əhəmiyyətli  komponentlərində  biri  də  "məlumat"dır.  Qrafik  quruluşdakı  coğrafi 
məlumatlar ilə təyin edici xüsusiyyətdəki özüdəlik və ya cədvəl məlumatları lazımlı qaynaqlardan toplana 
biləcəyi kimi, bazarda olan hazır haldakı məlumatlar da satın alına bilər. CİS konumsal məlumatı digər 
məlumat qaynaqlarıyla birləşdirə bilər. Beləcə bir çox təşkilat və quruluşa aid məlumatlar təşkil edilərək 
konumsal  məlumatlar  inteqrasiya  olundurulmaqdadır.  Məlumat,  ekspertlər  tərəfindən  CİS  üçün  təməl 
element  olaraq  qəbul  edilərkən,  əldə  edilməsi  ən  çətin  komponent  olaraq  da  görülməkdədir.  Məlumat 
qaynaqlarının  dağınıqlığı,  çoxluğu  və  fərqli  strukturlarda  olmaları,  bu  məlumatların  toplanması  üçün 
böyük  zaman  və  xərc  tələb  etməkdədir.  Necə  ki  CİSə  istiqamətli  qurulması  hazırlanan  bir  sistem  üçün 
xərclənəcək zaman və xərcin təxminən %50 deyil çoxu məlumat yığmaq üçün lazımdır. 
d) 
İnsanlar (people):
 
CİS  texnologiyası  insanlar  olmadan  məhdud  bir  quruluşda  olardı.  Çünki  insanlar  gerçək  dünyadakı 
problemləri tətbiq etmək üzrə lazımlı sistemləri idarə edər və inkişaf planları hazırlayar. CİS istifadəçiləri
sistemləri hazırlayan və qoruyan ekspert texniklərdən gündəlik işlərindəki performanslarını artırmaq üçün 
bu sistemləri istifadə edən kəslərdən ibarət olan/yaranan geniş bir kütlədir. Başqa sözlə coğrafi məlumat 
sistemlərində  insanların  istəkləri  və  yenə  insanların  bu  istəkləri  qarşılamaları  kimi  bir  müddət  yaşanar. 
CİSin inkişafı mütləq surətlə insanların yəni istifadəçilərin ona sahib çıxmalarına və mövqeyə bağlı hər 
cür  analiz  üçün  CİSi  istifadə  edə  bilmə  qabiliyyətlərini  artırmağa  və  dəyişik  intizamlara  yenə  CİSin 
üstünlüklərini tanıtmaqla mümkün ola biləcək. 
e) 
Üsullar:
 
Müvəffəqiyyətli bir CİS, çox yaxşı hazırlanmış plan və iş qaydalarına görə işlər. Bu cür funksiyalar hər 
təşkilata  xas  model  və  tətbiqlər  şəklindədir.  CİSin  təşkilatlar  içərisindəki  vahidlər  və  ya  təşkilatlar 
arasındakı konumsal məlumat axışının məhsuldar bir şəkildə təmin edilə bilməsi üçün lazımlı qaydaların 
yəni metodların inkişaf etdirilərək tətbiq olunur olması lazımdır. Mövqeyə söykənən məlumatların əldə 
edilərək istifadəçi tələbinə görə çıxarılması və təqdim edilməsi mütləq müəyyən standartlar yəni qaydalar 
çərçivəsində reallaşar. Ümumiyyətlə standartların təsbiti şəklində olan bu tətbiqlər bir baxıma təşkilatın 
strukturca  təşkilatı  ilə  doğrudan  əlaqədardır.  Bu  məqsədlə  qanuni  tənzimləmələrə  gedilərək  lazımlı 
müdiriyyətlər hazırlanaraq qanunlar təsbit edilər. 
Azərbaycan  respublikasında  da  bir  çox  CİS  şirkətləri  mövcuddur.  Bunlar  Azərbaycan 
respublikasının  daha  da  çox  inkişaf  etməsi  üçün  müasir  üsul  və  texnologiyalardan  istifadə  edirlər. 
Təsadüfi deyilki artiq Azərbaycan Respublikasında bir neçə dövlət strukturları və idarələri də CİS tətbiq 
edir.  Bunlara  Dövlət  Torpaq  və  Xəritəçəkmə  komitəsi,  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidməti, 
əmlak  Məsələləri  üzrə  Dövlət  Komitəsi,  Fövqəladə  Hallar  Nazirliyini  və  s.  misal  göstərmək  olar. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
139 
Azərbaycan respublikasında artiq 10-a yaxın CİS şirkətləri mövcuddurki bunlara
Datum  MMC , Integris 
MMC  , R.I.S.K. Company-ni və s. misal göstərmək olar. 
 
 
SOSĠALMĠNĠNG VASĠTƏSĠLƏ VERĠLƏNLƏRĠN ANALĠTĠK EMALI 
 
İsmayılzadə C.R.  
Azərbaycan Dövlət Neft Akademiyası 
 
İnsan həyatında cəmiyyət vacib rol oynayır: uşaq vaxtında bizim yanımızda olan insanlar bizə bu 
və ya başqa cür təsir göstərir, sosial mühitdə fasiləsiz qarşılıqlı əlaqə baş verir ki, bunsuz da şəxsiyyətin 
tam  şəkildə  inkişaf  etməsi  mümkün  deyildir. XX  əsrin  ortalarından  alim-sosioloqların  çoxlu  işləri  dərc 
olunmuşdu  ki,  onlar  orada  ictimai  münasibətlər  sferasındakı  təhlilin  müxtəlif  yanaşmalarını  təklif 
etmişdilər. Onlar öz əsərlərində sosial şəbəkə adı altında bir-birilə ümumi münasibətlər və ya maraqlarla 
əlaqəli  olan  insanlar  strukturunu  başa  düşürdülər.  İnternetin  əmələ  gəlməsi  ilə  artıq  sonralar 
xüsusiləşdirilmiş  elektron  portallarını  da  belə  adlandırırdılar.  Sosial  şəbəkələr  –  verilənlərin  təhlilinin 
xüsusi  reallığı  və  xüsusi  fəlsəfəsi  olub,  statistik,  sistemli,  imitasiyalı  kimi  müxtəlif  riyazi  yanaşmaları 
müasir sosial nəzəriyyə ilə inteqrallaşdırmağa imkan verir.  
İnformasiya texnologiyalarının, həmçinin də İnternet şəbəkəsinin inkişafı ilə insanlar arasındaki qarşılıqlı 
əlaqə  yeni  bir  səviyyəyə  keçmiş  oldu.  Cəmiyyətdə  insanın  aktivliyinin  bu  və  ya  digər  tərəfini  əks 
etdirilmə,  informasiyanı  saxlamaq  və  yığmaq    qabiliyyətinə  malik  olan  elektron  portallar  əmələ  gəlir. 
―Vkontakte‖, ―Moy kruq‖ və s. kimi virtual sosial şəbəkələr xüsusi yer tuturlar.  
Bununla  bərabər,  daha  effektiv  nəzarət  və  onların  idarə  olunmasını  həyata  keçirtmək  üçün  cəmiyyətdə 
gedən  proseslərin  mahiyyətini  dərk  etmək  arzusu  həmişə  saxlanılırdı.  Beləliklə,  sosial  şəbəkələrdəki 
verilənlərin təhlili üçün yaxşı material əmələ gəlmişdi. Social Mining – sosial şəbəkələrdə asılılıqların və 
biliklərin axtarışı və aşkarlanması üçün Data Mining üsul və alqoritmlərinin tətbiqi deməkdir.  
 
 
ĠNFORMASĠYANIN MÜHAFĠZƏSĠNDƏ ġĠFRƏLƏNMƏ ALQORĠTMLƏRĠNĠN  
MÜQAYĠSƏLĠ TƏHLĠLĠ 
 
Quliyeva A.M. 
Azərbaycan Dövlət Neft Akademiyası 
 
Müasir  kriptoqrafiyanın  predmeti informasiyanı  bədniyyətlinin  müəyyən  əməllərindən  mühafizə 
etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, 
autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. 
Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur.  
Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu 
konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız 
açarın məxfi saxlanması ilə təmin edilməlidir. 
Şifrləmənin simmetrik və asimmetrik adlanan iki əsas üsulu var: 
Simmetrik Ģifrləmə 
Simmetrik  şifrləmə  üsulunda  eyni  açar  (gizli  saxlanılan)  həm  məlumatı  şifrləmək,  həm  də 
deşifrləmək üçün istifadə olunur. Olduqca effektiv (sürətli və etibarlı) simmetrik şifrləmə metodları var. 
Simmetrik  şifrləmə  alqoritmlərindən  DES,  3-DES,  IDEA,  FEAL,  Skipcack,  RC2,  RC4,  RC5,  CAST, 
Blowfish kimi blok şifrləri və bir sıra axın şifrləri (RC4, A5) daha geniş istifadə olunur. 
Əsas nöqsanı: məxfi açar həm  göndərənə, həm də alana məlum olmalıdır. Bu bir tərəfdən məxfi 
açarların  tam  məxfi  kanalla  göndərilməsi  problemini  yaradır.  Digər  tərəfdən  alan  tərəf  şifrlənmiş  və 
deşifrlənmiş  məlumatın  varlığı  əsasında  bu  məlumatı  konkret  göndərəndən  almasını  sübut  edə  bilməz. 
Çünki belə məlumatı o özü də yarada bilər. 
1.1.1. 
Asimmetrik şifrlə
m
ə
 
Asimmetrik kriptoqrafiyada iki açardan istifadə olunur. Onlardan biri açıq açar (sahibinin ünvanı 
ilə  birlikdə  nəşr  oluna  bilər)  şifrləmə  üçün  istifadə  olunur,  digəri  gizli  açar  (yalnız  alana  məlum) 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə