Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 5,36 Kb.

səhifə94/200
tarix15.11.2018
ölçüsü5,36 Kb.
1   ...   90   91   92   93   94   95   96   97   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
167 
ABQAZ XLORĠD TURġUSUNUN HESABINA 1.3- VƏ 1.2- DĠXLORHĠDRĠN  
QLĠSERĠNĠN ALINMASI 
 
Hüseynova G.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Üzvi sintezin inkişafı ilə əlaqədar olaraq xlorlaşma reaksiyalarının hesabına külli miqdarda abqaz 
xlorit  turşusunun  əmələ  gəlməsi  müşahidə  edilir.  Çünki  dünyada  istehsal  olunan  xlorun  70  %  -i  xlor 
tərkibli üzvi birləşmələrin alınmasında istifadə olunur. Ona görə də hazırda abqaz xlorit turşusunun utilizə 
olunması xüsusi əhəmiyyət kəsb edir. Həmin problem aşağıdakı üsullarla həll edilir: 
1)
 
Xlorid turşusunun kimyəvi oksidləşməsi (Valden üsulu :  
                4HCl + MnO
2
            MnCl
2
+ Cl
2
 + 2 H
2
O) daha sonra Dikon üsulu: - havanın oksigeni ilə: 
4HCl + O
2
                2Cl
2
 + 2H
2

2) Xlorid turşusunun elektrolizi: 
    2HCl        2 e 
-
            H
2
  + Cl

3) Xlorid turşusunun elektrokimyəvi oksidləşdirilməsi. 
Bu  üsul  xlorid  turşusu  hesabına  doymamış  birləşmələrdən  müvafiq  xlorhidrinlərin  alınması  çox 
tonnajlı  abqaz  xlorid  turşusunun  bir  mərhələdə  utiləşdirilməsi  baxımından  xlor  üzvi  kimya  sənayesinin 
inkişafında xüsusi əhəmiyyət kəsb edir. 
Tədqiqat  işində  allilxloridin  abqaz  xlorid  turşusundan  istifadə  edərək  elektroliz  şəraitində 
xlortərkibli birləşmələrin, o cümlədən, 1.3- və 1.2- dixlorhidrin qliserinin alınması öyrənilmişdir. 
Dixlorhidrin  qliserin  epoksid  qətranlarının  istehsalında  tətbiq  olunan  epixlorhidrinin  alınmasında 
xammal kimi istifadə olunur. Onun istehsalı molekulyar xlorun suda allilxloridə təsirinə əsaslanır. Ancaq 
burada  istifadə  olunan  xlorun  50  %  -ə  qədəri  tullantı  xlorid  turşusuna  çevrilir.  Buna  görə  də  onun 
elektrokimyəvi  üsulla  dixlorhidrin  qliserinin  alınmasında  xammal  kimi  istifadə  olunması  həm  praktiki, 
həm də ekaloji baxımdan əlverişli hesab olunur. 
Elektrolitik  sistemdə  anod  materialı  kimi  titan  üzərinə  çökdürülmüş  rutenium  oksidindən,  katod 
kimi isə qrafit və yaxud paslanmayan poladdan istifadə edilir. Istifadə olunan xlorid turşusunun qatılığı 5-
7  %,  reaksiyanın  temperaturu  30-  60 
0
C  arasında  götürülür.  Təcrübələr  göstərir  ki,  ən  yüksək  çıxımlar 
(cərəyana  görə  80-85  %,  selektivliyə  görə  isə  93-95  %  )  xlorid  turşusunun  qatılığı  5-6  %,  elektrolitin 
temperaturu  40-50 
0
C  ,  anodda  cərəyan  sıxlığı  30-40  A/dm
2
  olduqda  alınır.  Məhlulda  dixlorhidrinin 
qatılığı  45-50  q/l  alınır.  İstifadə  olunmayan  xlorid  turşusunun  qatılığı  isə  2-3  %  təşkil  edir.  Ancaq 
müəyyən  edildiyinə  görə  sonrakı  mərhələdə  məhlula  fon  elektroliti  kimi  NaCl  (3    %  -ə  qədər)  əlavə 
edildikdə  və  elektroliz  prosesini  davam  etdirdikdə   məhluldakı  xlorid turşusunun  qatılığı  0.3  %-ə  qədər 
azala  bilər.  Dixlorhidrin  qliserinin  qatılığı  isə  məhlulda  70  q/l-ə  qədər  artır  və  demək  olar  ki,  bu  üsulla  
istifadə olunan xlorid turşusu praktiki olaraq axıra qədər dixlorhidrin qliserinin alınmasına sərf olunur. 
 
 
DOYMAMIġ EPOKSĠBĠRLƏġMƏLƏRĠN ALINMASI VƏ HĠDROSĠLĠLLƏġDĠRĠLMƏSĠ 
 
Ələsgərli A.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Olefinlərin oksidləri qiymətli maddələr olub yüksək texniki istismar  xassələrinə malik qatran  və 
polimerlərin alınmasında istifadə olunurlar. Bunlardan alınan materiallar təsərrüfatın bir çox sahələrində 
istifadə  olunur.  Lakin  bu  materialların  şaxtaya,  yüksək  temperatura  ,  həlledicilərə  davamlılıqlarının, 
materiallara  adgeziyalarının  aşağı  olması  onların  tətbiqi  dairəsini  qismən  məhdudlaşdırır.  Qatran  və 
polimerlərdə  göstərilən çatışmamazlıqları  aradan  qaldırmaqdan ötrü  ya  onlar  həmin  xassələri  aşılayacaq 
monomerlər  tərəfindən  istehsal  olunur  və  yaxud  istehsalı  təşkil  olunmuş  qatran  və  polimerlər  həmin 
xassələrə  malik  olan  maddələr  ilə  modifikasiya  edilirlər.  Bu  məqsədlə  bir  çox  müxtəlif  atom  və  ya 
funksional qruplar saxlayan birləşmələr, o cümlədən, üçqat karbon- karbon əlaqəsi saxlayan və 

- oksid 
əlaqəsi saxlayan birləşmələr daha çox əhəmiyyət kəsb edir. Ona görə də tərkibində müxtəlif funksional 
qruplar propargil sıırası qlisidil efirlərinin sintezi metodlarının işlənməsi həm sintetik və həm də tətbiqi 
kimyanın mühüm məsələlərindəndir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
168 
Doymamış  silisium-üzvi  epoksibirləşmələrin  sintezi  bir  çox  üsullar  ilə,  o  cümlədən  ,  olefinlərin 
oksidləşdiricilər  ilə  birbaşa  oksidləşdirilməsi,  metal-üzvi  sintez,  xlorhidrinləşdirmə  və  sonrada 
dehidroxlorlaşdırma,  kondensləşdirmə  və  digər  üsullar  ilə  sintez  edilirlər.  Hər  bir  sintez  və  ya  istehsal 
üsulunun üstünlükləri ilə yanaşı müvafiq çatışmamazlıqları da mövcuddur. Oksidləşdirmə və metal- üzvi 
sintez üsulları təhlükəli və çox mərhələlidirlər. Digər üsullarda reaktiv sərfi yüksək olmaqla yanaşı, alınan 
maddənin təmizliyi və çıxımı aşağı olur, istənilən tərkib və quruluşda birləşmənin sintezi çətinlik törədir.  
Sadalanan  çatışmamazlıqları  nəzərə  alaraq  asetilen  sırası  1-  propalqiloksi  -2-  qlisidiloksi-3- 
xlorpropanın  sintezi  məqsədilə  propargil  spirti  və  epixlorhidrinin  qarşılıqlı  təsirindən  alınan  xlorhidrin 
dehidroxlorlaşdıdırılır: 
                                     O                                            CH
2
Cl     OH 
 
HC 

 CCH
2
OH+2ClCH
2
CH – CH
2
          HC

 CCH
2
OCH
2
CHOCH
2
CHCH
2
Cl 
 
                                                      CH
2
Cl 
              HC 

 CCH
2
OCH
2
CH                     O 
                                                   
                                                    OCH
2
CH – CH

 
Tərkibində xlor atomu və 

- oksid həlqəsi saxlayan etilen sırası silisium-üzvi birləşmələrin sintezi 
məqsədilə 
1-propargiloksi-2-qlisidiloksi-3-xlorpropanın 
üç 
üzvi 
əvəzləyicili 
hidrosilanlarla 
platinohidrogenxlorid  turşusu  iştirakında  hidrosililləşdirilməsi  reaksiyaları  tədqiq  edilir.  Müəyyən 
edilmişdir ki, reaksiyanın xlor atomu, 

- oksid həlqəsi və C 

 C əlaqəsində gedəcəyi gözlənildiyi halda, 
hidrisilanlar ancaq üçqat karbon- karbon əlaqəsinə birləşir və doymamış etilen sırası silisium –üzvi xlor 
atomu saxlayan epoksibirləşmələr əmələ gətirirlər: 
                                 CH
2
Cl 
 
HC

CCH
2
OCH
2
CH                   O     +  R
3
SiH  
                                  
                                  OCH
2
CH – CH
2
 
 
                                                                               CH
2
Cl 
                                                                                                O 
                                  R
3
SiHC=CHCH
2
OCH
2
CH                                
                                                                                 OCH
2
CH – CH

Burada R= alkil, aril, alkoksi radikallardır.  
Reaksiya  məhsullarının  tərkibi,  təmizliyi  və  quruluşu  müasir  fiziki  –  kimyəvi  analiz  üsulları  ilə 
öyrənilmiş və sübut edilmişdir.  
 
ЕLEKTROKĠMYƏVĠ ÜSULLA XLORÜZVĠ 
BĠRLƏġMƏLƏRĠN ALINMA REAKSĠYALARININ TƏDQĠQĠ 
 
Məcidova N.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Son  zamanlarda  doymamış  karbohidrogenlərin  elektrokimyəvi  üsulla    xlorhidrinləşdirmə  prosesi 
praktiki  və  ekoloji  baxımdan  maraqlı  olduğunu  sübut  etmişdir.Belə  ki,  həmin  üsula  əsasən  xloridli 
duzların məhlulları ilə yanaşı zəif qatılıqlı xlorid turşularından da bir sıra epoksi birləşmələrin alınmasının  
mümkünlüyü göstərilmişdir. Bu sahədə Azərbaycan alimlərinin (prof. D.Ə.Aşurov, prof. Y.Ə.Yüzbəyov 
və s.) apardığı işlər olduqca aktualdır. 
Aparılan  elmi  tədqiqat  işlərinin  nəticələrinə  görə,  bir  sıra  doymamış  karbohidrogenlərin  xlorid 
turşusunun  diafraqmasız  elektroliz  qurğusunda  xlorhidrinləşmə  reaksiyalarında  propilenxlorhidrinin 
(PXH),  dixlorhidrinqliserinin  (DXHQ),  izobutilenxlorhidrinin  (İBXH)  və  s  .  yüksək  çıxımla  alınması 
təmin edilmişdir. Həmin reaksiyalar diafraqmasız elektroliz qurğusunda aparılır. Elektrod materialı kimi: 




Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   200


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə