Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
329
edilməsi,müştərək şəkildə Cənubi Sudan Respublikasının inkişaf yönümlü idarəçilik qabiliyyətinin
artırılması, qonşu dövlətlərlə dostluq münasibətlərinin qurulması üçün geniş imkanlar yaratmaqdan
ibarət idi.
9 iyul 2011 ci ildə Cənubi Sudan dünyanın ən cavan dövlətlərindən biri olur. Cənubi Sudanda
dövlətin yaradıması 6 illik sülhün
kulminasiya nöqtəsi idi, hansı ki 20 ildən
çox davam edən müharibənin
məntiqi nəticəsi olaraq 9 yanvar 2005 ci ildə Sudan Azadlıq xalq hərəkatı ilə Sudan rəhbərliyi arasında
imzalanmışdı.
Birləşmiş Millətlər Təşkilatının Sudan Missiyası keçid dövründə sülh müqaviləsini imzalayadan
sonrakı müddətdə Sudanda və Sudan Azadlıq Xalq Hərəkatı regionunda hökümətin möhkənləməsinə
yardım edildi. Sülh müqaviləsində həm də referendum çağırılaraq Cənubi Sudanın statusunu müəyyən
edilməsi ilə bağlı müddəalar var idi.Qrafikə əsasən 2011-ci ilin yanvar ayında referendum keçirildi. 98,83
faiz səs müstəqil olunması bağlı idi. Baş katib Cənubi Sudanda yaşayan xalqın öz müqəddaratını həll
etdiyini və bunun da öz əksini verilən səslərin çoxluğunda tapdığını, yekun nəticələrini elan edən zaman
bildirdi.
15 dekabr 2013-cü ildə Cənubi Sudanın paytaxtı Cubedə baş verən zorakılıq aktları
tezliklə ölkənin
bütün regionlarına yayıldı. Nəticədə ölkə ərazisində ümummilli siyasi böhran baş verdi. Münaqişələr
ölkənin on ştatından yeddisinə təsir etdi. Hərbi müdaxilələrdən daha çox mərkəzi
Ekvatoriya,Conqliya,Yuniti,və Yuxarı Nilin ştatları əziyyət çəkdi.
Böhranın davam etdiyi bir neçə gün ərzində BMT-nin sülhməramlılarına qarşı neqativ münasibət
özünü aşkar şəkildə göstərirdi. Hökümətin tanınmış simaları tərəfindən BMT-nin Cənubi Sudan
Missiyasına qarşı əsassız ittihamlar sürüldü. Bir çox ştatların paytaxtlarında o cümlədən Rumbekdə və
Aveyldə BMT-yə qarşı nümayişlər baş verdi.
Böhran ölkədə insan hüquqlarının kəskin şəkildə pozulmasına səbəb yaradacaq qədər böyük
miqyasda idi.BMT-nin Cənubi Sudan Missiyasının açıqladığı statiskaya əsasən hərbi müdaxilələr zamanı
minlərlə insan ölmüşdür. Beynəlxalq humanitar və insan haqları normalarına riayət etmədiyi üçün
hər iki
tərəf məsuliyyət daşıyır.
Humanitar vəziyyət qəflətən pisləşdi. İlk dörd həftədə beş yüz min Cənubi Sudan sakinləri məcburi
köçkün oldular, bundan əlavə yetmiş dörd min üç yüz nəfər dinc sakin isə qonşu ölkələrə qaçdılar. Bu
qrupların kəmiyyəti getdikcə artırdı. 2014 cü ilin Fevralın sonlarına olan nəticələrə görə məcburi
köçkünlərin sayı doqquz yüz min idi və onlardan yüz altmış yeddin mini qonşu ölkələrdə
məskunlaşmışdılar. Qonşu ölkələrdə məskunlaşmış 500 000 nəfər humanitar yardıma çox böyük ehtiyac
duyurlar.Cənubi Sudanın 3,7 milyon dinc sakinin həyat şəraitlərinin gərgin olmasından irəli gələrək sağ
qalması sual altındadı.
Cube şəhərinə və böyük Yuxarı Nil regionuna silahlı müdaxilə nəticəsində on minlərlə dinc sakin
sağ qalmaq ümidi ilə evlərini tərk etdilər. Missiya hərbi mühəndislərlə və digər humanitar qurmlarla birgə
komplekslər hazırladırlar ki, dinc sakinlərə mümkün olduğu qədər yardım edə bilsinlər. Həmin vaxtdan
səkkiz kompleksdə müxtəlif regionlardan 85 000 nəfər dinc sakin sığınmışdır. Bu qədər böyük sayda
insanın kompleksdə məskunlaşması Missiyanın resurslarına böyük gərginliyə səbəb olurdu. BMT-nin
Cənubi Sudan Missiyası bir çox digər humanitar təşkilatlarla əməkdaşlıq edərək onun təhlükəsizliyini
təmin etdiyi komplekslərdə yaşayan dinc sakinlərin ehtiyaclarını ödəmək üçün geniş şəraitlər yaratdı.
Böhranla mübarizə aparmaq üçün BMT-nin Cənubi Sudan üzrə Missiyasının imkanlarını artırmaq
üçün Təhlükəsizlik Şurası 24 dekabr 2132 saylı qətnaməsində Baş katibin etdiyi təklifi qəbul edərək
Missiyanın hərbi və polis komponentlərini artırmaq qərara alındı. Missiyadakı müvəqqəti hərbi
qüvvələrin sayı 12 500 nəfərə qədər artırıldı və 1323 nəfər polis işçisi olaraq fəaliyyətini davam etdirdi.
Baş katib 6 mart tarixində Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatında xüsusilə qeyd edir ki,
artırılmış qüvvələr ən azı 12 ay bu ərazidə qalsınlar. O əminliklə qeyd edir ki, bu vaxt ərzində dinc
sakinlərin əvvəlki həyat şəraitinin təmin edilməsinə kifayət edir.
Son hadisələrə istinad etsək ,sülhməramlı Missiya birinci növbədə öz fəaliyyətini sülhü təmin
etməkdən daha sonra hökümətin qurulması üçün şərait yaratmalı və hər iki tərəflə müştərək iş aparmalı
olduğunu aydınca görərik.
BMT-nin Cənubi Sudan Missiyasının əsas məqsədi dinc sakinlərin və insan haqlarının
qorunması,humanitar yardımların təhlükəsiz şəraitdə çatdırılmasını hər mənada təmin etmək, öz
səlahiyyətləri daxilində münaqişə zamanı ziyan çəkmiş insanlar edilmiş müraciətlərin həllinə yardımçı
olmaqdır. Bu hardasa ümidin tükəndiyi yerdə ümid çırağını yandırmaq kimidir.
Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
330
27 may 2014 – cü ildə Təhlükəsizlik Şurası yekdilliklə 2155 saylı qətnaməni qəbul edərək BMT-
nin Cənubi Sudan Missiyasına mandat verdi ki, humanitar yardımının təhküsiz şəraitdə çatdırılmasına
səbəb yaratdı. Missiya münaqişə olan regionda sülhün tam bərqərar olması üçün çalışmalı idi.
BMT-nin Cənubi Sudan Missiyası fəaliyyətinə hazırda da davam edir. Müharibədən yorulmuş bir
xalqın istədiyi dinc həyat şəraitinin bərpa edilməsi üçün çalışan Missiya məqsədinə müəyyən qədər
çatmışdır.
BMT-nin dünya miqyasında baş verən hadisələrdə fəal yanaşma və müdaxiləsi aşkar şəkildə özünü
göstərir. Etnik, siyasi münaqişələrin həddindən çox baş verən bir dünyada bu cür addımların atılması
davamlı olması arzuolunandı. Sadəcə təbii ki, bu addımların gecikdirilməsi vaxtında atılması həyati
vaciblik daşıyır.
SEPARATĠZM VƏ ġOVĠNĠST MĠLLƏTÇĠLĠYĠN BEYNƏLXALQ
MÜNASĠBƏTLƏRƏ TƏSĠRĠ
Nəsirova A.V.
Azərbaycan Dövlət İqtisad Universiteti
Separatizm latın sözüdür, ayrı, ayrılıqda, xüsusiləşmiş mənasını verib dövlətdən ayrılma, başqa bir
dövlət qurma və ya dövlətin tərkibində muxtariyyət əldə etmək fəaliyyəti kimi dərk olunur. Tədqiqatçılar
müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon əhalini və 12,7 milyon kvadratkilometr
ərazini əhatə etdiyini bildirirlər. Coğrafi tipinə görə Qərbi Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14,
Afrikaya 6, Amerikaya 4, islam tipinə görə isə 6 mərkəz düşür. Bunlardan 20-si silahlı qarşıdurma
xarakteri daşıyır. Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla həm də etnik-dini
zəmində özünü göstərir. Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si etnik-monoton ölkədir,
yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40 faizində isə ən azı 5 azsaylı xalq
yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır və nəzəri baxımdan onların hər biri müstəqilliyinə
can ata bilər, onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək
çətin olmaz. Hətta sakit Qərbi Avropada belə separatizmin dərin kökləri mövcuddur. Böyük Britaniyada
irlandlar və şotlandlar, İspaniyada basklar Fransada korsikalılar və başqalarının separatçı mübarizəsi 10
illərdir davam edir. SSRİ və Yuqoslaviyanın dağılması nəticəsində etnik konfliktlərin yeni dalğası
başlandı və bu gün də o ərazilərdə münaqişələrin bir qismi öz gərginliyini saxlayır. Etnik konfliktlər
törətdiyi nəticələrə görə çox təhlükəlidir və bu yalnız qarşıduran tərəflər üçün deyil, bütün dünya üzrə
təhlükəyə çevrilə bilər. Birinci Dünya müharibəsi də serblərlə Avstriya-Macarıstan arasında olan etnik
konfliktdən başladı. Məlum olduğu kimi, XXI əsrin əvvəllərinə yaxın dünya birliyi beynəlxalq sabitlik
üçün əsas təhdidlərdən biri ilə – bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü
büruzə verən
davakar separatizmlə üzləşmişdir. Separatizmi qidalandıran etnoslararası münaqişələr bəzi hallarda hərbi-
siyasi münaqişələrə, hətta dinc əhali üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə
çevrilir. Bundan başqa, bir çox hallarda beynəlxalq terror təşkilatlarının gələcək kadrları məhz bu
münaqişələrdə döyüş təcrübəsi keçirlər. Bu məhvedici hadisənin spesifik cəhəti ondadır ki, burada ―milli
özünüdərkin oyanması‖, ―millətlərin öz müqəddəratını təyin etmə hüququ‖, ―istismar olunan xalqlara
azadlıq‖, ―insan haqları‖, ―Vətənlə birləşmə‖ kimi humanist demokratik ideyalar dəlilik həddinə çatmış
qanlı hadisələrlə bir aradadır. Sonda bu, yeni ―qanunsuz doğulmuş‖ və daha çox marginallaşmış və bir
qayda olaraq dünya birliyi tərəfindən tanınmayan qurumların meydana gəlməsinə səbəb olur.
Özü də gözə
çarpmasa da, sonda burada əsas rolu dağıdıcı separatist prosesləri ―həvəsləndirən‖
xarici geosiyasi amillər
oynayır.
Müasir beynəlxalq münasibətlərdə Ukraynada baş verən olaylar, xüsusilə də Krımda Rusiyanın son
aktivləşməsi və muxtariyyətin mərkəzdənqaçma meyilləri postsovet məkanında da separatizm problemini
yenidən gündəmə gətirib. Nəzər yetirsək, görmüş olarıq ki, postsovet məkanında öz inkişaf yolunu
sərbəst
müəyyənləşdirmək istəyən cəmiyyətlər, müstəqil siyasət yeritməyə meyil edən dövlətlərin hər biri
separatizmdən əziyyət çəkir. Separatizm meyillərinin arxasında isə birbaşa Rusiya amilinin durması heç
kəsə sirr deyil. Həm Dağlıq Qarabağ, həm Abxaziya və Osetiya, həm Dnestryanı, həm də son vaxtlar
aktuallaşan Qaqauziya və Krım problemləri açıq şəkildə Rusiyanın SSRİ-nin şinelindən çıxmış dövlətlərə
təzyiq vasitəsi olduğunu ortaya qoyur. Qeyd edək ki, ayrı-ayrı postsovet ölkələrində mövcud olan
sözügedən problemlərin əksəriyyətinin mövcudluq tarixi elə həmin dövlətlərin yaşı ilə eynidir. Bu