Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə4/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   2   3   4   5   6   7   8   9   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 12 - 
mələri səbəbindən kitab və mətbuat materiallarımızın arxiv fondu tam şəkildə yaradıla bilmir. 
Buna  görə də 2015-ci  ildə Milli  Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət  və Tu-
rizm  Nazirliyi  ilə  birlikdə  Milli  Məclis,  Nazirlər  Kabineti,  Prezident  Administrasiyası  qarşı-
sında  məsələ  qaldıraraq  ―Kitabxana  işi  haqqında‖  qanunun  müvafiq  maddəsinin  tələblərini 
pozan nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq olunması barədə 
təklif vermişdir. 
Nəticədə  20  oktyabr  2015-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 
Əliyev tərəfindən müvafiq Qanun imzalanmışdır. Bu qanunla ‖İnzibati Xətalar Məcəlləsi‖nə 
yeni 392-ci maddə əlavə edilmişdir və bu maddəyə əsasən ―Kitabxana işi haqqında‖ qanunun 
müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, poliqrafiya müəssisələrinə, hüquqi şəxs-
lərə, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq olunmuşdur (vəzifəli şəxslərə qar-
şı-100 azn, hüquqi şəxslərə qarşı-500 azn).  
Kitabxanaşünaslıq və informasiya elminin tədrisi ilə təcrübə biri-birindən ayrı düşmüş-
dür, elmlə, tədrislə təcrübənin əlaqəsi çox zəifdir. Mən çıxışımın əvvəlində qeyd etdim ki, ki-
tabxanaçılıq  təcrübü  elmdir,  bu  sahədə  təcrübə  həmişə  elmdən  qabaqda  gedir.  Amma  bu  el-
min  tədrisi  təcrübə  ilə  zəif  əlaqələndirilir,  tələbələrin  tədris  təcrübələrinə  çox  az  yer  verilir, 
ona görə də universiteti bitirib işə qəbul olunmaq üçün müraciət edən məzunlar sadə və primi-
tiv suallara cavab verə bilmirlər, istehsalatdan xəbərləri olmur. Mənə elə gəlir ki, respublika-
mızın  bir  sıra  universitetlərinin  təcrübəsindən  (məsələn,  İnşaat  universitetinin)  bəhrələnərək 
Milli  Kitabxanada  və  digər  iri  kitabxanalarda  universitetlərin  ixtisas  kafedralarının  filialları-
nın yaradılmasının vaxtı çoxdan çatmışdır. Gəlin etiraf edək ki, bu gün təcrübi dərslər müasir 
tipli avadanlıqlarla təchiz olunmuş baza müəssisələrdə keçirilməlidir, auditoriyalarda keçirilən 
təcrübi dəslərin, məşğələlərin effekti çox az olur. 
Milli Kitabxana olaraq bizim üçün mütəxəssis kadr hazırlayan hər iki universitet üçün 
bu imkanları yaratmağa hazırıq və gələcəkdə bizim kitabxanada işləyəcək mütəxəssislərin bi-
lik səviyyələrinin yüksək olmasında maraqlıyıq. Bu gün səriştəli, bilikli və öz ixtisasını gözəl 
bilən ali ixtisas təhsilli mütəxəssislərə hər yerdə ehtiyac var, kitabxanalarımızın kadr potensia-
lı yeniləşməlidir, cavanlaşmalıdır. Uğurlu, səriştəli kadr hazırlığının bünövrəsi kitabxanaçilıq-
informasiya  sahəsində  elmin,  tədrisin  və  təcrübənin  birliyində  və  uzlaşmasındadır.  Həm 
BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində fəaliyyət  göstərən kafedraların və həm 
də Mədəniyyət və İncəsənət universitetinin müvafiq kafedrasının filiallarının Milli Kitabxana-
da təşkili təklifini hər iki universitetin rəhbərliyinin diqqətinə çatdırıram. 
Kitabxana işinin tədris və təcrübəsində gələcəyə çağırışın əsas istiqamətlərindən biri də 
kitabxana işçilərinin fasiləsiz və davamlı təhsilinin təşkilindən ibarətdir. Bu gün müasir texno-
logiyalardan  baş  çıxaran  səriştəli  kadrların  çatışmazlığı  mövcud  kadr  potensialının  bilik  və 
vərdişlərinin  müasir  dövrün  tələblərinə  uyğunlaşdırılmasına  ciddi  ehtiyac  yaranmışdır.  İri 
kitabxanalarda bu məsələlər Treninq  mərkəzlərinin  təşkili  və  xarici  ölkələrin qabaqcıl təcrü-
bəsinin öyrənilməsi yolları ilə həyata keçirilir. 
Azərbaycan Milli Kitabxanasında yaradılan Tədris Mərkəzi müasir texnologiyaların ki-
tabxana işinə tətbiqi ilə əlaqədar təcrübəli mütəxəssislərin trener qismində cəlb olunmasından 
və eləcə də xarici trenerlərin gücündən istifadə edərək müxtəlif mövzular üzrə treninqlər təş-
kil  edir.  Tədris  Mərkəzində  8  avtomatlaşdırılmış  iş  yerləri  təşkil  olunmuşdur  və  mərkəz  on-


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 13 – 
 
layn video konfransların keçirilməsinə imkan verən müasir tipli proyektor aparatı və elektron 
lövhələrlə təchiz olunmuşdur.  
Gələcəyə  çağırışın  əsas  istiqamətlərindən  biri  də  xarici  ölkələrin  milli  kitabxanalarının 
qabaqcıl  təcrübəsinin  öyrənilməsi  və  təcrübədə  tətbiqindən  ibarətdir.  Bu  məqsədlə  Milli  Ki-
tabxana beynəlxalq əlaqələrini ildən-ilə genişlənmişdir. Kitabxanamız artıq dünyanın 34 ölkə-
sinin  milli  kitabxanaları  ilə  qarşılıqlı  əməkdaşlığa  dair  memorandum  imzalamışdır  və  onlar 
müvəffəqiyyətlə icra olunur. Qarşılıqlı beynəlxalq kitab və informasiya mübadiləsi, elektron 
resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəl-
xalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş ölkələrə dair nəşr materiallarının qarşı-
lıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Təkcə 
ötən il ərzində beynəlxalq kitab mübadiləsi yolu ilə Milli Kitabxana xarici ölkələrin milli ki-
tabxanalarına, müxtəlif təşkilatlara, beynəlxalq kitab sərgilərinə, Azərbaycanın xarici ölkələr-
dəki səfirliklərinə və b. xarici təşkilatlara 18 036 nüsxə kitab verilmişdir.  
Milli Kitabxananın yerinə yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqət-
lərinin  ölkə  xaricində  daha  geniş  təbliğində  fəal  iştirak  etməkdən  ibarətdir.  Milli  Kitabxana 
Mədəniyyət  və  Turizm  Nazirliyi  ilə  birgə  hər  il  10-dan  artıq  beynəlxalq  kitab  sərgisində  - 
Frankfurt, London, Tehran, İstanbul, Turin, Moskva, Praqa, Qahirə, Budapeşt və s. Azərbay-
cana dair zəngin ekspozisiyalarla iştirak etmişdir. Dünyanın 60-dan artıq milli kitabxanasına, 
səfirliklərə,  universitetərə  və  digər  təşkilatlara  7  min  nüsxədən  artıq  Azərbaycanın  tarixinə, 
mədəniyyətinə,  iqtisadiyyatına,  daxili  və  xarici  siyasətinə,  Dağlıq  Qarabağ  məsələsinə  və  s. 
dair müxtəlif kitablar göndərilmişdir. 
Azərbaycan Milli Kitabxanası tərəfindən xarici ölkə milli kitabxanalarında Azərbaycana 
dair guşələrin və bu guşələrdə Milli  Kitabxananın virtual  oxu zallarının yaradılması işlərinə 
artıq başlanılmışdır. Türkiyə, Rusiya, Qazaxıstan və Qırğızıstanın  Milli Kitabxanaları  ilə bu 
barədə  razılıq  əldə  olunmuşdur.  Xarici  milli  kitabxanalarda  Azərbaycan  guşələrinin  yaradıl-
ması  və  virtual  oxu  zallarının  təşkili  işlərinə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 
İlham Əliyevin Azərbaycan həqiqətlərinin, reallıqlarının, uğurli iqtisadi quruculuq işlərimizin 
ölkə  xaricində  daha  geniş  təbliğinin  vacibliyinə  dair  göstərişinə  müvfiq  olaraq  Azərbaycan 
Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin tövsiyyəsi ilə başlanılmış-
dır. Bununla da xarici ölkə vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların informasiya 
resurslarımıza birbaşa girişi təmin olunacaqdır.  
Kitabxanaçılıq və informasiya elmi, tədris və təcrübədə gələcəyə çağırışların əsas məq-
sədi  və  qayəsi  kitabxanaçılıq  elminin,  tədrisinin  və  təcrübəsinin  müasir  dövrün  tələblərinə 
uyğun  yenidən  qurulasına  yönəldilən  birgə  tədbirlərin  həyata  keçirilməsini  tələb  edən  kom-
pleks  proqramların  işlənib  hazırlanmasını  və  icrasını  ön  plana  çıxarır.  Kitabxana  sahəsində 
elmin, tədrisin və təcrübənin sıx əlaqələndirilməsi və bu sahədə uzlaşdırılmış siyasətin həyata 
keçirilməsi bu gün xüsusilə vacibdir. 
 
ƏDƏBĠYYAT 
 
1.
 
Xələfov A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. B., 2006.-312 s. 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə