Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

adından sən im i təşəkkürünü və minnətdarlığını  bildir­

di.

Yubiley  mərasimini  yekunlaşdıran  akademik 

A zad Mirzəcanzadə son sözündə Azərbaycanın müstə­

qilliyi  şəraitində  RETK-nm  kollektivi  qarşısında  çox 

böyük  vəzifələr durduğunu  qeyd etdi  O,  qısa  müddət 

ərzində  oxuculara  xidm ət işinin  daha  da yaxşılaşdırıl­

masım,  kitabxana kitabının hər bir oxucuya  çatdırılma­

sın

/, 

kitabxana  işinin  kompüterləşdirilməsini,  RETK- 

nm  internet  şəbəkəsinə  qoşulmasını



kitabxananın 

maddi-texniki  bazasının  möhkəmləndirilməsini, 

o 

cümlədən müasir texniki avadanlıqların alınmasını, y e ­

n i düşüncə tərzinə malik gənc kitabxanaçı kadrların işə 

cəlb edilməsini m əsləhət gördü,  kitabxana kollektivinə 

gələcək fəaliyyətində böyük uğurlar arzuladı.

Respublika  Elmi-Texniki  Kitabxanasının  70  il­

liyinə  bəsr olunmuş yubiley mərasimi  əsl bayram  əh­

val-ruhiyyəsində  və  elm i yaradıcılıq şəraitində keçdi.

*  *  *


в

AZƏRBAYCAN

ELMİ-TEXNİKİ FİKRİNİN XƏZİNƏSİ

Ölkəmizin  respublika  əhəmiyyətli  statusa  malik 

olan  kitabxanalan  içərisində  Respublika  Elmi-Texniki 

Kitabxanasının özünəməxsus yeri  və  tarixi  rolu olmuş­

dur.  Əsası  30-cu  illərdə  qoyulmuş  bu  kitabxana  res­

publikamızın  mədəni  inkişafında,  elmi-texniki  fikrin 

təbliğində,  texniki  ziyalıların  yetişdirilməsində,  əha­

liyə  kitabxana  xidmətinin  təşkilində  xüsusi  xidmətlər 

göstərmiş,  minlərlə  oxucunun  sevimli  elm  məbədgahı- 

na  çevrilmişdir.  Oxucu  nəsilləri  bir-birini  əvəz  etdikcə 

kitabxana da  daim  yeniləşmişdir.  Geniş  oxucu  kütləsi­

nin,  elmi  ictimaiyyətin,  ziyalıların  hədsiz  hörmətini 

qazanan,  yüksək  humanist  və  demokratik  prinsiplərə 

xidmət  edən  Respublika  Elmi-Texniki  Kitabxanası 

fəaliyyət  göstərdiyi  70  il  müddətində  böyük  tarixi  yol 

keçmiş,  kitabxana  tariximizi  öz  qiymətli  təcrübəsi  ilə 

zənginləşdirmişdir.

Respublika  Elmi-Texniki  Kitabxanasının  əsası 

1923-cü  ildə  Azərbaycan  Mərkəzi  İdarəsinin  «Neft­

çilər» klubu yanında qoyulmuşdu.  Bu kitabxana

1930-cu ilə qədər ancaq  klubun  üzvlərinə  xidmət

edirdi və cəmisi  300 nəfər oxucıısu var idi.

_

30-cu  illərdə  texniki  ədəbiyyata  artan  geniş  tələ­



batla əlaqədar böyük texniki kitabxanaların yaradılması 

zərurəti  meydana  çıxmışdı.  Respublikamızda  ağır  sə­

nayenin,  xüsusilə  neft,  maşınqayırma  sənayesinin  inki­

şafı,  yeni-yeni  fabrik  və  zavodların  meydana  gəlməsi, 

texniki  tərəqqinin  sürətlə  genişlənməsi,  fəhlələr, 

mühəndislər,  texniki  ziyalılar  arasında  texniki  biliyin

7



təbliği  məsələsini  ön  plana çəkmişdi.  Belə  bir  şəraitdə 

7 30-cu  ildə «Nefçilər»  klubunun  kitabxanası  müstəqil 

kitabxanada  çevrildi,  geniş  oxucu  kütləsinə,  o  cümlə­

dən  neftçilərə,  neft  üzrə  ali  və  orta  ixtisas  məktəbləri­

nin  tələbələrinə xidmət etməyə başladı.  Kitabxana neft 

fəhlələrinin  texniki  ədəbiyyata  olan  böyük  tələbatını 

nəzərə  alaraq  kitabı  bilavasitə  onlara  yaxınlaşdırmaq 

məqsədi  ilə  1932-ci  ildən  başlayaraq  böyük  texniki 

müəssisələrin  yanında  filiallar  yaratmağa  başladı.  Fili­

alların  təşkili  istehsalatla  kitabxananın  əlaqəsini  ge­

nişləndirdi.  30-cu  illərdə  kitabxananın  maddi-texniki 

bazaısınm  möhkəmləndirilməsinə,  kitab  fondunun 

müntəzəm  olaraq  yeni  ədəbiyyatla  zənginləşdirilməsi- 

nə  xüsusi  diqqət  yetirilirdi.  Görülən  işlər  nəticəsiz 

qalmadı.  Əgər  müstəqil  kitabxana  kimi  fəaliyyətə  baş­

layarkən  fondunda  9.000  nüsxə  kitab  var  idisə,  artıq 

1932-ci  ildə  onların  sayı  35.000  nüsxəyə  çatdırılmışdı. 

Oxucuların  sayı  dı  xeyli  çoxalaraq 4257  nəfərə  çatmış­

dı.

1932-ci  ildə  kitabxananın  fəaliyyəti  xüsusi  qiy­



mətə  layiq  görüldü  və  SSRİ  Elmi-Texniki  Kitabxana­

sının  filialına  çevrildi.  Bundan  sonra  kitabxananın  fun­

ksiyaları  xeyli  artmldı  və  neft kitabxanalarının  metodik 

mərkəzinə  çevrildi.  1934-cü  ilin  iyıın  ayında  Ümıı- 

mıttıfaq  neft  texniki  stansiyası  kitabxananın  müstəqil 

və  dayaq  dövlət  elmi  kitabxanasına  çevrilməsi  haqqın­

da  sərəncam  verdi.  Bu  vaxtdan  da  kitabxana  bilavasitə 

Ümumittifaq  neft-texniki  stansiyasına  tabe  oldu.  Bu 

tədbir  kitabxananın  gələcək  inkişafı  üçün  çox  böyük 

əhəmiyyət  kəsb  etdi.  Kitabxana  neft  üzrə  SSRİ-də 

dayaq  kitabxanası  kimi  fəaliyyət  göstərməyə  başladı.

8

Kitabxana Azərbaycan  Neft  Sənayesinin  fəhlə,  qulluq­



çu və mütəxəssisləri  ilə yanaşı, digər neft ra -

yonlanna  da  xidmət  etməyə  başladı.  O,  Qroznı, 

Krasnodar,  Kuybışev,  Batumi  və  s.  şəhərlərdəki  neft 

kitabxanalarına  metodik  köməklik göstərməklə  yanaşı, 

kitabxanalararası  abonement  vasitəsi  ilə  də  kitabla 

xidmət  edirdi.  Kitabxana  1939-cu  ildə  45  kitabxanala- 

rarası  abonement vasitəsi  ilə 697 kitab göndərmişdi.

Kitabxananın  dayaq  kitabxanasına  çevrilməsi 

onun  qarşısına  yeni  vəzifələr:  filial  kitabxanalarının 

işini  yenidən  qurmaq,  kitabxanalararası  abonementi 

yaxşılaşdırmaq,  onun  xidmət  coğrafiyasını  genişlən­

dirmək  və  respublikanın  texniki  kitabxana  şəbəkəsinə 

metodiki  rəhbərliyi  təkmilləşdirmək  vəzifələrini  qoy­

muşdu.  Bu  vəzifələri  yerinə  yetirmək  üçün  kitabxana 

30-cu  illərdə  öz  fəaliyyətini  xeyli  genişləndirmiş, 

maddi-texniki  bazasım  möhkəmləndirmişdi.  Əgər  ki­

tabxananın  fondunda  1933-cü  ildə  31.(334  nüsxə  ədə­

biyyat  var  idisə,  onların  sayı  1938-ci  ildə  49.481 

nüsxəyə,  1940-cı  ildə  isə  56.240  nüsxəyə  çatmışdı. 

Beləliklə,  30-cu  illərin  ikinci  yansında  kitabxananın 

fondu  2  dəfəyə  qədər  artmışdı  ki,  bu  da  kitabxananın 

fəaliyyətinin  genişlənməsi,  ilk  növbədə  isə  neft  fəh­

lələrinə  və  mühəndislərə  kitabxana  xidmətinin  yaxşı­

laşdırılması  üçün  əlverişli  şərait  yaratmışdı.  Müharibə­

dən  əvvəlki  illərdə  kitabxana öz  fəaliyyətini  bilavasitə 

Azərbaycan  neftçilərinin  yüksək  neft  məhsulu  əldə 

etmək  uğrunda  apardıqları  mübarizəyə lıəsr etmiş,  tex­

niki  tərəqqiyə,  əmək  məhsuldarlığının  yüksəldilməsi 

prosesinə  xidmət  etmişdir.  Bu  dövrdə  kitabxananın 

fəaliyyətinin  əsas  göstəricisi  olan  oxuculara  xidmət

9



Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə