Abuzər xəLƏfov tarix elmləri doktoru, professor



Yüklə 217,1 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix11.04.2018
ölçüsü217,1 Kb.
#37073
1   2   3   4   5   6   7

Kitabxana  1946-1951-ci  illər  arasında  41.798 

nüsxə  veni  ədəbiyyat  almağa  müvəffəq  olmuşdu.  Ki­

tabxana  fondu  1946-cı  ildəki  76.525  nüsxədən  1952-ci 

ildə  İl*7.401  nüsxəyə  çatmışdı.  Neft  sənayesinin  bər­

pası  V ə inkişaf etdirilməsi  ilə əlaqədar mütəxəssislərdə 

vcnı  texniki  ixtiralara, texniki tərəqqi  sahəsində  ən  son 

elmi-məlumatlara  böyük  tələbat  əmələ  gəlmişdi.  Belə 

məlumatlara  isə  bilavasitə  dövri  nəşrlərdə  yer  veril­

diyindən  mütəxəssis oxuculann  dövri  nəşrlərə  sorğusu 

xeyli  çoxalmışdı.  Kitabxana  öz  oxucularının  tələbatını 

ödəmək  məqsədi  ilə  Sovet  İttifaqında  nəşr  edilən  tex­

niki jurnallara, xüsusilə  neftə dair dövri  nəşrlərin  əldə 

edilməsinə  diqqət  yetirirdi.  Belə  nəşrlərin  əldə  edil­

məsinə  böyük  vəsait  tələb  edilməsinə  baxmayaraq 

«Azəmeft»  bu  iş  üçün  xeyli  vəsait  ayırmışdı.  Kitabxa­

na  1946-1951-ci  ildə  7.614 nüsxə texniki jurnal almışdı 

к

l

  bu da o dövr üçün çox böyük rəqəm  idi.



kitabxana müharibədən sonrakı  illərdə oxuculara 

xidmət  işini  yaxşılaşdırmağa müvəffəq  olmuş,  xidmət 

ışıntn  keyfiyyətini yüksəltmişdi.

Kitabxanaya yeni  oxucular,  xüsusilə  neft sənaye­

sində  işləməyə  başlamış  gənc  oxucular  gəlməyə  baş­

lamışdı.  Kitabxana  gənclərin  oxucular  sırasına  qəbul 

edilməsinə,  kitabxananın  filiallarında,  zavodlarda,  tex­

niki  müəssisələrdə gənclərə xidmət  işinə  xüsusi  qayğı 

göstərirdi.  Kitabxananın  gördüyü  tədbirlər  nəticəsiz 

qalmırdı.  Onun  oxuculan  ilbəil  artır,  kitab  verilişi  ço­

xalırdı.  Kitabxananın daimi oxucularının sayının  artma­

sı  kitab  dövriyyəsinin  çoxalmasına,  texniki-tərəqqidə 

i/fırak  edən  mühəndis  texniki  işçilərin  və  yenilikçi

И

fəhlələrin  ümumi  səviyyəsinin  yüksəldilməsinə  səbəb 



olurdu.

Kitabxana 6  il müddətində  8.802 oxucuya xidmət 

etmiş,  onlara  700  min  nüsxəyə  qədər  kitab  vermişdi. 

Bu, kitabxananın  yüksək  xidmət  fəaliyyətini  xarakteri­

zə edən  rəqəmdir.

Kitabxananın  müharibədən  sonrakı  illərindəki 

fəaliyyətində  məlumat-biblioqrafiya,  informasiya  işi­

nin  təşkili  və  texniki  kitabxana  şəbəkəsinə  metodik 

rəhbərlik  mühüm  yer  tuturdu.  Bu  dövrdə  aparılan  ye­

nidənqurma  işləri kitabxana oxucularında  informasi­

yaya  olduqca  böyük  tələbat  əmələ  gətirmişdi. 

Kitabxana  köhnə  ənənəvi  üsullarla  bu  böyük  işin  öh­

dəsindən  gələ  bilmədiyi  üçün  oxucuların  informasiy­

aya  olan  tələbatını  ödəmək  məqsədi  ilə  bu  işi  xeyli 

canlandırmış,  yeni  iş  forma  və  metodlarından  istifadə 

etməyə  başlamışdı.  Kitabxana  texnikanın  müxtəlif sa­

hələrinə dair biblioqrafik  göstəricilər,  tövsiyə  siyahıla­

rı,  yeni  ədəbiyyat  bülletenləri  tərtib  edir,  müxtəlif elm 

sahələrinə  dair biblioqrafik  kartotekalar  yaradır,  infor­

masiya  vasitələrindən  istifadə  etmək  qaydalarını  öy­

rənmək  üçün  söhbətlər,  metodik müşavirələr keçirirdi. 

Yeni  ədəbiyyatın  sərgisinin  təşkil  edilməsinə  və  kitab­

xanaya  daxil  olan  yeni  ədəbiyyatın  bülleteninin  tərtib 

edilib  müəssisələrə  göndərilməsinə  xüsusi  diqqət  yeti­

rilirdi.

Həmçinin  kitabxana  "Azəmeft"  Birliyinə  tabe 

olan  texniki  kitabxanalara metodik rəhbərlik  edir, onla­

rın  işinin  yaxşılaşdırılması  üçün  xüsusi  tədbirlər  hazır­

layıb  həyata  keçirirdi.  Vaxtaşırı  keçirilən  metodik 

müşavirələr,  yoxlamalar,  kitabxanalara  göndərilən

15



metodik  məktublar,  tövsiyə  siyahılan  əsas  iş  formala­

rından  idi.  Beləliklə, kitabxanaçılar da öz sadə əməklə­

ri  ilə • bilavasitə  elmi-texniki  tərəqqidə,  cəmiyyətin 

ümummədəni  səviyyəsinin  yüksəldilməsində  iştirak 

cdır,  kitabxananın  mədəniyyətimizin,  elmimizin,  tex­

nikamızın  inkişafında  mühüm  müəssisə  kimi  fəaliyyə­

tini daha da inkişaf etdirirdilər.

50-cı  illər  respublikamızda  iqtisadiyyatın,  elmin, 

mədəniyyətin,  elmi-texniki  tərəqqinin  daha  siir'ətlə 

inkişaf  etdiyi  illər  olmuşdur.  Məhz  bu  illər  mədə­

niyyətimizin  ayrılmaz  hissəsi  olan  kitabxana  işi  sahə­

sində  tərəqqi  və  inkişaf illəri  kimi  xarakterizə  olunur. 

Respublikamızda  sənayenin  sürətlə  inkişafı,  fabriklər­

də  və zavodlarda,  mədənlərdə  və  tikintilərdə  yeni  tex­

nikanın  tətbiqi,  texniki  və  ali  ixtisas  məktəblərinin 

artması,  texniki  ziyalıların  sayının  çoxalması  və  elmi- 

texniki  tərəqqinin  daha  böyük  miqyas  alması  nəticə­

sində  texniki  ədəbiyyata,  texniki  biliklərin  təbliğinə 

daha  böyük  tələbat  əmələ  gəlmişdi.  Bu  böyük  tələbatı 

ödəmək  üçün  ayn-ayrı  nazirliklər,  idarə  və  müəssisə­

lər,  fabrik  və  zavodlar  texniki  kitabxanalar  təşkil  et­

məyə  başlamışdılar.  Artıq  1958-ci  ildə  respublikamız­

da  sənaye  müəssisələrinin  175  elmi-texniki,  texniki  və 

tədris kitabxanalan  var  idi.  Bu  kitabxanaların  35-i  Neft 

Sənaye  Nazirliyində,  140-  ı  isə  digəı  sənaye  müəssi­

sələrində  yerləşirdi.  50-ci  illərdə  elmi-texniki  kitabxa­

naların  maddi-texniki  bazasının  möhkəmlənməsi,  yeni 

binalarla,  ixtisaslı  kadrlarla  təmin  edilməsi  sahəsində 

çox  ış  görülmüşdü.  Bu  kitabxanalar  içərisində  aparıcı 

rolu  respublika  Neft  Sənayesi  nazirliyinin  Mərkəzi 



f  imi-Texniki  Kitabxanası 

oynayırdı.  Bu  kitabxana

16

nəinki  respublikamızda,  demək  olar  ki,  SSRİ-də  ən 



böyük  neft  kitabxanalarından  biri  idi.  Müharibədən  so­

nrakı  illərdə kitabxana bütün texniki  sahələrin  mərkəzi 

kitabxanasına  çevrilmişdi.  Kitabxananın  komplektləş- 

dirilməsinə,  elm  və  texnika  sahəsinə  dair  ədəbiyyat 

almasına diqqət yetirilməsi  onu  universal  elmi  - texniki 

kitabxanaya göndərmişdi.

Məhz  buna  görədir  ki,  1957-ci  ildə  Azərbaycan 

SSR  Nazirlər  Soveti  çox  haqlı  olaraq  bu  kitabxananın 

Respublika  Elmi-Texniki  Kitabxanasına  çevrilməsi  və 

ona  rəhbərliyin  Azərbaycan  SSR  Nazirlər  Sovetinin 

Elm  və  Texnika  Komitəsinə  verilməsi  haqqında  qərar 

qəbul  etdi. 

Bu  qərarla  həmçinin  Respublika  Elmi- 

Texniki  Kitabxanalarına  metodik  rəhbərkk  bıı  kitabxa­

naya  həvalə  edildi.  Heç  şübhəsiz  ki,  kitabxananın  res­

publika  statusu  alnıası,  onun  gələcək  inkişafını  təmin 

etməklə  yanaşı  qarşısında  respublika  əhəmiyyətli  ki­

tabxana kimi  çox böyük  vəzifələr qoydu.  Bu  vəzifələri 

yerinə  yetirmək  üçün  kitabxana  yem  oxucuların: 

fəhlələrin, 

səmərələşdiricilərin, 

mühəndislərin, 

alimlərin,  tələbələrin  cəlb  edilməsinə  xüsusi  diqqət 

yetirir,  onların  kitaba  və  dövri  mətbuata  tələbatlarını 

qüsursuz  yerinə  yetirməyə  çalışırdı.  Bu  vəzifələr  ki­

tabxana  fəaliyyətinin  xarakter  və  xüsusiyyət-lərini 

dəyişmiş,  onu  daha  da səmərələşdirmişdir.  Kitabxana­

nın  Respublika  Elmi-Texniki  Kitabxanasına  çevrilməsi 

onun  xidmət miqyasını,  fondunun  profilini  və oxucula­

rın  tərkibini  də  dəyişdirdi.  Kitabxananın  fondu  univer­

sal  xarakter  daşımağa  başladı  və  sürətlə  artdı.  Əgər 

kitabxananın  fondunda  1953-cü  ildə  89.  010  nüsxə  ki-

................  



. , . 4   . t u x l u t l   ı t <   i j . i t

17



Yüklə 217,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə