Abuzər xəLƏfov tarix elmləri doktoru, professor


ışınm  keyfiyyəti  xeyli  yüksəldilmişdi.  Oxucuların  sayı  və kitab



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

ışınm  keyfiyyəti  xeyli  yüksəldilmişdi.  Oxucuların  sayı 

və kitab verilişi xeyli  artmışdı.  Əgər kitabxana  1933-cü 

ildə  4.257  nəfər  oxucuya  xidmət  etmiş  və  onlara 



35.000  nüsxə  kitab  vermişdisə,  1940-cı  ildə  4.519  nə­

fər oxucuya 89.305 nüsxə kitab vermişdi.

30-cu  illər kitabxananın  həyatında  məlumat  -  bi­

blioqrafiya  işinin  təşkili  ilə  də  əlamətdar  olmuşdur. 

1934-cü  ildə  kitabxananın  yanında  məlumat  -  biblio­

qrafiya  şöbəsi  yaradıldı.  Artıq  1940-cı  ildə  məlumat  - 

biblioqrafiya  şöbəsində  sistemli,  əlifba,  predmet  kata­

loqları  və  bir sıra biblioqrafik  kartotekalar  mövcud  idi. 

1934-cü  ildə  ауп-ауп  müəssisələrə  374  ədəbiyyat  gö­

stəricisi  və  1.722  ədəbiyyat  siyahısı  göndərilmişdi. 

1936-cı  ildən  kitabxanada  Azərbaycan  neft  təsərrüfatı­

na dair ölkəşünaslıq  biblioqrafiyası  apanlmağa  başladı. 

Bu  işin  müvəffəqiyyətli  təşkili  neft  sənayesinin  səmə­

rəliliyinin artırılmasına müsbət təsir göstərmişdi.

30-cu  illərdə  kitabxana  həmçinin  respublika  el­



mi-texniki  kitabxanalarının  metodik  mərkəzi  kimi  də 

formalaşmışdı.  Kitabxana  SSRİ  neft  kitabxanalarının 

dayaq kitabxanası  olduğundan,  onun  fəaliyyətində  tex­

niki  kitabxanaların  elmi  -  metodik  təminatı da mühüm 

yer tuturdu.

1935-ci  ildən  başlayaraq  kitabxanaya  xüsusi  me­

todistlər və təlimatçılar ştatı  verilməsi  metodik  işin  sə­

viyyəsinin  əhəmiyyətli  dərəcədə  yüksəlməsinə  səbəb 

otdu.  1940 -cı  ildə  kitabxana  77  texniki  kitabxananın 

39-na metodik  rəhbərlik edirdi.

Respublika  Elmi-Texniki  Kitabxanasının  tarixin­

də  Böyük  Vətən  müharibəsi  illəri  yəni  1941-1945-ci 

illər  xüsusi  mərhələ  təşkil  edir.  İlk  günlərdən  öz  işini

10

müharibənin  qarşıda  qoyduğu  vəzifələrə  uyğun  quran 



kitabxananın  əməkdaşları  hər  cür  çətinliyə  baxmaya­

raq  respublikamızın  neft  sənayesinin  inkişafına,  Azər­

baycan  neftçilərinin  texniki  ədəbiyyatla  təmin  edilmə­

sinə  böyük  töhfə  vermişdilər.  Müharibənin  ilk  günlə­

rindən  öz  işini  Bakı  şəhərinin  ayn-ayrı  texniki  müəssi­

sələrinə,  böyük  neft  mədənlərinə,  neft  emal  edən  za­

vodlara  keçirən  kitabxana  səyyar  fondların  və  kitabxa­

na  filiallarının  köməyi  ilə  kitab  təbliği  sahəsində 

böyük  işlər  aparır,  əhaliyə  kitabxana  xidməti  işini 

yüksək  səviyyədə  təşkil  etməyə  çalışırdı.  Müharibə 

şəraitindən  doğan  mövcud  çətinliklər  kitabxana  işçilə­

rinin böyük vətənpərvərlik  səyi  nəticəsində  kitabxana­

nın  iş  ahəngini  poza  bilməmişdi.  Kitabxana  müntəzəm 

olaraq  yeni  ədəbiyyatla  zənginləşir,  oxuculara  xidmət 

işinin  səmərəliliyini  artırır,  yeni  oxuculara  xidmət  et­

məyi  ön  plana  çəkir,  məlumat-biblioqrafiya  və  elmi- 

metodik işi  gücləndirirdi.

Kitabxana  1941-1945-ci  illərdə  16  min  nüsxəyə 

qədər yeni  ədəbiyyat almışdı.  1943-cü  ildən başlayaraq 

kitabxana xarici dillərdə ədəbiyyat almağa da ciddi  səy 

göstərirdi.  Kitabxananın  19  adda  texniki jurnal  alması 

oxucuların  müasir elmi  informasiya  ilə  təmin  edilməsi, 

yeni  texniki  yeniliklər,  kəşflər  haqqında  məlumat  al­

ması  üçün  şərait yaradırdı.

Müharibə  respublikamızın  neft sənayesi  qarşısın­

da ölkənin  və hərbi  texnikanın yanacağa olan ehti­

yacını  ödəmək  kimi  mühüm  vəzifə  qoymuşdu.  Bu 

mühüm  vəzifənin  həllində  kitabxana  mühəndis-texniki 

işçilərə və neft fəhlələrinə böyük  əməli  yardım  göstə­

rirdi.  Mütəxəssislərə  və  texniki  fəhlələrə  verilən  hər

11



bır  texniki  kitab  yeni  ideyanın  meydana  gəlməsinə, 

əmək  məhsuldarlığının  yüksəldilməsinə,  texniki  qə­

zaların  aradan  qaldırılmasına  kömək  demək  idi.  Məhz 

buna  görədir' ki,  kitabxananın  kollektivi  müharibə  illə­

rində  oxuculara  xidmət  işini  ön  plana  çəkmişdi.  Bu 

dövrdə  hər  cı.r  çətinliyə  baxmayaraq  kitabxananın 

oxucuları  və  onlara  verilən  kitabların  miqdan  müntə­

zəm  olaraq  artmışdır.  Kitabxana  müharibə  illərində  9 

mindən  artıq  oxucuya  xidmət  etmiş  və  onlara  800- 

minə yaxın kitab vermişdir.

Kitabxana  mütəxəssislərə  məlumat-biblioqrafiya 

xidmətini  yaxşılaşdırmaq  məqsədi  ilə  1941-ci  ildə 

"Azəmeft"in  yanında məlumat kitabxanası  açmışdı.  Bu 

kitabxana  müntəzəm olaraq dövri  nəşrlərlə, yeni  texni­

ki  kitablarla  təchiz  edilirdi.  Kitabxana  bu dövrdə  həm­

çinin  Bakıda  yerləşən  hərbi  qospitallara  və  çağırış 

məntəqələrinə  də  böyük  köməklik  göstərirdi.  Ki­

tabxana oxucular arasında kitabı  təbliğ  etmək  üçün  ge­

niş  kütləvi  işlər aparırdı.

Kütləvi  işlər  içərisində  kitab  sərgilərinin  təşkili 

öz  çevikliyi  və  səmərəliliyi  ilə  fərqlənirdi.  Kitabxana 

müharibə  illərində  653  sərgi  təşkil  etmiş  və  bu  sərgi­

lərdə  təqribən  40.000-ə  qədər kitab, jurnal  və  s.  mate­

riallar  nümayiş  etdirmişdir.  Müharibə  illərində  kitab­

xananın 

fəaliyyətində  oxuculara  məlumat-bibilio- 

qrafiya  xidmətinin  təşkili  də  mühüm  iş  formalarından 

olmuşdur.  Kitabxana  «Müharibə  və  neft»  adlı  kataloq 

tərtib  etmişdi  ki,  bu  kataloqdan  o  dövrün  bütün  neft 

mütəxəssislərinin  istifadə  etdiyini  desək  səhv  etmərik. 

Kitabxana  1941-1945-ci  illərdə oxuculara  12.894 şifahi 

və  216  yazılı  məlumat  vermişdir.  Respublika  Elmi-

Texniki  Kitabxanasının  müharibə  dövründə  apardığı 

işlər  içərisində  respublikamızın  texniki  kitabxanaları­

nın  metodik  təminatında  iştirakı  mühüm  əhəmiyyət 

kəsb  etmişdi.  Kitabxanada  texniki  kitabxanalara  meto­

dik  kömək  göstərmək  üçün  xüsusi  metodist  ştatı  ayrıl­

mışdı.  Metodist  kitabxanaların  işi  ilə  tanış olur,  onların 

ehtiyac  və  tələbatını  öyrənir  və  onlara  metodik  kö­

məklik  göstərirdi.  Kitabxanada  vaxtaşırı  müşavirələr 

və  seminarlar  keçirilir,  təcrübəsiz  kitabxana  işçiləri 

üçün  qısa müddətli kurslar açılırdı.

Respublika  Elmi-Texniki  Kitabxanasının  mühari­

bə  illərindəki  fəaliyyəti  və  kitabxana  kollektivinin  fə­

dakar  əməyi  dövlətimiz  tərəfindən  yüksək  qiymətlən­

dirilmiş,  kitabxana işçilərindən  4  nəfəri  "Böyük  Vətən 

müharibəsində  fədakar  əməyə  görə"  medalı  ilə  təltif 

edilmişdi.

Böyük  Vətən  müharibəsi  qələbə  ilə  başa  çatdı­

qdan  sonra  Respublika  Elmi-Texniki  Kitabxanasının 

həyatında  yeni  inkişaf mərhələsi  başladı.  Ölkədə  xalq 

təsərrüfatının,  xüsusilə  neft sənayesinin  bərpa  və  inki­

şaf  etdirilməsi  üçün  dövlət  böyük  tədbirlər  planı  ha­

zırladı.  Bu  planda  texniki  kitabxanaların  bərpa və  inki­

şaf etdirilməsi  də  öz  əksini  tapmışdı.  İlk  növbədə  ki­

tabxananın  maddi  -  texniki  bazasının  möhkəmləndiril­

məsinə,  neft sənayesinə xidmət  edən  texniki  kitabxana 

şəbəkəsinin  genişləndirilməsinə  xüsusi  diqqət  yetiri­

lirdi.  Kitabxana  işinə  aynlan  vəsait  xeyli  artırılmışdı 

ki,  bu  da  kitabxanaya  öz  fondunu  ardıcıl  olaraq  yeni 

texniki  ədəbiyyatla  və  jurnallarla  komplektləşdimıək 

imkanı vermişdi.

15



Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə