Abuzər Xələfov


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   2   3   4   5   6   7   8   9   ...   130

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 17 – 
 
nin  çox  kiçik  bir  qismini  açıq  şəkildə  «İnternet»ləşdirir,  məlumatların  bir  digər  qismi  isə 
Universitetin  doqquz  kampusunda  istifadə  olunur.  JSTORE  [www.jstore.org]  və  «Muse» 
[http://muse.jhu.edu] məlumat bazaları da bu qismə aiddirlər. Hazırda dünyada ən böyük elek-
tron kitabxana Ann-Arborda [ABŞ, Miçiqan ştatı] yerləşmiş «ProQuest» şirkətinə məxsusdur. 
Bu elektron kitabxana minlərlə dövrü nəşri, dissertasiyanı, kitab və digər çap əsərini özündə 
əks etdirir. 1999-cu ildə  zəngin elektron ehtiyatlara malik «Chadwyck-Healey» şirkətinin də 
buraya  qoşulması  kitabxananın  imkanlarını  daha  da  genişləndirmişdir.  «ProQuest»  2002-ci 
ildən indiyədək 6 milyard  səhifəlik  mikrofilmin rəqəmli  variantını  hazırlayıbdır. Dünyanın 9 
minə yaxın  nəşriyyatı ilə əməkdaşlıq edən bu şirkət öz  elektron kitabxanasından  bir  cümləni 
belə pulsuz istifadə etməyə şərait yaratmır.  
Azərbaycanda elektron kitabxana yaratmaq təşəbbüslərindən danışmazdan əvvəl dünya 
elektron kitabxanalarının təcrübəsi ilə bir qədər də tanış olmağınızı istərdim. Elektron kitab-
xana  yaratmaq  prosesində  dünyada  özünəməxsus  yeri  olan  ölkələrdən  biri  də  Yaponiyadır. 
Burada  milli  elektron  kitabxananın  yaradılmasına  1989-cu  ildən  başlanılmışdır.  Milli  parla-
ment  kitabxanasının  və  Elmi-texniki  informasiya  milli  mərkəzinin  mütəxəssisləri  tərəfindən 
Kansay əyalətində reallaşdırılan bu layihəyə 500 milyon ABŞ dolları xərclənmişdir. Nəticədə 
10 milyon səhifədən ibarət müxtəlif çap əsərlərinin elektron kitabxanası yaradılmışdır. Ümu-
milikdə,  bu  layihənin  həyata  keçirilməsində  Yaponiyanın  9  iri  firması,  eləcə  də,  «NEC», 
«Mitsubisi» və «Fujitsu» şirkətləri də iştirak etmişlər. 1998-ci ildən Almaniyada 16 universi-
tet  və  4  elmi  cəmiyyətin  təşəbbüsü  ilə  «Global-İnfo»  elektron  kitabxanasının  yaradılması 
işlərinə  başlanılmışdır.  Büdcəsi  60  milyon  marka  həcmində  ölçülən  layihə  2004-cü  ildən 
realizə edilir. Fransa isə bu sahədə bir qədər irəli gedərək 1997-ci ildə cızmış olduğu elektron 
kitabxana  yaratmaq  planlarını  keçən  il  yerinə  yetirmişdir.  «Gallica»  adlanan  bu  kitabxana 
özündə 15 milyon səhifədən ibarət 80 min sənədi birləşdirir. 
Azərbaycanda elektron kitabxanalar: Azərbaycanda elektron kitabxana dedikdə ağlımı-
za  gələn  ilk  işlər  «Gələcək  naminə»  (kitab.az)  təşkilatı  və  İRTCL  tərəfindən  reallaşdırılan 
qeyri-professional, həvaskar elektron kitabxana ləyihələri olur. Birincinin elektron kitabxanası 
əsasən həvəskar istifadəsçilər tərəfindən yazılan və ya skan edilən materiallardan bəhrələnirsə
ikincidə  50-60  elektron  material  mövcuddur.  Respublikamızda  elektron  kitabxana  yaratmaq 
sahəsində  ən uğurlu  təşəbbüs  Naxçıvan Dövlət  Universitetinin rektoru, akademik  İsa Həbib-
bəyliyə  aiddir.  İki  ilə  yaxındır  ki,  Mərkəzi  Elmi Kitabxanada  çox  perspektivli  bir  ənənə  da-
vam etdirilir. Kitabxana məcburi və satın aldığı kitab nüsxələri, dissertasiya və avtoreferatlar-
la birlikdə onların elektron formalarını da informasiya daşıyıcılarında əldə etməyə çalışır. Bu 
işin nəticəsində hazırda kitabxanamızda 1000 dən çox çap sənədinin elektron variantı yaradıl-
mışdır. Azərbaycan gerçəkliyində bu rəqəmlər olduqca böyük hesab edilir. Azərbaycanda on-
larca müəssisə, təşkilat və.s şəxsi internet səhifələrini yaradır, minlərcə insan sevdiyi yazıçı və 
şairin əsərlərini internet vasitəsilə yayır, H.Cavidin, Anarın, Elçinin, B.Vahabzadənin, C.Nov-
ruzun və sair və ilaxir şəxslərin saytları dərc olunur. Bütün bunlar təqdirəlayiq işlər olsa belə, 
milli, mədəni, elmi informasiya mənbələrimizin yaradılmasına gətirib çıxarmaz. Fərdiyyətçi-
likdən  ümumiliyə  keçid  nə qədər ağır olsa belə reallaşdırılmalı və ən nəhayət milli informa-
siya bazalarının  yaradılması üçün bu işə maddi investisiya ilə  yanaşı  intellektual investisiya 
qoyulmalıdır.  


“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 18 - 
ƏDƏBĠYYAT 
 
1.
 
Milli mənəvi dəyərlərimiz: yaradanlar və yaşadanlar, 2012. 
2.
 
Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxanalar, 2007 
 
 
Aybaniz Aliyeva-Kangarli 
 
ELECTRONIC LIBRARIES DEVELOPMENT: 
PROBLEMS AND PROSPECTS 
 
Summary 
The development and application of information technologies in all spheres of modern 
life,  the  economy,  health  care,  science  and  education  are  affected  changer.  Home  values  in 
building  a  new  society  in  which  information  and  knowledge  society  of  information  and 
knowledge as described epitetlər run. If yes conceptual differences behind these concepts over 
time  so  the  key  economic  factor  in  determining  the  information  and  knowledge,  the  state  of 
well-being  necessary  to  regulate  the  source  of  the  transformation  of  one  form  or  another. 
According to national data protection, development and rational use of the state's direct ap-
pointment procedure. It has a very broad meaning to the concept of information on alterna-
tives to the current period.               


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 19 – 
 
Ġradə Tuliyeva 
Tarix üzrə fəlsəfə doktoru, 
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı 
Muzeyinin kitabxanasının müdiri 
 
 
KĠTABXANA-ĠNFORMASĠYA AXTARIġININ   
ĠNTELLEKTUALLAġDIRILMASI YOLLARI 
 
Açar sözlər: Kitabxana-informasiya axtarışı, intellektual sistemlər, optimallaşdırma 
Ключевые  слова:  библиотечно-информационный  поиск,  интеллектуальные  сис-
темы, оптимизация 
Keywords: library and information searching, intellectual systems, optimization 
 
İnformasiya axtarışı, istifadəçinin sorğusuna uyğun sənədlərin tez bir zamanda tapılması 
və istifadəçiyə təqdim olunması prosedurudur. İnformasiya axtarışına başlamaq üçün hər şey-
dən öncə  sistemə  sorğu ilə müraciət  etmək lazımdır. Sorğu, istifadəçinin informasiyaya olan 
tələbatının təbii dildəki ifadə formasıdır. 
İnformasiya  axtarışının  əsas  prinsipləri  ilk  dəfə  keçən  yüzilliyin  30-40-cı  illərində 
U.E.Batten tərəfindən patentlərin axtarış sistemi üçün işlənmişdir. Axtarışın təşkil olunmasına 
görə aşağıdakı üsulları var: fəsillərə görə, açar sözlərə görə, təbii dildə olan sorğu ilə, ontolo-
giyadan istifadə etmə yolu ilə, ssenarilər yolu ilə, qarışıq üsullardan istifadə ilə. 
Hal-hazırda ən çox yayılmış axtarış üsulu açar sözlərdən istifadə edərək həyata keçirilən 
axtarışdır. Açar sözlərlə axtarışda məntiqi operatordan istifadə etməklə istifadəçilərin tələbat-
larını nisbətən ödəmək mümkün olsa da, daha səmərəli axtarış üsullarının tətbiqinə böyük eh-
tiyac var. Axtarılan informasiyanı tapmaq üçün istifadəçi, ona lazım olan informasiyanı düz-
gün təsvir edə bilməlidir. Əks halda, axtarış sistemi ona lazımlı informasiyanı tapmaya bilər. 
Məhz, istifadəçilərin əksəriyyətinin tələbatlarını ifadə edə bilmədiklərindən axtarış sistemləri-
nin intellektuallaşdırılması məsələsi aktuallaşır. 
İnformasiya axtarışı nəzəriyyəsində axtarışın nəticələrinin analizi üçün iki əsas anlayış-
dan - relevantlıq və pertinentlik anlayışlarından istifadə edilir. Relevantlıq, tapılan sənədlərin 
sorğuya məna uyğunluğudur. Sorğuya mənaca uyğun gələn sənədlər relevant sənədlər adlanır. 
Pertinentlik isə tapılan sənədlərin sorğuya uyğunluğudur [1, s. 18-19]. 
Aydındır ki, relevantlığın səviyyəsi, axtarış sisteminin ―intellektual qabiliyyətlərindən‖, 
pertinentlik  isə,  istifadəçinin  tətbiq  sahəsi  haqqındakı  biliyi  və  tələbatlarını  ifadə  edə  bilmə 
qabiliyyətlərindən asılıdır. Qeyd etmək lazımdır ki, konkret bir sənədə birmənalı olaraq rele-
vant və ya qeyri-relevant demək düzgün olmaz. Tapılmış hər bir sənəd sorğuya görə müəyyən 
qədər relevant olur. Nəticələr istifadəçiyə, axtarış sistemi tərəfindən relevantlığın səviyyəsinə 
görə nizamlanaraq təqdim olunur. 
Axtarışın intellektuallaşdırılmasını əldə etmək üçün axtarışı xarakterizə edən keyfiyyət 
göstəriciləri  yaxşılaşdırılmalıdır.  Axtarış  sisteminin  səmərəli  olub-olmadığını  qiymətləndir-
mək üçün axtarışın dəqiqliyi və dolğunluğunu müəyyənləşdirmək lazımdır.  


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə